R. T. Qurbanov



Yüklə 245,96 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix13.04.2017
ölçüsü245,96 Kb.
#13833
  1   2

 

 



 

Razılaşdırılıb: 

Təsdiq edilmişdir: 

 

 



Azərbaycan Respublikası   

Maliyyə Nazirliyi  

Dövlət Sığorta Nəzarəti  

Xidmətinin Rəisi 

“Xalq Sığorta” ASC-nin  

İdarə Heyətinin Sədri 

 

 

 



N.C.Xəlilov 

R.T.Qurbanov 

 

    


 

 

             ___________________________ 



               __________________________ 

   İmza                                      M.Y. 



 

               İmza                                     M.Y. 

Tarix: /___/__________2013-cü il 

Tarix: /___/__________2013-cü il 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

KÖNÜLLÜ TĠBBĠ SIĞORTA 

QAYDALARI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 2013 

 



 



MÜNDƏRĠCAT 

 

FƏSĠL 1. ÜMUMĠ MÜDDƏALAR ........................................................................................................................ 5 

Maddə 1. Sığorta münasibətlərinin subyektləri ..................................................................................................... 5 

Maddə 2. Sığorta müqaviləsinin predmeti ............................................................................................................. 5 

FƏSĠL 2. SIĞORTA TƏMĠNATI .......................................................................................................................... 5 

Maddə 3. Sığorta hadisəsi...................................................................................................................................... 5 

Maddə 4. Gözləmə müddəti .................................................................................................................................. 5 

Maddə 5. Standart istisnalar .................................................................................................................................. 6 

Maddə 6. Sığorta təminatında məhdudiyyətlər...................................................................................................... 8 

Maddə 7. Sığortanın ərazisi ................................................................................................................................... 8 

Maddə 8. Sığorta müqaviləsinin bağlanması ......................................................................................................... 8 

Maddə 9. Sığorta müqaviləsinin yenilənməsi........................................................................................................ 9 

Maddə 10. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü ........................................................................... 9 

Maddə 11. Mühüm şərtlər ..................................................................................................................................... 9 

Maddə 12. Sığorta təminatının müddətinin başlanması və sonu ........................................................................... 9 

Maddə 13. Sığorta riskinin artması ....................................................................................................................... 9 

Maddə 14. Sığorta müqaviləsinə xitam verilməsi ................................................................................................. 9 

FƏSĠL 4. SIĞORTA MƏBLƏĞĠ VƏ SIĞORTA HAQQI ................................................................................. 10 

Maddə 15. Sığorta məbləği.................................................................................................................................. 10 

Maddə 16. Sığorta haqqı...................................................................................................................................... 10 

Maddə 17. Sığorta haqqının ödənilməsi .............................................................................................................. 11 

Maddə 18. Sığorta haqqının qaytarılması ............................................................................................................ 11 

FƏSĠL 5. TĠBBĠ XĠDMƏTĠN TƏġKĠLĠ QAYDASI .......................................................................................... 12 

Maddə 19. Məlumat vermək vəzifəsi .................................................................................................................. 12 

Maddə 20. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri ............................................ 12 

Maddə 21. Sığortaçı tərəfindən nəzarət ............................................................................................................... 14 



FƏSĠL 6. SIĞORTA ÖDƏNĠġĠ ............................................................................................................................ 14 

Maddə 22. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası .......................................................................... 14 

Maddə 23. Sığorta ödənişindən imtinanın əsasları .............................................................................................. 15 

Maddə 24. Subroqasiya hüququ .......................................................................................................................... 15 

Maddə 25. Valyuta haqqında qeyd-şərt ............................................................................................................... 16 

Maddə 26. Ödənilməmiş sığorta haqqının nəzərə alınması ................................................................................. 16 

Maddə 27. Mübahisələrin həlli qaydası ............................................................................................................... 16 

 

 

 


 



 



Bundan  sonra  mətn  üzrə  “Qaydalar”  adlanacaq  “Xalq  Sığorta”  ASC-nin  Könüllü  Tibbi  Sığorta  Qaydaları 

Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “Tibbi Sığorta haqqında” Qanunlarına, digər hüquqi 

normativ  aktlarına  müvafiq  olaraq  işlənib  hazırlanmışdır  və  bundan  sonra  mətn  üzrə  “Sığorta  müqaviləsi” 

adlanacaq  “Xalq  Sığorta”  ASC-nin  bağladığı  bütün  Könüllü  Tibbi  Sığorta  müqavilələrinin  ayrılmaz  tərkib 

hissəsidir. 

 

ANLAYIġLAR 



 

Könüllü  tibbi  sığorta-tibbi  sığorta  proqramına  daxil  edilən  tibbi  xidmətlərə  görə  Sığorta  olunanın  tibb 

müəssisələrinin  ona  göstərdiyi  xidmətlərlə  əlaqədar  yaranan  xərclərinin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi 

miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi. 

 

Tibbi  Sığorta  müqaviləsi-qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  Sığortalı  ilə  Sığortaçı  arasında  bağlanan, 

Sığortalının  müvafiq  sığorta  haqqı  ödəməsi  müqabilində  sığorta  hadisəsinin  baş verməsi  əsasında  Sığorta  olunana 

seçilmiş  tibbi  sığorta  proqramına  uyğun  olaraq  göstərilən  tibbi  yardımın  təşkilini  və  sığorta  ödənişinin  həyata 

keçirilməsini, eyni zamanda tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı razılaşmadır. 

 

Sığorta  Ģəhadətnaməsi-Sığortalı  ilə  Sığortaçı  arasında  sığorta  müqaviləsinin  bağlanması  faktını  təsdiq  edən  və 

həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir. 

  

Sığortaçı-Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə 

ilə  müəyyən  olunmuş  qaydada  sığorta  ödənişini  vermək  öhdəliyi  daşıyan  sığorta  müqaviləsinin  tərəfidir.  Bu 

Qaydaların məqsədləri üçün Sığortaçı qismində “Xalq Sığorta” ASC nəzərdə tutulur. 

 

Sığortalı-sığorta  haqqı  ödəyən,  sığorta  obyektinin sığorta  etdirilməsində  sığorta marağı  olan sığorta  müqaviləsinin 

tərəfidir.  

 

Sığorta  olunan-sığorta  müqaviləsinə  əsasən  sığortalanan  və  sığorta  hadisəsi  baş  verdikdə  sığorta  müqaviləsindən 

doğan haqları istifadə edən şəxs. 

 

Fərdi sığorta-bir şəxsin tək başına və ya həyat yoldaşı, uşaqları, ata və anası, qəyyumluğunda olan şəxslərlə birlikdə 

sığortalanmasıdır. 

 

Qrup halında sığorta-eyni hüquqi şəxsdə fəaliyyət göstərən əməkdaşların birlikdə sığortalanmasıdır. 

 

Sığorta  obyekti-Sığorta  olunanın  Sığorta  müqaviləsində  və  bu  Qaydalarda  göstərilən  sığorta  hadisəsinin  baş 

verməsi ilə tibbi sığorta proqramında nəzərdə tutulan həcmdə tibbi və digər xidmətlər alması ilə əlaqədar olan əmlak 

maraqları.  

 

Sığortanın  ərazisi-Sığorta  müqaviləsində  göstərilən  və  hüdudlarında  sığorta  pedmetinin  sığortalanmış  hesab 

olunduğu ərazi. 

 

Sığorta  haqqı-risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi  müqabilində  sığorta qanunvericiliyinə  uyğun  olaraq, 

sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği. 

 

Sığorta  məbləği-sığorta  məbləği  Sığorta  müqaviləsinə  əsasən  Sığortaçının  həyata  keçirməli  olduğu  sığorta 

ödənişinin və sığortalanmış risklər üzrə məsuliyyətinin maksimal həddini ifadə edir. 

 

Sığorta riski-Sığorta olunanın tibb müəssisəsində tibbi xidmət alması ilə əlaqədar xərclərin yaranmasına səbəb olan 

hadisənin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı Sığortaçının üzərinə götürdüyü öhdəlik.  

 

Sığorta marağı-sığorta  hadisəsinin  baş  verəcəyi  təqdirdə  Sığortalının  maliyyə  itkisinə  məruz  qalması ehtimalı  ilə 

şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 

 

Sığorta  ödəniĢi-sığorta  hadisəsi  nəticəsində  Sığorta  olunanın  sağlamlığına  dəyən  zərərə  görə  tibb  müəssisəsinin 

göstərdiyi xidmətlər müqabilində Sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə Sığortaçı tərəfindən 

tibb  müəssisəsinə,  belə  xidmətlərin  əvəzi  Sığorta  olunan  tərəfindən  ödənildiyi  halda  isə  Sığorta  olunana  ödənilən 

məbləğ. 

 

ġərtsiz  azadolma  məbləği-Sığorta  müqaviləsində  (şəhadətnaməsində)  yazılan  nisbətlər  daxilində  sığorta 

ödənişindən Sığorta olunan üzərinə düşən hissə.

 

Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir 



halda zərər məbləğindən çıxılır. 

 


 



ġərtsiz gözləmə müddəti

-

bu müddət ərzində sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən 



keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.

  

  



Mövcud  xəstəliklər-Əlamət  və  simptomlarını  sığorta  müqaviləsinin(şəhadətnaməsinin)  hüquqi  qüvvə  qazandığı 

tarixdən əvvəl büruzə verən və Sığorta olunana məlum olan xəstəliklər. 

 

Xroniki  xəstəlik  və  ya  vəziyyət-elə  bir  xəstəlik  yaxud  zədələnmədir  ki,  ən  azından  aşağıdakı  əlamətlərdən  birini 

daşıyır: 



 

uzun müddət davam edir və müalicəsi bəlli deyil; 



 

residiv verir yaxud residiv vermə ehtimalı var(Vaxtaşırı xəstəliyin simptomları geri qayıdır); 



 

daimi xəstəlikdir(xəstəliyin əlamətləri bəzən azalıb, bəzən artsa da hər zaman mövcuddur); 



 

xəstəliyi aradan qaldırmaq üçün reabilitasiyaya ehtiyac vardır; 



 

xəstəliyin uzun müddətli müayinələrə, diaqnostik testlərə, həkim baxışlarına və həkim nəzarətinə ehtiyacı var. 

 

Təcili və təxirəsalınmaz hallar-bu Qaydalarda göstərilən standart istisnalar arasında yer almayan, ani bir xəstəlik və 

ya yaralanma nəticəsində ortaya çıxan və həyat üçün təhlükə yaradan hallara deyilir. “Xalq Sığorta” ASC tərəfindən 

müəyyən edilən təcili və təxirəsalınmaz hallar aşağıdakılardır: 

 



 

Avtomobil qəzası; 

 

İkinci və daha yüksək dərəcəli yanıqlar; 



 

Miokard infarktı və ritm pozğunluqları; 



 

Ciddi göz zədələnmələri; 



 

Hipertonik krizlər; 



 

İsti vurma; 



 

Astmatik status və kəskin tənəffüs çatışmazlığı; 



 

Suda boğulma; 



 

Tənəffüs və həzm yollarının yad cismi; 



 

Sınıqlar və çıxıqlar; 



 

Güclü və kəskin qanaxma; 



 

Ciddi iş qəzaları, üzvlərin travmatik amputasiyası; 



 

Yüksəklikdən yıxılma və ya üzərinə əşya düşməsi; 



 

Meningit, ensefalit; 



 

Elektrik vurması; 



 

Zəhərlənmələr; 



 

Donma; 



 

Kəskin qarın sancıları; 



 

Şüurun itməsinə səbəb olan hallar(istisna hallar nəticəsində 



baş verən şüur itməsi təminat xaricindədir); 

 



Bədən temperaturunun yüksəlməsi(38,5 və daha yüksək). 

 

Bədbəxt  hadisə-sığorta  müddəti  ərzində  Sığorta  olunanın  iradəsi  xaricində  baş  verən  və  bədən  xəsarəti  ilə 

nəticələnən ani, gözlənilməyən hadisə. 

 

Sağlamlıq  haqqında  məlumat  forması-Sığorta  müqaviləsi(şəhadətnaməsi)  Sığortalı/Sığorta  olunan  tərəfindən 

doldurulmuş məlumat forması əsasında bağlanır və bu forma sığorta müqaviləsinin(şəhadətnamənin) ayrılmaz tərkib 

hissəsi hesab edilir. 

 

Ġlkin  müayinə-Sığorta  olunacaq  şəxsin  sığorta  olunub-olunmayacağını  və  ya  hansı  şərtlərlə  sığorta  olunacağını 

müəyyən etmək üçün Sığortaçının təyin etdiyi tibb müəssisəsində müayinə. 

 

Tibb  müəssisəsi-Sığortaçı  ilə  bağladığı  müqaviləyə  əsasən  sığorta  hadisəsi  baş  verdikdə  Sığorta  olunana  tibbi 

yardım və müqavilədə nəzərdə  tutulmuş digər xidmətlər göstərən və göstərdiyi xidmətlərə görə Sığortaçıdan haqq 

alan müvafiq xüsusi icazəsi olan hüquqi şəxslər, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəl fəaliyyət 

göstərən fiziki şəxslər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



FƏSĠL 1. ÜMUMĠ MÜDDƏALAR 

 

Maddə 1. Sığorta münasibətlərinin subyektləri 

 

1.1



 

Bu  Qaydalara  uyğun  olaraq  tibbi  sığorta  münasibətlərinin  subyektləri  dedikdə  Sığortaçı,  Sığortalı,  Sığorta 

olunanlar, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olan 

şəxslər başa düşülür. 

 

1.2

 

Sığortalı  hüquqi  şəxsdirsə,  onun  işçilərinin,  vəzifəli  şəxslərinin  və  qanunvericiliyə,  müqaviləyə  yaxud 

etibarnaməyə  müvafiq olaraq onun adından çıxış etməyə səlahiyyəti olan digər nümayəndələrinin hərəkətləri 

Sığortalının hərəkətləri hesab edilir. 

 

1.3

 

Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması Sığortalını həmin müqavilə üzrə öhdəliklərini yerinə 

yetirməkdən azad etmir. 

 

1.4



 

Əgər sığorta müqaviləsində digər Sığorta olunan göstərilməmişdirsə, həmin müqavilə üzrə Sığortalı həm  də 

Sığorta olunan hesab edilir. 

 

Maddə 2. Sığorta müqaviləsinin predmeti və sığortanın sinifi 

 

2.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan  əmlak  mənafelərinin aid olduğu fiziki 

şəxsdir.  



2.2. Bu Qaydalara əsasən təminat verilən tibbi sığorta növü tibbi sığorta sinifinə aid edilir.  

 

 

 

 

FƏSĠL 2. SIĞORTA TƏMĠNATI 



Maddə 3. Sığorta hadisəsi 

 

3.1



 

Sığorta olunanın sığorta müddəti ərzində təsadüflük əlaməti daşıyan, istisnalar arasında yer almayan xəstəliyə 

məruz qalması və bədbəxt hadisə nəticəsində yaralanması ilə əlaqədar tibbi yardım almaq məqsədi ilə Sığorta 

müqaviləsində nəzərdə tutulmuş tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab olunur. Sığorta olunanın 

mövcud xəstəliklərlə əlaqədar tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab edilmir. 

 

3.2



 

Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti təyin oluna bilər. Bu müddət ərzində Sığorta olunanın Sığorta 

müqaviləsində  və  bu  Qaydalarda  göstərilən  hadisələrlə  əlaqədar  tibbi  yardım  almaq  üçün  tibb  müəssisəsinə 

müraciəti sığorta hadisəsi hesab olunmur.  

 

3.3

 

Sığortaçı, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunanın, sığorta hadisəsi nəticəsində 

yaranan  tibbi  xərclərinin,  bu  Qaydalara  müvafiq  olaraq  və  Sığorta  müqaviləsində  (Şəhadətnaməsində) 

göstərilmiş məbləğ həddində ödənilməsinə təminat verir. 

 

Maddə 4. Gözləmə müddəti 

 

4.1



 

Gözləmə müddəti yalnız sığorta müqaviləsinin ilk ilində tətbiq olunur və sığorta müqaviləsinin yenilənməsi ilə 

ortadan qalxır. Gözləmə müddəti şərtinin tətbiq olunduğu hallar aşağıdakılardır: 



 

öd kisəsi və öd yollarının daş xəstəliyi ilə əlaqədar tibbi xərclər



 

dermoid kista, anorektal xəstəliklər (anal çat, anal fistula, paraproktit, babasil və s.) 



 

bütün növ yırtıqlar, onurğa sütunu cərrahiyyəsi ilə əlaqədar bütün tibbi xərclər; 



 

böyrək, sidik kisəsi və sidik yollarının daş xəstəliyinin müalicəsi; 



 

qalxanvarı və paratiroid vəzi xəstəliklərinin müalicəsi; 



 

prostat vəzi xəstəliklərinin diaqnostika və müalicəsi



 

ağrılı diz oynağı problemlərinin(menisk, vətər, bağ və qığırdaq patologiyaları) diaqnostika və müalicəsi; 



 

katarakta, qlaukoma, retinal deformasiyalar/patalogiyalar ilə əlaqədar müalicə xərcləri



 

burun polipləri, burun balıqqulaqlarının hipertrofiyası, adenoid (udlaq badamcığının hipertrofiyası), damaq 

badamcıqlarının hipertrofiyası, haymorit ilə əlaqədar müalicə xərcləri; 



 

hidrosele, sistosele, rektosele, spermatosel, varikosele ilə əlaqədar müalicə xərcləri; 



 



 

bütün  növ  kistalar  (dəri,  dərialtı,  böyrək,  vaginal,  yumurtalığın  kistası  və  s.),  lipoma,  hiqroma,  uşaqlığın 

mioması ilə əlaqədar müalicə xərcləri; 



 

böyrək,  dalaq  və  mədəaltı  vəzi  xəstəliklərlə  əlaqədar  cərrahi  əməliyyatlar(bədbəxt  hadisə  zamanı  alınan 

travmalarla əlaqədar cərrahi əməliyyatlar xaric); 



 

hipertoniya xəstəliyi; 



 

doğum  təminatı  verilən  Sığorta  müqavilələrində  hamiləlik,  fizioloji  və  operativ  doğuş,  düşük  və  bunların 

fəsadları ilə əlaqədar bütün növ tibbi xərclər. 

 

Maddə 5. Standart istisnalar 

 

5.1

 

Sığorta  müqaviləsində  digər  hallar  nəzərdə  tutulmayıbsa,  aşağıda  göstərilənlər  və  ya  onların  bilavasitə 

nəticəsi  olaraq  meydana  gələn  xəstəlik,  fəsadlaşma,  bədbəxt  hadisə  və  digər  hallarla  əlaqədar  Sığorta 

olunana göstərilən tibbi yardım və digər xidmətlərlə bağlı xərclər sığorta təminatına daxil edilmir: 

 

5.1.1

 

Aşağıdakı dərman preparatları sığorta təminatına daxil deyil: 



 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları; 



 

psixotrop preparatlar, bioaktiv qida əlavələri, homeopatik və antihomotoksikoloji preparatlar; 



 

bütün növ sabun və şampunlar, kosmetik vasitələr, losyonlar;  



 

kontraseptiv (hamiləliyin qarşısını alan) preparatlar; 



 

arıqlamaq məqsədi ilə istifadə olunan preparatlar; 



 

potensiyanı (cinsi fəaliyyəti) stimulyasiya edən preparatlar



 

müalicəvi mineral sular; 



 

diş pastaları; 



 

saç tökülməsinin və kəpəklənmənin qarşısını alan preparatlar; 



 

tütün məhsullarından asılılığı aradan götürmək üçün istifadə olunan preparatlar; 



 

allergik xəstəliklərin dəri testləri; 



 

kontakt linza məhlulları; 



 

gigiyenik vasitələr, dərman maddəsi xüsusiyyətindən məhrum olan məhsullar



 

sığorta təminatına daxil olmayan xəstəliklərin müalicəsi üçün yazılan dərman preparatları. 

 

5.1.2

 

Sığorta  müqaviləsinin  hüquqi  qüvvə  qazandığı  tarixdən  əvvəl  mövcud  olan  və  Sığortaçıya  bildirilməyən 

xəstəliklər  ilə  əlaqədar  (diaqnozun  qoyulması,  müayinə  və  müalicə  aparılmasından  asılı  olmayaraq)  bütün 

tibbi xərclər; 

 

5.1.3


Yüklə 245,96 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin