R. T. Qurbanov



Yüklə 245,96 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix13.04.2017
ölçüsü245,96 Kb.
#13833
1   2

 

sığorta  təminatının  başlanması  tarixindən  sonra  müəyyən  edilmiş  olsa  da  anadangəlmə  xəstəlik  və 

şikəstliklər,  genetik  xəstəliklər,  bədən  quruluşu  pozğunluqları(Hallux  valgus,  pectus  excavatum,  peyroni 

xəstəliyi, trigger finger və s.), onurğa əyrilikləri(lordoz, kifoz, skolioz); 

 

5.1.4

 

bütün növ xroniki xəstəlik və vəziyyətlər, xroniki yorğunluq sindromu; 

 

5.1.5

 

alkoqolizm,  narkomaniya,  toksikomaniya;  Spirtli  içkilərin,  narkotik  və  toksik(zəhərləyici)  maddələrin 

qəbulu nəticəsində ortaya çıxan xəstəliklər, həmçinin onların qəbulu nəticəsində sərxoş vəziyyətdə nəqliyyat 

vasitəsinin idarə edilməsi və ya onun belə vəziyyətdə olan bir şəxsin idarəsinə verilməsi

 

5.1.6

 

epilepsiya,  Parkinson  xəstəliyi,  psixiatrik  və  geriatrik  xəstəliklər,  demensiya  sindromları  (Alsqeymer,  Pik 

xəstəliyi  və  s.  qazanılmış  ağıl  zəifliyi),  onların  ağırlaşmaları,  onların  zəminində yaranmış  müxtəlif  zədələr 

və somatik xəstəliklərin müayinə və müalicəsi;  

 

5.1.7

 

çəpgözlük,  gözdə  refraksiya  qüsurlarının(miopiya,  hipermetropiya,  astiqmatizm,  presbiopsiya)  cərrahi  və 

lazer üsulu ilə müalicəsi; 

 

5.1.8



 

eynək, şüşə çərçivə, kontakt linza, eşitmə cihazları;  

 

5.1.9

 

psixoloqun,  psixiatrın  və  psixoterapevtin,  loqopedin,  androloqun,  həkim-ekstrasensin,  narkoloqun,  və 

seksopatoloqun xidmətləri; 

 

5.1.10



 

qeyri-ənənəvi(alternativ)  müalicə  və  müayinə  üsulları(hipnoz,  aromatoterapiya,  fitoterapiya,  akupunktura, 

termopunktura, elektropunktura və s.), reabilitasiya, sanatoriya-kurort müalicəsi;  

5.1.11

 

kəskin  və  xroniki  şüa  xəstəliyi,  birləşdirici  toxumanın  sistem  və  diffuz  xəstəlikləri(qırmızı  qurdeşənəyi, 

dermatomiozit, sklerodermiya və s.) və diferensiasiya olunmamış kollagenozlar; 

 


 



5.1.12



 

vərəm, sarkoidoz, mukovistsidoz, peşə xəstəlikləri; 

 

5.1.13

 

hər  cür  rekonstruktiv  və  köməkçi  protezlər,  cihazlar(ortopedik  ayaqqabı,  daban,  tərlik,  hər  cür  korsetlər, 

endoprotezləşdirmə);  

 

5.1.14



 

orqan və toxumaların transplantasiyası, burun çəpərinin əyriliyi, septoplastika, implantasiya;  

 

5.1.15

 

dişlərin  protezləşdirilməsi  və  ona  hazırlıq,  dental  implantasiya,  tibbi  göstəriş  olmadıqda  köhnə  diş 

plomblarının  dəyişdirilməsi,  kosmetik  stomatologiya,  dişlərin  ftorlakla  örtülməsi,  ortodontik  və  kosmetik 

qüsurlar, periodontit, parodontoz, qinqivit;  

 

5.1.16

 

ürək-damar  cərrahiyyəsi,  damar  çatışmazlığı,  aşağı  ətraf  damarlarının  varikoz  genişlənməsi,  venaların 

skleroterapiyası, angioqrafiya, koronaroqrafiya;  

 

5.1.17



 

xroniki  böyrək  və  qaraciyər  çatışmazlığı,  plazmaferez,  hemodializ,  hemosorbsiya,  ozonoterapiya,  qanın 

ultrabənövşəyi şüalanması, lazeroterapiya, oksigenoterapiya, hidrokolonoterapiya; 

 

5.1.18



 

sonsuzluq  və  impotensiyanın  müalicəsi,  spermoqramma,  histerosalpinqoqrafiya,  qeyri-tibbi  məqsədlə 

aparılan  abort  xərcləri,  kontrasepsiya,  qısırlaşdırma,  o  cümlədən  UDV-nin  daxil  edilməsi  və  çıxarılması, 

süni mayalanma və ondan sonra hamiləliyin aparılması, genetikin xidmətləri;  

 

5.1.19

 

bədxassəli onkoloji xəstəliklər, prostat vəzinin adenoması, radioizotop müalicə və müayinə üsulları, kimyəvi 

və şüa terapiyası; 

 

5.1.20



 

şəkərli diabet, hemofiliya, enurez, Layell sindromu, hepatit C, hepatit B; 

 

5.1.21

 

bütün  növ  plastik  cərrahiyyə  əməliyyatları,  ginekomastiya,  cinsiyyəti  dəyişdirmə  əməliyyatları,  eləcə  də 

estetik məqsədli müayinə və müalicələr, lazer epilyasiyası, hər cür dəri xəstəlikləri ilə əlaqədar aparılan lazer 

və fototerapiya xərcləri;  

 

5.1.22

 

dəridə  olan  papillomalar,  teleangiektaziya  və  hemangiomalar,  nevuslar,  ocaqlı  dazlıq(alopesiya),  psoriaz, 

AİDS, atipik pnevmoniya, genital herpes, “cinsi yolla yoluxan xəstəliklər” qrupuna daxil olan xəstəliklərlə 

əlaqədar aparılan müayinə və müalicə xərcləri; 

 

5.1.23

 

klimaks  dövrü(pre  və  post  klimaks  dövrü  də  daxil  olmaqla)  və  onunla  əlaqədar  ağırlaşmalar,  eləcə  də 

klimaks ilə əlaqədar osteoporoz xəstəliyinin müalicə xərcləri; 

 

5.1.24



 

piylənmə,  arıqlamaq  məqsədilə  qəbul  edilən  müalicələrə  çəkilən  xərclər,  müalicə  vannası,  pəhriz 

mütəxəssisləri,  palçıq  vannaları,  gimnastika  salonları,  Sığortaçının  Azərbaycanda  mövcud  olan  təcrübəyə 

əsaslanaraq eksperimental və ya təsdiq edilməmiş hesab etdiyi müalicə; 

 

5.1.25

 

sünnət(Phimosis), uşaq yeməkləri, əmziklər, uşaq bezi xərcləri

 

5.1.26

 

təcili və təxirəsalınmaz yardımın saxta və əsaslandırılmamış çağırışı, xəstənin göstərilən ünvanda olmaması; 

 

5.1.27

 

arayış  yaxud digər sənəd almaq  məqsədi ilə aparılan müayinələr(DYP üçün, silah gəzdirmə, xaricə getmə, 

təhsil müəssisəsinə daxil olma, müəyyən edilmiş əlillik qrupu olan Sığorta olunanlar üçün əlilliyə səbəb olan 

xəstəliklə əlaqədar müayinələr); 

 

5.1.28

 

Sığortaçı  ilə  razılaşdırmadan,  Sığorta  müqaviləsində  nəzərdə  tutulmamış  tibb  müəssisələrində  göstərilən 

tibbi  xidmətlər  və  həmçinin  müqavilədə  nəzərdə  tutulmamış  tibb  müəssisələrində  aparılan  müalicə  və  ya 

müayinə nəticəsində əmələ gələn patologiyaların müalicəsi; 

  

5.1.29

 

Sığorta olunanın həkim göstərişinə riayət etməməsi nəticəsində əmələ gələn ağırlaşmalar; 

 

5.1.30

 

Sığorta olunanın sağlamlığını təhlükəyə atmamaq şərti ilə ambulator şəraitdə müalicə və müayinəsi mümkün 

olan xəstəliklərin stasionar şəraitdə müayinə və müalicə xərcləri; 

 

5.1.31



 

planlaşdırılmış vaksinasiyalar (proqrama daxil olmadığı halda); 

 

5.1.32

 

Azərbaycan  Respublikası  ərazisində  müəyyən  reyslə  uçan  təyyarədə  biletli  sərnişin  olma  halları  istisna 

edilməklə,  istənilən  növ  hava  nəqliyyatı  vasitəsi  ilə  səyahətin  səbəb  olacağı  zədələnmələr  və  bununla 

əlaqədar müayinə və müalicə xərcləri; 



5.1.33

 

Sığorta olunan hər hansı xəstəliyə tutulmadan həkim, laborator/rentgen və s. müayinələrdən keçməsi, check-

up-yəni tam tibbi müayinə xərcləri(əlavə təminat olaraq verilməmişsə); 


 

 



5.1.34

 

hamiləliklə  əlaqədar,  doğum  da  daxil  olmaqla,  bütün  növ  xərclər  təminat  xaricindədir(sığorta  proqramına 

daxil olmadığı halda). 

 

5.1.35



 

peşəkar  və  ya  həvəskar  olaraq  idmanla  məşğul  olma  zamanı(alpinizm,  planerizm,  speleologiya,  paraşütlə 

tullanma,  sualtı  idman  növləri,  qış  idman  növləri,  döyüş  sənətləri,  motosiklet  və  at  yarışları),  idman 

yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində meydana gələn xəstəlik və ya yaralanmalarla əlaqədar 

tibbi xərclər; 

 

5.1.36



 

müharibə(elan  edilib  edilməməyindən  asılı  olmayaraq),  hərbi  əməliyyatlar,  vətəndaş  müharibəsi,  xalq 

hərəkatları,  iğtişaşlar,  terror  aktları,  üsyan  və  qiyamlar,  tətillər  və  bunların  qarşısının  alınması  məqsədi  ilə 

keçirilən inzibati və hərbi tədbirlər; 

 

5.1.37

 

Sığorta  olunanın  cinayət  törətməsi  və  ya  cinayətə  təşəbbüs  etməsi,  kriminal  fəaliyyətdə  iştirakı,  özünə 

qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi; 

 

5.1.38



 

təhlükədə olan insan həyatını və əmlakı xilas etmək halları istisna olmaqla, Sığorta olunanın öz həyatını və 

sağlamlığını şüurlu surətdə təhlükəyə atması; 

 

5.1.39



 

təbii  fəlakətlər,  o  cümlədən  zəlzələ,  sel,  vulkan  püskürməsi,  torpaq  sürüşməsi,  sunami,  hər  hansı  nüvə 

partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr; 

 

Maddə 6. Sığorta təminatında məhdudiyyətlər 

 

6.1

 

Fərdi  və  qrup  sığortasında  sığortaya  ilk  girişdə  16-65  yaş  arasında  şəxslər  sığortalana  bilər.  Yaş 

hesablanmasında  doğum  ili  ilə  Sığorta  müqaviləsinin  başlanğıc  tarixi  arasındakı  fərq  (ay  və  gün  nəzərə 

alınmır) nəzərə alınır. 

 

6.2

 

40  gün  (uşağın  xəstəxanadan  çıxmış  olması  şərti  ilə)  16  yaş  arasındakı  uşaqlar  valideynləri  ilə  birlikdə 

sığortalanır. 

 

6.3



 

Qrup  sığortasında  sığorta  olunanların  ailə  üzvləri  və  qəyyumluğunda  olan  şəxslər  Sığorta  müqaviləsinə 

yalnız risk dəyərləndirilməsi aparıldıqdan sonra daxil edilir. Risk dəyərləndirməsinin nəticəsində Sığortaçı 

sığorta  tələbini  qəbul  edə  bilər,  istisna  və  ya  əlavə  sığorta  haqqı  tələb  edə  bilər  yaxud  sığorta  etməkdən 

imtina edə bilər. 

 

Maddə 7. Sığortanın ərazisi 

 

7.1

 

Əgər  Sığorta  müqaviləsində  sığortanın  konkret  ərazisi  göstərilmişdirsə,  Sığorta  müqaviləsi  yalnız  həmin 

göstərilən ərazi hüdudlarında qüvvədədir. 

 

7.2



 

Sığorta  müqaviləsində  konkret  ərazi  göstərilmədiyi  halda,  müqavilə  Azərbaycan  Respublikasının 

hüdudlarında qüvvədədir. 

 

FƏSĠL 3. SIĞORTA MÜQAVĠLƏSĠ(ġƏHADƏTNAMƏSĠ) 

 

Maddə 8. Sığorta müqaviləsinin bağlanması 

 

8.1



 

Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. 

  

8.2

 

Tibbi Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır: 

 

8.2.1

 

Sığortaçı və Sığortalının bu Qaydalar əsasında tərtib olunan sığorta müqaviləsini qarşılıqlı imzalaması yolu 

ilə(Sığortalı hüquqi şəxsdirsə möhürü ilə də təsdiq etməlidir); 

 

8.2.2



 

bu  Qaydalarla  Sığortalının  razı  olmasını  təsdiq  etməsi  şərti  ilə  Sığortaçı  tərəfindən  ona  Sığorta 

şəhadətnaməsinin verilməsi yolu ilə; 

8.3

 

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin 

və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 

 

8.4



 

Sığortaçı  Sığorta  müqaviləsinin  imzalanmasından sonra  Sığortalıya  Sığorta  şəhadətnaməsi  və  sığorta  kartı 

verir. Sığorta şəhadətnaməsi və sığorta kartı sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup 


 

halında  sığorta  zamanı  isə  sığorta  haqqının  ilk  hissəsinin  və  ya  tam  ödənilməsindən  sonra  3  iş  günü 



müddətində verilir. 

 

Maddə 9. Sığorta müqaviləsinin yenilənməsi 

 

Sığorta müqaviləsi başa çatdıqdan sonra Sığortalının istəyi ilə 1(bir) il müddətində yenilənir. Sığorta müqaviləsinin 



yeniləmə şərtləri aşağıdakı qaydadadır: 

 

9.1



 

Sığorta  müqaviləsinin  başa  çatmasından  bir  ay  əvvəl  qarşılıqlı  razılaşma  ilə  Sığortaçının  “Risk  qəbul 

şərtləri” əsasında, mövcud müqavilənin başa çatma tarixindən etibarən yeni müqavilə bağlana bilər. 

 

9.2



 

yenilənmə ən gec əvvəlki müqavilənin başa çatma tarixində bağlanmalıdır. Əks təqdirdə müqavilə bağlanan 

tarixə qədər sığorta təminatı verilmir və şərtsiz gözləmə müddəti yenidən qüvvəyə minir. 

 

9.3



 

Sığortaçı  yeni  müqavilənin  bağlanması  zamanı  Sığortalıdan  sağlamlıq  haqqında  məlumat  formasının 

doldurulmasını, ilkin tibbi müayinədən keçməsini tələb edə bilər, əlavə sığorta haqqı və istisnalar tətbiq edə 

bilər. 


 

9.4

 

Sığortaçının tətbiq etdiyi standart istisnalar sığorta müqaviləsinin yenilənməsi zamanı davam edir(sığortanın 

ilk ilində tətbiq olunan gözləmə müddəti yeniləmə ilə ortadan qalxır).  

 

Maddə 10. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü 

 

10.1

 

Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi 

və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər. 

 

10.2



 

Bu  Qaydalarda  nəzərdə  tutulmuş  istisnalar  və  məhdudiyyətlər  qanunvericiliyə  zidd  olmadığı  və  Dövlət 

sığorta nəzarəti orqanının etiraz etmədiyi hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər. 

 

Maddə 11. Mühüm şərtlər 

 

11.1

 

Sığorta müqaviləsində qanunvericiliyə və bu Qaydalara zidd olmayan Mühüm şərtlər müəyyən edilə bilər. 

 

11.2

 

Sığortalı(Sığorta olunan) tərəfindən bu şərtlərin yerinə yetirilməməyi Sığortaçının ödəniş verməkdən imtina 

etməsi və ya sığorta müqaviləsini vaxtından əvvəl ləğv etməsi üçün əsasdır. 

 

Maddə 12. Sığorta təminatının müddətinin başlanması və sonu 

 

12.1

 

Əgər  Sığorta  müqaviləsində  başqa  cür  nəzərdə  tutulmamışdırsa,  sığorta  təminatının  müddəti  sığorta 

müqaviləsinin  bağlandığı  gün  saat  iyirmi  dörddən  başlanır  və  sığorta  müqaviləsinə  əsasən  həmin 

müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. 

 

Maddə 13. Sığorta riskinin artması 

 

13.1



 

Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, 

yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə 

bağlı bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 

 

13.2

 

Sığorta  riskinin  artmasına  təsir  edən  hallar  barəsində  məlumatı  aldıqdan  sonra  Sığortaçı  sığorta 

müqaviləsinin  şərtlərinə  dəyişiklik  etmək  və  ya  artan  riskə  mütənasib  olaraq  əlavə  sığorta  haqqının 

ödənilməsini tələb etmək hüququna malikdir. 

 

13.3

 

Əgər  Sığortalı  Sığorta  müqaviləsinə  edilən  dəyişikliklərlə  razılaşmırsa  və  yaxud  əlavə  sığorta  haqqı 

ödəməkdən imtina edirsə, 30 günlük  müddəti gözləməklə Sığorta müqaviləsinə Sığortaçı tərəfindən xitam 

verilə bilər. 

 

Maddə 14. Sığorta müqaviləsinə xitam verilməsi 

 

14.1



 

Sığortalı  müqavilənin  müddətinin  uzadılması  haqqında  əvvəlcədən  Sığortaçıya  yazılı  məlumat 

verməmişdirsə, müddətin bitməsi ilə Sığorta müqaviləsi qüvvədən düşür. 

 


 

10 


14.2

 

Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 

 

14.2.1

 

Sığorta olunanın ölümü; 

 

14.2.2

 

müqavilənin etibarsız olması haqqında məhkəmənin qüvvədə olan qərarı; 

 

14.2.3

 

qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortaçının ləğv edilməsi; 

 

14.2.4

 

Sığortalı-hüquqi  şəxs  ləğv  edildikdə,  Sığorta  olunanın  sığorta  haqqını  ödəmək  öhdəliyini  öz  üzərinə 

götürməməyi; 

 

14.2.5



 

Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; 

 

14.2.6

 

sığorta predmeti ilə əlaqədar riskin dərəcəsinin artması ilə bağlı Sığortaçının sığorta müqaviləsinin şərtlərinə 

dəyişiklik edilməsi və ya artan riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsi tələbləri Sığortalı 

tərəfindən qəbul edilmədikdə, Sığortaçının tələbi ilə; 

 

14.2.7

 

Sığortaçının və ya Sığortalının tələbi ilə yaxud tərəflərin qarşılıqlı razılığı ilə. Bu barədə bir tərəf digərinə ən 

azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə 

bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. 

 

14.2.8

 

Sığortaçı  Sığortalı  (Sığorta  olunan)  qarşısında  öz  öhdəliklərini  yerinə  yetirdikdə,  yəni  müqavilə  müddəti 

ərzində baş vermiş bütün sığorta hadisələrinə görə Sığortaçının həyata keçirdiyi ödənişlərinin cəmi sığorta 

məbləğinə bərabər olduqda; 

 

14.2.9

 

qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

 

FƏSĠL 4. SIĞORTA MƏBLƏĞĠ VƏ SIĞORTA HAQQI 

 

Maddə 15. Sığorta məbləği 

 

15.1

 

Sığorta məbləği Sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən müstəqil seçilmiş tibbi sığorta proqramına 

uyğun olaraq müəyyənləşdirilir. 

 

15.2



 

Sığorta  müqaviləsinə  sonradan  əlavə  edilən  Sığorta  olunanların  sığorta  məbləği,  stomatoloji  yardım  və 

dərman təchizatı limitləri illik sığorta məbləğinin, stomatoloji yardım və dərman təchizatı limitlərinin 16.2.1 

bəndində göstərilən faizləri nisbətində hesablanır. 

 

Maddə 16. Sığorta haqqı 

 

16.1



 

Sığorta haqqı sığorta müqaviləsinin qüvvədə olma müddəti, tibbi sorğunun nəticəsi, Sığorta olunanın cinsi 

və yaşı, Sığortalı tərəfindən seçilmiş tibbi xidmətlər, tibb müəssisələri və müqavilədə nəzərdə tutulmuş digər 

hallar nəzərə alınmaqla hesablanır. 

 

16.2

 

Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta haqqının hesablanma qaydası: 

 

16.2.1

 

əgər  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  sığorta  müddəti  ərzində  Sığorta  müqaviləsinə  sonradan 

əlavə  edilən  Sığorta  olunanlara  görə  ödəniləcək  sığorta  haqqı  aşağıdakı  cədvəl  üzrə  hesablanaraq  Sığorta 

müqaviləsinin əlavəsində göstərilir. Bir ildən az olan müddətdə bağlanmış müqavilələr üzrə sığorta haqları 

illik haqqın aşağıdakı miqdarında hesablanır: 

 

Sığorta müddəti 



Sığorta haqqı, illik haqdan faizlə 

Bir ay 


25 

İki ay 


35 

Üç ay 


40 

Dörd ay 


50 

Beş ay 


60 

Altı ay 


70 

Yeddi ay 

75 

Səkkiz ay 



80 

Doqquz ay 

85 

On ay 


90 

 

11 


On bir ay 

95 


 

Maddə 17. Sığorta haqqının ödənilməsi 

 

17.1



 

Sığorta haqqının ödənilməsinin qaydası və ardıcıllığı Sığorta müqaviləsində nəzərdə tutulur. Əgər sığorta 

haqqı  və  ya  onun  hissəsi  müqavilədə  müəyyən  olunmuş  vaxtda  ödənilməzsə,  Sığortaçı  onun  ödənilməsi 

üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. 

 

17.2

 

Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 

aydan gec olmayaraq ödənilməlidir. 

 

17.3



 

Əgər sığorta haqqı və ya onun hissəsi müqavilədə müəyyən olunmuş vaxtda ödənilməzsə, Sığortaçının 

Sığorta  olunanlara  tibbi  xidmətlərin  göstərilməsini  dayandırmaq  hüququ  yaranmaqla,  Sığorta  müqaviləsi 

ödənilmiş sığorta haqqına mütənasib dövr bitdiyi andan qüvvədən düşmüş hesab edilir.  

 

17.4

 

Sığorta haqqının ödənildiyi gün aşağıdakılar hesab olunur: 

a.  nağd  ödəniş  halında  –  sığorta  haqqının  Sığortaçının  kassasına  və  ya  Sığorta  agentinə  və  ya  brokerinə 

ödənildiyi gün; 

b.  qeyri-nağd  ödəniş  (köçürmə)  halında  –  pul  vəsaitinin  Sığortaçının  və  ya  Sığorta  agentinin,  yaxud 

brokerin bank hesabına daxil olduğu gün. 

 

Maddə 18. Sığorta haqqının qaytarılması 

 

18.1



 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta  predmetinə 

münasibətdə)  Sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  sığorta  qanunvericiliyində  nəzərdə 

tutulmuş  hallar  istisna  olmaqla,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla 

müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) 

qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə 

vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm 

də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını)  bütünlüklə  Sığortalıya 

qaytarır. 

 

18.2



 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı,  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta  predmetinə 

münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta 

zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını)  bütünlüklə 

Sığortalıya  qaytarır;  əgər  bu  tələb  Sığortalının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə 

bağlıdırsa,  Sığortaçı  həmin  müqavilə  üzrə işlərin  aparılması xərcləri  çıxılmaqla, müqavilənin  qurtarmamış 

müddəti  üçün  sığorta  haqlarını(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 

predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. 

  

18.3

 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta  predmetinə 

münasibətdə)  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək  sığortaçı  tərəfindən 

Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta 

predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, 

sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş 

sığorta haqları) Sığortalıya qaytarılmır. 

 

 



18.4

 

Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək  Sığortaçı 

tərəfindən  Sığortalıya  ödənilmiş  sığorta  haqqından(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər 

hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarından)  az  miqdarda  sığorta  ödənişi  verilmişdirsə, 

həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq  miqdarında  sığorta  haqqının 

Sığortalıya  qaytarılması  müvafiq  olaraq  bu  Maddənin  18.1-ci  və  18.2-ci  bəndlərində  nəzərdə  tutulmuş 

qaydada həyata keçirilir. 

 

18.5



 

Sığorta  müqaviləsi  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada 

xitam  verilmiş  hesab  edildikdə,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini  çıxmaqla 

müqavilənin  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmetinə 

münasibətdə)  qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını,  bu  Maddənin  18.3-cü  və  18.4-cü  maddələrinin 

tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.  

 


 

12 


18.6

 

Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati 

xərclər və sığorta ödənişi nəzərdə tutulur. 

 

18.7



 

Əgər  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  inzibati  xərclərin  həcmi  sığorta  haqqının  25 

faizinə bərabərdir. 

 

FƏSĠL 5. TĠBBĠ XĠDMƏTĠN TƏġKĠLĠ QAYDASI 



 

Maddə 19. Məlumat vermək vəzifəsi 

 

19.1



 

Sığorta  hadisəsi  baş  verdikdə  Sığortalı(Sığorta  olunan)  sığorta  kartında  göstərilən  əlaqə  telefon  nömrələri 

vasitəsilə  dispetçer  xidmətinə  müraciət  edir  və  sığorta  müqaviləsinə  əlavə  edilən  sənəddə  göstərilən  tibb 

müəssisələrindən birinə göndərilir. 

 

19.2

 

Hər hansı diaqnostik, profilaktik və ya müalicəvi tədbirlər ancaq həkim təyinatı ilə həyata keçirilir. 

 

19.3

 

Sığorta  müqaviləsinə  müvafiq  olaraq  Sığorta  olunana  göstərilən  tibbi  xidmətlərin  haqqını  Sığortaçı  tibb 

müəssisələrinə  ödəyir(Sığorta  müqaviləsində  şərtsiz  azadolma  məbləği  nəzərdə  tutulduğu  halda  azadolma 

məbləği çıxılmaq şərti ilə). 

 

19.4

 

Sığorta olunan sərbəst şəkildə tibbi xidmətlərə görə haqq ödədiyi halda: 

 

19.4.1

 

Sığorta  olunan  tərəfindən  tibb  müəssisəsi  göstərilməklə,  ödənilmiş  hesabın  əsli,  göstərilən  xidmətlərin 

siyahısı  və  qiymətləri,  qəbz,  göndəriş,  ambulator  və  ya  stasionar  xəstənin  tibbi  kartından  çıxarış  əlavə 

olunmaqla  ərizə  təqdim  edildikdə  Sığortaçı  tibbi  xidmətlərə  görə  (əgər  belə  xidmət  Sığortaçı  tərəfindən 

təşkil edilmiş və ya razılaşdırılmışdırsa) Sığorta olunan tərəfindən ödənilmiş müvafiq tibbi xərclərin əvəzini 

ödəyir. 


 

19.4.2

 

Sığorta olunanın ərizəsi tibbi xidmətlərin göstərildiyi vaxtdan bir aydan gec olmayan müddətdə Sığortaçıya 

təqdim edilir. Ödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim edilməsindən sonra 15 gün 

ərzində  həyata  keçirilir.  Ödənişin  məbləği  sığorta  müqaviləsinə  əlavə  olunan  siyahıda  göstərilən  tibb 

müəssisələrində analoji xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin edilir. 

 

Maddə 20. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri 

 

20.1

 

Sığortalının hüquqları: 

 

20.1.1

 

Sığortaçının  Sığorta  müqaviləsinin  şərtlərinə  əməl  etməsini  yoxlamaq,  o  cümlədən  Sığortaçıdan  maliyyə 

sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 

 

20.1.2



 

Tibbi proqrama uyğun olaraq və Sığorta müqaviləsi şərtləri ilə razılaşdırılmış qaydada tibb müəssisələrində 

Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini tələb etmək

20.1.3

 

Əvvəlcədən  və  ya  sonradan  əvəzini  ödəmək  şərti  ilə  sığorta  proqramında  göstərilməmiş  tibbi  xidmətlərin 

təşkil edilməsini Sığortaçıya sifariş etmək. 

  

20.2



 

Sığortalının vəzifələri: 

 

20.2.1

 

Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 

 

20.2.2

 

Sığorta  müqaviləsinin  bağlanması  üçün  zəruri  olan,  eyni  zamanda  sığorta  müqaviləsi  ilə  bağlı  digər 

məlumatları Sığortaçıya təqdim etmək; 

 

20.2.3



 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  özünə  məlum  olan  və  Sığortaçının  müqavilədən  imtina  etmək, 

yaxud  onu  məzmunu  dəyişdirilmiş  şəkildə  bağlamaq  qərarına  təsir  göstərə  bilən  bütün  hallar  barədə 

Sığortaçıya məlumat verməlidir; 

 

20.2.4

 

Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək; 

 

20.2.5

 

Sığorta olunanları sığorta müqaviləsi və ona olunan əlavələrlə tanış etmək; 

 

20.2.6

 

Sığorta Müqaviləsinin qüvvədə olduğu müddətdə Sığorta olunanların siyahısında edilən dəyişikliklər barədə 

yazılı şəkildə (məktub, e-mail, faks) Sığortaçıya dərhal məlumat vermək; 

 


 

13 


20.2.7

 

Sığorta müddəti bitdikdə və ya bu və ya digər Sığorta olunan sığorta olunanların siyahısından çıxarıldıqda, 

müvafiq sığorta kartını (və ya kartlarını) sığorta təminatının bitmə tarixindən etibarən 7(yeddi) təqvim günü 

ərzində Sığortaçıya qaytarmaq. 

 

20.3

 

Sığorta olunanın hüquqları: 

 

20.3.1

 

Tibbi  xidmət  almaq  üçün  Sığorta  müqaviləsinə  edilən  əlavədə  göstərilən  tibb  müəssisələrindən  hər  hansı 

birini seçmək; 

 

20.3.2



 

Tibbi  sığorta  proqramının  həyata  keçirilməsi  üçün  cəlb  edilmiş  həkimlər  arasında  müalicə  edən  həkimi 

seçmək; 

 

20.3.3



 

Tibbi təminatın xüsusiyyətləri barədə izahatlar və tibbi-təşkilati yardım almaq üçün sığorta kartında telefon 

nömrələri göstərilən Sığortaçıya müraciət etmək

 

20.3.4



 

Bazar  və  bayram  günləri  istisna  olmaqla  hər  gün  saat  09:00-dan  saat  18:00-dək  ambulator-poliklinik 

xidmətlərə görə müraciət etmək; 

 

20.3.5



 

Tibbi yardımın göstərilməsi ilə bağlı mübahisəli hallar yaranarsa Sığortaçıya müraciət etmək; 

 

20.3.6

 

Fiziki  şəxs  olan  Sığortalı  öldükdə,  hüquqi  şəxs  olan  Sığortalı  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

ləğv edildikdə, həmçinin Sığortaçı və Sığortalı bu barədə razılığa gəldikdə Sığortalının öhdəliklərini yerinə 

yetirmək və müqaviləyə görə Sığortalının bütün hüquqlarını əldə etmək; 

 

20.4

 

Sığorta olunanın vəzifələri: 

 

20.4.1

 

Sığorta olunan qabaqcadan Sığortaçı ilə əlaqə saxlayaraq tibbi xidmət almaq üçün razılıq almalıdır. Təcili və 

təxirəsalınmaz vəziyyətlərdə Sığorta olunanın hospitalizasiya olunması halında, əgər əlaqə saxlamaq imkanı 

olmazsa, xəstəxanaya yerləşdirmə haqqında mümkün olan ən qısa müddətdə və hər halda yerləşdirilmədən 

48 saatdan gec olmayaraq Sığortaçıya məlumat verməlidir. 

 

20.4.2



 

Tibbi  yardımın  göstərilməsi  zamanı  müalicə  edən  həkimin  göstərişlərinə  əməl  etmək,  tibb  müəssisəsinin 

qaydalarına riayət etmək; 

 

20.4.3



 

Sığorta  sənədlərinə  qayğı  ilə  yanaşmaq  və  tibbi  xidmətlərin  alınması  məqsədi  ilə  həmin  sənədlərin  digər 

şəxslərə verilməsinə yol verməmək. Sığorta müqaviləsi üzrə tibbi xidmətlərin alınması məqsədi ilə sığorta 

kartının digər şəxsə verilmə faktı təsdiqlənərsə, Sığorta müqaviləsinin qüvvəsi Sığorta olunana qarşı həmin 

andan dayandırılır; 

 

20.4.4



 

Sığorta müqaviləsinin şərtlərində nəzərdə tutulduğu halda, ilkin tibbi müayinədən keçmək; 



20.4.5

 

Dispetçer üçün zəruri olan bütün məlumatları bildirmək. 

 

20.4.6

 

Sığorta müqaviləsi ilə (şərtsiz) azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğini ona xidmət 

göstərən tibb müəssisəsinə ödəmək; 

 

20.5



 

Sığortaçının vəzifələri: 

 

20.5.1

 

Müəyyən  edilmiş  müddətdə  Sığorta  şəhadətnaməsi  və  sığorta  kartını  Sığortalıya(Sığorta  olunana) 

verməlidir; 

 

20.5.2



 

Sığortaçı  və  tibb  müəssisəsi  arasında  bağlanmış  xidmət  göstərilməsi  haqqında  müqaviləyə  uyğun  olaraq 

sığorta hadisəsi baş verdiyi halda tibbi xidmətlərə görə müvafiq sənədlər əsasında ödənişi həyata keçirmək; 

 

20.5.3



 

Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 

 

20.5.4

 

Sığorta  müqaviləsinin  vaxtından  əvvəl  xitam  edilməsi  halında,  bu  Qaydalarda  müəyyən  edilmiş  qaydada 

hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq; 

 

20.5.5



 

Sığorta  müqaviləsi  çərçivəsində  tibb  müəssisələri  ilə  münasibətdə  Sığorta  olunanın  hüquqlarını  müdafiə 

etmək; 

 

20.5.6



 

Qanunvericiliyə  müvafiq  olaraq  Sığortaçı  Sığorta  müqaviləsi  ilə  bağlı  məlumatların,  o  cümlədən  həkim 

sirrinin öz işçiləri tərəfindən yayılmasına görə məsuliyyət daşıyır. 

 

20.6



 

Sığortaçının hüquqları: 



 

14 


 

20.6.1

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan  tərəfindən  Sığorta 

müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 

 

20.6.2



 

Bu  Qaydalarda  nəzərdə  tutulmuş  hallarda,  o  cümlədən  Sığorta  olunan tərəfindən  sığorta  kartı  tibbi  xidmət 

almaq üçün üçüncü şəxsə verildikdə, sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin 

həyata keçirildiyi hallarda Sığorta olunan və ya Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək; 

 

20.6.3

 

Sığortalı (Sığorta  olunan) ona  məlum  olan  riskin  qiymətləndirilməsi  üçün  əhəmiyyətli  hallar  barəsində  və 

sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata 

keçirməkdən imtina etmək; 

 

20.6.4

 

Sığorta olunana dəymiş travmatik zədə və ya onun səhhətinin başqa cür pozulmasına gətirib çıxaran hadisə 

və  faktlar  üzrə  cinayət  işi  qaldırıldığı  halda  səlahiyyətli  orqanların  müvafiq  qərarının  qəbul  olunmasına 

qədər tibbi xidmətlər üzrə ödənişləri təxirə salmaq; 

 

20.6.5

 

Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə Sığorta müqaviləsinə xitam vermək

 

20.6.6

 

Sığorta  haqqının  ödənilməmiş  hissəsi  Sığorta  müqaviləsində  göstərilən  müddət  ərzində  ödənilmədikdə, 

Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 

 

20.6.7



 

Kifayət  qədər  əsas  olmadığı  təqdirdə  müalicə  həkiminin  və  ya  tibb  müəssisənin  dəyişdirilməsində 

Sığortalının (Sığorta olunanın) müraciətini qəbul etməmək; 

 

20.6.8



 

Sığorta olunanın zədə alması ilə bağlı tibbi xidmət üçün müraciət etdiyi halda onun alkoqol, narkotik və ya 

toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasını tələb etmək; 

 

20.6.9



 

Sığorta olunanın alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasına 

etiraz  etdiyi  halda,  Sığortaçı  dəymiş  zədə  ilə  bağlı  tibbi  xidmətlərin  haqqının  ödənilməsindən  imtina  edə 

bilər; 


 

Maddə 21. Sığortaçı tərəfindən nəzarət 

 

21.1



 

Sığorta  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  Sığortaçının  Sığorta  olunana  göstərilən  tibbi  xidmətlərin 

həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək hüququ var. 

 

FƏSĠL 6. SIĞORTA ÖDƏNĠġĠ 

 

Maddə 22. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası 

 

 



22.1

 

Sığortaçı  bu  Qaydalar  əsasında  bağlanmış  Sığorta  müqaviləsinə  əsasən  Sığorta  olunana  göstərilən  tibbi 

xidmətlərin haqqını tibb müəssisəsinə ödəyir (Sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduğu 

halda, azadolma məbləğinin çıxılması şərti ilə). 



22.2

 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  Sığortaçının  həyata  keçirdiyi  bütün  ödənişlərin 

cəmi Sığorta müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz. 

 

22.3



 

Sığorta olunana göstərilən tibbi xidmətlərin əvəzinin ödənilmə qaydası Sığortaçı ilə tibb müəssisəsi və ya 

özəl tibbi fəaliyyətlə məşğul olan şəxs arasında müvafiq müqavilə ilə təyin edilir. 

 

22.4



 

Sığortaçının  yazılı  razılığı  olmadan  Sığorta  olunan  tərəfindən  özbaşına  tibbi  yardımın  təşkil  edilməsi 

halında Sığortaçı göstərilmiş tibbi xidmətlərin keyfiyyətinə və Sığorta olunanın çəkdiyi xərclərə görə heç 

bir məsuliyyət daşımır. 

 

22.5

 

Sığortaçının  yazılı  razılığı  olmadan  Sığorta  olunana,  təxirəsalınmaz  hallar  istisna  olmaqla,  tibbi 

xidmətlərin  müqavilədə  razılaşdırılmamış  tibb  müəssisələrində  göstərilməsinə  görə  Sığortaçı  çəkilən 

xərclərin  əvəzini  ödəmək  öhdəliyi  daşımır.  Sığortaçının  yazılı razılığı  olduqda,  belə tibb  müəssislərində 

göstərilmiş  xidmətlər  üçün  ödəniş  Sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  tibb  müəssisələrinin 

preyskurantları əsasında həyata keçiriləcəkdir. 

 

22.6

 

Əgər  Sığorta  olunan  tibbi  təyinatlara,  tibbi  personalın  məsləhətlərinə  və  tibb  müəssisəsində  müəyyən 

edilmiş  daxili  intizam  qaydalarına  riayət  etməzsə,  tibb  müəssisəsi  Sığortaçını  məlumatlandıraraq 


 

15 


ambulator  xidmətlərin  göstərilməsini,  yaxud  stasionar  yardımı  dayandırdıqda,  Sığortaçı  artıq  bu  vaxta 

qədər göstərilmiş tibbi xidmətlərə görə xərclərin və həmçinin bunun nəticəsində baş vermiş başqa əlavə 

xərclərin ödənilməsindən imtina edə bilər. Belə halda artıq bu vaxta qədər göstərilmiş tibbi xidmətlərin 

əvəzinin ödənilməsi öhdəliyi Sığortalının üzərinə düşür. 

 

22.7

 

Əgər Sığorta olunan həkim təyinatına əsasən xəstəxanada yerləşdirilməkdən imtina  edərsə, Sığortaçı bu 

xəstəliyin  ağırlaşmalarına  görə  Sığorta  olunanın  müalicəsinə  yönəldilən  tibbi  xidmətlərə  təminat 

verməkdən imtina edə bilər. 

 

22.8

 

Əgər Sığorta olunan xəstəxanada yerləşdirildikdən və ya ambulator xidmət almaq üçün müraciət etdikdən 

sonra  baş  vermiş  hadisənin  Sığorta  müqaviləsinə  əsasən  sığorta  hadisəsi  olmamağı  məlum  olursa,  tibb 

müəssisəsində göstərilən xidmətlərin ödənilməsi Sığorta olunanın öhdəliyidir. 

 

22.9

 

Sığorta  müqaviləsi  qüvvədə  olduğu  müddətdə  baş  vermiş  sığorta  hadisəsinin  nəticələrinə  görə  tibbi 

yardım  göstərilməsi  zərurəti  sığorta  müqaviləsi  qüvvədən  düşdükdən  sonra  da  mövcud  olduqda,  tibbi 

xidmətlərə görə sığorta ödənişləri aşağıdakı qaydada həyata keçirilir: 

 

22.9.1

 

Ambulator müalicə zamanı xəstəliyin kəskin dövründə-sığorta müddətinin bitməsindən sonra 3(üç) təqvim 

günündən artıq olmamaq şərti ilə, xəstəlik vərəqəsi bağlananadək; 

 

22.9.2



 

Xəstəxanaya  təxirəsalınmaz  yerləşdirilmə  zamanı-sığorta  müddətinin  bitməsindən  sonra  5  (beş)  təqvim 

günündən artıq olmamaq şərti ilə xəstənin xəstəxanadan çıxmasınadək; 

 

22.9.3



 

Xəstəxanaya planlı yerləşdirilmə zamanı-Sığorta müqaviləsinin qüvvədən düşməsinə qədər. 

 

22.10

 

Sığortalı  bilavasitə  onun(və  ya  Sığorta olunanın) təqsiri  üzündən  sığorta  kartından  qanunsuz  istifadə  edən 

şəxsə göstərilən xidmətlər üçün xərclənmiş məbləği Sığortaçıya qaytarmalıdır. 

 

22.11



 

Sığorta  olunan  həkim  qəbuluna  təyin  edilən  vaxtda  gəlmədikdə,  təcili  və  təxirəsalınmaz  tibbi  yardım 

briqadasının  çağırılması  zamanı  göstərilən  ünvanda  olmadıqda,  Sığortalı(Sığorta  olunan)  Sığortaçının  tibb 

müəssisəsinə ödədiyi xərcləri ona qaytarmalıdır. 

 

Maddə 23. Sığorta ödənişindən imtinanın əsasları  

 

23.1



 

Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 

 

23.1.1

 

baş  vermiş  hadisənin  qanunvericiliyə,  bu  Qaydalara  və  Sığorta  müqaviləsinə  görə  sığorta  hadisəsi  hesab 

edilməməsi; 

 

23.1.2



 

20.2.3 bəndi nəzərə alınmaqla, sığorta olunan şəxs və/və ya sığorta hadisəsi barəsində Sığortalının/Sığorta 

olunanın  Sığortaçıya  qəsdən  yanlış  məlumat  verməsi  nəticəsində  Sığortaçının  sığorta  riskini 

qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və ya dəyən zərərin həcmini müəyyənləşdirmək 

imkanından tam və ya qismən məhrum olması; 

 

23.1.3



 

20.4.1 bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin səbəblərini və/və ya dəyən 

zərərin  həcmini  müəyyənləşdirmək  imkanından  tam  və  ya  qismən  məhrum  olması  ilə  əlaqədar  onun 

mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda; 



23.1.4

 

Sığortaçının  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  araşdırmasına  Sığortalı  və  ya  Sığorta  olunan 

tərəfindən maneçilik törədilməsi; 

 

23.1.5



 

sığorta  hadisəsinin  sığorta  haqqı  və  ya  onun  hər  hansı  bir  hissəsinin  qanunvericilikdə  və  ya  müqavilədə 

nəzərdə  tutulmuş  ödənilməsi  müddəti  başa  çatdıqdan 15  gün  sonra,  Sığortaçının  Sığortalını  yazılı  surətdə 

xəbərdarlıq edərək müddət müəyyən etdiyi halda müəyyən edilən müddətin başa çatmasından 3 gün sonra 

baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilmədikdə. 

 

Maddə 24. Subroqasiya hüququ 

 

24.1

 

Sığorta ödənişinin həyata keçirilməsindən sonra, Sığorta olunanın səhhətinə vurulan zərərə görə məsuliyyət 

daşıyan  üçüncü  şəxsə  qarşı  subroqasiya  qaydasında  tələb  irəli  sürmək  hüququ,  həmin  ödəniş  məbləği 

həddində Sığortaçıya keçir. 

 


 

16 


24.2

 

Sığortalı  (Sığorta  olunan)  Sığortaçının  subroqasiya  hüququnun  təmin  edilməsi  üçün  öz  imkanları 

çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün zəruri olan bütün sənədlər, 

sübut və məlumatlarla təmin etməlidir. 

 

24.3

 

Sığortalının(Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə 

görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi 

üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək. 

 

24.4

 

Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit 

olunduğu hallar istisna olmaqla, Sığortalı(Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin 

edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi 

verməkdən  zərərvuran  şəxsdən  subroqasiya  qaydasında  ala  biləcəyi  məbləğ  həcmində  azad  edilir  və 

ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir. 

 

Maddə 25. Valyuta haqqında qeyd-şərt 

 

25.1



 

Sığorta məbləğlərinin, sığorta haqlarının və azadolma məbləğinin xarici valyuta ilə ifadə olunduğu hallarda, 

bütün  ödənişlər  Azərbaycan  Respublikası  Milli  Bankının  ödənişin  həyata  keçirildiyi  tarixə  və  ya  ödənişə 

əsas  verən  sənədin  tərtib  edilməsi  tarixinə  olan  rəsmi  məzənnəsi  əsasında  Azərbaycan  manatı  ilə  və  ya 

Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə 

həyata keçirilə bilər. 

 

25.2

 

Əgər  sığorta  ödənişinin  verilməsi  üçün  əsas  olan  sənədlər  Azərbaycan  manatı  və  ya  şəhadətnamənin 

valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə 

Azərbaycan  Respublikası  Milli  Bankının  həmin  sənədin  tərtib  olunduğu  tarixə  uyğun  rəsmi  məzənnəsi 

əsasında həyata keçirilir. 

 

Maddə 26. Ödənilməmiş sığorta haqqının nəzərə alınması 

 

26.1

 

Əgər sığorta ödənişi verilənə qədər nəzərdə tutulan sığorta haqqı(və ya onun hissəsi) tam ödənilməmişdirsə, 

Sığortaçı  sığorta  ödənişinin  həyata  keçirilməsi  zamanı  ödənilməyən  sığorta  haqqını  sığorta  ödənişinin 

məbləğindən çıxmaq hüququna malikdir. 

 

Maddə 27. Mübahisələrin həlli qaydası 

 

27.1



 

Bu  Qaydalar  əsasında  bağlanmış  Sığorta  müqaviləsindən  irəli  gələn  bütün  mübahisələr  ilkin  olaraq 

danışıqlar yolu ilə, pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə qüvvədə olan 

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə vasitəsilə həll edilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

17 


 

 

 

“Xalq Sığorta” ASC-nin 

 

Könüllü Tibbi Sığorta üzrə tarif dərəcələrinin əsaslandırılması 



 

Tarif  dərəcələrinin  əsaslandırılması  “Qeyri-həyat  sığortası  üzrə  sığorta  tariflərinin  hesablanması 

haqqında” metodikadan istifadə edilməklə aparılır. Tarif dərəcəsini hesablayarkən əvvəlcə netto-dərəcəni 

hesablayırlar. Netto-dərəcənin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir: 

1)Sığorta hadisəsinin baş verməsi ehtimalı(q)-0,58; 

2)Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği(S

o

)- 8818,56 manat; 



3)Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi(S

ö

)- 850 manat; 



4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n)-15000. 

Tn,Tə  və  Tr  ilə  müvafiq  olaraq  netto-dərəcəni,  onun  əsas  hissəsini  və  risk  üstəliyini  işarə  edək. 

Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır: 

 

Tə=100qS



ö

/S

o



=0,58.100.850/8818,56=5,556 manat. 

 

Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun 



əmsal 

α

=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:  

 

Tr=1,2.Tə.α.((1-q)/nq))½ =1,2.5,556.2.((1-0,58)/(0,58.15000))½ = 0,093 manat. 



 

Tn=Tə+Tr=5,556+0,093=5,649 manat. 

 

Tarif  dərəcəsinin  strukturu:  netto-dərəcə-75%,  yüklənmə-30%.  O  cümlədən  işlərin  aparılması  xərcləri-



28%, tarif mənfəəti -2%. 

 

BRUTTO-DƏRƏCƏNI TB ILƏ IġARƏ EDƏK. 



ONDA BRUTTO-DƏRƏCƏNIN HESABLANMASI DÜSTURUNA ƏSASƏN 

 

Tb=Tn/(100-f)=5,649/(1-0,3)=8,070 manat. 



 

Sığortanın  şərtlərindən  asılı  olaraq  baza  tarif  dərəcəsinə  azaldıcı  və  artırıcı  əmsallar  tətbiq  edilir. 

Nəticədə, yekun tarif dərəcələri 0,2%-15% aralığında dəyişir. 

 

 



Document Outline

  • OLE_LINK2

Yüklə 245,96 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin