Rabil Mehtiyev Fəlsəfə


İdrak fəlsəfi təhlilin predmeti kimi



Yüklə 0,74 Mb.
səhifə42/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   56
mehtiyev (1) (2)

1. İdrak fəlsəfi təhlilin predmeti kimi.
İdrak nəzəriyyəsi (qnoseologiya) idrakın mənşəyi və mahiyyəti, əldə edilən biliyin yaranması prosesi, onun əsası və meyarı, idrakın pillələri və üsulları haqqında fəl­sə­fi təlimdir. İdrakın müxtəlif səviyyələrinə uyğun olaraq qnosologiya iki hissədən – inikas nəzəriyyəsi və elmi təd­qiqatın metodologiyasından ibarətdir. Fəlsəfəyə «İdrak nəzəriyyəsi» terminini ilk dəfə 1854-cü ildə C.Ferrey daxil edib.
İdrak nəzəriyyəsini fəlsəfənin əsas məsələsinin ikinci tərəfinə verilən cavabla izah edirlər. Başqa sözlə, insan şüurunun xarici aləmi dərk edib etməmək qabiliyyətinə malik olması əsas götürülür.
İdrak nəzəriyyəsi dünyanın obyektiv surətdə mövcud olmasını və onun insan şüurunda əks olunmasını əks et­di­rir. Yəni, reallığın predmet və hadisələri, onların xassə və münasibətləri insanların hiss üzvlərinə təsir göstə­rə­rək, onlarda müvafiq duyğu və qavrayışlar formalaşdırır ki, nəticədə anlayışlar və məntiqi təfəkkürün digər for­maları yaranır. Belə ki, insanın biliklərinin mənbəyi ətraf aləm­dən qaynaqlanır və predmet və proseslərin spe­sifi­kası təfəkkürdə əks olunur.
İdrak insanın yeni bilik əldə etməsi olmaqla onun sosial mühitə tam inteqrasiya olunmasının vacib ele­men­ti­dir. Bu baxımdan yanaşdıqda idrakın səfərbəredici və inteqrasiyaedici bir funksiya daşıdığını qeyd etmək olar.
İdrakın fəlsəfi dərki üçün bir sıra kateqoriyaların iza­hı vacibdir. Bunlardan vacib olanları sistem, struktur ka­te­qoriyalarıdır. Sistem yunanca bütöv, tam sözündən olub ayrı-ayrı hissələrdən, çoxsaylı elementlərdən ibarət çoxluğu ifadə edir.
Struk­tur obyekti, predmeti, prosesi tam edən ele­ment­lə­rin nisbətən sabit vəhdəti və onların əlaqə və müna­sibətlərini ifadə edən məfhumdur.
İnsanın onu necə qəbul edib etməməsindən asılı olma­yaraq real olan şeylər, hadisələr, proseslər və s. id­rak obyektidir.
İdrakın subyekti qismində həm ayrıca insan (fərd), həm də müxtəlif qruplar (və yaxud, bütövlükdə cəmiy­yət) çıxış edə bilər. Məhsuldar idrak fəaliyyəti yalnız idrak prosesində subyektin aktiv rolu ilə geçəkləşə bilər.
İdrakın obyekti–hər şeydir. Obyekt həm maddi şey­lər (kimyəvi element, fiziki cisim, canlı orqanizm), həm də sosial hadisələr (cəmiyyət, insanların qarşılıqlı mü­na­si­bətləri, onların davranış və fəaliyyəti) ola bilər. Be­lə­lik­lə, idrakın obyekti ya praktiki, ya da idrak prosesinin gedişində mənimsənilən və insandan asılı olmadan möv­cud olmayan şeylər, hadisələr, proseslərdir.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin