Rabil Mehtiyev Fəlsəfə


Dünyagörüşünün mahiyyəti və tarixi tipləri



Yüklə 0,74 Mb.
səhifə2/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56
mehtiyev (1) (2)

2. Dünyagörüşünün mahiyyəti və tarixi tipləri.
Dünyagörüşü dünya və orada insanın yeri haqqında tə­səvvürlərin, anlayışların, baxışların sistemidir. Onun ob­yekti dünya, predmeti isə təbiət və insandır.
Bütövlükdə dünyagörüşünün strukturu ontoloji, qno­se­oloji, aksioloji, sosial-siyasi amillərə istinad edir.
Dünyaduyumu insanın hiss və həyacanla bağlı emo­si­o­nal-psixoloji, dünyaanlamı isə dünyagörüşünün idrakı-intellektual aspektidir. Dünyaduyumu insanların fəaliy­yəti prosesində kortəbii surətdə, dünyaanlamı isə şüurlu tərzdə formalaşır.
Dünyagörüşü dünyaduyumunun və dünyaanlamının qarşılıqlı əlaqəsindən ibarətdir. Dünyagörüşünün inki­şa­fın­da əqidə aparıcı rol oynayır. Əqidə ilə formalaşan si­ya­si, hüquqi, əxlaqi, fəlsəfi yanaşmalar, cəmiyyətə inte­qra­siya insanın həyati fəaliyyətinin nüvəsini təşkil edir.
Dünyagörüşü iki səviyyədə mövcud olur: 1) psixoloji-emosional və yaxud, hissi səviyyə. Bu səviyyə həm də dün­yaduyumu adlanır və ətraf gerçəkliyin hisslər vasi­tə­silə kortəbii qavranılması kimi başa düşülür; 2) rasional sə­viyyə. Bu səviyyə isə dünyaanlamı adlanıb ətraf ger­çək­liyin hadisə və proseslərinin zəka ilə, məntiqi əsas­lan­dır­ma vasitəsilə dərk olunmasını ehtiva edir. Bütöv­lükdə, dünyagörüşü hər iki səviyyənin vəhdəti və qar­şı­lıqlı təsiri nəticəsində formalaşır.
Dünyagörüşünün tarixi tipləri bunlardır: mifologiya, din, fəlsəfə.
Dünyagörüşünün ilkin forması mifdir ki, miflərdə adət-ənənələr, əxlaqi-mənəvi baxışlar, insanların reallığa es­tetik münasibətləri əks olunur. Başqa sözlə, mif qədim döv­rlərdə insanların dünyagörüşünün tarixi for­ma­la­rın­dan biri olmuşdur.
Dünyagörüşünün qədim formalarından biri dindir. İde­oloji dünyagörüşü kimi təşəkkül tapmış, insanları sə­fər­bər edən, gerçəkliyi və özlərini dərk etməsinin tarixi for­ması kimi formalaşmışdır.
Din sadə məişət qaydalarından başlayaraq dövlət ida­rə­çiliyinə qədər bir çox sahələrin müəyyənləşməsinə id­dia etmişdir.
Fəlsəfi dünyagörüşü mifdən və dindən fərqli olaraq, inam və hiss əsasında deyil, ağıl və biliyə istinad edərək təbiətin, cəmiyyətin, bütövlükdə aləmin rasional mənzərəsini yaratmağa başladı.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin