2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.e-gov.az; http://www.health.gov.az;
http://www.e-health.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.e-gov.az ; http://www.sehiyye.gov.az
Elektron poçt: office@health.gov.az, rgem@esehiyye.az
Telefon: (+99412) 422 52 85, (+99412) 431 38 28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. ərizə (əlavə № 1);
2.6.2. nəqliyyat vasitələrinin texniki pasportunun elektron formada surəti;
2.6.3. istehsalçıdan mənbələrin texniki xarakteristikasını təsdiq edən sənədin (sertifikatın) elektron formada surəti;
2.6.4. daşınma ilə məşğul olan şəxslərin tibbi müayinədən keçmələri haqqında məlumat (tibbi müayinə kartın nömrəsi).
2.6.5. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması
Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.
Dostları ilə paylaş: |