Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   17   18   19   20   21   22   23   24   25

             Alimlərin maraq dünyası 

 

“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinin 

əlyazmasını  oxuyarkən  ilk  növbədə  müəllifin  maraq 

dünyasının  genişliyi  diqqətimi  cəlb  etdi.  Səhifələri 

çevirdikcə  tarixə,  coğrafiyaya,  həndəsəyə,  riyaziyyata, 

astronomiyaya  və  digər  elmlərə  aid  məlumatlar  verən 

faktlarla  tanış  olur,  müəllifin  çoxistiqamətli  axtarışlardan 

aldığı  nəticələrdən  sevinirsən.  Oxucu  təkcə  ona  görə 

sevinmir ki, burada bir  neçə elmin  əlaqəli  şərhi problemin 

məntiqini gücləndirir, oxucuya ətraflı dərk imkanı yaradır; 

həm  də  ona  görə  sevinir  ki,  dünyada  elmin  inkişafında 

şərqlilərin xidmətləri daha əzəlidir, ilkinlərdəndir. 

Müəllif  Ramiz  Dəniz  (Qasımov)  qeyd  edir  ki,  bir  mən 

dünya  elmi,  mədəniyyəti,  incəsənəti,  ədəbiyyatının  sürətlə 

inkişaf etdirilməsində müsbət rol oynamış tarixi şəxsiyyət-

lərin  taleyi  və  elmi  irsi  heç  də  lazımi  səviyyədə  tədqiq 

edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Müəllif bu 

qənaətində çox haqlıdır. Azərbaycan xalqının dünya elminə 

kəşflər, ixtiralar bəxş etmiş, bir çox elmin əsasını qoymuş, 

ədəbiyyat  və  incəsənət  sahəsində  sənətin  zirvəsinə  yüksəl-

miş xeyli görkəmli simaları vardır. Bunlar haqqında nəinki 

bədii-publisistik əsərlər, heç əməllibaşlı, fundamental elmi-

tədqiqat əsərləri hazırlanmamışdır. Nədənsə, Azərbaycanda 



                                                     

 

  



                                                                            

                                                    

402 

elm  və  mədəniyyət  tarixinin  elmi-tədqiqi  istiqaməti  olaraq 



öyrənilməsinə  diqqət  yetirilmir.  Ona  görə  də  elmi  nəticə-

lərin təbliği və yayılması kütləviləşmir. 

R.  Dənizin  əsəri  müəyyən  əhəmiyyətə  malikdir.  Lakin 

fundamental  mahiyyətli  deyil.  Burada  xeyli  mənbəyə 

istinad  olunaraq  tarixi-elmi  məsələlər  haqqında  bir  çox 

alimin mövqeyi, münasibəti açıqlanır. Müəllif müxtəlif əsər 

və tədqiqatlardan dəyərli elmi  fikirləri bir  yerə toplamaqla 

maraqlanan oxucunun işini xeyli asanlaşdırmış, onun əlinə 

faktlar  toplusu  vermişdir.  Digər  tərəfdən  müəllif  kəşflərin, 

elmi  ideyalarının  dinamikasını  açır,  ilkin  elmi  ideyanın 

elmi  mənsubluğunu  və  onun  yazılma  və  inkişaf  anatomi-

yasını,  dəyişmə  və  yeniləmələrini  müqayisələrlə  üzə  çıxa-

rır.  “Antik  dövrün  astronomları”,  “Şeyx  Məhəmmədəli 

Babakuhi Bakuvi”, “Tanınmış alimlərin əsas elmi işləri”, 

“Marağa  rəsədxanansının  banisi  Nəsirəddin  Tusi”  və 

digər başlıqlı hissələr səciyyəvidir. 

Əsərdə Nəsirəddin Tusinin astronomiyaya aid əsərləri və 

xidmətlərindən  geniş  danışılır  və  bir  çox  elmi  maraq 

doğuran  faktların  təhlili  verilir.  Xüsusilə  X.  Kolumbun 

Amerikanın  kəşfi  və  onun  istifadə  etdiyi  xəritənin  kimlər 

tərəfindən  hazırlanması  faktı  tədqiqata  cəlb  olunur  və 

müəllif  belə  bir  qənaətə  gəlir  ki,  həmin  xəritə  Marağada 

hazırlanmış  və  onun  əsas  müəllifi  Tusidir.  Ramiz  Dəniz 


                                                     

 

  



                                                                            

                                                    

403 

dəlillərlə  xəritənin  hazırlanması  prossesini,  onun  sayını  və 



variantlarını,  xəritələrin  əldən-ələ  necə  düşməsini,  nəhayət 

Kolumbun  ondan  istifadəsini  və  digər  cəhətləri  əsaslı 

şəkildə meydana qoyur və özünün elmi qənaətlərini sübuta 

yetirir. 

R. Dəniz qeyd edir ki, Kolumb Tusinin məşhur xəritəsin-

dən əlavə, onun “Zic Elxani” əsəri ilə də tanış olub. 

Müəllif N. Tusinin kəşfinin ciddi elmi mahiyyətini şərh 

edərkən  həm  də  onların  ilkinliini  vurğulayır.  O,  qeyd  edir 

ki,  İ.  Nyutonu  və  məşhur  dünya  astronomlarını  400  il 

qabaqlamış  azəritürk  alim  sübut  etmişdir  ki,  dənizlərdə  və 

okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin 

kor-koranə şıltaqlığı deyildir. Məhz Ayın çəpəki hərəkətin-

dən və Yerin qütblərdəki batıqlığından irəli gələn vaxtaşırı, 

yəni il ərzində 24 dəfə özünü biruzə verən hadisədir. 

Göründüyü  kimi,  oxuculara  təqdim  olunan  bu  əsərdə 

maraqlı  məqamlar  çoxdur.  Bunlar,  müəllifin  çox  saylı 

alimlərdən  gətirdiyi  dəlillərə  söykənməsinə  baxmayaraq, 

hələ zaman-zaman müzakirə mövzusu tədqiqat obyekti ola 

bilər.  Lakin  bir  həqiqət  aydındır  ki,  tədqiqatçının  zəhməti 

və vətənpərvər-vətəndaş niyyəti təqdirəlayiqdir.                   



                                               

                                       Əjdər Ağayev professor,                                                                                   

                                       pedaqogika elmləri doktoru 

                                                     

 

  



                                                                            

                                                    

404 

        Bəşər ustadı haqqında vəsait 

 

“Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri, 



şairləri  və  mütəfəkkirləri  ilə  başqa  ölkələrdən  seçilmişdi. 

Bu  ondan  irəli  gəlir  ki,  hələ  erkən  orta  əsrlərdən  elmə, 

mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqət yetiri-

lir  və  bu  sahələrin  inkişafı  üçün  güclü  mütəxəssislər 

yetişdirmişdi.  Bundan  əlavə,  Azərbaycan  alimləri  ölkənin 

sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi proses-

lərin  necə  cərəyan  etdiyi  ilə  dərindən  maraqlanır  və  onlar 

da elmi-tədqiqatlarını davam etdirirdilər”. 

Bu  mübarək  kəlamlarla  öz  oxucularına  müraciət  edən, 

peşə və sənət baxımından, hələlik yalnız öz zehninə və fitri 

istedadına  güvənən  gənc  tədqiqatçı  Ramiz  Dəniz  (Qası-

mov)  Nəsirəddin  Tusi  haqqında  çox  mötəbər  məlumatları 

əldə  edərək,  ümumiləşdirmiş,  sonra  onun  hər  bir  əsəri 

üzərində  ayrıca  dayanmış,  onların  şərhlərinə  və  elmi 

tutumuna dair  mövcud  məlumatlarla oxucuları  tanış etmiş, 

elmi-nəzəri  və  ideya-mənəvi  irsinin  böyük  bir  qisminin 

saxlanıldığı ünvanları tanıtmışdır. Son illərdə Tusinin elmi-

mənəvi irsi ilə bağlı məxəzlər silsiləsi ilə tanışlıq məsələləri 

ayrı-ayrı  alim  və  tədqiqatçılar  tərəfindən  tədqiqata  cəlb 

edilsə  də,  onun  bütövlükdə  din,  təbiət,  əxlaq  tərbiyəsi, 

nücum,  musiqişünaslıq,  hüquq,  siyasət  elmi  sahəsində 


                                                     

 

  



                                                                            

                                                    

405 

dinamik  baxışlarını,  mən  deyərdim  ki,  fədakarlıq  nümunə-



sində,  peşəkar  səviyyədə  mənimsənilməsini  bu  gənc 

tədqiqatçı qədər nəfis və hərtərəfli araşdıran olmamışdır. 

Onu  da  qeyd  edək  ki,  gənc  tədqiqatçı,  istedadlı  qələmi 

sahibi olan Ramiz Dəniz oxuculara yaxşı tanışdır. 

Onun  zəka  sahibləri  olan  görkəmli  elm  və  sənət  adam-

ları,  aqil  şəxsiyyətlər  haqqında  kamil  düşüncələri,  dərin 

sosial  axtarışları  öz  əhatə  dairəsi  baxımından  geniş  və 

rəngarəngdir. 

Tarixi şəxsiyyətlərin, nadir istedad sahiblərinin fəzilət və 

yaradıcılıq  dünyasını  öyrənib,  qələmə  almaq  və  bu  tarixi 

irsdən ictimai tərəqqi ideyaları baxımından böyüyən nəslin 

hərtərəfli  və  ahəngdar  inkişafında  təsiri  olacaq  səviyyədə 

sanballı bir əsər hasilə gətirmək, əlbəttə, nəcib və şərəfli bir 

iş sayılmalıdır. 

Bu  baxımdan  Nəsirəddin  Tusi  irsi  bütün  dövrlərdə  və 

xüsusən  müasir  şəraitdə  ən  qiymətli,  əhəmiyyətli  mənbə, 

qaynaq olmuşdur və olmaqdadır. Böyük  mütəfəkkirin tari-

xin  gerçəkliklərinə  çevirilmiş  nəzəri  baxışları,  konseptual 

ideyaları  müəllifi  ciddi  düşündürmüş,  onu  bu  sahədə,  bir-

neçə tədqiqi xarakterli axtarışlar aparmağa sövq etmişdir. 

Bir incə mətləbi də qeyd edək ki, dünya şöhrətli alimin 

ideya-nəzəri irsini yüksək vətəndaşlıq qayəsi, milli təəssüb-

keşlik nümunəsi kontekstində öyrənib üzə çıxardan müəllif 


                                                     

 

  



                                                                            

                                                    

406 

bu  gün  təkcə  milli  məhdudluq  çərçivəsində  qalmayıb,  bu 



qəbildən olan elmi-xronikal salnamələri ilə xarici ölkələrdə 

də özünə geniş hörmət və nüfuz qazandırmışdır. 

Onun  bu  vaxtadək  bəşəriyyətin  böyük  duhaları  olan  N. 

Gəncəvi, X. Kolumb, C. Bruno, İ. Nəsimi, N. Kopernik və 

digərləri haqqında topladığı zəngin materiallar çox qiymətli 

və təqdirəlayiqdir. 

Bununla  belə,  o,  xeyli  vaxtdır  ki,  Tusinin  də  elmi  irsi, 

keçdiyi həyat  yolu, dahiyanə şəxsiyyəti, elmi kəşfləri haq-

qında da silsilə məqalələr, elmi nəşrlər toplusu hazırlamış-

dır. 


Bəşər duhasının böyük söz ustadının elm və həyat yolu-

nu  işıqlandırmağa  tuşlanan  “Əsrləri  qabaqlamış  alim 



Nəsirəddin  Tusi”  adlı  fundamental  məlumatlar  toplusu 

olan kitabı isə onun oxucularla növbəti görüşüdür. 

Respublika  “Təhsil”  cəmiyyəti  tərəfindən  “xeyir-dua” 

almış  bu  kitabın  ilk  oxucularından  biri  kimi,  mən  bir  incə 

mətləbi  qeyd  edim  ki,  Tusi  haqqında  toplanılmış  ilkin, 

orijinal məxəz və mülahizələr müəllif tərəfindən çox aydın, 

səlist və hamı üçün anlayışlı şəkildə izah olun-muşdur. 

Nəsirəddin  Tusi  fenomeninə  məxsus  bütün  həyati 

cizgilər müəllif tərəfindən sosial-fəlsəfi mündəricədə, dərin 

məntiqi  ümumiləşmələr  əsasında  işlənilərək,  oxucuya  təq-

dim olunmuşdur. 


                                                     

 

  



                                                                            

                                                    

407 

Zəngin  tarixi  qaynaqlar,  sonsuz  sayda  toplanmış  əlyaz-



maları,  yaradıcı  məfkurə  əsasında  yaranmış  bu  kitab.  Tu-

sinin elmi baxışlarını, idrak səltənətini, müdrik aqilliyini bir 

daha sezib, mənimsəmək baxımından çox dəyərli vəsaitdir. 

Hiss olunur ki, gənc tədqiqatçı öz şəxsi marağı əsasında 

dünyanın  bir  çox  ölkələrin  elmi  kitabxanalarına  və  əlyaz-

maları  fondlarında  olmuş,  N.  Tusi  irsindən  müxtəlif 

vaxtlarda  bəhrənələrək,  topladığı  ən  incə  məqamları  belə 

yaddaşının dərin yerlərində saxlamışdır. 

Əsərdə həm də dünya şöhrətli məşhur səyyah, tədqitçı və 

coğrafiyaşünasların,  təbiət  alimlərinin  N.  Tusi  işığından 

güc alan müdrik əməlləri barəsində də maraqlı mülahizələr 

söylənilmişdir. 

Bu  sahədə,  xüsusən  məşhur  dəniz  mücahidi,  böyük 

coğrafi  kəşflər  dövrünün  “flaqmanı”  olmuş  X.  Kolumbun 

bitib-tükənmək  bilməyən  şücaətləri  haqqında  da  səhih  və 

dolğun məlumatlar verilir. 

İnanırıq  ki,  Ramiz  Dənizin  yenicə  işıq  üzü  görmüş 

“Əsrləri  qabaqlamış  alim  Nəsirəddin  Tusi”  kitabı,  öz 

möhumentallığı,  əhatə  problematikası,  yüksək  həyati 

məziyyətləri ilə oxucuların stolüstü kitabına çevriləcəkdir. 

                                                                                                            

                                                Vidadi Bəşirov                                                                       

                       Pedaqoji fəlsəfə elmlər doktoru 


                                                     

 

  



                                                                            

                                                    

408 

                    Ədəbiyyatların siyahısı 

 

Абрамсон,  М.  Л.  Кириллова,  А.  А.  Колесницкий  Н. 



Ф.  и  др.;  Под  ред.  Колесницкого  Н.  Ф.  История  средних 

веков: 2-е изд. испр. и доп. Москва, «Просвещение», 1986. 



Андре  М.  Подлинное  приключение  Христофора 

Колумба. Пер. с фран. М-Л., Земля и фабрика, 1928 



Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin 

800  illik  yubileyinə  həsr  edilmiş  Respublika  konfransının 

materialları. Bakı-2001 

Афанасьев.  В.  Л.  Текст  воспроизведен  по  изданию: 

Бартоломе  де  Лас  Касас.  История  Индии.  Ленинград, 

«Наука», 1968. 

Bakıxanov A. A. Gülüstani-irəm. Bakı, 1951 

Bakıxanov A. A. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984 

Белый Ю. А. Тихо Браге. М. «Наука», 1982. 

Берри А. Краткая история астрономии. 1946. 

Бертельс  Е.  Я.  Суфизм  и  Суфийская  литература. 

Москва, 1965 



Бейкер  Дж.  История  географических  открытий  и 

исследований. Пер. с англ. М., «Иностранная литература», 

1950 

Бейклесс  Дж.  Америка  глазами  первооткрывателей. 

Пер. с англ. М., «Прогресс», 1969 



                                                     

 

  



                                                                            

                                                    

409 

Велиев  С.  С.  Древний,  древний  Азербайджан.  Баку, 

«Гянджилик», 1983 



Верлинден  Ч.  Христофор  Колумб,  Ернан  Кортес. 

Ростов-на-Дону, «Феникс», 1997  



Н. Веселовский, Н. Белый. Ю. А. Николай Коперник. 

Москва, 1974. «Наука», стр. 65 



Qаbusnamə. Bakı, “Azərnəşr”, 1989 

 

Qacar  Ç.  Azərbaycanın  görkəmli  şəxsiyyətləri.  Bakı, 

“Nicat”, 1997  

     Qasımov R. Müqəddəs missiya. Bakı, “Çaşıoğlu”,2001. 

səh .67 


Qasımov  R.  Ə.  Xristofor  Kolumb,  Nəsirəddin  Tusi  və 

Amerika qitəsinin həqiqi kəşfi. Bakı, “Çaşıoğlu”, 2002 



Голант  В.  Я.  Планету  открывали  сообща.  Москва, 

«Наука», 1971 



Гуляев В. И. Доколумбовы плавания в Америку: мифы 

и реальность. Москва, «Международные отношения», 1991 



Гумилевская  М.  А.  Как  открывали  мир.  Москва,  «Д. 

Л.», 1997 



Дитмар  А.  Б.  Родосская  параллель.  Жизнь  и  деятель-

ность Эратосфена. Москва, «Мысль», 1965 



Hüseynov R. Ə. Astronomiya. Ali məktəblər üçün dərslik. 

Bakı, “Maarif”, 1997 



Hüseynov  R.  Ə.  “Bilgi”  dərgisinin  “fizika,  riyaziyyat,  yer 

elmləri”  seriyası.  Nəsirəddin  Tusinin  astronomiya  elmində 

xidmətləri. Bakı, 2002, №2  


                                                     

 

  



                                                                            

                                                    

410 

Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk. Siyasətnamə. 

H. Məmmədzadənin əlavəsi. Bakı, “Elm”, 1989 



Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk. Siyasətnamə. 

R. Sultanovun yazdığı müqqədimədən. Bakı, “Elm”, 1989 



Ионина  Н.  А.  Автор-составитель.  Сто  великих  чудес 

света. Москва, «Вече», 2000 



Исаченко А. А. Развитие географических идей. Москва, 

«Мысль», 1971 

История  античности.  Сост.  Томашевская  М.  Н. 

Москва, «Правда», 1989, II том 



Каган В. Ф. Основание геометрии. М-Л., 1949 

Кечори Ф. История элементарной математики. Одесса, 

1971 



Клацко-Рындзиун.  Журнал  Ассоциации  искусствен-

ного интеллекта. Новости искусственного интеллекта. М., 

1993  

Коротцев  О.  Как  измеряли  мир.  Глобус.  Л.,  «Д.  Л», 

1980 


Купер Ф. Дж. Мерседес из Кастилии или путешествие в 

Катай. Одесса, «Маяк», 1985 



Kəndli-Herisçi Q. Xaqani Şirvani. Bakı, 1988 

Лас  Касас  Б.  История  Индии.  Пр.  с  исп.  Ленинград, 

«Наука», 1968 



Mehrəliyev E. Babakuhi Bakuvi Ş.M. (Nişapuri, Şirazi) və 

Pirhüseyn Şirvani. Bakı, “Nafta-Press”, 2002 



                                                     

 

  



                                                                            

                                                    

411 

Mehrəliyev  E.  Şirvan  Elmlər  Akademiyası.  Bakı,  “Çaşı-

oğlu”, 2000 



Mehrəliyev E. Şirvanilər. Bakı, “Çaşıoğlu”, 1996 

Məmmədbəyli  H.  C.  Mühəmməd  Nəsirəddin  Tusi.  Bakı, 

“Gənclik”, 1980 



Məmmədbəyli H. C. və Haşımzadə M. “Şəklül-qita” kita-

bının riyaziyyat tarixində əhəmiyyəti. Az.SSR EA., Xəbərləri, 

1951 №8 

Müdərris Rüzavi M. T. Əhval və asar-e Xace Nəsirəddin 

Tusi. II nəşr. Tehran, “Gülşən”, 1991.  



Магидович  И.  П.  Христофор  Колумб.  Москва,  «Гео-

графгиз», 1956 



Магидович  И.  П.  История  открытия  и  исследования 

Северной Америки. Москва, «Географгиз», 1962 



Магидович  И.  П.  История  открытия  и  исследования 

Центральной  Южной  Америки.  Москва,  «Географгиз», 

1965 

Магидович  И.  П.,  Магидович  В.  И.  Очерки  по 

истории  географических  открытий  том  I,  Москва,  «Прос-

вещение», 1983 

Магидович  И.  П.,  Магидович  В.  И.  Очерки  по 

истории географических открытий том  II, Москва, «Прос-

вещение», 1983 

Максудов  Ф.  Г.,  Маммедбейли  Г.  Дж.  Мухаммед 

Насирэддин Туси. Баку, «Гянджилик», 1981  



                                                     

 

  



                                                                            

                                                    

412 

Марко  Поло.  Книга  Марко  Поло.  Пер.  старофран-

цузского текста. Москва, «Мысль», 1965 



Морисон  С.  Э.  Христофор  Колумб  –  мореплаватель. 

Пер. с англ. Москва, «Иностранная литература», 1958 



Муромов  И.  А.  Сто  великих  путешественников. 

Москва, «Вече», 2000 



Rzayev  A.  Nəsirəddin  Tusi  həyatı,  elmi,  dünya  görüşü. 

Bakı, “İrşad” İslam araşdırmaları mərkəzi, 1996 



Rzayev  B.  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn 

Həsən – Nəsirəddin Tusi (XI) Bakı, “ADPU nəşriyyatı”, 2014 



Рашид-ад-дин.  Сборник  летописей  том  III,  Москва, 

1946 


Самин  Д.  К.  Сто  великих  научных  открытий.  М, 

«Вече», 2002 



Самин  Д.  К.  Сто  великих  ученых.  Москва,  «Вече», 

2002 


Страбон.  География.  Пер.  с  гречес.  Москва,  «Наука», 

1964 


Строева  Л.  В.  Государство  Исмилитов  в  Иране  в  XI-

XIII вв. Москва, «Наука», 1978  



Субботин  М.  Ф.  Работы  Мухаммеда  Насирэддина  по 

теории  движения  Солнца  и  планет.  «Известия  АН  Азерб. 

ССР», №5, 1951 

Свет Я. М. Колумб. Москва, «Молодая гвардия», 1973 

Свет Я. М. Севильская западня. (Тяжба о Колумбовом 

наследстве) Москва, «Молодая гвардия», 1969 



                                                     

 

  



                                                                            

                                                    

413 

Томашевская  М.  Н.,  Составитель,  Историки  антич-

ности. Москва, «Правда», 1989, том II 



Фукидид. История том I, Москва, 1915 

Xacə  Nəsirəddin  Tusi.  Rəhim  Sultanovun  farscadan 

tərcüməsi.  Əxlaqi-Nasiri.  Bakı,  “Lider  nəşriyyat”,  2005.  səh. 

235 

Ханке  Х.  Люди,  корабли,  океаны.  Москва,  «Прогресс» 

1984 


Харт  Г.  Венецианец  Марко  Поло.  Перевод  с  англ. 

Москва, «ИЛ», 1956 



Хауз.  Д.  Гринвечское  время  и  открытие  долготы. 

Москва, «Мир», 1983. 



Хепгуд Ч. Древние карты морских королей. 

Христофор Колумб. Путешествие. Москва, 1952 

Шкловский  В.  Земли  разведчик.  Москва,  «Молодая 

гвардия», 1966 

 

 

 



 

 

 



 

 

 



                                                     

 

  



                                                                            

                                                    

414 

                                



                                Mündəricat 

 

Ön söz................................................................. 4-9 



Redaktordan - Böyük məqsədə doğru cəsarətli  

addım......................................................................... 10-14

 

Antik dövrdə astronomiyanın inkişafı................... 16-43 



Şərq dünyasının astronomları................................ 44-51 

Şeyx Məhəmmədəli Babakuhi Bakuvi.................. 51-59 

Tanınmış alimlərin əsas elmi işləri........................ 59-76 

Elm dünyasının şahı Nəsirəddin Tusi.................... 77-95 

Nəsirəddin Tusinin siyasəti................................... 96-124 

Marağada möhtəşəm rəsədxananın inşası............. 124-138 

Marağa rəsədxanası və onun alimləri.................... 139-158 

“Zic Elxani” əsərindən başqa astronomik  

kataloqlarda istifadə olunması.................................... 159-177 

Dövrünə görə dünyanın ən möhtəşəm elmlər  

akademiyası Marağada olub....................................... 177-192 

Nəsirəddin Tusi tərəfindən astronomiyanın inkişaf  

etdirilməsi................................................................... 193-207 

Nəsirəddin Tusinin dünya miqyasındakı elmi  

nailiyyətləri................................................................. 207-231 

Nəsirəddin Tusinin kəşfinin Regiomontan  

tərəfindən mənimsənilməsi......................................... 231-252 

Elmi işlərinə görə diqqət mərkəzində olan alim.... 253-264 



                                                     

 

  



                                                                            

                                                    

415 

Amerika qitəsinin kəşfinə hazırlıq.......................... 265-278 



Xristofor Kolumb və dünya əhəmiyyətli kəşf........ 279-294 

Marağa xəritəsinin bir nüsxəsinin Çinə gedib  

çıxması və oradan yoxa çıxması.................................. 295-302 

Marko Polo və Marağa xəritəsinin Avropaya  

çatdırılması................................................................. .303-311 

Paolo Toskanellinin xəritəsi və onun Yer kürəsinin  

ölçüsünə dair gəldiyi qənaət........................................ 312-326 

İstanbulun Topqapı muzeyindən tapılan sensassion  

xəritə........................................................................... 327-342  

Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis,  

yoxsa Nəsirəddin Tusi................................................ 342-366 

Nəsirəddin Tusi və onun nəsili.............................. 367-373 

Əldə olunan nəticələr............................................. 374-400 

Rəy - Bəşər ustadı haqqında vəsait....................... 401-403 

Rəy - Alimlərin maraq dünyası............................. 404-407 

Ədəbiyyatların siyahısı......................................... 408-413 

 

 

 



 

 

 



 

 

 



                                                     

 

  



                                                                            

                                                    

416 

 

                           Ramiz Dəniz 



 

 

                     



Əsrləri qabaqlamış alim –  

                       Nəsirəddin Tusi  

          

 

                    Nəşriyyatın direktoru F. Q. Kərimov 

 

                    Çapa imzalanmışdır: 30.09. 2014 

                                Formatı: 60 x 84 1/16 

                                Fiziki çap vərəqi: 26 

                                Tiraj: 500 

                                 

                                “Nasir” nəşriyyatı 

 

 

 

                                 Tel: (050) 314 09 37 

                                         (012) 431 11 00 

 

 



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin