Ramiz ƏSKƏr m a h m u d k a şĞ a r iN İN



Yüklə 1.92 Mb.
PDF просмотр
səhifə1/25
tarix16.07.2017
ölçüsü1.92 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25

Bu  kitabı türklüyə 

on  övlad bəxş etmiş 

əziz atam  və anam ın - 

Baxşəli  Qələndər oğlu 

və Səriyyə Tahir qızının 

unudulm az  xatirəsinə 

ith a f edirəm.

Ramiz ƏSKƏR

M A H M U D   K A ŞĞ A R İN İN  

«Dİ V A N  Ü L Ü Ğ  A T -İT -T Ü R K »

ƏSƏR İ  Ü Z R Ə   B İB L İO Q R A FİK  

V Ə   Q R A M M A T İK

G Ö S T Ə R İ C İ

Pr

PREZı’DEN



BAKI - 2008

Avrasya Yazarlar Birliği Yaymları 

Dil Araştırmaları Dizisi: 3

Azərbaycan M illi Elmlər Akadem iyası 

Folklor İnstitutu Elm i Şurasının 

qərarı ilə nəşr olunur

AMEA-nm müxbir üzvü,

Türk Dil Qurumunun fəxri 

üzvü, əməkdar elm xadimi, 

filologiya elmləri doktoru, 

professor Tofiq  HACIYEV

professor Hüseyn İsmayılov 

professor Əzizxan Tanrıverdi 

professor Məmmədəli Qıpçaq 

professor Məhərrəm Məmmədli



Ramiz ƏSKƏR. Mahmud Kaşğarinin 

«Divanii liiğat-it-türk» əsəri üzrə 

biblioqrafik və qrammatik göstərici,

Bakı, 2008,192 səh.

Dahi  türk  dilçisi  və  ensiklopedisti  Mahmud  Kaşğarinin  «Divanü  lüğat-it- 

türk» əsəri dünya dilçilik elminin  ən  qədim və ən  möhtəşəm nümunələrindən biridir. 

Türk  dünyasının  və  türkologiya elminin  ən  parlaq,  ən  əhəmiyyətli  əsəri  olan  «Di- 

vanti  Iüğat-it-türk»  yalnız  türk  dili  və  ədəbiyyatının  deyil,  eləcə  də  türk  tarixinin, 

türk  mədəniyyətinin,  türk  mənəviyyatının  və  psixologiyasının  tədqiqi  üçün  misilsiz 

mənbə,  bitməz-tükənməz qaynaqdır.  Bu şah  əsər  haqlı olaraq min  il  bundan əvvəlki 

türk  dlinyasmm  ensiklopediyası,  türklüyün  aynası,  Mahmud  Kaşğari  isə 

türkçülüyün və türkologiyanın  banisi  sayılır.

Kitabda  Mahmud  Kaşğari  və  «Divanü  liiğat-it-türk»  haqqında  müxtəlif ölkə­

lərdə  və  dillərdə  yazılmış  1.300-dən  artıq  elmi  əsərin  biblioqrafiyası  və  «Divanwın 

qrammatik göstəricisi verilmişdir.

Kitab dilçilər, ədəbiyyatçılar,  ali məktəblərin  filologiya fakültələrinin tələbələri 

üçün nəzərdə tutulur.



Arzu va iradlarınızı bu Uııvana göndərə bilərsiniz:

ramizasker@yahoo.com 

ISBN 978-9952-29-058-6

Elmi redaktor:

Rəyçilər:

©  Ramiz Əskər, 2008



2

İÇİNDƏ KİLƏR:

İxtisarların siyah ısı........................................................... ^

Dünya dilçilik elminin şah əsər i................................... 6

Biblioqrafik göstəricilər.................................................. 20

1.  Azərbaycan d ilin d ə ..................................................... 2®

2.  Türk dilində.................................................................22

3.  Özbək dilində.................................................................^8

4.  Uyğur dilində................................................................

5.  Qazax dilində.................................................................22

6.  Türkmən  dilində........................................................

7.  Tatar d ilində................................................................... 83

8.  Başqırd d ilin d ə .............................................................. 83

9.  Tacik  dilində................................................................ 83

10.  Fars dilində................................................................... 83

11.  Çin  d ilin d ə.................................................................. 83

12.  Y ap on dilində............................................................ 86

13.  Rus  dilində.................................................................. 86

14.  İngilis  d ilində..............................................................1 *2

15.  Alm an  d ilində............................................................... H 5

16.  Fransız dilində..............................................................H 8

17.  İtalyan dilində............................................................. 118

18.  M acar d ilin d ə ............................................................... H 8

«D ivanü  lüğat-it-türk»ün qrammatik

göstəricisi və onun əhəm iyyəti....................................... 119

Qrammatik göstəricilər................................................... 126

A) Adlardan və fellərdən  isim yaradanlar................... 126

b) Adlardan və fellərdən sifət yaradanlar.................... 145

c) Say yaradanlar................................................................ 152

ç) Əvəzlik yaradanlar........................................................ 153

d)  Adlardan və fellərdən zərf yaradanlar......................158

e)  Adlardan və fellərdən fel yaradanlar........................160

o)  Köməkçi nitq hissələrinə aid olanlar......................... 182

3


İX TİSA R LA R IN  SİYAHISI:

АД Д -  Автореферат докторской диссертации.

АКД -  Автореферат кандидатской диссертации.

АН СССР -  Академия Наук СССР.

ДАН-В -  «Доклады Академии Наук», серия В.

Изв.  АН -  Известия Академии Наук.

ЗТ -  «Зарубежная тюркология» (сборник).

ИАА -  «Народы  Азии и Африки» (журнал).

ОГН -  «Отделение гуманитарных наук»  (серия).

ОЛЯ — «Отделение литературы и языка» (серия).

СВ -  «Советское востоковедение» (сборник).

СТ -  «Советская тюркология» (журнал).

ТС -  «Тюркологический сборник».

A M  -  «Asia M ajor» (jurnal).

BB -  Bilimsel  Bildiriler (elm i məruzələr).

D D  -  «D il Dergisi»  (jurnal).

İ A  -  «İslam  Ansiklopedisi».

KCs -  «Körösi  Csom a» (jurnal).

KSz -   «Keleti Szemle» (jurnal).

MK -  «M illi Kültür» (jurnal).

M T -  «M illi Tetebbular» (jurnal).

T D  -  «Türk Dili» (jurnal).

T D A  -  «Türk D ünyası Araştırmaları» (jurnal). 

T D A Y -B -T ürk D ünyası Araştırmaları Yıllığı-Bülleten. 

T D K  -  Türk D il  Kurumu.

TK -  «Türk Kültürü» (jurnal).

TK AE -  «Türk Kültürünü Araştırma Enstitüsü».

T M  -  «Türkiyat M ecm uası» (jurnal).

TTK -  Türk Tarih Kurumu.

TY -  «Türk Yurdu» (jurnal).

4

U A J -  «Ural-Altaische Jahrbücher» (jurnal).

UJb -  «Ungarische Jahrbücher» (jurnal).

X D İJ  -   Şincanq  daşun  ilm iy  jurnili  (Sintszyan  Universi­

tetinin Elmi Əsərləri).

D D  -  D oktorluq dissertasiyası.

D D A  -  D oktorluq dissertasiyasının avtoreferatı.

N D  -  Nam izədlik dissertasiyası.

N D A  -  Nam izədlik dissertasiyasının  avtoreferatı.

5


DÜ N Y A  DİLÇİLİK  EL M İN İN  ŞA H  Ə SƏ R İ

Bu  il  ilk  türk  ensiklopedisti,  dahi  dilçi,  filoloq,  etnoqraf 

və  mədəniyyətşünas  M ahmud  Kaşğarinın  anadan  olm asının 

1.000  illik  yubileyi  U N E SC O -nun  qərarı  ilə  bütün  dünyada 

qeyd olunur.

Orta  əsrlər  dövrünün  ən  nəhəng  dövlətlərindən  biri,  ta­

rixdə  ilk  türk-islam  dövləti  olan  Qaraxanilər  imperiyasım  qu- 

la n   xanədanın  üzvü  M ahm ud  Kaşğari  həmin  imperiyanın  ba­

nisi  Köl  Bilgə  xaqanın  səkkizinci  nəsildən  törəməsi,  taxt-tac

 

üçün  xüsusi  tərbiyə  edilən,  Qaraxani  hökmdarları  siyahısında 



doqquzuncu  sırada  taxta  çıxacaq  vəliəhd  şahzadə  olmuşdur. 

O,  1008-ci  ildə  Kaşğar  şəhərinin  yaxınlığındakı  Opal  kəndində 

dünyaya gəlmiş,  m üxtəlif mədrəsələrdə mükəmməl  təhsil almış, 

riyaziyyat,  hesab,  həndəsə,  astronom iya,  kimya,  dil,  ədəbiyyat, 

tarix,  coğrafiya,  fəlsəfə,  hüquq,  təbabət,  ilahiyyat,  pedaqogika, 

psixologiya,  hərb sənəti, məntiq,  siyasət,  etika  və sair elm sahə­

lərində  dərin  biliklər  qazanmışdır.  Bundan  başqa,  o,  etnoqra­

fiya  ilə  də  yaxından  m araqlanmış,  idman  və  əyləncə  oyunları,

 

kulinariya  və musiqi,  geyim  və  bəzək  əşyaları,  ticarət,  ovçuluq, 



balıqçılıq və atçılıq,  sənətkarlıq,  əkinçilik və heyvandarlıq  kimi 

sahələrə  vaqif olmuş,  ərəb,  fars,  böyük  ehtimala  görə,  həm  də 

soğd  və  yunan  dillərini  m ükəmm əl  şəkildə  öyrənmiş,  bu  dillər­

də  yazılmış  bədii,  elmi  ədəbiyyatı,  Fərabi,  ibn  Sina,  Biruni  ki­

mi  dühaların,  yunan,  hind,  Çin  müəlliflərinin  əsərlərini  oxu­

muşdur.

M ahm ud  Kaşğari  xalq  həyatına  xüsusi  maraq  göstərmiş, 

hələ  gənc  yaşlarında  ikən  türk  ellərini  başdan-başa  dolaşmış, 

gələcək  kitabı üçün dil,  ədəbiyyat,  tarix,  coğrafiya,  etnoqrafiya 

sahəsində zəngin material  toplamışdır.

M ahm ud  Kaşğari  30-dan  yuxarı  türk  ləhcəsini,  o  cümlə­

dən  oğuz,  qıpçaq,  karluq,  bulğar,  arğu,  kənçək,  uğrak,  yaba- 

ku,  yəmək,  bəçənək, itlik,  kay, çigil,  tuxsı, çumul,  basmıl,  köçə,

6

suvar,  uç,  barsğan,  xaqaniyyə,  tatar,  türkmən,  çaruk,  başğırt, 



sögüt,  yağma,  uyğur  ləhcələrini,  türk  olmayıb  türkcə  bilən- 

danışan  tübütlərin,  xotənlərin  və digər xalqların  dillərini bütün 

incəliklərinə  qədər  öyrənmiş  və  özünün  məşhur  əsəri  «D ivanü 

lüğat-it-türk»də  əks  etdirmişdir.  Burada  külli  miqdarda  ərəb­

cə,  ara-sıra farsca,  çincə və hindcə misallar verilmişdir.  Bir sö z­

lə,  «Divan»da  40-a  yaxın  dil  və  ləhcə  illüstrasiya  olunmuşdur. 

Türk  dillərinin  leksikasına,  qrammatik  quruluşuna  dair  bu  na­

dir  məlumatlar  bu  dillərin  tarixi  inkişaf yolunu  izləmək,  tarixi 

qrammatikasım  tərtib  etmək  baxımından  son  dərəcə  mühüm 

əhəmiyyət  daşıyır.  «D ivan»  Azərbaycan  dili  üçün  də  çox 

mühüm qaynaqdır.

Mahmud  Kaşğari  «Divan»da  türk  ədəbiyyatı  və  şifahi 

xalq  yaradıcılığı  üçün  m isilsiz  əhəmiyyət  daşıyan  318  sav,  yəni 

atalar  sözü və  məsəl,  deyim,  kəlam  və  aforizm  (onlardan  26-sı 

D L T-də iki,  6-sı  üç dəfə  təkrar edilir) vermişdir.  Bunlar  türklə­

rin  dünyagörüşünü,  milli  əxlaqi-mənəvi  dəyərlərini,  həyat  ha­

disələrinə  münasibətini,  bir  sözlə,  uzun  əsrlərin  müşahidə  və 

təcrübəsi  nəticəsində  yaranan  xalq  fəlsəfəsini  əks  etdirir,  gənc­

lərə ibrətamiz öyüdlər aşılayır.

DLT-dəki  şeir  nümunələri  isə  (ümumi  həcmi  764  misra 

olan  289  bənd və  beyt)  türk  bədii  təfəkkürünün  bütün  incəliyi­

ni  və  zərifliyini  ortaya  qoyur.  Burada  böyük  türk  xaqanı  Alp 

Ər Tonqanın  (Əfrasiyabın)  ölümünə həsr  olunm uş  ürək parça­

layan  mərsiyə,  tərkən  xatuna  xitabən  yazılmış  duyğu  yüklü 

bəndlər,  aşiqanə-lirik  parçalar,  ov  və  savaş  səhnələrini,.təbiət 

lövhələrini  əks  etdirən  əsasən  7-8  hecah  lakonik  şeirlər  öz 

mükəmməlliyi  və ifadə  vasitələrinin  zənginliyi  ilə  insanı  heyran 

edir.

Əsərdə  onlarca  siyasi,  iqtisadi,  hərbi  termin,  ad,  ünvan, 

m əişət əşyalarından,  ətriyyat və ipək növlərindən  tutmuş palto, 

plaş,  əlcək,  hətta  ütü  barədə  ən m üxtəlif məlum atlara,  yüzlərcə 

heyvan  və  bitki,  silah  və  çalğı  alətinin  adına  rast  gəlirik. 

K itabda  200-dən  artıq  dərman  növü,  30-dan  çox  xəstəlik  adı, 

təqribən 40  yemək və  içki  resepti,  30-dan çox  ipək çeşidi  öz ək­

sini  tapmışdır.  Bütün  bunlar  türk  mədəniyyət  tarixi  və  etno­

qrafiyası baxımından  böyük dəyər daşıyan  bilgilərdir.

7


D L T -yə  əlavə  edilmiş  yuvarlaq  dünya  xəritəsi  də  böyük 

əhəmiyyətə  malikdir.  Bu,  ilk  türk  xəritəsidir.  Balasağun  şəhə­

rini  mərkəz  olaraq  qəbul edən,  diametri  17,75  sm  olan  bu xəri­

tədə  m iqyas  tətbiq  edilməmiş,  paralel  və  meridianlar  göstəril­

məmişdir.  Lakin  buna  baxmayaraq  onun  xəta  payı  çox  azdır. 

M əsələn,  Kaşğarla  Yarkəndin  arası  8  mra  olaraq  verilmişdir. 

Bu  da  gerçək  məsafəyə  (195  km)  nisbətdə  l:25.000.000-luq  bir 

m iqyasa  uyğun  gəlir.  Bu  xəritədə  cəhətlər  və  coğrafi  yönlər, 

türk  ellərinin  və  ölkələrin  coğrafi  ardıcıllığı,  hətta  ekvator  və 

şimal  qütbü,  dağlar  və  çaylar,  səhralar  və  dənizlər  təsvir  edil­

mişdir.  Xəritədə  adı  «ərzi-Azərabadqan»  kimi  göstərilən  Azər­

baycanın  coğrafi  m övqeyi  və  qonşuları  da  öz  əksini  tapmışdır. 

M in  il  əvvəlki  türk  dünyasının  coğrafiyasının  dəqiq  təsvirini 

verən bu xəritə öz dövrü üçün ideal sayıla bilər.

«D ivanü lüğat-it-türk»ün  əsas  mətnini  1072-74-cü illərdə 

Türküstanda  yazan  M ahm ud  Kaşğari  öz  doğm a  ölkəsində  baş 

verən  saray  çevrilişləri,  daxili  çəkişmələr  və  müharibələr 

üzündən  islam   dünyasının  paytaxtı  Bağdada  üz  tutmaq  məc­

buriyyətində  qalmışdır.  O,  1075-77-ci  illərdə  əsər  üzərində 

Bağdadda  tamamlama  və  redaktə  işləri  aparmışdır.  Müəllifin 

islam   xəlifəsinə  təqdim  etdiyi  «Divanü  lüğat-it-türk»də  təqri­

bən  8  min  söz  verilmişdir,  bunlardan  782-si  m üxtəlif  boylara 

m əxsus ləhcə  sözləridir.

U zun  müddət  Bağdadda qalan M ahmud  Kaşğari  nəhayət 

öz vətəninə  dönm üş,  O palda mədrəsə  açaraq  orada  dərs  demiş 

və  1105-ci ildə həmin kənddə 97  yaşında vəfat etmiş,  Qaraxani- 

lərə  m əxsus  ailə məzarlığında  dəfn  olunmuşdur.  Burada xalqın 

böyük  məhəbbətlə  «Həzrəti  M övlana  Şəmsəddin  Əllamə»  ad­

landırdığı  və  əsrlərdən  bəri  ziyarət  etdiyi  M ahmud  Kaşğarinin 

türbəsi  Səbiik  Təkin,  A lp  Təkin,  Kılıç  Buğra  xan  və  digər  Qa- 

raxani  ulularının,  o  cümlədən  anası  Bibi  Rəbiyyə  Hinikənin 

(xatunun)  qəbri ilə yanaşı  yerləşir.

M ahm ud  Kaşğarinin  «D ivanü  lüğat-it-türk»  əsəri  orta 

türk  dövrünün  şah  əsəri,  min  il  əvvəlki  türklüyün  ensiklope­

diyası,  aynasıdır.  Həmin  dövrün  digər möhtəşəm  əsərlərindən  - 

m övzu  etibarilə  qəhrəmanlıq  dastanları  olan  «Dədə  Qor- 

qud»dan  və  «M aııas»dan,  didaktik  «Qutadğu  Bilig»  poem a­

8

sından  fərqli  olaraq  «D ivan»  birbaşa  türk  dilinə,  ədəbiyyata, 



folklora,  tarixə,  coğrafiyaya,  mədəniyyətə,  etnoqrafiyaya  aid­

dir.

Müəllifin  öz əlilə yazdığı  dörd  nüsxədən  heç biri bizə  gə­

lib  çatmamışdır.  «Divan»ın  elm  aləminə  məlum  olan  yeganə 

nüsxəsi  əslən  Cənubi  Azərbaycanın  Savə  şəhərindən  olan, 

Şama  (Dəməşqə)  yerləşən  soydaşım ız  M əhəm m əd  ibn  Əbu 

Bəkr  ibn  Əbu-l-Fəth  əs-Savi,  sümmə  əd-Dim əşqi  (yəni  sonra 

Dəməşqdə  yaşayan)  tərəfindən  M ahmud  Kaşğarinin  öz  avto­

qrafından  200  il  sonra  köçürülən  nüsxədir.  Bu  gün  biz bu  qiy­

mətli  əsərlə tanış  olmağımıza  görə məhz ona borcluyuq.  Əsərin 

əlyazması  hazırda  Fatihdəki  (İstanbul)  M illət  kitabxanasının 

kataloqunda  Ar.4189  nömrə  altında  qeydə  alınaraq  mühafizə 

olunur.

Əsər  1914-cü  ildə  məşhur  kitabsevər  Əli  Əmiri  tərəfindən 

təsadüfən  tapılmış,  Osmanlı  imperiyasının  baş  naziri  Tələt  Pa­

şanın  himayəsi  altında  tanınmış  alim  Rifət  Kilisli  tərəfindən 

1915-17-ci  illərdə mətbəə  üsulu ilə  nəşr edilərək  türkologiyanın 

ən  böyük  və  zəngin  məxəzi  kimi  şöhrət  qazanmışdır.  Cahan- 

şümul türk mədəniyyətinin  ən parlaq nümunələrindən biri olan 

«Divan»  daha  sonra  alman  (Karl  Brokkelmann),  türk  (Bəsim 

Atalay;  Seçkin  Ərdi  və  Sərab  Tuğba  Yurtəsər),  özbək  (Salih 

Mütəllibov),  uyğur (12  nəfərlik heyət),  ingilis  (Robert D an k off 

və  Ceyms  Kelli),  qazax  (Əskər  Eqeubay),  Çin  (kollektiv),  fars 

(Hüseyn  Düzgün),  Azərbaycan  (Xalid  Səid  Xocayev;  Ramiz 

Əskər)  və  rus  dilinə  (Əlibəy  Rüstəmov;  Zifa-A uliya  Auezova; 

Ramiz Əskər) tərcümə olunmuşdur.

«Divan»  ümumiyyətlə  21  dəfə  m üxtəlif  dillərə  tərcümə 

edilmiş,  bunlardan  ikisi  yarımçıq qalmış,  ikisi  yandırılmış,  üçü 

çapa  layiq  görülməmiş,  biri  siyasi  səbəblər  üzündən  nəşr 

olunmamış,  11  tərcümə  işıq  üzü  görmüşdür.  Bir  tərcümə  çap 

prosesindədir,  digəri  isə  öz  nəşrini  gözləyir.  Hazırda  DLT-nin 

qırğız  və  türkmən  dillərinə  tərcüməsi  üzərində  iş  aparılır, 

Türkiyədə türk dilinə yeni bir tərcümə həyata keçirilir.

DLT-nin  tərcüməsi  ilə  məşğul  olduğu  üçün  4  tərcüməçi 

(X.S.Xocayev,  Kutluğ  Şevki,  Məhəmməd  Əli,  Əhməd  Ziyai) 

türk  düşmənləri  tərəfindən  qətlə  yetirlmiş,  biri  (İsmayıl  D a-

9


m ollam )  müəmmalı  şəkildə  dünyasım  dəyişmiş,  biri  isə  (Əskər 

Eqeubay)  gərgin  iş  rejimi  üzündən  vaxtsız  vəfat  etmişdir.  «D i­

van»  şəhidlərinin  m üqəddəs  ruhu  qarşısında  sayğı  ilə  baş  əyi­

rik.  Böyük,  nəcib və qəhrəman  Türk Milləti sağ olsun!

M .F.K öprülü  D L T -nin  türkologiya  üçün  müstəsna  əhə­

miyyətini  bu sözlərlə ifadə etmişdir:  «Kaşqarlı  M ahmudun əsə­

ri  sadəcə  bir  lüğət  deyil,  türk  ləhcələri  və  onların  fonetik  xüsu­

siyyətləri,  m orflogiyası  ...  haqqında uzun  müddət  tədqiq  edilə­

cək  bir m əlum at m ənbəyidir»1.

Tanınm ış  divanşünas  A .N . K ononov  «Divan»ın  dəyərini 

aşağıdakı  şəkildə  ifadə  etmişdir:  «Mahmud  Kaşğarinin  Lüğəti 

sözün  tam  m ənasında  bir  sıra  türk  dillərinin  fonetikası,  qram­

m atikası  və leksikası  üzərində çox  maraqlı  və çox  incə  m üşahi­

dələrin 

qızıl 

xəzinəsidir, 

xaqaniyyə  (qaraxaııi) 

türkləri, 

türkmənlər,  oğuzlar,  yağmalar,  çigillər,  qırğızlar  haqqında  mi­

silsiz  linqvistik,  etnoqrafik,  folklor,  coğrafi,  tarixi  məlumatları 

bizə  çatdıran  yeganə  əsərdir.  Bütün  bu  zənginlikləri  öyrənmək 

ilk  türkoloq,  leksikoqraf  və  linqvist,  etnoqraf  və  folklorçu, 

coğrafiyaşünas  və  tarixçi,  ölm əz  «Türk  dillərinin  lüğəti»  əsəri­

nin  müəllifi  M ahm ud  Kaşğarinin  xatirəsinə  ən  yaxşı  ehtiram 

olardı»1

 2.

T.İ.H acıyev  isə  əsərin  əhəmiyyətini  bu  şəkildə  xülasə  et­

mişdir:  «M ahm ud  Kaşğarinin  «D ivanü  lüğat-it-türk»  kitabı 

həm  həcm,  həm  m əzmun,  həm  də  yazılma  tarixi  etibarilə 

türkologiyanın  ən  böyük,  ən  qiymətli,  ən  qədim  əsəridir.  Türk 

dünyasının  bu  möhtəşəm   abidəsinin,  gec  də  olsa,  Azərbaycan 

dilinə  tərcüməsi  və  nəşri,  filologiyam ızın  elmi  dövriyyəsinə  da­

xil  edilməsi,  tədqiqatçılara,  geniş  ziyalı  və  oxucu  kütləsinə  çat­

dırılması  ölkəmizin  elmi-mədəni həyatında mühüm  hadisədir.

Bu  nadir  lüğət-ensiklopediya  sayəsində  qədim  yazılı  abi­

dələrimizin  daha  düzgün  oxunm ası  və  anlaşılması,  milli  mədə­

niyyətimizin  bir  çox  m ühüm   cəhətlərinin  daha  yaxşı  öyrənil­

məsi  və  qavranılması  m ümkün  olacaqdır.  D L T   min  il  bundan 

əvvəlki  dilimizin,  tarix  və  mədəniyyətimizin  ən  dəyərli,  ən  baş­

lıca  mənbəyi  və  məxəzi  kimi  elmimizdə  tamamilə  yeni  üfüqlər

Türk  Dili ve Edebiyatı Hakkında Araştırmalar.  İstanbul:  1934, s. 42.



A.H.Кононов.  Махмуд Кашгарский  него «Дивану лугат ит-тюрк». СТ,  1972,ЛЬ  1, с.  J6-17.

10

və istiqamətlər  açmağa,  daha  geniş,  daha  əhatəli  və  daha  dərin



araşdırmalar aparmağa köm ək edəcəkdir»1.

Mahmud  Kaşğarinin  anadan  olm asının  1.000-ci  il­

dönümü münasibətilə  Türkiyənin m ədəniyyət  nazirliyi,  TİK A , 

Türk  D il  Qurumu,  bir  sıra  universitetlər  m üxtəlif tədbirlər  ke­

çirməyi  planlaşdırmışlar.  Ankarada  yerləşən  Avrasiya  Yazar­

lar Birliyi  isə M ahm ud Kaşğarinin bugünədək tapılmamış  «Ki- 

tabü  cəvahir  in-nəhvi  fi  liığat-it-türki»  əsərini  tapan  şəxsə 

1.000 cümhuriyyət  altım ödül veriləcəyini  bəyan etmişdir.
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə