Рамиз мещдийев ялийев илщам



Yüklə 3.05 Mb.
Pdf просмотр
səhifə1/27
tarix16.12.2016
ölçüsü3.05 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27

 4 
ББК 32 
Я 56
            
 
 
Бурахылышына мясул 
академик 
 
РАМИЗ МЕЩДИЙЕВ 
 
ЯЛИЙЕВ ИЛЩАМ 
Я 56   Инкишаф – мягсядимиздир. Б., Азярняшр, 2015, 384 сящ. 
 
 
Азярбайъан Республикасынын Президенти  Илщам Ялийевин «Инки-
шаф-мягсядимиздир»  чохъилдлийинин  бу  ъилдиндя  юлкямизин  чохшахяли 
сосиал-игтисади  инкишаф  стратеэийасынын  инамла  давам  етдирилмяси,  йени 
инфраструктур  лайищялярин щяйата кечирилмяси, халгымызын рифащынын даща 
да  йахшылашдырылмасына  аид  материаллар,  иътимаи-сийаси  щяйатда  фяал 
сосиал  тябягя  кими  йахындан  иштирак  едян  эянълярля  баьлы  чыхышлары, 
нитгляри, тювсийяляри дяръ олунмушдур. 
Китабда президент Илщам Ялийевин Дцнйа Игтисади Форуму чяр-
чивясиндя  Исвечряйя  сяфяри,  ейни  заманда,  Алманийайа  сяфяри  за-
маны дювлят вя щюкумят башчылары вя диэяр йцксяк вязифяли шяхслярля 
эюрцшляри,  данышыглары  заманы  сюйлядийи  нитгляр,  чыхышлар,  Алмани-
йанын  Конрад  Аденауер  фонду  тяряфиндян  тяшкил  олунмуш  «Азяр-
байъан  ХХЫ  ясрдя – инкишаф  вя  перспективляр»  мювзусунда  эениш 
мцзакирялярдя  нитги    вя  чохсайлы  суаллара  вердийи  ъаваблар,  Азяр-
байъан–Алманийа  бизнес-форумунда  нитги  вя  диэяр  мясяляляр  юз 
яксини тапмышдыр. 
Бурада, щямчинин президент Илщам Ялийевин Франсайа илк дювлят 
сяфяри заманы президент  Жак Ширак иля данышыглары,  бцтцн эюрцшлярдя 
ясасы  цмуммилли  лидеримиз  Щейдяр  Ялийев  тяряфиндян  гойулмуш 
Азярбайъан иля Франса арасында  сийаси, игтисади, щуманитар вя ди-
эяр  сащялярдя  уьурлу  инкишафдан,  ямякдашлыгдан  бящс  едян  мате-
риаллар, кцтляви информасийа васитяляриня вердийи бяйанат вя мцсащи-
бяляри юз яксини тапмышдыр. 
 
ИСБН  978-9952-8100-7-3 
 
32
-
ББК
     
          
          
2015
651(07)
М
0801000000
Я
  


 
© Азярняшр, 2015

 

 
 
 
 
АЗЯРБАЙЪАН MИLLИ OLИMPИYA 
KOMИTƏSИНИН  2006-cы il ЯРЗИНДЯ            
ЭЮРДЦЙЦ ИШЛЯРЯ ЩЯСР ОЛУНМУШ                   
МЯРАСИМИНДЯ НИТГ  
 
26 декабр 2006-ъы ил 
 
Dekabrın 26-da Milli Olimpiya Komitəsi (MOK) 2006-cı 
ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman mütəxəs-
sislərinə mükafatlar təqdim olunmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya 
Komitəsinin prezidenti İlham  Əliyev mərasimdə  iştirak et-
mişdir.  
Dövlətimizin başçısı  əvvəlcə MOK-un inzibati binasının 
foyesində «Olimpiya hərəkatı tarixi – antik və  müasir dövr» 
sərgisi ilə tanış oldu. Prezidentə  məlumat verildi ki, bu sərgi 
həm də orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur. On-
lar qış tətili günlərində buraya gələrək sərgi ilə yaxından tanış 
olacaq, olimpiya hərəkatının tarixi, ölkəmizin idmançılarının 
yay və qыş Olimpiya oyunlarında iştirakı ilə bağlı dəyərli məlu-
matlar əldə edəcəklər.  
Prezident  İlham  Əliyev idmanın bütün sahələrini  əhatə 
edən, o cümlədən  ölkəmizin idman nailiyyətlərini  əks etdirən 
fotoşəkillərə, olimpiya çempionlarının qazandıqları medallara, 
kuboklara və digər mükafatlara, respublikamızda olimpiya 
dünyası ilə bağlı  nəşr olunmuş kitab, jurnal və  qəzetlərə, 
MOK-a təqdim edilmiş xatirə hədiyyələrinə, poçt markalarına 
baxdı. Sərginin «İdman ulduzları», «Görkəmli idman xadim-
ləri», «Azərbaycanda boksun inkişaf tarixi», «Azərbaycanda 
güləşin inkişaf tarixi», «Velosiped dünyası», «Heydər  Əliyev 
və Azərbaycanda olimpiya hərəkatı» fotoguşələri diqqəti cəlb 
edirdi.  

 6 
Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin 
iclas salonuna toplaşanlar dövlətimizin başçısını alqışlarla 
qarşıladılar. 
Ç i n g i z   H ü s e y n z a d ə  (MOK-un vitse-prezidenti): 
Möhtərəm cənab Prezident!  
Xanımlar və cənablar!  
Bildiyiniz kimi, bu il dekabrın 20-də Milli Olimpiya Ko-
mitəsi İcraiyyə Komitəsinin iclası keçirilmiş, MOK-un 2006-
cı ildəki fəaliyyəti müzakirə olunmuşdur. Hesabatda Azər-
baycan Milli Olimpiya Komitəsinin 2006-cı il ərzində gördü-
yü bütün işlər öz əksini tapmışdır.  
Bundan başqa, MOK-un İcraiyyə Komitəsinin iclasında 
Pekin Yay Olimpiya oyunlarına hazırlıq məsələsi müzakirə 
edilmişdir. Bununla əlaqədar  İcraiyyə Komitəsinin hər bir 
üzvünə müəyyən idman növləri üzrə federasiyalarla işləmək, 
onlara kömək etmək tapşırılmış,  İcraiyyə Komitəsinin  üzv-
ləri arasında iş bölgüsü aparılmışdır.  
İclasda təşkilati məsələlərə də baxılmış, Gənclər və Иdman 
naziri Azad Rəhimov MOK-un vitse-prezidenti, Gənclər və 
Иdman nazirinin müavini  İsmayıl  İsmayılov  İcraiyyə Komi-
təsinin üzvü seçilmişlər.  
Sonra Gənclər və  Иdman naziri, MOK-un vitse-prezidenti 
Azad Rəhimov çıxış edərək dedi: 
Möhtərəm cənab Prezident! 
Hörmətli mərasim iştirakçıları! 
Əziz idmançılar! 
Cənab Prezident, ilk növbədə mən Sizə dərin minnətdar-
lığımı bildirmək istəyirəm. Bu çox yüksək bir etimaddır və 
mən idman ictimaiyyəti qarşısında söz verirəm ki, öz 
qüvvəmi idmanın inkişafına həsr edəcək, bu işdə  əlimdən 
gələni  əsirgəməyəcəyəm. Bu gün  çox  əlamətdar bir gündür. 
İdmanla bağlı olan mütəxəssislər və  ən yüksək nailiyyətlər 
qazanmış idmançılar bu gün buraya yığışıblar. Biz çox şadıq 
ki, bu il də Azərbaycanın bayrağı dəfələrlə dünyanın müxtə-
lif yerlərində ucalıbdır. Bizim ulu öndərimiz,  ümummilli 

 

liderimiz Heydər  Əliyevin arzularını siz idmançılar həyata 
keçirirsiniz.  
Cənab Prezident, sözsüz ki, bizi bu nailiyyətlərə Sizin id-
mana göstərdiyiniz diqqət və qayğı  gətirib  çıxarıbdır. Biz 
hamımız söz veririk ki, Olimpiya oyunlarına hazırlıq baxı-
mından  çox məsul dövr olan 2007-ci ildə  bütün qüvvəmizi 
idmanın inkişafına, Azərbaycan bayrağının yüksəlməsinə 
həsr edəcəyik. Etimadınıza görə bir daha çox sağ olun.  
 
* * * 
 
Sonra Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin 
prezidenti  İlham  Əliyevə  Mərkəzi Ordu İdman Klubunun 
(MOİK) rəisi Natiq Əliyev hərbçilərin bu il Bakıda keçirilmiş 
güləş üzrə dünya çempionatından xatirə olaraq xüsusi plaket, 
Milli Paraоlimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 
komitənin bu il tamam olmuş 10 illiyi ilə əlaqədar ilk dəfə təsis 
edilmiş paraоlimpiya medalının vəsiqəsini, yubileyə həsr olun-
muş kitabı və diski, tanınmış futbolçu, Əməkdar idman ustası 
Ələkbər Məmmədov isə fotoşəkil təqdim etdilər.  
MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova dövlə-
timizin başçısını doğum günü münasibətilə idmançılar adından 
təbrik etdi, ona uzun ömür, cansağlığı arzuladı  və xatirə  hə-
diyyələri verdi.  
Azərbaycan prezidenti İlham  Əliyev mərasimdə nitq söy-
lədi. 
 
И л щ а м   Я л и й е в: Əziz dostlar! 
Hörmətli xanımlar və cənablar! 
Əziz idmançılar! 
İlk növbədə bu gözəl hədiyyələrə  görə sizə  öz təşəkkü-
rümü bildirmək istəyirəm. Bu hədiyyələr mənim  üçün  çox 
əzizdir. Çünki onlar bizim idman ictimaiyyətinin gördüyü iş-
ləri  əks etdirir. Həm fotoşəkil, eyni zamanda, Milli Para-
оlimpiya Komitəsinin hədiyyələri, idmançıların, hərbçilərin 
hədiyyələri bir daha onu göstərir ki, Azərbaycanda idman 

 8 
çox sürətlə  və  hərtərəfli inkişaf edir. İdmanın bütün növləri 
inkişaf edir, eyni zamanda, idman cəmiyyətləri, müxtəlif 
qurumlar, federasiyalar, Milli Olimpiya Komitəsi, Gənclər 
və  İdman Nazirliyi həmişə olduğu kimi, 2006-cı ildə  də bir 
komanda şəklində fəaliyyət göstərmişlər. Bu, Azərbaycanda 
son illər ərzində idman sahəsində əldə edilən uğurların əsas 
amili, əsas səbəbidir. Azərbaycanda bütün aidiyyəti orqanlar 
səmərəli işləyirlər, bir-biri ilə daim əlaqədədirlər. Əsas məq-
səd ondan ibarətdir ki, Azərbaycanın idman potensialı möh-
kəmlənsin, maddi-texniki baza güclənsin və idmançıların 
beynəlxalq yarışlarda uğurlu çıxışları təmin edilsin.  
Bizim görüşlərimiz  ənənəvi xarakter daşıyır. Hər ilin so-
nunda bu görüşlər keçirilir, məsələlər müzakirə olunur. Ar-
tıq qeyd edildi ki, Milli Olimpiya Komitəsi  İcraiyyə Komi-
təsinin toplantısında hesabat-məlumat dinlənilmişdir. Yəni 
bu gün buna bir daha qayıtmağa ehtiyac yoxdur. Hər ilin 
sonunda idmançıları mükafatlandırırıq, idman xadimlərinin 
fəaliyyətini qiymətləndiririk və  bütövlükdə, idman ilinə 
yekun vururuq. Deyə bilərəm ki, 2006-cı il bu baxımdan 
uğurlu olmuşdur. Azərbaycanın bütün sahələrindəki kimi, 
idman sahəsində  də sevindirici anlar çox olmuşdur.  İlk 
növbədə, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu 
çıxışı bizi çox sevindiribdir. 287 medalın qazanılması  çox 
böyük nəticədir. Nəzərə alaq ki, bu gözəl ənənə uzun illərdir 
yaşayır, Azərbaycanın idman potensialı  möhkəmlənir, yeni 
gənc nəsil yetişir, yeniyetmələr artıq  öz imkanlarını  güclən-
dirirlər. 10 il bundan əvvəl uşaq idmanında məşğul olanlar 
bu gün artıq Azərbaycanın milli komandalarını beynəlxalq 
yarışlarda təmsil edirlər. Bu çox önəmlidir. Çünki gənc nəs-
lin idmanla məşğul olması  hər bir ölkənin idman potensia-
lının möhkəmlənməsi deməkdir. Biz çox şadıq ki, Azərbay-
canda idmana maraq artmaqdadır. Yəni maraq nəinki azal-
mır, hətta artır.  Çünki Azərbaycanda idmançı olmaq çox 
şərəfli bir işdir.  İdman  şöhrətinin qaldırılması, idmançılara 

 

olan qayğı və onların cəmiyyətdəki rolu, əlbəttə, uşaqları da 
idmanla məşğul olmağa sövq edir. Bu çox vacib bir amildir.  
Digər tərəfdən,  əlbəttə, müasir idman infrastrukturunun 
yaradılması.  Əgər bunlar olmasa, idmanı inkişaf etdirmək 
mümkün olmayacaqdır. Yəni, bu müxtəlif amillər birləşəndə 
hər bir ölkədə idman uğurları da müşahidə olunur və Azər-
baycanda bunlar var.  
Qeyd etdiyim kimi, bütün idman qurumları bir məqsədə 
qulluq edir. İdmanın maddi-texniki bazası  möhkəmlənir. 
Bildiyiniz kimi, Azərbaycanda indi Regionların sosial-iqtisa-
di inkişafı Dövlət Proqramı icra edilir. Ancaq hamımız yaxşı 
bilirik ki, regionlarda yeni müasir qurğuların tikilməsi məhz 
idman obyektlərindən başlanmışdır. 2000-ci ildə biz bu 
təşəbbüslə çıxış etdik və ondan sonra Azərbaycanın müxtəlif 
bölgələrində çox müasir, gözəl idman kompleksləri tikilibdir. 
Bu tikintilər davam edir, indi 10 rayonda yeni idman 
kompleksləri tikilir və  əlbəttə ki, tam dünya standartlarına 
cavab verəcəkdir.  
Mingəçevir avarçəkmə bazasında, nəhayət ki, işlər başla-
nır və 2007-ci ildə bazanın tamamilə yenidən qurulması nə-
zərdə tutulur. Bu, beynəlxalq səviyyəli bir baza olacaqdır. 
İdman qurğularının tikintisi, əlbəttə, idmançılar  üçün də 
böyük dəstəkdir və  gənc nəslin yetişməsi  üçün vacib məsə-
lədir. Bu, bir tərəfdən. Digər tərəfdən, təlim-məşq toplanış-
larının vaxtlı-vaxtında keçirilməsi, peşəkarlıq səviyyəsinin 
qaldırılması, gündəlik həyatda idmançılara olan münasibət, 
idman cəmiyyətlərinin möhkəmlənməsi – bütün bu amillər 
Azərbaycanda idmanın inkişafına xidmət edir.  
Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-
olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seç-
kilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparı-
lır.  İstər olimpiya idman növü ilə, istərsə  də qeyri-olimpiya 
idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni göz-
lə baxırıq. Bu belə də olmalıdır. Çünki hər bir idmançı bey-
nəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır. 

 10 
İndi dünyada idmana yeni prizmadan yanaşırlar, xüsusilə 
olimpiya hərəkatına.  Ölkələr Olimpiya oyunlarında  öz ara-
larında mübarizə aparırlar. Bəlkə  də bu – Olimpiya oyunları, 
olimpiya hərəkatı yeganə geniş  sülhməramlı  mübarizə for-
matıdır. Azərbaycan da olimpiya hərəkatında çox fəal bir ölkə-
dir. Bizim səylərimiz, təşəbbüslərimiz və  əldə etdiyimiz nailiy-
yətlər beynəlxalq və Avropa olimpiya komitələri tərəfindən 
daim qeyd olunur. Bölgədə idmanın inkişafı üçün Azərbayca-
nın rolu da artıq hamı  üçün bəllidir. Azərbaycanda keçirilən 
mötəbər beynəlxalq yarışlar beynəlxalq idman aləminin 
ölkəmizə olan münasibətinin  əlamətidir. Bu bir daha göstərir 
ki, biz ən böyük, ən geniş beynəlxalq idman yarışlarının keçiril-
məsində  çox səriştəliyik.  Əlbəttə, bu ona gətirib  çıxarır ki, 
növbəti idman yarışları da Azərbaycanda keçirilir.  
Məsələn, 2007-ci il bu baxımdan  çox  əhəmiyyətli ola-
caqdır. Güləşin bütün növləri  üzrə  dünya  çempionatı Azər-
baycanda keçiriləcəkdir. Eyni zamanda, bədii gimnastika 
üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu 
çempionatın keçirilməsinin tarixi də  çox maraqlıdır.  Çünki 
əvvəl  çempionatın başqa  ölkədə keçirilməsi nəzərdə tutul-
muşdu. Amma sonra müəyyən səbəblərə  görə bu, baş tut-
madı  və Beynəlxalq Bədii Gimnastika Federasiyası Azər-
baycandan xahiş etdi ki, çempionata ev sahibliyi etsin. 
Nəzərə alınıb ki, ölkəmizdə  dünya  çempionatı  ən yüksək 
səviyyədə keçirilmişdir. Bu məqsədlə, yəni bu iki çempionatı 
yüksək səviyyədə keçirmək  üçün indi Heydər  Əliyev adına 
İdman-Konsert Kompleksində  böyük yenidənqurma, bərpa 
işləri görülür. Bildiyiniz kimi, bir müddət bundan əvvəl 
orada təmir işləri aparılmışdı.  İndiki təmir işləri bu gözəl 
idman obyektini ən yüksək dünya səviyyəsinə çatdıracaqdır.  
2007-ci il Pekin Yay Olimpiya oyunlarına hazırlıq baxı-
mından da çox böyük əhəmiyyət kəsb edir. Demək olar, həll-
edici il olacaqdır.  Əminəm ki, 2007-ci ildə bizim idman-
çılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklər. 
Ondan sonra yəqin lisenziya turnirləri başlanacaq və mak-

 
11 
simum  çalışmalıyıq ki, lisenziyaları  əldə edək. 2008-ci ildə 
keçiriləcək Yay Olimpiya oyunları da yəqin ki, daha da gər-
gin olacaqdır.  Çünki dünyada rəqabət artır. Artıq müxtəlif 
ölkələrdə, hətta böyük idman ənənələri olmayan ölkələrdə 
idmana böyük diqqət göstərilir və idman ölkələrin ictimai 
həyatında mühüm amilə  çevrilir. Yəni biz bilirik ki, rəqabət 
çox güclü olacaqdır. Ona görə gərək müxtəlif idman növlərin-
də yaxşı hazırlaşaq. 2007-ci ildə, ilin sonuna qədər təxminən 
bilməliyik ki, biz Olimpiya oyunlarında hansı heyətlə  iştirak 
edəcəyik. Müstəqil Azərbaycanın Olimpiya oyunlarında – 
həm Sidney, həm də Afina Olimpiya oyunlarında iştirakı çox 
uğurlu olmuşdur.  Əminəm ki, bu gözəl  ənənələr davam 
edəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.  
2006-cı  il  eyni  zamanda,  ona  görə yadda qalacaq ki, 
Azərbaycan bizim üçün çox yeni, bəlkə də bəzilərini təəccüb-
ləndirən təşəbbüslə çıxış etmişdir: 2016-cı ildə Yay Olimpiya 
oyunları Azərbaycanda keçirilsin. Biz bu təşəbbüsü irəli 
sürəndə,  əlbəttə ki, imkanlarımızı qiymətləndirmişdik. Mən 
hesab edirəm ki, Azərbaycan Olimpiya oyunları keçirmək 
üçün bütün imkanlara malikdir. 2016-cı ildə Yay Olimpiya 
oyunlarının harada keçiriləcəyi hələ ki, bəlli deyil, müxtəlif 
ölkələr  öz namizədliklərini irəli sürmüşляr, o cümlədən 
Azərbaycan. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycanda 
idman hərəkatına, olimpiya hərəkatına və bütövlükdə idma-
nın inkişafına həqiqətən çox böyük diqqət göstərilir və təsa-
düfi deyil ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi 
tanınır. Digər tərəfdən, bütövlükdə  müstəqil Azərbaycanın 
qüdrətini, imkanlarını, potensialını göstərir.  
Olimpiya oyunları keçirmək asan məsələ deyil. Əgər biz 
belə bir təşəbbüslə  çıxış etmişiksə, deməli,  özümüzə  güvəni-
rik, öz imkanlarımıza güvənirik. Əminəm ki, əgər bu böyük 
şərəf Azərbaycana verilərsə, biz Olimpiya oyunlarını ən yük-
sək səviyyədə keçirəcəyik. 
Mən xatırlayıram, haradasa 5-6 il bundan əvvəl müsa-
hibələrin birində jurnalist sual vermişdi ki, indi Azərbaycanda 

 12 
böyük uğurlar var, Azərbaycanda Olimpiya oyunları keçirilə 
bilərmi? Sözün düzü, o vaxt mən bu suala cavab vermədim. 
Çünki hesab edirdim, biz hələ buna hazır deyilik. Amma bu 
gün mən əminəm ki, biz buna hazırıq. Nəzərə alsaq ki, 2016-cı 
il on ildən sonra gələcək, əlbəttə, o vaxta qədər Azərbaycanda 
oyunları ən yüksək səviyyədə keçirmək mümkün olacaqdır. Biz 
nəyə görə belə əminik?! Ona görə ki, ölkəmizin imkanları artır, 
iqtisadi potensial artır, beynəlxalq mövqelər möhkəmlənir, 
Azərbaycan regional çərçivədə lider dövlətdir və bizim 
gələcəyimiz də çox parlaq olacaqdır. Bilirik ki, bizi nələr gözl-
əyir. Bilirik ki, imkanlarımız nəyə çatacaq. Ona görə mən bir 
müddət bundan əvvəl göstəriş verdim ki, biz belə bir müraciət 
edək. Nəzərə alsaq ki, Azərbaycan belə müraciətlə ilk dəfə çıxış 
edir, ola bilsin biz bu işdə uğur qazana bilməyək. Əgər 2016-cı 
ildə bu oyunların keçirilməsi başqa ölkəyə, başqa şəhərə həvalə 
olunarsa, ondan sonra 2020-ci il gəlir. Mən şübhə etmirəm ki, 
bizim belə  təşəbbüsümüz və bu işə  sədaqətimiz uğura gətirib 
çıxaracaqdır.  
Azərbaycanın hərtərəfli inkişafı  göz qabağındadır və 
idman ictimai həyatın çox böyük hissəsidir, böyük amilidir. 
İdman həm ölkənin nüfuzu, ölkənin imici deməkdir, həm də 
gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi 
deməkdir, fiziki sağlamlıq deməkdir. Fiziki cəhətdən sağlam 
insanlar mənəvi cəhətdən də sağlam olurlar. Yəni hər bir 
ölkənin inkişafı üçün idmanın çox böyük əhəmiyyəti var. Biz 
bunu Azərbaycanda  çox yaxşı bilirik və uzun illər idmana, 
idmançılara göstərilən münasibət bunun ən yaxşı nümunəsi-
dir. İdmançılar gərək yaxşı təmin edilsinlər, onların idmanla 
məşğul olmaları  üçün  şərait yaxşı olmalıdır, məişət prob-
lemləri də  həll edilməlidir. Elə etməliyik ki, onları  məişət 
problemləri düşündürməsin, yalnız və yalnız məşqlərlə məş-
ğul olsunlar, öz peşəkarlıqlarını artırsınlar və doğma vətəni-
mizin bayrağını beynəlxalq yarışlarda daim uca tutsunlar.  
Biz hər dəfə bunu görəndə, beynəlxalq yarışlarda Azər-
baycanın nümayəndələrinin uğurlarını  görəndə  hər bir və-

 
13 
tənpərvər insan, hər bir vətəndaş haqlı olaraq qürur hissi 
keçirir. Bu sevinci xalqa bəxş etdiyi üçün mən bütün idman-
çılara, onların məşqçilərinə, idman mütəxəssislərinə öz min-
nətdarlığımı bildirmək istəyirəm. 
Gələn il, 2007-ci il mənim  üçün də  çox  əlamətdar ola-
caqdır.  Çünki mən Milli Olimpiya Komitəsinin prezidenti 
vəzifəsinə 1997-ci ildə seçilmişəm və artıq bunun on ili ola-
caqdır. Bu on il də böyük tarixi bir dövrdür. Hesab edirəm 
ki, bu on ildə Azərbaycan idmanının  şöhrəti yüksəklərə 
qalxmışdır. Bizim bütün planlarımız həyatda öz əksini tapdı 
və  gələcək planlarımız da öz  əksini tapacaqdır.  Çünki artıq 
bunu deməyə bizim tariximiz imkan verir, verilən bütün 
vədlərin həyatda öz əksini tapması imkan verir.  
Mən həmişə idmançılarla görüşəndə  çox  şad oluram, 
onları  görürəm, bütün idmançıların nailiyyətləri ilə maraq-
lanıram. Düzdür, əvvəlki illərdən fərqli olaraq, indi bəlkə də 
buna o qədər vaxt sərf edə bilmirəm. Ona görə bəzi hallarda 
siyahılarda mənim üçün tanış olmayan adları görəndə deyi-
rəm ki, bu kimdir, mən bunu niyə tanımıram?  Çünki mən 
bütün idmançıları  şəxsən tanıyırdım və tanımaq istəyirəm. 
Onların imkanlarını da bilirəm.  Амма  görəndə ki, siya-
hılara yeni, tanış olmayan adlar daxil olur, bir tərəfdən, 
təəssüf edirəm ki, onlarla görüşməyə vaxtım olmayıbdır, di-
gər tərəfdən isə sevinirəm, gənc nəsil yetişir. Deməli, gənclər 
artıq böyük uğurlara nail olurlar. Beləliklə, Azərbaycanın 
idmanı yaşayacaq, davam edəcəkdir. Beləliklə, Azərbaycan 
xalqı yaşayacaq, inkişaf edəcəkdir. Çünki idmançılar xalqın 
nümayəndələridir. Onlar imkanlarını, bəzi hallarda sağlam-
lıqlarını beynəlxalq yarışlarda Azərbaycanın  üçrəngli bay-
rağının qaldırılmasına həsr edirlər. Ona görə onların  əməyi 
yüksək səviyyədə qiymətləndirilməlidir. 
Mən fürsətdən istifadə edib sizin hamınızı qarşıdan gələn 
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il bay-
ramı  münasibətilə  ürəkdən təbrik etmək və 2007-ci ildə 
hamınıza uğurlar, cansağlığı arzulamaq istəyirəm. Sağ olun.  

 14 
* * * 
 
Sonra Azərbaycanda idmanın inkişafında böyük rolu olmuş 
idmançıların, məşqçilərin, idman mütəxəssislərinin mükafat-
landırılması oldu. MOK-un vitse-prezidenti Çingiz Hüseynza-
də bildirdi ki,  ilin yekunlarına görə idmançılara pul mükafatı 
təqdim edilmişdir, yeni mənzillərin orderləri veriləcəkdir.  İlk 
növbədə bizim bir maşın mükafatımız vardır. Bu, boks üzrə 
gənclərdən ibarət yığmanın Baş  məşqçisi  Şamil  Əlimzanova 
verilir.  
Dövlətimizin başçısı avtomobilin açarını Şamil Əlimzanova 
təqdim etdi. Sonra Azərbaycan prezidenti, Milli Olimpiya Ko-
mitəsinin prezidenti İlham Əliyev cüdo üzrə Avropa çempionu 
Elnur Məmmədliyə, taekvondo üzrə Avropa çempionu  İlkin 
Şahbazova, cüdo üzrə Avropa çempionatının gümüş mükafat-
çısı Kifayət Qasımovaya, karate-do üzrə  dünya və Avropa 
çempionu Qurban Tağıyevə, boks üzrə Avropa çempionatının 
mükafatçısı Cavid Tağıyevə, boks üzrə  yığma komandanın 
üzvü, gənclər arasında Avropa çempionu, dünya kuboku 
yarışının bürünc mükafatçısı Samir Məmmədova, güləş  üzrə 
Əməkdar məşqçi Soltan Kərimova, futbol veteranı Asif Əli-
yevə, boks üzrə yığma komandanın məşqçisi Əsgər Eyvazova, 
idman fotomüxbiri Dilavər Nəcəfova, basketbol üzrə  yığma 
komandanın  üzvü Zaur Xasayevə, gimnastika üzrə  Əməkdar 
məşqçi Elşad Nərimanova, güləş  üzrə  dünya  çempionatının 
gümüş mükafatçısı Rövşən Bayramova, cüdo üzrə gənclərdən 
ibarət yığma komandanın məşqçisi İbadulla Şahbanova, kinq-
boksinq üzrə dünya çempionu Eduard Tağıyevə, həndbol üzrə 
yığma komandanın kapitanı Marina Pankatskayaya, şahmat 
üzrə Avropa çempionu İlahə Qədimovaya, Azərbaycan Bədən 
Tərbiyəsi və  İdman Akademiyasının prorektoru Qəhrəman 
Məmmədyarova, sərbəst güləş  üzrə  məşqçi Xosrov Cəfərova, 
güləş üzrə məşqçi Cavanşir Qurbanova, otüstü xokkey koman-
dasının  üzvü  Zərifə Zeynalovaya yeni mənzillərin orderlərini 
təqdim etdi.  

 
15 
Bildirildi ki, voleybol üzrə milli komandanın üzvü Valeriya 
Korotenkoya mənzilin orderi xarici ölkədən yarışdan qayıtdıq-
dan sonra veriləcəkdir. 
Prezident  İlham  Əliyev mərasim iştirakçılarını qarşıdan 
gələn bayramlar münasibətilə bir daha təbrik etdi, onların hər 
birinə xoşbəxtlik, cansağlığı arzuladı.  
 

 16 
 
 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə