Ə/d epinefrin (1mq/mL hazırlama): 0.3-0.5 mq əzələdaxili epinefrin, yaxşı olar ki, bud nahiyəsində. Lazım gələrsə, hər 5-15 dəqiqədən bir (hətta daha tez-tez) təkrarlana bilər.
Tez bir şəkildə epinefrin inyeksiyası edildikdə, pasiyentlərdə adətən 1-2, maksimum 3 dozadan sonra effect ortaya çıxır. Əgər əzələdaxili epinefrin simptomlara təsir etmirsə, venadaxili epinefrin infuziyasına başlamaq lazımdır.
Pasiyenti uzanmış vəziyyətə gətirin(əgər mümkündürsə), və aşağı ətraflarını qaldırın
Oksigen: Maska ilə 8-10 L/dəq. oksigen və ya lazım gələrsə, 100%-ə qədər oksigen vermək olar
0,9% NaCl, sürətli bolus: Hipotenziya üçün 1-2 litr venadaxili sürətli infuziya təyin edin. Lazım olarsa, təkrarlayın. Damardaxili mayenin kəskin itirilməsi ilə massiv maye yerdəyişmələri ola bilər.
Salbutamol: Ə/d epinefrinə rezistent bronxospazm üçün nebulayzer ilə 2,5-5 mq salbutamolu 3 ml 0,9%-lik NaCl-da və ya dozalanmış inhalyatorun 2-3 fısqırtısı verin. Lazım olarsa, təkrarlayın.