Rast müZİkoloji dergiSİ



Yüklə 47.98 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü47.98 Kb.

  RAST MÜZİKOLOJİ DERGİSİ 

  Uluslararası Müzikoloji Dergisi 

www.rastmd.com

Doi:10.12975/rastmd.2016.04.02.00076

1200

AQŞIN ƏLİZADƏ YARADICILIĞINDA YENİ 

TƏMAYÜLLƏRİN ƏKSİ 

Aybəniz Növrəsli

1

ÖZET

Təqdim  edilən  məqalədə  Azərbaycan  bəstəkarlıq  məktəbinin  görkəmli  nümayəndəsi 

Aqşın  Əlizadənin  yaradıcılığı  XX  əsr  musiqi  mədəniyyəti  məcrasından  araşdırılaraq  təhlil 

olunmuşdur.  O,  Azərbaycan  milli  musiqisinin  ilk  neofolklorçu  bəstəkarı,  Qara  Qarayev 

ənənələrinin  mahir  davamçı  və  inkişafçısı,  bir  sözlə,  bir  çox  yeniliklərə  imza  atan  bəstəkar 

olmuşdur. Belə ki, o, Azərbaycan milli musiqili teatr janrları içərisinə mühüm əlavələr edərək 

ilk milli qəhrəmanlıq baleti –“Babək”in yaradıcısı olmuşdur. Bundan əlavə, simfonik və kamera 

orkestri,  kamera  –instrumental  yaradıcılıq  sahəsindəki  yenilikləri  də  danılmazdır.  O, 

neofolklorçu bəstəkar olmaqla yanaşı, neoklassik cərəyanın da parlaq nümayəndəsi olmuş, bir 

çox  müasir  bəstəkarlıq  texnikalarını  öz  yaradıcılığında  təcəssüm  etdirmişdir.  Onun 

“Aşıqsayağı”,  “Pastoral”,  “Cəngi”  kimi  əsərləri  kamera  orkestri  üçün  yazılmış  ilk  janr 

şəkilləridir. 



Anahtar Kelimeler:  Aqşın  Əlizadə,  bəstəkar,  neoklassisizm,  neofolklorizm,  süita,  simfoniya, 

balet, milli ənənə, xor 



REFLECTION OF INNOVATIVE TRENDS IN AKSHIN

ALIZADEH`S CREATION

Aybeniz Novrasli

ABSTRACT

This article reveals the features of the style of creativity prominent Azerbaijani composer

AgshinAlizade, in the context of the music of the twentieth century.He is the first in Azerbaijan

music neofolkloristcomposer who developed the tradition of Kara Karayev, in a word, an

innovator who has made an indispensable contribution. AgshinAlizadeh is the first composer

who wrote a ballet on the heroic theme. In addition, it should be noted his pioneering

discoveries in the field of symphonic and chamber music. As the first neofolklorist, it is also

considered striking neo-classical Azeri music. Composer addressed many of the techniques in

his work. His work for chamber orchestra "Ashigsayaghi", "Pastoral", "Jangi" is the first genre

paintings.



Keywords:AgshinAlizadeh, composer, neoclassicism, neofolklorism, suite, symphony, ballet,

national traditions, choir

1

 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası aybeniz.mf@gmail.com 



Növrəsli A.                                            Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016)s. 1200-1204 

1201


ОТРАЖЕНИЕ НОВАТОРСКИХ ТЕНДЕНЦИЙ В ТВОРЧЕСТВЕ 

АКШИНА АЛИЗАДЕ 

Айбениз Новрасли 

РЕЗЮМЕ 

В  предлагаемой  статье  раскрываются  черты  стиля  творчества  видного 

Азербайджанского  композитора  АкшинаАлизаде  в  контексте  музыки  ХХ  века.  Он 

является первым неофольклористом в Азербайджанской музыке, композитором, который 

развил  традиции  Кара  Караева,  одним  словом,  новатором,  который  внес  незаменимый 

вклад.АкшинАлизаде  является  первым  композитором,  который  написал  балет  на 

героическую  тему.Помимо  этого,  нужно  отметить  его  новаторские  открытия  в  сфере 

симфонической  и  камерной  музыки.  Являясь  первым  неофольклористом,  он  также 

считается ярким неоклассиком азербайджанкой музыки. Композитор обращался многим 

техникам  в  своем  творчестве.  Его  произведении  для  камерного  оркестра  «Ашугская», 

«Пасторал», «Джанги» являются первыми жанровыми картинами. 

Ключевые  слова:АкшинАлизаде,  композитор,  неоклассицизм,  неофольклоризм,  сюита, 

симфония, балет, национальные традиции, хор



GİRİŞ 

Dövründən asılı olaraq yaranmış müasir bəstəkarlıq texnika və metodlarına müraciət hər 

bir yaradıcı şəxsin öz seçimi ilə bağlıdır. Hər dövrün öz müasirlik təmayülləri mövcuddur ki, bu 

da  özündən  sonrakı  mərhələlərdə  aktuallığını  itirir  və  yeniliklərin  yaranmasına  təkan  verir. 

Təkan dedikdə, bu, özünü pozitiv və neqativ tərəfdən göstərə bilər. Yəni hər hansı bir istiqamət, 

metod  –  ümumən,  meydana  çıxan  “yenilik”  özündən əvvəlki  mərhələnin  aparıcı  ənənəsinə  ya 

etiraz olaraq yaranır, ya da onu inkişaf etdirərək daha təkmilləşmiş forma almasına dayaq olur. 

Misal olaraq – serial texnikanın “çərçivəli” quruluşuna əks qütbdə yaranmış aleatorik metodu; 

yaxud  klassik  üslubun  təkmilləşməsi  məqsədilə  yaranmış  neoklassik  istiqaməti  göstərərək 

deyilən  məntiqi  sübut  etmək  olar.  XX  əsrin  60  –  cı  illəri  Azərbaycanda  musiqi  istiqamətinin 

dəyişildiyi,  yeniliyə  üz  tutduğu  bir  mərhələ  idi.  Bu  “yenilikçi  hərəkatı”nın  başçısı  isə  artıq 

Azərbaycan  musiqisinin  təşəkkülündəki  rolu  ilə  özünü  təsdiqləmiş,  bir  sıra  janrları  yüksək 

inkişaf nöqtəsinə çatdırmış, bəzi janrların isə etalonunu yaratmış Qara Qarayev idi. Q.Qarayev 

sayəsində Azərbaycan musiqi mədəniyyəti onun estetikası və poetikasında yerini tapmışdır.  

60  -  70  –  ci  illər  Azərbaycan  musiqi  tarixi  və  incəsənətinin  intibahı,  Q.Qarayev, 

F.Əmirov,  Niyazi,  C.Hacıyev  kimi  sənətkarların  yaradıcılıq  dövrünün  zirvəsinə  təsadüf  etdiyi 

üçün bu dövrdə yaradıcılığa qədəm qoyan gənc bəstəkarları sözün yaradıcı mənasında xoşbəxt 

adlandırmaq  lazımdır.  Məhz  həmin  dövrdə  yaradıcı  nəslə  qoşularaq  artıq  özünün  ilk  uğurlu 

addımlarını  atmış  və  onun  gələcəyinə  böyük  ümidlər  bəsləyən  müəllimləri  –  Q.Qarayev  və 

C.Hacıyevin gözləntilərini illər sonra doğruldacaq gənc bəstəkar Aqşın Əlizadə idi. 

Danışılan  dövr  Azərbaycan  musiqisi  kontekstində  inkişaf  etmiş  təmayüllərə  nəzər 

salsaq, neoklassik, neofolklor, aleatorik, seria metod və üslubların istifadəsinə rast gəlinir. Adı 

çəkilmiş terminlərə bütövlükdə bir bəstəkar yaradıcılığında müraciət olunması musiqişünaslığın 

diqqətini  özünə  cəlb  edən  cəhətdir.  Bu  xüsusiliyi  müasir  Azərbaycan  musiqisinin  inkişafında 

ideya və mənəviyyatından irəli gələni əsirgəməyən A.Əlizadə yaradıcılığında müşahidə etmək 

olar.


Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində) 

1202


Yaradıcılığının  ilk  dövrlərindən  etibarən  Qərbi  Avropa  meylləşməsinə  o  qədər  də 

üstünlük  verməyərək  bu  üsullara  tabe  olmanı  çərçivələnməyə  bərabər  tutan  A.Əlizadə  Qərbi 

Avropa texniki vasitələrini Azərbaycan musqisinə bilavasitə tabe etdi.  

O, xarici bəstəkarları təqlid etməyi onların dünyalarına qəfil daxil olmağa bərabər hesab 

edir. Müasir musiqi və musiqi texnikalarını inkar etməyən A.Əlizadə bu metodlardan istifadəyə 

qədər professional bəstəkarlıq məktəbi keçməyi, klassik janrların hamısında əsər yazmağı labüd 

hesab edir. “Pikasso kimi rəssam - modernist olmazdan əvvəl adi at rəsmini çəkməyi bacarmaq” 

məntiqinə əsaslanır. 

Onun yaradıcılığına daxil olan istər kiçik, istərsə də böyük həcmli əsərlərdə akademik 

bəstəkarlıq üslubu müasirliyin çoxsaylı təmayüllərilə birləşmişdir. Bəstəkar təkcə hər hansı bir 

müasir  texniki  bəstəkarlıq  metoduna  istinad  edərək  əsər  yazmağı  düzgün  hesab  etmir  və 

çərçivələnmədən  uzaq  olmağı  üstün  tutur.  A.Əlizadə  müasir  texnikadan  məqsədyönlü  şəkildə 

istifadə etməsə də, bu, onun yaradıcılıq laboratoriyasında çox vaxt qeyri – ixtiyari alınır. 

Bu  baxımdan  onun  yaradıcılığında  məqsədyönlü  şəkildə  yalnız  aleatorik  üsluba 

istinadən yazılmış yeganə əsər vardır. “Ekspressiyalar” adlanan pyes 12 simli alət üçün nəzərdə 

tutulmuşdur.  Bu,  Azərbaycan  musiqisində  müasir  texnika  –  aleatorika  əsasında  yazılmış  ilk 

əsərlərdən olub Q.Qarayevin başlanğıc qoyduğu müasir texnikalara müraciətin davamıdır.  

Hər bir Azərbaycan bəstəkarı öz yaradıcılığında Qərb və Şərq konteksti ilə qarşılaşır və 

hər bir “musiqi dövləti”nin öz milli istifadə mənbələri olduğu kimi Azərbaycan musiqisində də 

bu məntiq özünü təsdiq edir. Bu baxımından yeni musiqi istiqaməti, neofolklorizm kəşf olunur. 

A.Əlizadə  bu  istiqamətin  parlaq  nümayəndəsi  kimi  çıxış  edərək  xalq  musiqimizdən  sitat 

şəklində deyil, özünəməxsus tərzdə yeni texniki vasitələrə istinadən istifadə etmiş, beləliklə öz 

seçilən  dəst  –  xəttini  yaratmışdır.  A.Əlizadənin  kamera  orkestri  üçün  yazdığı  “Aşıqsayağı” 

pyesi aşıq melosunun müasir interpretasiyada təqdimindən ibarətdir. “Aşıqsayağı” ilə yanaşı, bu 

baxımdan yazılması 1978 –ci ilə aid olan “Cəngi”nin də adı çəkilməlidir. 

Milli  folklor  nümunəsi  olan  kollektiv  rəqs  “Cəngi”yə  də  ilk  dəfə  Ü.Hacıbəyli  müəllif 

imzası  atmış,  sonradan  A.Əlizadə  müraciət  edərək  onu  məzmun  baxımından  neofolklor 

nümunəsinə  çevirmişdir.  Bəstəkarlıq  metodu  yönümündən  nəzər  yetirsək,  “Cəngi”  müasir 

bəstəkarlıq texnikası sayılan, əsası amerika bəstəkarı F.Glass tərəfindən qoyulmuş minimalizm 

üslubunda yazılmışdır.  

A.Əlizadə  yaradıcılığında  digər  bir  janr  neologizmi  özünü  “Bayatılar”da  aydın 

açıqlayır.  Müasirlik  yolunda  janrın  inkişafına  təkanı  A.Əlizadənin  Azərbaycan  musiqisində 

yaratmış olduğu a`capella üçün folklor mətnli ilk silsiləvi əsər -“Bayatılar” vermişdir. Bu əsər – 

1969 – cu ildə bəstəkarların Ümumittifaq müsabiqəsində I yerə layiq görülmüşdür. İnstrumental 

müşayiətsiz nəzərdə tutulma əsərin neofolklor cəhətlərindən biridir.  

“Bayatılar” 10 hissədən ibarət olub Azərbaycanın müxtəlif zonalarından toplanmış mətn 

əsasında yazılmışdır. Əsərdə texnika baxımından sonorika, janr baxımından mərsiyə tipli oxuma 

aleatorik ifa tərzi ilə açıqlanır.  

60  –cı  illərdə  Azərbaycan  musiqisinə  daxil  olan  yeni  istiqamətlərdən  biri  – 

neoklassisizm  idi  ki,  Azərbaycan  müasir  bəstəkarlıq  məktəbinin  zirvəsində  duran  Q.Qarayev 

tərəfindən onun son prelüdlərində musiqimizə gətirilmişdir. Bu ənənə A.Əlizadə yaradıcılığında 

da  parlaq  şəkildə  əks  olunaraq  böyük  bədii  əhəmiyyət  kəsb  edən  II  -  Kamera  simfoniyasının 

yaranmasına gətirib çıxarır. 

Neoklassisizm  –  “neo  –  classicisme”  sözündən  yaranaraq  XX  əsr  akademik  musiqi 

cərəyanı  olub  nümayəndələri  erkən  klassisizm  və  klassisizməqədərki  dövrün  üslub 


Növrəsli A.                                            Rast Müzikoloji Dergisi, Cilt IV, Sayı 2, Bakü Özel Sayısı (2016)s. 1200-1204 

1203


xüsusiyyətlərini əks etdirməyə çalışmışlar. Bu cərəyan 1920 - 1930 – cu illərdə yüksək inkişaf 

mərhələsinə  çatmış,  Azərbaycan  musiqisinə  60  –  cı  illərdə  daxil  olmuşdur.A.Əlizadə 

yaradıcılığında  neoklassik  ünsürlər  kamera  orkestri  janrı  üçün  nəzərdə  tutulmuş  əsərdə  özünü 

göstərmişdir.  Kamera  simfoniyasını  bəstəkar  alman  rəssamı  A.Dürerin  qravürlərinin 

mövzularından ilhamlanaraq yazmışdır.  

Simfoniyada  neoklassisizmin  bariz  cəhəti  kimi  əsərin  III  hissəsində  XVII  –  XVIII  

əsrlərin  musiqisini  imitə  edən  melodiyada  çembalo  alətinin  antik  abu  –  hava  təəssüratı 

yaratmasını göstərmək olar. 

Neoklassik  əsərlərin  xarakteri  üslublaşmaya  çox  yaxındır.  Üslublaşma  –  hər  hansı  bir 

üslubun xarakterik cəhətlərinin həmin üslub üçün adətkar olmayan bədii kontekstdən imitasiyası 

deməkdir.  Bu  istiqamətin  xüsusiyyətləri  –  antik  incəsənət,  İntibah  dövrü,  barokko  və  ya 

klassisizm dövrü ənənələrinə qayıdışdan ibarətdir. Neoklassisizmdə qədim musiqi sanki təqlid 

olunaraq musiqinin modernizasiyaya uğramış dili ilə həmahəngləşir, müasir musiqi vasitələri ilə 

əks olunur.  

A.Əlizadənin Kamera simfoniyasında yeni təmayüllər – neoklassisizm neofolklorizmlə 

birləşir. Bu simfoniyanın əsasını konsert başlanğıcı təşkil edir. Əsərin yazıldığı dövrdə kamera 

orkestri  üçün  bəstələrin  artması  həmin  dövrdə  N.Rzayevin  başçılığı  ilə  Kamera  orkestrinin 

yaranmasından  irəli  gəlirdi.  Silsiləvilik  və  obraz  dairəsi  baxımından  ABA  quruluşlu 

simfoniyanın  kənar  hissələri  daha  çılğın,  qədim  klassik  rəqs  janrı  manerasında,  ikinci  hissə 

subyektiv lirik mərkəz rolunu oynayaraq sonor effektli monodik Rast ladına əsaslanır.  

Bu  simfoniyanın  I  hissəsinin  sonunda  istifadə  olunan  –  XVI  əsrdə  Azərbaycanda 

məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan “Qarabağın ağırı”, sonralar isə - XIX əsrin 

sonu,  XX  əsrin  əvvəllərində  “Vağzalı”  adlanan  rəqsin  kiçik  elementlərinin  işlənilməsi 

neofolklor ənənəsindən xəbər verir. Mövzu “doğranaraq” ibarələrə bölünür, bu hissə daxilində 

əsas və köməkçi mövzuların dəfələrlə təkrarı əsəri minimalistik üsluba yaxınlaşdırır.  

Bəstəkar  bu  üslubda  yazılmanı  qarşısına  məqsəd  qoymasa  da,  I  hissəni  ideyalarında 

formalaşan  və  həmin  dövr  Azərbaycan  musiqisi  üçün  mümkün  olan  “xammal”dan  istifadə 

edərək meydana gətirmişdir. 

Bu  nümunədə  də  təsdiq  olunur  ki,  bəstəkar  xalq  musiqisindən  nümunə  olaraq  sitat 

gətirməmiş, mövzunu əsas özəyindən yaratmışdır. 

II hissədə milli musiqi ilə Avropa musiqi janrının birləşməsi müşahidə olunur. Muğam 

təfəkkürü  xoral  janrı  ilə  birləşir.  Neoklassisizm  üçün  vacib  cəhət  polifonik  –  İ.S.Bax 

yaradıcılığındakı janrlara yenidən müraciətdir. Bu, birbaşa olaraq Q.Qarayev yaradıcılığında da 

özünü  göstərmiş  olur.  Yada  salaq  ki,  Q.Qarayev  ilk dəfə  Azərbaycan  musiqisinə  xoralı tətbiq 

etmişdir. 

Əsərin orkestrləşməsi Avropa alətləri əsasında olsa da, onlar arasında yaranmış tembr 

münasibətləri milli Azərbaycan alətlərinə yaxınlaşır. 

Simfoniyanın  ən  kiçik  elementlərinə  belə  böyük  diqqət  və  professionalllıqla  yanaşma 

Concerto grosso`dan gələn ənənənin tətbiqi kimi qəbul oluna bilər. 

1966  –  cı  ilə  təsadüf  edən  premyera  Moskva  Bəstəkarlar  evində  keçmiş,  əsərə  görə 

bəstəkar Lenin komsomolu mükafatı qazanmışdır. 

Bəstəkar  ciddi  klassik  janr  nümunəsi  sayılan,  ilk  uğurlu  əsəri  olaraq  1959  –cu  ildə 

Moskvada  gənc  bəstəkarların  yaradıcılıqlarına  Ümumittifaq  baxışda  I  dərəcəli  Diplomla  təltif 

olunmuş  fortepiano  üçün  Sonatasında  da  neoklassisizm  metodlarına  istinad  etmişdir.  Yəni 

klassik forma daxilində xalq melodizmindən sitat kimi deyil, metod, vasitə kimi istifadə - təkrar, 


Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində) 

1204


variantlıq, sadə melodik dil, zidd melodik fikirlərə demək olar ki, müraciət etməmək – Aqşın 

Əlizadə neofolklorizminin xarakter cəhətləri kimi  ilk əsərində təcəssümünü tapır. 



SONUÇ

Aqşın  Əlizadə  60  –  cı  illərdə  Azərbaycan  musiqisinə  daxil  olmuş,  Q.Qarayev  və 

C.Hacıyev  məktəbinin  nümayəndəsidir.  Həmin  dövr  musiqidə  baş  verən  “hadisələrə”  fəal 

şəkildə  qatılan  bəstəkar  yazdığı  əsərlərə  ətrafda  baş  verən  abu  –  havanı  hopdurmağı 

bacarmışdır.  Yaradıcılığında  dövrün  səciyyəvi  təmayüllərini  əxz  etdirməklə  neoklassisizm, 

neofolklorizm,  sonor,  aleatorika  kimi  texnika  və  istiqamətləri  Azərbaycan  musiqisinin 

mənbələri ilə birləşdirməyə nail olmuş və beləliklə, öz dəst – xəttini yaratmışdır. 

KAYNAKLAR

1.

Dadaşzadə Z., Simfoniyanın fəzası. Bakı, 1999 



2.

Tağızadə A., A.Əlizadə. Bakı, 1986 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə