Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0.59 Mb.
Pdf просмотр
səhifə1/6
tarix26.07.2017
ölçüsü0.59 Mb.
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA MƏRKƏZ

 

 

Ə

lyazması hüququnda 



 

 

 



BABAYEVA  ZÜLF YYƏ  RAM Z  QIZI 

(Magistrantın a.s.a.) 

 

" Feyxoa püresi əlavə etməklə yeni çeşiddə peçenye texnologiyasının 

 

 işlənib hazırlanması " mövzusunda 

 

 

 

MAG STR D SSERTAS YASI 

 

 



xtisasın şifri və adı:  060642 – “Qida məhsullarının mühəndisliyi” 

xtisaslaşma:  

"Çörək,  makaron,  unlu  qənnadı  məmulatları  və  qida 

konsentratlarının texnologiyası" 

 

Elmi rəhbər:  

 

 

 

 

Magistr proqramının rəhbəri: 

dos. V.Q.Qlıcov   

 

 

 

dos. V.Q.Qlıcov 

 

Kafedra müdiri: 

Dos. G.A.Abbasbəyli 

 

 

 

BAKI- 2015 

 

MÜNDƏR CAT 

Səh. 

G R Ş.  Ş N ÜMUM  XARAKTER ST KASI ..........................................  4 

I Fəsil. 

Ə

dəbiyyat icmalı ..........................................................................  7 

1.1. 

Feyxoanın  inkişaf  tarixi,  yayılması  və  kimyəvi  xüsusiyyətləri 



haqqında qısa məlumat .................................................................  7 

1.2. 


Qatqıların  zənginləşdirici  kimi  unlu  qənnadı  məmulatlarının 

istehsalında istifadəsi  ...................................................................

 

11 


1.3. 

Unlu  qənnadı  sənayesində  istifadə  olunan  feyxoa  püresinin 

xarakteristikası ..............................................................................  12 

1.4. 


Feyxoanın  və  onun  emalı  məhsullarının  unlu  qənnadı 

sənayesində istifadəsi ....................................................................  14 

1.5. 

Unlu qənnadı məmulatları hazırlanmasında pektinlərdən istifadə 



olunması ........................................................................................  14 

1.6. 


Pektinin həlməşik əmələgətirmə xassəsi və ayrı-ayrı 

komponentlərin pektinin həlməşik yaratmaq qabiliyyətinə təsiri 

16 

1.7. 


Unlu  qənnadı  sənayesində  müxtəlif  növ  şəkərli  peçenyelərin  

hazırlanması 

18 

         Qısa nəticələr, tədqiqatın məqsəd və vəzifələri .......................... 



25 

II Fəsil.  Tədqiqat obyekti və metodları ...................................................  28 

2.1. 


Tədqiqat obyektləri .......................................................................  28 

2.2. 


Tədqiqat metodları ........................................................................  29 

III Fəsil.  TEXNOLOJ   TƏDQ QAT  H SSƏS  ......................................  35 

3.1. 


Peçenye  xəmirinin  keyfiyyətinə  feyxoa  püresinin  təsirinin 

öyrənilməsi ...................................................................................  35 



IV Fəsil.  FEYXOA  PÜREL   ŞƏKƏRL   PEÇENYEN N  STEHSAL 

TEXNOLOG YASININ  ŞLƏN B HAZIRLANMASI .........  45 

4.1. 


Yumurta-şəkər  qatışıqların  çalınması  zamanı  yaranan  köpüyün 

keyfiyyətinin  fiziki  göstəricilərinə  feyxoa  püresinin  və  çalınma 

sürətinə təsirinin tədqiqi ...............................................................  46 

4.2. 


Şə

kərli  peçenyenin  istehsalı  zamanı  feyxoa  püresindən  istifadə 

mümkünlüyünün tədqiqi ...............................................................  48 

4.2.1. 


Şə

kərli peçenyenin özlülüyünə feyxoa püresinin təsirinin tədqiqi  48 

4.2.2. 

Şə

kərli 



peçenyenin 

fiziki 


və 

orqanoleptik 

keyfiyyət 

göstəricilərinə feyxoa püresinin təsirinin tədqiqi ..................... 

50 


 

4.3. 



Feyxoa  püresi  əlavə  etməklə  şəkərli  peçenyenin  resepturasında 

şə

kər və yağın azalması mümkünlüyünün tədqiqi ...................... 



 

56 


4.3.1. 

Şə

kərli peçenyenin fiziki və orqanoleptik keyfiyyət 



göstəricilərinə şəkər, yağ və feyxoa püresinin təsirinin tədqiqi... 

56 


4.4. 

Feyxoa püreli şəkərli peçenyenin istehsal texnologiyası .............  60 

4.5. 

Feyxoa püreli şəkərli peçenyenin saxlanma prosesinin tədqiqi 



63 

Nəticə və təkliflər ...........................................................................................  70 

stifadə olunmuş ədəbiyyat............................................................................  72 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



G R Ş.  Ş N ÜMUM  XARAKTER ST KASI 

 

 



Bəşəriyyət  inkişaf  etdikcə,  elm  və  texnika  yüksək  bir  pilləyə  çatdıqca, 

sağlamlığı  tam  mənada  təmin  edən  yeni  qida  məhsulları  istehsalı  və  onlar  üçün 

müasir texnologiyaların işlənib hazırlanması problemləri irəli sürülür. 

Bu səbəbdən də qidalılıq və bioloji dəyəri yüksək olan, pəhriz və profilaktiki 

cəhətdən də diqqəti cəlb  edən xammal  və  yarımfabrikatlardan  həmin  məhsulların 

hazırlanması  üçün  istifadə  olunması,  yeni  çeşidlərin  yaradılması  günün  əsas 

tələblərindəndir.  

Hazırda  qənnadı  sənayesində  məmulatların  istehsalında  quruluşu 

yarımfabrikartlar və məhsullardan istifadə edilir. Orqanoleptik və fiziki – kimyəvi 

xüsusiyyətlərini  yaxşılaşdırmaq  üçün  pektin  məhsullarından  istifadə  etmək  lazım 

gəlir.  

Unlu  qənnadı  məmulatlarının  texnologiyasına  müsbət  təsir  göstərmək, 

sağlamlıq  nöqteyi  –  nəzərindən  diqqəti  cəlb  edə  bilən  yeni  xassəli  xammallar  və 

pürelərdən istifadə edilməsi böyük maraq doğurur.  

Bununla  əlaqədar  olaraq  feyxoa  püresindən  istifadə  etməklə  unlu  qənnadı 

məmulatlarının  hazırlanması  resepturasının  öyrənilməsi  və  texnologiyasının 

işlənməsi,  əhalinin  qidaya  olan  tələbatının  yaxşılaşdırılması  üçün  mühüm 

ə

həmiyyətə malikdir.  



Tərkibinə pektin və s. maddələr daxil olan pürelər isə müalicəvi xassələri ilə 

bərabər həm də çoxsahəli təsir effektinə malikdir.  

Məhz  bu  səbəbdən  də  yerinə  yetirilməsi  nəzərdə  tutulan  bu  dissertasiya 

işində  feyxoadan  alınan  püre  əsasında  müxtəlif  növ  şəkərli  peçenye  

məmulatlarının  istehsalı  texnologiyasının  işlənib  hazırlanması,  istehsalda  tətbiq 

olunması qənnadı sənayesi üçün həm də iqtisadi cəhətdən sərfəlidir. 

Alınan  məmulatlar  unlu  qənnadı  məmulatları  texnologiyası  istiqamətində 

elmi fikirlərin inkişafı və zənginləşdirilməsi üçün də əhəmiyyət kəsb edə bilər.   



 

Mövzunun aktuallığı  - Əhalinin fizioloji normalara uyğun qida məhsulları 

ilə təmini problemi ən vacib məsələlərdən biridir. 

Bu səbəbdən də qidalılıq və bioloji dəyəri yüksək olan, pəhriz və profilaktiki 

cəhətdən  də  diqqəti  cəlb  edən  xammal  və  yarımfabrikatlardan  məhsulların 

hazırlanması üçün yeni çeşidlərin yaradılması günün əsas tələblərindəndir. Yüksək 

zülallı,  vitaminli  və  digər  bioloji  aktiv  maddələrlə  zəngin  qida  məhsullarından 

səmərəli istifadə etmək, yeni xammal mənbələrini araşdırmaq tələb olunur.  



Tədqiqatın  predmeti  və  obyekti:  Tədqiqat  işinin  əsas  predmeti  bioloji 

balanslaşmış    yüksək  keyfiyyətli  şəkərli  peçenyenin  istehsalının  mümkünlüyünü 

müəyyənləşdirməkdən ibarətdir. Tədqiqat obyekti kimi pektinlə zəngin olan feyxoa 

meyvəsindən alınan feyxoa püresinin istehsal olunan müxtəlif növ şəkərli peçenye 

kütləsinə qatılması nəzərdə tutulmuşdur. Müxtəlif fiziki-kimyəvi, quruluş mexaniki 

keyfiyyət  göstəricilərinin  öyrənilməsi  də,  mövcud  tədqiqat  işinin  obyekti  kimi 

qəbul edilir. 

Tədqiqatın  məqsədi  və  vəzifələri:  şin  əsas  məqsədi  feyxoa  püresindən 

istifadə  etməklə  unlu  qənnadı  məmulatlarının  elmi  cəhətdən  əsaslandırılmış 

texnologiyasının işlənib hazırlanmasıdır. 

Verilən  mövzunun  aktuallığının  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi 

üçün işin əsas istiqaməti aşağıdakı məsələlərin həllinə doğru yönəldilmişdir. 

-Feyxoa püresinin texnoloji xüsusiyyətlərinin öyrənilməsi. 

- Hazır məmulatların orqanoleptiki göstəricilərinin öyrənilməsi; 

-  Müxtəlif  növ  şəkərli  peçenye  xəmirinin  keyfiyyətinə  feyxoa  püresinin 

təsirinin öyrənilməsi. 



Elmi  yenilik:  şdə  elmi  cəhətdən  əsaslandırılmış  və  analizlər  nəticəsində 

alınmış  rəqəmlərdən  aydın  olur  ki,  məmulatların  ilk  dəfə  feyxoa  püresindən 

istifadə  etməklə  müxtəlif  növ  şəkərli  peçenyelərin  keyfiyyətcə  yaxşılaşdırılması 

istiqamətində  unlu  qənnadı  sənayesi  texnologiyasında  atılmış  ilk  addım  qəbul 

etmək olar. 

Aparılmış eksperimentlər sayəsində müəyyən nəticələr əldə edilmişdir.  



 

Feyxoa  emalı  məhsullarının  müəyyən  nisbətdə  müxtəlif  növ  şəkərli  



peçenyelərin  resepturası və üsulları verilmişdir.  

Təcrübənin  əhəmiyyəti:  Bununla  əlaqədar  olaraq  feyxoa  püresindən 

istifadə  etməklə  unlu  qənnadı  məmulatlarının  hazırlanması  resepturasının 

öyrənilməsi  və  texnologiyasının  işlənilməsi,  əhalinin  qidaya  olan  təlabatının 

yaxşılaşdırılması, hazır məmulatları sərfəli etməklə yanaşı onları iqtisadi baxımdan 

daha dəyərli edir. 

ş

in  strukturu  və  həcm:  Dissertasiya  giriş,  üç  fəsil,  başlıqlar,  nəticə, 

ə

dəbiyyat  siyahısından  ibarət  olmaqla  76  səhifə  həcmindədir.  şdə  15  cədvəl,  16 



şə

kil  vardır.  stifadə olunmuş ədəbiyyat siyahısı 48 addan ibarətdir ki, bunlardan 

4-ü xarici ədəbiyyatdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

I FƏS L. ƏDƏB YYAT  CMALI  

1.1.

  Feyxoanın inkişaf tarixi, yayılması və kimyəvi xüsusiyyətləri   

haqqında qısa məlumat 

 

Feyxoa, Mirt – Myrtaceae  fəsiləsindəndir. 



O, çox faydalı, müalicə əhəmiyyətli bitkidir.  

Məhsuldar  bitki  olub  hektardan  10-12  t  və  daha  çox  məhsul  verə                     

bilər. [2, 3, 26] 

Feyxoa  digər  subtropik  bitkilərlə  müqayisədə  nisbətən  cavandır  və  az 

yayılıb.  Meyvələr  spesifik  tamı  və  ətri ilə  fərqlənir.  Meyvələrin  qabığı  qalın olsa 

da,  lət  hissəsi  xüsusilə  dadlıdır,  turşməzədir  və  sərinləşdiricidir.  Feyxoa 

meyvələrinin  ətri  ananas  və  çiyələk  meyvələrinin  iyini  xatırladır.  Meyvələrin 

tərkibində 4-12,0% şəkərlər, 1,5-3,0% turşular, 0,45-0,79% dabbaq maddələr, 0,7-

8,5% pektin, 20-40 mq% yod, 22,4-46,0 mq% C vitamini vardır. [7, 10, 11] 

Zəngin  kimyəvi  tərkibi,  feyxoa  meyvələrinin,  qida  məhsulu  və  sağlamlığın 

keşiyində  duran  mənbə  kimi  geniş  istehsalını  tələb  edir.  lk  forma  əmələgəlmə 

mərkəzi  Cənubi  Amerika  (Uruqvay,  Paraqvay,  Cənubi  Braziliya  və  Şimali 

Argentina) hesab edilir.  

lk dəfə təsviri 1854-cü ildə Berq tərəfindən verilmişdir.  

1890-cı  ildə  botanik  Andre  tərəfindən  Fransaya  gətirilir  və  geniş  təbliğ 

edilir. Maraqlıdır ki, Şimali Amerikaya (Kaliforniya) bu bitki ilk dəfə 1901-ci ildə 

Fransadan  gətirilir  və  botanik  Fensi  Françeskinin  səyi  nəticəsində  Kaliforniyada 

geniş yayılır.  

Fransadan  feyxoa  eyni  zamanda  digər  ölkələrə  və  ilk  növbədə  taliyaya 

(1913-cü  il)  və  digər  Aralıq  dənizi  ölkələrinə  yayılır.  Buradan  isə  Avstraliya  və 

Yeni Zelandiyaya keçir. 

lk dəfə Krımda və Suxumidə (təqribən 1900-cu ildə) becərilib və ilk yazılı 

məlumat  1903-cü  ilə  təsadüf  edir.  1915-ci  ildə  Suxumidə  120  koldan  ibarət  əkin 


 

aparılır.  Bundan  sonra  feyxoa  Gürcüstanın  Qara  dəniz  sahili  rayonlarında,  lap 



sonralar isə (30-cu illərdə) Azərbaycanda becərilməyə başlayır. [7, 14, 16, 32] 

Hal-hazırda  feyxoa  yer  kürəsinin  bir  sıra  subtropik  rayonlarında 

becərilməkdədir. 

Feyxoa  ilk  dəfə  1928-ci  ildə  F.A.Quliyevin  göstərişi  ilə  Azərbaycanın 

Xəzəryanı  subtropik  sahələrinə  gətirilmişdir.  Bu  dövrdən  başlayaraq  keçmiş 

Lənkəran  Subtropik  bitkilərinin  təcrübə  stansiyasında  feyxoa  meyvəsinin 

becərilməsi  təşkil  edilmişdir. lk  elmi  tədqiqatın  nəticələri  göstərmişdir  ki, 

Azərbaycanda Lənkaran – Astara zonası yüksək məhsuldarlıq əldə edilməsi üçün 

ə

n əlverişli sahədir. [2, 4, 19] 



Yeni plantasiyalar Lerik və Masallı rayonlarında salınmışdır. 

Azərbaycanda feyxoanın becərilməsi ilə əsasən Lənkaran – Astara zonasında 

məşğul  olunur.  Respublikamız  ərazisində  bitkinin  nisbətən  gec  əmələ  gəlməsinə 

baxmayaraq, hazırda bu bitkinin sahəsinə görə respublikamız birinci yerdə gedir. 

Feyxoa mirtasiya (Murtaceae) fəsiləsinə feyxoa (Feija Berg) cinsinə aiddir. 

Feyxoanın  ilk  dəfə  təsvirini  verən  Akka  Berq  (Acca  Berg,  1854-cü  il)  onu 

qabaqca  ortoteman  (Orthotemaa)  adlandırmış,  lakin  sonralar  bu  ad  altında  ayrı 

bitki olduğundan, Berq onu Braziliyada təbiət muzeyinin direktoru Conni de Silva 

Feyxoanın (Zoani de SilvaFeijo) şərəfinə Feijoa adlandırılmışdır. Feyxoa cinsi üç 

növü birləşdirir: 

F.Sellowiana Berg, F.Obalata, F.Schenkiana. 

Bunlardan mədəni halda becərilən yalnız F.Sellowiana (2n-22) növdür. 

Feyxoanın  geniş  yayılmış  bir  sıra  sortları  və  formaları  mövcüddur. 

Feyxoanın  yeni  sortlarının  və  formalarının  və  yaradılması  sahəsində  Yaltada 

yerləşən Nikita Botakini bağının və formalarının rolu böyükdür. Burada xaricdən 

gəlmə  sortların  sərbəst  tozlanmasından  alınan  bir  sıra  sort  və  formalar 

yaradılmışdır. [2, 4, 5, 8, 18, 37] 

Nikitskiy  –  meyvələri  iri  (37  q),  uzunsov  oval  formalıdır.  Qabığı  parlaq, 

tüksüz, tünd – yaşıl rəngli, tünd qırmızı yarpaqlıdır. Yetişdikcə açıq – yaşıl rəngə 

çevrilir. Meyvə ləti turşa – şirin tamlı, çiyələk ətri verir.  



 

Pervenets – meyvələri orta böyüklükdə (17 q), uzunsov – oval və ya yumru 



formalıdır. Bəzi meyvələri çox iri (56 q) olur. Meyvə qabığı ilk vaxtlar tünd – yaşıl 

rəngli  bir  qədər  sonra  isə  açıq  –  sarı,  sarımtıl  rəng  alır.  Meyvə  ləti  turşa  –  şirin 

tamlı, sərinləşdirici xoş – çiyələk dadı verir. Məhsuldar sortdur. Noyabr – dekabrda 

yetişir. Uzun müddət saxlana bilir.  

Svetlıy – meyvələri orta irilikdə (28 q), yumru – oval və ya uzunsov – oval 

formalıdır. Meyvə qabığı ilk vaxtlar tünd – yaşıl, sonralar açıq – yaşıl rəngdə olur. 

Meyvə  qabığı  kələ  kötürdür.  Ləti  turşa  –  şirin,  xoş  tamlı,  çiyələk  ətirlidir.  Orta 

məhsuldardır. Oktryabrın ortalarında yetişir.  

Buqristıy  –  meyvələri  iri  (37  q)  uzunsov  –  oval  və  ya  yumru  formalıdır. 

Meyvə qabığı yaşıl rəngli, kələ - kötürdür. Dadı xoşa gələn və ətirlidir. Noyabrda 

yetişir. 

Krupnoplodnıy – meyvələri iri (26-43 q), düz uzunsov – oval formalıdır. 

Qabığı  tünd  –  yaşıl  rəngli  ağ  tüklüdür.  Üzəri  kələkötürdür.  Məhsuldar 

sortdur. Oktyabrda yetişir.  

Ranniy  aromatnıy  –  meyvələri  xırda  (13  q),  oval  formalıdır.  Meyvə  qabığı 

yaşıl rəngli ağ tüklü, kələkötürdür. Meyvələr yetişənərəfədə uc tərəfi sarımtıl rəng 

alır. Meyvə ləti turş, lakin çox ətirlidir. Məhsuldar sortdur. 

Azərbaycanda  yetişdirilən  feyxoa  meyvəsinin  kimyəvi  tərkibi  Klinik  tibb 

institutu tərəfindən öyrənilmişdir.  [17, 23, 24, 25] 

Aparılan  kliniki  təcrübələr  nəticəsində  müəyyən  edilmişdir  ki,  feyxoa 

meyvələri  və  onlardan  alınan  təzə  şirə  ateroskleroz,  tireotoksikoz  və  sinqa 

xəstəliklərinin müalicəsi üçün son dərəcə əhəmiyyətli vasitədir. Bunu nəzərə alaraq 

son illərdə feyxoanın konservləşdirilmiş şirəsində geniş istifadə olunur. 

Bundan başqa feyxoa meyvələrinin tərkibində üzvi birləşmə şəklində yod da 

müəyyən  edilmişdir.  Buna  görə  də  feyxoa  meyvələrinin  zob  və  tireotoksikoz 

xəstəliklərinin müalicəsində mühüm əhəmiyyəti vardır  [6, 10, 27, 30]. 

Beləliklə bu cür qiymətli keyfiyyətə malik olan feyxoadan bir sıra xəstəliklər 

zamanı,  məsələn:  qalxanabənzər  vəzləri,  ürək-damar,  larenqit,  angina  və  s. 

xəstəliklər zamanı müalicə məqsədilə tətbiq edilə bilər.  


10 

 

Təzə  turş  təhər  feyxoa  meyvələri  diabet  və  hipertoniya  xəstəlikləri  zamanı 



istifadə oluna bilər.  

Feyxoa meyvəsinin şirəsinin biokimyəvi tərkibinin öyrənilməsi göstərmişdir 

ki,  onun  tərkibində  C  vitamini  33,32-40,6  mq%,  quru  maddələr  17,26 –  18,32%, 

suda həll olan maddələr 9,68-10,01%, aşılayıcı maddələr 1,88-2,44%, şəkər 4,44-

8,48  %  təşkil  edir.  Bitkinin  ayrı-ayrı  hissələrindəki  yodun  miqdarı  böyük  maraq 

doğurur.  Belə  ki,  yarpağında  162,75  mq%,  budağında  122,9  mq%  və  kökünda 

89.94 mq% yod vardır [5, 8, 42]. 

 

Cədvəl  1.1. 



 

Azərbaycanda becərilən feyxoa meyvəsinin kimyəvi  

analizlərinin nəticələri (quru qalığa görə, %) [13, 16, 25, 41] 

 

Maddələrin adları 



Təzə meyvə 

Konservləşdirilmiş şirə 

Quru yem  







Yod 


72,3 mq % 

56,8 mq % 

Vitamin C 



184 mq % 

110,5 mq % 

73,75 mq % 

Limon turşusu 

2,01 

2,1 


4,58 

Flavonidlər 

0,83 





Qlikozid 

0,074 


0,098 

10,08 


Alkaloidlər 

zi  


0,02 

0,07 


Şə

kər 


5,0 


Keto şəkərlər 

3,7 

8,4 


5,58 

Aldehid şəkərlər 

1,5 

0,84 


0,70 

Pektin maddələr 

1,38 





Efir yağları 

zi 


0,01 


Aşılayıcı maddələr 

3,8 


7,78 

8,9 


Yağlı maddələr 

3,8 


2,7 


Qatranlı maddələr 

2,4 


3,4 


Kül 

8,2 


6,0 


Nəmlilik 

84,0 


12,0 


 

 

1.2. Qatqıların zənginl

 

Şə

kil  1.1-də  təqdim  olunan  2004



qənnadı  məmulatlar  bazarının  t

seqmenti bu bazarda baş

2005-ci ildə istehsal h

azalmışdır, lakin o, hələ

1 – halva 5,2% 

2 – karamel 23,6% 

3 – yumşaq konfetlər 18,4%

4 – şokolad və şokolad m

5 – iris 0,8% 

6 – draje 3,1% 

7 – un məmulatları 31,9%

8 – zefir, marmelad 13,3%

 

Şə

kil 1.1. Q



 

Qeyd etmək lazımdır ki, un q

peçenyenin  payı  orta  hes

üzərlərinə  respublikada  peçenye  istehsalın  90%  payı  dü

xüsusiləşdirilmiş qənnadı fabriki v

nginləşdirici kimi unlu qənnadı məmulatlarının istehsalında 

istifadəsi   

qdim  olunan  2004-cü  il  üçün  Azərbaycan  Respublikasının 

mulatlar  bazarının  təhlili  göstərir  ki,  un  qənnadı 

seqmenti bu bazarda başçılıq edir. 

istehsal həcminin cəmində un qənnadı məmulatlarının payı 1,5% 

ə

 də başçılıq edən qalmışdır. 



r 18,4% 

okolad məmulatları 3,8% 

mulatları 31,9% 

zefir, marmelad 13,3% 



kil 1.1. Qənnadı məmulatlar bazarının strukturu

k lazımdır ki, un qənnadı məmulatların istehsal h

peçenyenin  payı  orta  hesabla  60%  təşkil  edir.  Peçenye  istehsalında  liderl

respublikada  peçenye  istehsalın  90%  payı  düş

nnadı fabriki və SP RAO “Spartak”-dır.  

1

2



3

4

5



6

7

8



11 

mulatlarının istehsalında 

rbaycan  Respublikasının 

nnadı  məmulatlarının 

mulatlarının payı 1,5% 

 

mulatlar bazarının strukturu 

mulatların istehsal həcminin cəmində  

kil  edir.  Peçenye  istehsalında  liderlər, 

respublikada  peçenye  istehsalın  90%  payı  düşən,  ASC  “Slodıç” 



12 

 

Cəlbedici  xarici  görünüş,  yüksək  istehlak  xüsusiyyətləri,  geniş  çeşid, 



porsiyalaşdırmada rahatlıq, uzun saxlama  müddəti peçenyeyə  daim tələbatı təmin 

edir. Ola bilər ki, ona görə də, peçenye əhalinin bütün yaş qrupların qida rasionun 

gündəlik komponentidir, məktəb səhər yeməyinin çeşid siyahısına daxil edilmişdir, 

təşkilat kollektivlərdə (uşaq bağçaları, məktəb-internatlar) uşaq və yeniyetmələrin 

qidalanması üçün məsləhət görülmüşdür. 

Biskvit  xəmirindən  olan  məmulatlar  da  əhalidə  böyük  tələbat  doğurur. 

Azərbaycanda istehlak olunan un qənnadı məmulatların ümumi miqdarın təxminən 

30%  məhz  bu  qrupun  məmulatları  ilə təqdim  olunur.  Biskvit məmulatları  yüngül 

həzmliliyi,  zərif  və  yüngül  konsistensiya  və  gözəl  dadla  xarakterizə  olunurlar. 

Bundan  başqa,  biskvit  yarımfabrikatı  tort  və  pirojnaların  istehsalı  zamanı  ən  çox 

istifadə olunur.  

Beləliklə, peçenye və biskvitlər kütləvi mütəmadi istehlak ərzaqlara aiddirlər, 

yüksək istehlak xüsusiyyətləri ilə xarakterizə olunurlar. Lakin bu cür məmulatların 

kimyəvi  tərkibi  və  enerji  dəyəri  sağlam  qida  haqqında  konsepsiyanın  müasir 

tələblərinə  cavab  vermir.  Ona  görə  də,  biskvitlər  və  peçenyenin,  xüsusilə  kövrək 

unlunun resepturaları, eyni zamanda enerji dəyərin azalması zamanda, bioloji fəal 

maddələrin,  qida  liflərin  tərkibin  yüksəlməsi  istiqamətində  əhəmiyyətli 

korreksiyaya məruz qalmalıdır.  

 

 


: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə