fazada, hipotoniya və hipertoniya xəstəliklərinin II-III dərəcələri, vegetativ distoniya, qan xəstəlikləri,
Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
15
Stabil üsulda vibrator müalicə verilən nahiyyəyə rəbt (fiksə) olunmaqla verilir. Bu zaman
vibratorun diametri kiçik olur.
Labil üsulda vibrator bədən səthindən ayrılmadan yavaş-yavaş dairəvi şəkildə hərəkət etdirilir.
Vibrator ilə xəstənin bədəni arasında hava təbəqəsi qalmaması üçün müalicə su içərisində və ya
müalicə olunacaq nahiyəyə kontakt maddə yaxılmaqla aparılır. Bunun üçün vazelin, bitki yağları,
parafin yağından istifadə etmək olar.
Müalicənin dozası enerji selinin sıxlığı ilə ölçülür. Ümumiyyətlə, ən yüksək hədd 2 vt/sm
2
-dan
artıq olunmalıdır. Müalicənin davam etmə müddəti 10-15 dəq., hər gün, yaxud gün aşırı aparmaqla
kurs ərzində 8-14 prosedur təşkil edir. Lazım gələrsə təkrar kurs müalicə 2-3 aydan sonra aparıla bilər.
Ultrasəsi orqanizmə tətbiq etmək üçün aşağıdakı aparatlardan istifadə olunur: dəri və daxili
üzvləri müalicə etmək üçün UZT-101, ginekoloji xəstəlikləri müalicə etmək üçün UZT-102, uroloji
xəstəliklər üçün UZT-104, LOR xəstəliklər üçün LOR-1 və LOR-2 aparatları.
Müasir zamanda ultrasəsdən bir çox sahələrdə geniş istifadə edilir. Müalicə və diaqnostika
məqsədilə, böyrək və öd yollarının daşlarının parçalanıb çıxarılmasında istifadə edilir. Müalicə
məqsədilə aşağı gərginlikli, yüksəktezlikli ultrasəsdən istifadə edilir. Ultrasəs “UZT-101”, “UZT-102”,
“UZT-102”, “UZT-104”, “LOR-1 A”, “LOR-2 A”, “LOR-3 A”, aparatları vasitəsilə verilir. Bütün
aparatlar qidalandırıcı bloku olan yüksəktezlikli generatordan, ultrasəs şüalandırıcısından və bunları
birləşdirən kabeldən ibarətdir. Bütün bu aparatlar bir-birindən şüalanma sahəsinə və formasına görə
fərqlənir. “UZT-101” daxili üzvlər, sümük-əzələ sistemi və əsəb sisteminin müalicəsi üçün “UZT-102”
stomotoloji xəstəliklər üçün, “UZT-103”, uroloji xəstəliklər üçün, “UZT-104” göz xəstəlikləri üçün,
“UZT-31”-ginekoloji xəstəliklər üçün, LOR aparatlar burun, qulaq və boğaz xəstəlikləri üçün istifadə
edilir. Ən çox işlənən “UZT-101” aparatı 220vt, dəyişən cərəyanla işləyən portativ aparatdır.
Müalicə labil və stabil aparılır. Labil metodda şüalandırıcı dəri üzərində saat əqrəbi istiqamətində
dairəvi hərəkət etdirilir. Şüalandırıcı ilə dəri arasında hava təbəqəsi qalmasın deyə əvvəlcədən dəriyə
lanolin və ya başqa müalicəvi yağlar çəkilir. Stabil metodda isə şüalandırıcı hərəkətsiz olaraq bir
üzvün üzərinə və ya boşluğa qoyularaq fiksasiya edilir. Ultrasəs vasitəsilə dərman maddəsinin
orqanizmə yeridilməsinə ultrafonoforez deyilir.