Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
32
MÖVZU: 16
ÜRƏK, QAN-DAMAR SĠSTEMĠ VƏ TƏNƏFFÜS SĠSTEMĠ
PATOLOGĠYASINDA MBT-NĠN TƏġKĠLĠ
Aterosklerotik kardioskleroz zamanı MBT-ni gəzinti, müalicə gimnastikası, yüngül idman
oyunları formasında təyin edirlər. MBT xəstənin vəziyyətindən, xəstəliyin xarakterindən, ağırlıq
dərəcəsindən və xəstənin hərəkətə reaksiyasından asılı olaraq təyin edilir. MBT-yə başlamazdan əvvəl
gərginlik stenokardiyası olan xəstələr validol, nitroqliserin qəbul etməlidirlər. Əgər tez-tez
stenokardiya tutmaları olursa, MBT ilə aparılan kursun I hissəsində dərman preparatlarından istifadə
etmək lazımdır.
Ürək xəstəliklərinin II-III dərəcələrində MBT az verilir, xüsusi dozalanır və xəstənin fiziki
hərəkətlərə reaksiyası ciddi nəzərə alınır.
Tənəffüs sistemi xəstəliklərində MBT Bu zaman müxtəlif tipli tənəffüs hərəkətlərindən istifadə
olunur. Tənəffüs hərəkətlərinə aiddir: burundan nəfəs alıb-buraxmaq, yuxarı ətrafların aşağı-yuxarı
hərəkətləri, qum üzərində qaçış, müxtəlif idman oyunları və s.
Tənəffüs sistemi xəstəliklərində MBT-yə göstəriş: ağ ciyər iltihabı, bronxit, bronxial astma,
bronxoektaz. Əks göstəriş: intoksikasiya, yüksək temperatur, tənəffüs çatışmazlığı, taxikardiya (nəbz
dəqiqədə 100-dən çox olduqda) . Ağır xəstələr yataqda dərindən nəfəs alıb, uzun müddətə nəfəsi
verməlidir. Gündə 5-6 dəfə.
Ağciyər ventilyasiyasını yaxşılaşdırmaq üçün nəfəsalma zamanı əlləri yuxarı qaldırmaq,
nəfəsvermədə aşağı salmaq lazımdır. Bunu yatmış vəziyyətdə də etmək olar. Sonra nəfəs alarkən
gövdəni sağa, sola hərəkət etdirir, nəfəs vermədə çıxış vəziyyətini alır (20-25 dəfə) . Astmalı
xəstələrdə nəfəsverməni yaxşılaşdıran hərəkətlər edilir. Xəstə oturur, nəfəs vermədə başı önə, arxaya
əyir, nəfəs alır, yenə nəfəsvemədə gövdəni aşağı ayağa tərəf əyir. Hər hərəkət 3 - 4 dəfə təkrar olur.
Bütün hərəkətlər axırda addımlama ilə qurtarır.
|