Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

MÖVZU:  6 



 

YUXARI  TEZLĠKLĠ  VƏ YUXARI  GƏRGĠNLĠKLĠ  CƏRƏYANLA 

ĠġLƏYƏN  APARATLAR.  DARSONVALĠZASĠYA.   

 

Tibb  praktikası  üçün  olan  bütün  yüksək  tezlikli  aparatlar  rəqs  tezliyi  saniyədə  100000-dən 

milyardlara  qədər  (mikrodalğalı  müalicə  aparatı)  dairədə  dəyişilən  rəqslər  törədir.  Yüksək  tezlikli 

cərəyanın  bir çox növləri var: induktotermiya, UYT (“UVÇ”), darsonvalizasiya, mikrodalğalı cərəyan 

və s.  

Darsonvalizasiya:  (Darsonval  bu  cərəyanı  kəşf  edən  fransız  aliminin  adıdır)  .  1892-ci  ildən 

müalicə  məqsədilə  təbabətdə  tətbiq  edilir.  Darsonvalizasiya  dedikdə  yüksəktezlikli,  impulsşəkilli, 

yüksək  gərginlikli,  az  şiddətli  cərəyanla  müalicə  başa  düşülür.  Aparatın  adı  “İskra-1”-dir.  Panelin 

üstündə  kontrol  lampa,  voltmetr,  şəbəkə,  güc  göstəriciləri var. Elektrodu-vakuum elektrod adlanır. 

Yüksək gərginlik havası çıxarılmış elektroda ötürülən zaman çəhrayı-bənövşəyi rəngli işıq saçmağa 

başlayır.  

Başın saçlı hissəsində darsonvalizasiya aparmaq üçün “daraq“, dəri üzərində “göbələk” şəkilli, 

düz bağırsaqda rektal və s. elektrodlar tətbiq olunur, müddəti 5-10 dəqiqə, kurs müalicə 5-25 gündür. 2 

cür metodu vardır: labil, stabil.  

Göstəriş:  ürək  nevrozu,  miqren,  I-II  dərəcəli  donma,  quru  ekzema,  qaşınma,  nevralgiyalar, 

saçların və kipriklərin tökülməsi, trofik xoralar, yaralar, babasil, tromboflebit, üz və boyun nahiyəsinin 

kosmetik xəstəlikləri, lor və ginekoloji xəstəliklər və s.  

Əks göstəriş: bəd xassəli şişlər, yüksək gərginliyə dözümsüzlük və s.  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin