Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
10
MÖVZU: 7
ULTRA YÜKSƏK TEZLĠKLĠ TERAPĠYA
Ultra yüksək tezlikli terapiya yüksək və ultrayüksək tezlikli dəyişən elektrik sahəsinin müalicə
məqsədilə istifadə olunmasıdır. Burada əsas üstünlük təşkil edən daha doğrusu təsir edən amil elektrik
tərkib hissəli fasiləsi yaxud impluslu ultra yüksək tezlikli elekrik sahəsidir (30-dan 300mg Hr-dək) .
Xəstənin bədəninə təsir edən enerjinin 85%-dən çoxu elektrik tərkibli elektromaqnit sahəsidir.
Ultra yüksək tezlikli terapiya fizioloji və müalicəvi təsiri: Ultra yüksək tezlikli elektik sahəsi
xəstənin orqanizminə bir cüt kondensator lövhələr vasitəsilə verilir. Yüksək nüfuz etmə qabiliyyətinə
malik olduğundan ultra yüksək tezlikli elekrik sahəsi elektrodlar arasındakı bütün toxumalara yayılıraq
toxumalarla qarşılıqlı təsir nəticəsində biomolekulların titrəyişinə və fırlanaraq yer dəyisməsinə səbəb
olur. UYT terapiyanın şərti olaraq istilik və qeyri istilik (ossulyator) komponentləri ayırd olunur. UYT
terapiya zamanı udulan enerjinin əsas hissəsi qeyri maye mühitlərində (dəri, sinir, birləşdirici, piy və
sümük toxumaları) baş verdiyindən təbiidir ki burada çoxlu istiliyin əmələ gəlməsi (1
0
c) baş verir.
Toxumaların biofiziki xüsusiyyətlərindən ilk növbədə dielektrik nüfuzluğu və elektrik
keçiriciliyindən asılı olaraq elektrik sahəsinin tezliyini və gərginliyini artırdıqca yaranan istiliyin
miqdarı çoxalır. Bədən səthinin elektrodlara yaxın səthlərində istiliyin miqdarı cox, toxumaların daha
dərin qatlarına getdikcə o kəskin azalı. Ona görədə istiliyin toxumaların istər səthi, istərsə də dərin
qatlasında bərabər paylanmasını təmin etmək üçün elektrodla bədən səthi arasında bir neçə
santimetrlik hava məsafəsi təmin olunur.
UYT- elektrik sahəsinin qeyri istilik (assilyator yaxud xüsusi) təsiri hüceyrə və hüceyrəarası
mayelərin kolloud vəziyyətinin dəyişməsi, zülalların və fosfolipidlərin dispersliyinin artması, mühitin
qatılığının azalması, toxumaların PH-nın dəyişilməsi və dehidratasiyası hüceyrə memranının ion
daşıma sisteminin aktivləşməsi, bir sıra fermentlərin aktivliyinin artması ilə təzahür olunur. Çoxda
böyük olmayan intensivliyində daha aydın müşahidə olunur. Ona görədə UYT terapiya həm istilik,
həmdə qeyri istilik dozalarda təyin olunur.
Təsir olunan nahiyədə üzv və toxumaların qızması, toxumalarda dayanıqlı uzun müddətli və
dərin hiperemiyaya səbəb olur. Kapilyarların diametri daha çox təxminən 5-10 dəfə genişlənir.
Zədələnməmiş toxumalarda regional qan və limfa axını güclənir, mikrosirkulyator yataqda,
hematoensefalitik və digər leykositlərin miqdarının artması və onların faqositar fəallığının yüksəlməsi
iltihab mənbəyində dehidratasiya və sorulmaya gətirib çıxarır. Həmçinin ödemin çəkilməsi onun
yaratdığı ağrının da azalmasına səbəb olur. Beləliklə UYT elektrik sahəsi müalicə amili olaraq iltihab
əleyhinə ağrıkəsici, bakteriostatik, ödem əleyhinə, damar genişləndirici və trofiki regenerator təsir
göstərir.
Dostları ilə paylaş: |