Müalicənin verilmə texnikası: xəstə üzərindəki metal əşyaları çıxardıqdan sonra taxtadan
hazırlanmış taxtın üzərində oturmuş yaxud uzanmış vəziyyətdə müalicəni qəbul edir. Müalicə gips
sarğılarının üzərindən verilərsə, sarğı quru olmalıdır. 1, 2, və3 nömrəli kondersatorlardan istifadə
olunmalıdır. Kondensator lövhələr dəri üzərindən 2-3 aralıqda saxlanılır ki, buna hava məsafəsi deyilir.
Bu məsafə 6 sm-dən çox olmamalıdır. Müalicənin düzgün verilib verilməməsini neon lampanın
közərməsi ilə yoxlamaq lazımdır. Ürək ritmində pozğunluqlar törənməsin deyə ürək nahiyəsinə
müalicənin verilməsi məsləhət deyildir. Müalicənin dozası qeyri istilik, zəif istilik və istiliklə ölçülür.
|