Texnika və metodika: proseduralar iki kondensator lövhələri vasitəsilə aparılır. Köndələn və
uzununa üsul ayırd olunur. Köndələn qoyuluşda UYT elektrik sahəsi daha dərin təsir göstərir. Elektrik
sahəsi sarğı və gipsdən asan keçir, bu şərtlə ki, onlar quru olsun. Prosesin dərinliyindən asılı olaraq
dəri ilə elektrod arasında 1-6 sm məsafə saxlanılır, müddəti 10-15 dəqiqədir, kurs müalicə 10-15
gündür. Kondensator lövhəsi qoyulandan sonra generator işə salınır. Terapevtik kontur köklənir, Neon
lampası kondensator lövhəsinə yaxınlaşaraq yoxlanılır. Optimal köklənmə zamanı lampa daha parlaq
yanır.
GöstəriĢ: dəri və dərialtı toxumanın kəskin iltihabi prosesləri, oynaqların, əzələlərin irinli,
iltihabi və travmatik xəstəlikləri, polimielit, nevralgiyalar, yaralar, bronxial astma, bronxoektaz
xəstəliyi, ağ ciyər absesi, kəskin angina, sinusit və s.
Əks göstəriĢ: qanaxmaya meyllik, bəd xassəli şişlər, sistem qan xəstəlikləri, yüksək temperatur.
|