Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

12 

 

MÖVZU:  8 



 

MAQNĠTO  TERAPĠYA 

 

Maqnitoterapiya-sabit,  dəyişkən  və  ya  pulsasiya  edən  aşağı  tezlikli  maqnit  sahəsi  ilə  müalicə 



deməkdir. Maqnitoterapiya digər metodlara nisbətən daha çox xəstəxana, eləcə də ev şəraitində tətbiq 

olunur. Maqnitoterapiyaya əks göstərışlər aşağıdakılardır: 



-kəskin periodda iltihabi xəstəliklər və qanaxmalar 

-hipotoniya 

-cərrahi müdaxiləya qədər irinli prosesl ər 

-ürəyin ağır iĢemik xəstəliyi 

-erkən post infarkt period 

-hamiləlik 

-qanın sistem xəstəlikləri 

-onkoloji xəstəliklər 

Apparat  ALMAQ-01-insan  orqanizminin  zədələnmiş  toxumasına  maqnit  sahəsinin  yürüyən 

impulsu  ilə  təsir  edir.  Yürüyən  impulslu  maqnit  sahəsi  6-8 sm insan vücuduna daxil olur, buna görə 

bilavasitə müxtəlif organlara təsir edir. Cihaz ətrafdakılar üçün təhlükəsizdir, beləki, 15 sm məsafədə 

maqnit  sahəsi  yerin  fon  səviyyəsinə  qədər  zəifləyir.  Bu  aparatın  tətbiqi  iltihabi  proseslərin 

simptomlarını  aradan  götürür,  ağrıları  aradan  qaldırır,  buna  görə  də  qəbul  olunan dərmanların sayı 

azaldılır.  Almaq  60-yaxın  yayılmış  xəstəlikləri-osteoxondrozu,  radikulitləri,  artritləri,  sınıqları, 

burxulmaları, nevralqiyaları və s. müalicə edir. Apparatın müalicəvi effekti tətbiq etdikdə artıq birinci-

dördüncü gün özünü götərir.  

Terapiya  metodu  kəskin  və  remissiya  dövründə  müxtəlifdir.  Kəskin  periodda  proseduralar 

sutkada 6 saat intervalı ilə iki dəfə aparılır. Bir seansın muddəti birinci günlər 10 dəqiqə çəkir, tədricən 

20 dəqiqəyə çatdırılır, ağır hallarda 30 dəqiqə aparılır.  

Osteoxondrozun müalicəsi remissiya dövründə sütkada 1 dəfə, yuxudan əvvəl aparılır ki, onurğa 

proseduradan sonra fiziki yükə məruz qalmasın.  

Osteoxondrozun müalicə kursu kəskin və xroniki formalarda eynidir, minimum 15, maksimum 

20 prosedurdan ibarətdir. Təkrar kursları birinci kurs qurtardıqdan 1-1, 5 ay sonra aparmaq olar, ikinci 

kurs qurtardıqdan 3-4 ay sonra almaq aparatı ilə maqnitoterapiya aparılır.  


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin