Lingli ötürməli cihazlar qrupuna minimetri daxil etmək olar. Cihazın xarici görünüşü və onun quruluşunun prinsipial sxemi şək. 3-də göstərilmişdir.
Əqrəb
Ling
Çubuq
Şəkil 3
Çubuq, şaquli yerdəyişmə hərəkəti edərək, lingin kiçik çiyninə təsir edir. Lingin böyük çiyninə yüngül əqrəb bərkidilmişdir. Cihazın həssaslığı əqrəbin uzunluğu L ilə düz, onun yerdəyişməsi ilə tərs mütənasibdir. Sənayedə bölgü qiyməti 0,002 mm olan minimetrlər buraxılır. Cihazın şkalasının sıfır, müsbət və mənfi bölgü nişanları vardır.
Saat tipli indikatorla təhciz edilmiş daxili ölçən şək. 4 və şək. 5– də verilmişdir. Saat tipli indikatorlu daxili ölçən vasitəsi ilə detalların daxili ölçüləri ölçülür. Daxili ölçənin mexanizmi pazlı ötürmə 1 və hesablayici indikatordan 2 ibarətdir. Yuvalarin diametrini ölçən zaman ölçü xətti ilə diametr müstəvinin bir-birinin üzərinə düşməsini təmin etmək üçün daxili ölçən mərkəzləşdirici körpücüklə 3 təhciz edilmişdir.
Daxiliölçənin əsas elementləri mikrometrik başlıq – indikator 2, uzadıcı 4 və ölçmə ucluqlarıdır 5. Ucluqların yeyilməyə davamlılığını artırmaq üçün onların işlək ucu bərk xəlitə ilə armirlənmişdir.
Şəkil 4 Şəkil 5
Hal-hazırda bölgüsünün qiyməti 0,01 və 0,002 mm olan mikrometrik başlıqlı və bölgüsünün qiymət 0,001 mm olan rəqəmli hesablama sistemi ilə təhciz edilmiş daxili ölçənlərdən MDB daxilində geniş istifadə edilir.
Daxiliölçənin mikrometr vasitəsilə sazlanması və onlardan istifadə edilməsi aşağıdakı kimi aparılır.
Daxiliölçən, indikator və ucluqlarla təhciz edildikdən sonra tələb olunan ölçüdə sazlanmış mikrometrin yan səthi arasına salınır. Daxiliölçənin dəstəyinin köməyi ilə uzadıcı 4 mikrometrin oxuna, gözəyarı olaraq, perpendikultar istiqamədə yerləşdirilir. Bundan sonra, indikatorun əqrəbi hərəkəsiz dayanana qədər, mikrometrin dabanı ilə mikrovintin yan səthi arasında, saat kəfkiri kimi bir neçə dəfə yelləndirilir. Bu zaman, indikatorun əqrəbi hərəkətsiz dayandığı anda (uzadıcının mikrometrin oxuna tam perpendikulyar olduğu anda), indikatorun böyük siferblatında yerləşən xüsusi həlqə vasitəsilə, siferblatın sıfır nöqtəsi əqrəbin altına gətirilir və bu vəziyyət fiksasiya edilir.
Ölçmələr zamanı, başlanğıc nöqtəsi kimi, fiksasiya edilmiş sıfırdan istifadə edilir.
Birbaşa ölçmələr apararkən şək. 5, sazlama prosesində həyata keçirilən hərəkətlər bir daha yenidən təkrarlanır (fiksasiya edilmiş sıfıra toxunmamaq şərtilə) və bu zaman, əqrəbin hərəkətsiz halı ilə fiksasiya edilmiş sıfır nöqtəsi arasındakı meyillənmə nəzərə alınaraq ölçülən yuvanın ölçüsü müəyyən edilir.
Müxtəlif ölçülü diametrləri ölçmək üçün daxiliölçənin ucluqları hər dəfə dəyişdirilir və xüsusi hazırlanmış və attestasiyadan keçirilmiş həlqələr və uzunluq blokları və ya rəqəmli ştangenpərgarla sazlana bilir.
Daxiliölçənlərin şərti işarəsi aşağıdakı kimi yazılır.
Misal: Ölçmə intervalı 18...50 mm bölgüsünün qiyməti 0,002 mm olan daxili ölçən aşağıdakı kimi göstərilir.
Daxiliölçən 18 - 50 (0,002) QOST 9244-68.
Dostları ilə paylaş: |