Редаксийа щейяти



Yüklə 274,47 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.05.2023
ölçüsü274,47 Kb.
#105929
1   2   3
813131(meqale)

 
 
 
istifadə olunur.
BMP formatının keyfiyyəti yuxarı olur və standart MS Paint proqramı vasitəsi ilə yaradılır. 
Vektor qrafik təsvirlər .CDR (Corel Draw) və .Aİ (Adobe İllustrator), .WMF (Windows 
Meta File), .DFX (Drawing İnterchange Format), .CGM (Computer Graphics Meta File), .EPS 
(Encasualated Post Script) formatlarında saxlanılır. 
Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompüter yaddaşında 
GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar. 
GIF (Graphics Interchange Format)-qrafik mübadilə formatı. (.gif); 
JPEG (Joint Photographic Experts Group)-birləşmiş fotoeksportlar qrupu formatı. (.jpg); 
PNG (Portable Network Grapic)-portativ şəbəkə qrafiki. (.png); 
BMP təsviri formatını isə istifadə etməzdən əvvəl baza formatına çevirmək lazımdır. (.bmp)
GIF – GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun 
əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 
256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə 
fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə 
də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə 
edilir. JPEG – GİF formatlı fayllardan fərqli olaraq JPEG formatlı fayllarda 16,7 milyon rəng 
çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və 
faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı 
JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin 
dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GİF 
formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində 
dinamik və şəffaflaşdırma. 
Təsvirin vektor formatdan rastr formata (piksellər yığımına) çevrilməsi tez-tez istifadə edi-
lən proseslərdən biridir. Bu prosesi bəzən vektor təsvirlərin rastrlaşdırılması adlandırırlar. 
Vektor təsviri fotoqrafiyaya yerləşdirmək üşün onu əvvəlcə rastr formata import etmək la-
zımdır. Tutaq ki, pəncərənin şəkli skanerə edilib və JPEG formatı ilə faylda saxlanıb. Ördək 
şəkli isə CorelRDAW vektor qrafik redaktoru ilə yaradılıb, sonra isə TIFF formatlı fayla eks-
port edilib. Hər iki rastr təsvirin montajı Adobe Photoshop qrafik redaktorunda yerinə yetirilir. 
Vektor təsvir hər dəfə çıxış qurğusuna (monitora və ya printerə) ötürüləndə rastrlaşdırmaya 
(videopiksellər və nöqtələr yığımına çevrilməyə) məruz qalır. Vektor fayllar rasrt formata 
eksport ediləndə ilkin təsvirdəki rənglərlə bağlı olan informasiya itkisi ola bilər. Buna əsas 
səbəb odur ki, bir sıra rastr formatlarda məhdud sayda rənglərdən istifadə edilir. 
Məsələn, GIF formatında istifadə edilən rənglərin sayı 256 rəngdən çox deyil. 
Faylın bir rastr formatdan digər rastr formata çevrilməsi çevirmənin ən sadə üsuludur. 
Üsulun mahiyyəti ondan ibarətdir ki, informasiya ilkin fayldan oxunur, təsvirin ölçüsü, hər bir 
videopikselin rəngi və rəng dərinliyi haqqında informasiyalar başqa üsulla yeni faylda saxlanır. 
Köhnə format daha çox rəngdən istifadə etməyə imkan verən halda informasiya itkisi baş 
verə bilər. 
Rəng dərinliyi 24 bitə (16 777 216 rəngə) malik olan fayl rəng dərinliyi 8 bitə (256 rəngə) 
bərabər olan fayla çevriləndə demək olar ki, hər bir pikselin rəngi dəyişdirilməli olur. Sadə 
halda bu proses aşağıdakı kimi yerinə yetirilir: 
• ilkin faylın hər bir pikseli üçün yeni məhdud rənglərdən daha çox uyğun gələni seçilir. 
Bu üsuldan istifadə ediləndə arzu edilməyən effektlər yarana bilər. Belə ki, ilkin təsvirdəki 
çoxsaylı elementlər eyni rəngli sahəyə çevrilər və ..ya tədrici rəng keçidləri kəskin rəng keçid-


Bakı Qızlar Universiteti Elmi əsərlər Cild 11 №1 2020(41)

Yüklə 274,47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin