Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə281/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   277   278   279   280   281   282   283   284   ...   298
 
 
200 
mələrinə uyğundurmu? 
Əvvəlcə  bu  barədə  onların  özlərinin  münasibətini  öyrənməyə  çalışdıq.  Məqsədimiz 
məktəb psixoloqlarını fəaliyyətində özlərini peşəkar kimi qiymətləndirməyə səbəb olan amil-
ləri aydınlaşdırmaq olmuşdur. Bunun üçün ilk növbədə onların özləri haqqındakı qiymətlən-
dirmələrində perspektivliyin, refleksivliyin və özünüdərketmənin tənqidiliyinin səviyyəsini və 
inkişaf etdirilməsi maraqlarını aydınlaşdırmaq üçün araşdırma apardıq. Bu tədqiqatda əvvəlki 
mərhələlərdə  olduğu  kimi,  42  sınanılan  iştirak  etdi.  Psixoloqlara  N.İ.  Qutkinanın  tədqiqat 
metodikasına əsaslanaraq “Mən necə psixoloqam?” mövzusunda inşa  yazmaq təklif olundu. 
İnşa yazısında psixoloqların özünüqiymətləndirməsini mövcud vəziyyət (refleksivliyini), inki-
şaf  dinamikası  (perspektivliyini)  və  təkmilləşməsi  (tənqidiliyini)  baxımından  daha  yaxşı  təhlil 
etmək üçün onlara plan verilmişdir (3).  
1) özünüzü peşəkar kimi səciyyələndirin; 2) özünüzü peşəkar kimi dərk etməyə mane 
olan  səbəbləri  aradan  qaldırmaq  üçün    fəaliyyətinizdə  nələri  dəyişmək  və  inkişaf  etdirmək 
lazım gəldiyini izah edin; 3) özünüzdəki peşəkarlığınıza mane olan xüsusiyyətləri sadalayın.     
Psixoloqların  inşa  yazılarını  nəticələri  göstərdi  ki,  hər  psixoloqun  Mən-konsepsiya-
sının məzmununda perspektivlik, refleksivlik və tənqidilik elementləri vardır. Nəticələrə görə, 
təcrübəli psixoloqlarda təhliletmə imkanlarının daha geniş olduğu müəyyənləşdirilmişdir. İnşa 
yazıları üzərində aparılmış təhlil psixoloqların özlərini təsvir etdikləri fikirlərin məzmununu 
aydınlaşdırmağa imkan verdi.   

Özünüinkişafın  məzmununu  əks  etdirən  fikirlər:  ailə  üzvləri,  dostlar,  anket  və  bi-
oqrafiya məlumatları, bu və ya digər praktiki fəaliyyəti əksetdirmə bacarığı aşağı, daha yük-
sək  səviyyəli  psixoloqların  fikirləri  maddi  və  sosial  obyektlərə  münasibətində,  nəyəsə  malik 
olmaq istəyində, həvəslərin təsvirlərində əks etdirir. 

Özünüdərketmənin subyektiv məzmununu əks etdirən fikirlər: təhsil motivləri, müx-
təlif  fəaliyyət  növlərində  uğurun  əldə  olunmasına  ümid,  cəlbedici  peşə  sahibi  olmaq,  özünü 
ümumilikdə yaxın və uzaq gələcəkdə görmək, daha yaxşı olmaq cəhdləri, gələcəkdə şəxsiyyətin 
müsbət cəhətlərini əldə etmək və s. 
Ümumilikdə,  bizim  tədqiqatımızda  əldə  olunan  məlumatlar  psixoloqlarda  özünü 
dərketmənin fərdi inkişaf xüsusiyyətlərini xarakterizə etmək imkanı verir. Özünü dərketmənin 
perspektivliyinin,  refleksivliyinin  və  tənqidiliyinin  inkişafı  sıx  qarşılıqlı  əlaqədə  baş  verir, 
onların  səviyyələri  müsbət  tərzdə  psixoloqlar  Mən  obrazında  korrelyasiya  edir.  İnsan  özü 
haqqında  biliklərin  perspektivliyinin,  refleksivliyinin  və  tənqidiliyinin  yüksək  səviyyəsi  psi-
xoloqlara  şəxsi  inkişaf  perspektivlərini  dərk  etmək,  öz  güclü  tərəflərini  və  şəxsiyyətlərinin 
müəyyən olunmasında zəruri dəyişiklikləri təhlil etmək imkanı verir.  
Sınaqdan keçirilən psixoloqların inşa yazısı vasitəsilə, özünütəsvirində istifadə etdik-
ləri  fikirlərin  məzmununa  görə  özünüqiymətləndirmənin  perspektivlik,  refleksivlik  və  tən-
qidilik səviyyələrini müəyyən edildi, tipləşdirmə aparıldı. Sınanılanlar arasından dörd tip psi-
xoloq ayırd edildi: 
1)
 
peşəkar  tip: hər üç göstərici üzrə yüksək səviyyəyə malik olan, özünü adekvat qiy-
mətləndirərək özünüdərk bacarığı nümayiş etdirənlər peşəkar psixoloqlar; 
2)
 
peşəkarlığa meyilli tip: hər üç göstərici üzrə normal səviyyəyə malik olan, özünü 
əsasən adekvat  qiymətləndirən, özünüdərkin davranış,  emosional  və motivasiya komponent-
ləri üzrə bacarığı nümayiş etdirənlər - səriştəli psixoloqlar; 
3)
 
qarışıq  tip:  müxtəlif  perspektivlik,  refleksivlik  və  tənqidilik  səviyyələrinə  malik 
olan, özünüinkişafa maraq göstərən psixoloqlar; 
4)
 
zəif tip: perspektivlik, refleksivlik  və  tənqidilik səviyyələrindən hər hansı  birinin, 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin