Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
173
Tyutorluq fəaliyyətlərinin keyfiyyətinin
artırılması yolları
Mehmet Ali CEYHAN
Naxcıvan Dövlət Universiteti
Е-маил: mehmetaliceyhan@yahoo.com
Ряйчиляр: пед.ц.е.д., проф. Я.Я.Аьайев
пед.ц.е.д., проф.А.Н.Аббасов
Açar sözlər: аkademik məsləhət,
ali məktəb,
müasir təhsil
, akademik
nəaliyyət
, peşə
inkişafı, təlim,
tədris
Ключевые слова: академический консультативный, старших классов, совре-
менный образование, научные достижения, профессиональное развитие, подготовки,
обучение
Key words: аcademic Advising, University, modern education, academic
achievement,
professional development,
training
Ali məktəblər gənclərin peşə həyatına atılmadan öncə lazım olan akademik bilik və
peşə kəyfiyyətinə malik ola bilmələrinə imkan yaradan və ya bunları inkişaf etdirən təhsil
müəssisələridir. Bu müəssisələr keyfiyyətli kadrlar yetişdirmək üçün öz tələbələrinə təhsil
aldıqları ixtisaslar üzrə lazım olan billik və bacarıqlar qazandırmaqla yanaşı, şəxsiyyətlərinin
formalaşması prosesində qarşılaşılaşabiləcəqləri problemləri üzə çıxarıb, həll yollarını
göstərməlidir. Bu baxımdan ali məktəblərin vəzifələrindən biri olaraq qəbul edilən tyutorluq
pəşəkar tyutorlar tərəfindən hazırlanmış proqram çərçivəsində tələbələrlə danışıqlar aparı-
laraq, onlara ehtiyac duyduqları məsələlərdə yardım etmə, yol göstərmə xidmətidir.
Bu gün universitetlər gənclərin peşə həyatına atılmadan öncə peşə və ictimai məlu-
matlara malik ola bilmələrinə imkan yaradan və ya bunları inkişaf etdirən qurumlarıdır.
Tyutorluq, ali məktəblərdə hər tələbəyə fərdi olaraq yardım edən və həmçinin onların
məktəblə və ətraf mühitləri ilə bağlı çətinliklərin həllində yol göstəricidir. Bu baxımdan
universitetdə məsləhət xidmətinə uyğun olaraq, tələbələrin akademik, peşə,sosial və fərdi
mənada qarşılaşdıqları problemlərlə bağlı tyutorlar tərəfindən verilən xidmətdir.
Keyfiyyətli kadrlar yetişdirmək üçün universitetlər öz tələbələrinə təhsil aldıqları
ixtisasları üzrə lazım olan billik və bacarıqlar qazandırmaqla yanaşı, şəxsiyyətlərinin forma-
laşması prosesində qarşılaşılan problemi üzə çıxarıb, həll yollarını göstərməlidir. Bu baxım-
dan universitetlərin vəzifələrindən biri olaraq qəbul edilən tyutorluq universitetlərin tyutorları
tərəfindən hazırlanmış tyutorluq proqramı çərçivəsində tələbələrlə danışıqlar aparılaraq, onla-
ra ehtiyac duyduqları məsələlərdə yardım etmə, yol göstərmə xidmətidir. Başqa sözlə, tyutor-
luq, tələbənin oxuduğu ali təhsil ocağını tanıması, qaydalarını öyrənməsi, sosial və akademik
mühitə uyğunlaşması, şəxsi inkişafı, özünə inamı, üstünlükləri və öz peşəsi yönündə inkişafı
kimi məsələlərinin hamısını əhatə edən xidmətlərdir. Bu mərhələdə bütün bu xidmətləri hər
bir universitet öz institusional quruculuğuna uyğun olaraq proqramlara uyğun şəkildə Azər-
baycan universitetlərində tyutorluq fəaliyyətlərinin yuxarıda qeyd olunan zərurətlərdən başqa,
daha hansı ehtiyacdan dolayı ortaya çıxdığı, necə inkişaf etdiyi və hazırda tətbiq olunması ilə
bağlı modellər ilə izah etməyə çalışacaqdır.
Hazırda təhsil sahəsində baş verən yeniliklərin nəticəsi olaraq, tələbələrə dərs proq-