Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə270/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   266   267   268   269   270   271   272   273   ...   298
 
 
191 
Bakı realnı gimnaziyasında işlədiyi 9 il ərzində H.Zərdabi yalnız pedaqoji fəaliyyətlə 
kifayətlənmədi.  Xalqımızın  ədəbiyyat,  mədəniyyət,  maarif  və  ictimai  fikir  tarixi  üçün  son 
dərəcə  dəyərli  olan  mühüm  işlər  gördü.  Bu  istiqamətdə  bir  sıra  əlamətdar  tarixi  yeniliklərin 
təməlini  qoymaqla  “İlkin  hadisələrə”  imza  atdı.  1871-1872-ci  illərdə  ilkin  olaraq  Müsəlman 
Xeyriyyə  Cəmiyyəti  yaratmaq, bununla  yoxsul  uşaqlarının maarifləndirilməsinə, təhsilə  cəlb 
edilməsinə  rəvac  verməyə  təşəbbüs  göstərdi.  1873-cü  ildə  mart  ayının  10-da,  yəni  Novruz 
bayramı ərəfəsində dərs dediyi gimnaziyanın yuxarı sinif şagirdləri Nəcəf bəy Vəzirov, Əsgər 
ağa  Gozani  və  b-nın  köməkliyi  və  iştirakı  ilə  M.F.Axundovun  “Sərgüzəşti-vəziri-xani-Lən-
kəran” komediyası realnı gimnaziyada tamaşaya qoyuldu. Biz milli teatrımızın təşəkkül tari-
xini həmin gündən hesablayırıq. 1875 (22 yul)-1877 (29 sentyar)-ci illər arasında ana dilində 
“Əkinçi” qəzetinin nəşrinə nail oldu. Rusiya müsəlmanları coğrafiyasında milli dildə işıq üzü 
görən bu mətbuat orqanı ilə milli mətbuatımızın bünövrəsini qoydu. 
Beləliklə, 1878-ci ilin sonunda H.Məlikov tutduğu müəllim vəzifəsindən azad edilir və 
uzun müddət işsiz qalır. Bir müddət Bakıda qalan işsiz ziyalı təqiblərdən, qarabaqara izləmə-
lərdən, onun evinə qədər yol tapan məxfi güdükçülərdən bezib 1880-ci ildə öz doğma kəndi 
Zərdaba köçməyi qərara alır. 
Beləliklə, Həsən bəy 1880-ci ildə Zərdaba ata-baba yurduna qayıdır. Ömrünün 16 ilini, 
daha doğrusu 1896-cı ilə qədər burada yaşayır. Özünün məhsuldar, hərtərəfli fəaliyyət kontur-
larına malik ömür yolunu, maarifçilik əməllərini burada da davam etdirir.  
Hər şeydən əvvəl, müxtəlif mətbuat orqanları ilə  əlaqə saxlayır, publisistik fəaliyyətini 
ardıcıl şəkildə yaşadır. Xüsusilə Bakıda çıxan “Kaspi” qəzeti ilə yaxından əməkdaşlıq edir. Bu 
qəzetdə onun rəngarəng mövzularda silsilə məqalələri çap olunur. Böyük qızı və oğlu Tiflisdə 
təhsil  alarkən  müəyyən  vaxtlar  buraya  gedir.  Məhşur  gürcü  ziyalısı,  “Obzor”  qəzetinin  naşiri 
N.Ş.Nimodadze  ilə  tanış  olur  və  qəzetə  publisistik  yazılar  göndərir.  “Novoye  obozreniye”, 
“Kavkaz”, “Zemledelceskaya qazeta” və s. kimi rus dilində nəşr olunan mətbuat orqanlarında 
məqalələrlə çıxış edir. Onun həmin illərdə ana dilində çıxan “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qə-
zeti ilə də əməkdaşlıq etdiyi məlumdur. 
Fədakar  maarifçi  doğma  kəndi  Zərdabda  yeni  tipli  məktəb  açmağa  cəhd  edir.  Bunun 
üçün müəyyən işlər də görür. Onun “Kaspi” qəzetində çap olunan “Zərdabda məktəb olacaq-
dırmı?” (1883, 13 aprel), “Zərdab 22 aprel” (1885, 26 aprel) sərlövhəli yazılarından da bunu 
aydın görmək mümkündür (5).
 
Lakin mürtəci din xadimlərinin, o cümlədən Göyçay qəzasında 
savadsız kütlə arasında böyük nüfuzu olan Şeyx Əlibabanın fitnəkarlığı,  qaragüruhçu cama-
atın satqınlığı, dönüklüyü ucbatından nəzərdə tutulan təhsil ocağını açmaq mümkün olmur.  
Həsən bəy bəzən həkimlik etmək məcburiyyətində də qalır. Məsələn, həmin illərdə baş 
verən çiçək xəstəliyi  zamanı o, bu xəstəliyin  epidemiyaya çevrilməməsi  üçün camaatın pey-
vənd olunmasında fəal surətdə iştirak edir. Zərdabda gözəl, nümunəvi təsərrüfat yaradıb təsər-
rüfat  işləri  ilə  məğul  olur.  Təsərrüfat,  maldarlıq  və  əkinçilik  işləri  ilə  bağlı  camaata  faydalı 
məsləhətlər verir. 
Gərgin  və  fasiləsiz  iş,  tənə  və  təqiblər,  haqsız  hücum  və  iftiralar,  ictimai  həyatda  və 
dumadakı kəskin mənəvi-psixoloji durum tədricən Həsən bəyin səhhətinə, fiziki və psixoloji 
vəziyyətinə  öz  mənfi  təsirini  göstərməyə  başladı.  Onun  səhhətində  müəyyən  problemlər  ya-
ranmağa  başladı.  Həmin  problemlərin  fəsadları  getdikcə  artdı.  Nəhayət,  1907-ci  ilin  əvvəl-
lərində o, iflic xəstəliyinə düçar oldu, dili tutuldu. 
1907-ci ildə noyabr ayının 28-də bu böyük zəka məşəlinin ürəyi əbədi dayandı. Onun 
dəfni Bakıda ümumxalq matəminə çevrildi. Minlərlə insan – azərbaycanlı, rus, yəhudi, gürcü, 
erməni  və  s.  onun  dəfn  mərasiminə  toplaşdı.  Rus-tatar  məktəblərinin  şagirdləri  də  öz  müəl-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin