37 bildirən professor Kamran Məmmədov çox düzgün olaraq qeyd edir ki, “imamların bu qədər
şişirdilməsi, Allaha və onun dini kitabı olan Qurana bütün varlığı ilə inanan şairi (Q.Zakiri –
R.K.) qəzəbləndirirdi” (1, s.209).
Zakiri qəzəbləndirən digər bir məsələ də Quranın nazil olması ilə əlaqədar şeyxilərin
irəli sürdüyü versiyadır. İslam dininə görə, Quran Allah tərəfindən Cəbrayılın vasitəsilə pey-
ğəmbərə nazil olmuşdur. Şeyxilərin fikrincə isə Quranın müəllifi peyğəmbərdir və Cəbrayıl
da Quranı peyğəmbərin bətnində zühura gətirmişdir. Bunu özlüyündə analiz edən şair “bu qə-
naətə gəlir ki, əgər doğrudan da məsələ belə isə, onda bütün şairlər də peyğəmbərdir. Çünki
onlar da “mürsəl”dir. “Mürsəl” isə ancaq kitab sahibi olan peyğəmbərlərdir. Məhəmməd, İsa,
Musa, İbrahim, Davud kimi” (1, s.209).
Şair bu sırada özünün də yalançı peyğəmbər oldu-
ğunu deməklə onları ələ salır, dediklərinin oyunbazlıqdan başqa bir şey olmadığını söyləyir:
Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,
Ümmətim Taynaqü Gülqışlaqu
*
Xızrıstanı.
Bununla yanaşı şairi qəzəbləndirən əsas məsələlərdən biri də bu kimi oyuncaq təriqət
başçılarının digər dinlərin təsiri ilə insanlar arasında Allaha şərik axtarmaları və onu adiləş-
dirmələridir. O, üzünü şeyxilər və üsulilərə tutub deyir ki, Allahın malik olduğu xüsusiyyət-
ləri insanlara şamil etmək sadəcə ağılsızlıqdır:
Seyd edir bipərü balə məgəsi-pərranı...(3, s.336).
Dinə təfriqə salan bu kimi şarlatanları şair “asiyi-dərgahi-ilah” hesab edir və bu kimi
din xadimlərini tənqid etməklə onları cəmiyyətə vicdanla, namusla xidmət etməyə yönəlt-
məyə çalışır, ümumilikdə müasirlərini, xüsusilə də gənc nəsli hadisələrə açıq gözlə baxmağa,
hər yetənə aldanmamağa səsləyirdi. Təbii ki, Zakirin tənqidi şeirini oxuyan hər bir kəs əsl
həqiqətin nə olduğunu başa düşüb hadisələrə, baş verən olaylara yeni düşüncə tərzi ilə
yanaşaraq ondan lazımi nəticə çıxarır və bir daha bu kimi yalançı din xadimlərinin cəfəng
sözlərinə inanmırdı. Zakir şeirinin qüdrəti də bunda idi. O, oxucularını düşünməyə vadar et-
diyi kimi, onları inandırmağı da bacarırdı. AMEA ƏYİ-nin arxivində mühafizə olunan Diva-
nında, eləcə də müxtəlif mənbələrdə aşkar edilən mərsiyə, müxəmməs, növhə və sinəzənləri
göstərir ki, Zakir islami dəyərlərə yüksək qiymət verərək onu ciddi şəkildə təbliğ etmiş-
dir.Əfsuslar olsun ki, onun dini görüşlərini əks etdirən bu şeirləri sovet dönəmində mətbu
əsərlərinə daxil edilməmiş və bunun nəticəsində geniş oxucu kütləsi şairin çoxşaxəli yaradı-
cılığının bu sahəsindən xəbərsiz olmuşdur. Təsadüfi deyildir ki, sovet rejimi sisteminin ölkə-
mizdə hökm sürdüyü bir zamanda ciddi qadağalara baxmayaraq aşura günlərində əksər bölgə-
lərdə, xüsusilə Bakıətrafı kəndlərdə mərsiyə, sinəzən və növhələri ən çox oxunan şairlərdən
biri də Qasım bəy Zakir olmuşdur. Müqtədir tədqiqatçı Firidun bəy Köçərli Zakirin dini
mövzulu şeirlərinə münasibət bildirərək yazır: “Matəmi-seyyidüş-şühəda və əhvalati-cansuzi-
Kərbəla Zakirə, müttəqi və övladi-rəsul olduğu üçün, ziyadə təsir edərmiş. Bu cəhətə ol
mərhum bir neçə növhələr bu qissəyə dair inşad qılıblar” (4, s.416).
Şiə təriqətinə mənsub olan şair birinci növbədə dini mövzuda yazdığı şeirlərində