126 Təcrübəli müəllim sinfində olan hər şagirdin özünə xas qabiliyyətləri olduğunu, bu
qabiliyyətləri aşkar etməklə fərdi bacarıqları ortaya çıxara biləcəyini bilir. Müəllim şagirdlərin
fərdi bacarıq və qabiliyyətləri əsasında onları istiqamətləndirməyi bacarmalıdır. Yoxsa
şagirdin sinifdə izah edilən hər hansı bir dərsdən yaxşı ya da pis olmasını şagird üçün mənfi
bir xüsusiyyət kimi göstərə bilmərik. Məsələn, şagird riyaziyyat dərslərində bir az passiv ola
bilər, amma bədən tərbiyəsi və ya musiqi dərslərində çox yaxşı bir qabiliyyətə malik ola bilər.
Onun üçün müəllim xüsusilə müəyyən dərslərdə bir anda istənilən müvəffəqiyyəti göstərən
şagirdlərə qarşı mənfi ön mühakimələr bəsləməməlidir.
5) Yeniliklərə, inkişaflara, texnologiyalar açıq olmalı, özünü davamlı yeniləməlidir:
Ətraf mühitdəki, texnologiyadakı dəyişiklik və inkişafın təsir etdiyi müəssisə məktəb-
dir. Müəllim gördüyü bu inkişaf və dəyişikliklərə qarşı heç vaxt qarşı gələ bilməz. Məsələn,
məktəb mühitinə daha çox yaxından təsir edən kompüterə qarşı müəllim özünü mütləq
hazırlamalıdır. Kurslara getməli, öyrənməli və bir təlimçi olaraq şagirdlərindən məlumat baxı-
mından daim öndə olmalıdır. Bunun üçün də müəllim oxumalı, kurslara getməli, bilmədiyi
mövzuları soruşmalı və araşdırıcı olmalıdır.
Yuxarıdakı siyahının daha da artırmaq olaq. Bunlar, ideal ya də təsirli müəllimdə
olması nəzərdə tutulan ümumi xüsusiyyətlər olaraq xarakterizə edilə bilər. Bunlar ideal bir
müəllimin, içində yaşadığı cəmiyyət, ətraf mühit və dünyanı tanıması; insan psixologiyasında
mütəxəssis olması, ictimaiyyətin istəklərini bilməsi, yeniliklərə, dəyişməyə, texnoloji irəlilə-
yişlərə, fərqli mədəniyyətlərə həssas olması şəklində yekunlaşdırıla bilər.
Nəticə olaraq təsirli bir müəllimdə olması arzu edilən xüsusiyyətləri aşağıdakı şəkildə
ümumiləşdirə bilərik:
Səbirli davranır, hadisələr qarşısında duyğularını nəzarət altında saxlayır.
Fərqli inanc, görüşdə olanlara hörmətlə yanaşır və uzlaştırıcı mövqedə dayanır.
Geyiminə, təmizliyinə diqqət edir, nizam-intizamlı olur.
Özünü təkmilləşdirməyə və tənqidə açıqdır.
Şəxsi problemləri ilə sinfi və məktəbi məşğul etməz.
Şagirdləri motivasiya edici xüsusiyyətlərə malikdir.
Müvəffəqiyyətə yönəlikdir, şagirddən yüksək müvəffəqiyyət gözləməsi ilə yanaşı,
dəstəkləyicidir.
Düşüncə və davranışları şagirdlər üçün modeldir.
Şagirdlərə qarşı gülər üzlü və mehribandır.
Şagirdlərə qarşı etibarlı, dürüst, obyektiv, sirdaş və dostdur.
Sinifdə konstruktiv və maarifləndirici bir intizam formalaşdırır.
Liderlik xüsusiyyətlərinə malikdir.
Şagirdlərə, valideynlərə, ətrafına təsir etmədə müvəffəqiyyətlidir.
Vasitəçilik, hakimlik, təmsilçilik xüsusiyyətlərinə malikdir.
Cəsarətləndirici və dəstəkləyicidir.
Mehriban, anlayışlı və zarafatcıldır.
Problemlərdən şikayətlənmək əvəzinə həllini tapmaq üçün səy göstərər.
Sinifdə hakimiyyəti təmin edər, sinfi qrup olaraq cəzalandırmaz, cəzaları fərdi
olaraq verir.
Verdiyi tapşırıqları təqib və nəzarət edər.
Pedaqogika elmlərinin təməl anlayışlarını bilər və öyrənməyi asanlaşdırar.
Yaxşı bir müşahidəçidir, özünü davamlı yeniləmə cəhdi içindədir.