Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə68/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   64   65   66   67   68   69   70   71   ...   298
Редаксийайа дахил олуб: 22.06.2015 
 
 
                                         
 
   


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
56 
Мятн цзяриндя иш дил гайдаларынын синтактик ясасда  
тядрисинин башлыъа васитяси кими  
 
Aygün Zamanova 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Е-маил: 
aygun_zaman@mail.ru
 
 
Ряйчиляр: пед.ц.ф.д., проф.А.Н.Аббасов 
                пед.ц.е.д., проф.И.Щ.Ъябрайылов 
 
Açar  sözlər:  dil  qaydaları,  təlim  fəaliyyəti,  sintaktik  əsas,  bacarıq,  ümumiləşdirmə, 
tətbiqetmə 
Ключевые  слова:  языковые  средства,  учебная  деятельность,  синтаксическая 
основа, умения, обобщение, применение 
Key  words:  language tools, training activities, syntactic basis, skills, generalization, 
application 
 
Azərbaycan dili dərslərində şagirdlərin mədəni nitq vərdişlərinə yiyələnməsi dilin da-
xili quruluşunu əks etdirən normaların mənimsənilməsi ilə birbaşa bağlıdır. Linqvistik mahiy-
yət kəsb edən həmin normalar dil qaydaları formasında verilir və ən zəruri məlumatları əhatə 
edir. Bu məlumatların bilik və bacarıqlar şəklində formalaşması təlimin hansı vasitələrlə hə-
yata keçirilməsindən asılıdır ki, mətn üzərində iş belə səmərəli vasitələrdən sayılır. 
Məqsəd şagirdlərin nitq mədəniyyətinin və linqvistik təfəkkürünün inkişafına nail ol-
maq üçün mətn nümunələri üzərində işin zəruriliyini metodik baxımdan əsaslandırmaqdır.  
Müasir məktəb təcrübəsi bilik və bacarıqlar, təlimin məzmun və təşkili yolları arasında 
çoxsaylı ziddiyyətlərlə müşahidə olunur. Bu da ilk növbədə onunla bağlıdır ki, fənn proqram-
larında fəaliyyətlər şəklində nəzərdə tutlmuş məzmun  təlim prosesində şagirdləri idrak fəal-
lığına təhrik edən müvafiq üsul və vasitələrlə  keçilmir. Azərbaycan dili təlimində də bu və ya 
digər səviyyədə özünü büruzə verən bu ziddiyyət tədris prosesinin keyfiyyətinə olduqca mənfi 
təsir göstərir.  Bunun nəticəsidir ki,  şagirdlər şüurlu, rəvan, ifadəli oxu bacarıqları ilə  yanaşı, 
rabitəli, məntiqi əlaqədə qurulmuş şifahi və yazılı nitq qabiliyyətləri nümayiş etdirməkdə çə-
tinlik çəkirlər. Fikrimizcə, mətn üzərində işin “Dil qaydaları” məzmun xəttİndə nəzərdə tutul-
muş fəaliyyət növləri ilə qarşılıqlı əlaqədə təşkili mövcud problemlərin aradan qaldırılmasın-
da  mühüm  rol  oynaya  bilər.  Bunun  üçün  isə  mətn  seçimi  və    onun  üzərində  iş  qaydaları 
aydınlaşdırılmalıdır. 
Mətni  üslubi  xüsusiyyətlərinə  görə  araşdıran  rus  dilçisi  Q.Y.  Solqanik  doğru  olaraq 
belə  bir  fikrə  gəlir:  “Mətn  mühüm  linqvistik  anlayışdır.  Onda  dil  və  nitq  haqqında  bütün 
məlumatlar toplaşıb. Mətn gerçək ünsiyyət vahididir. Biz faktiki olaraq mətnlə  yazır, mətnlə 
danışırıq. Buna görə də mətnin öyrənilməsinin sübuta ehtiyacı  yoxdur”  (11, 8). Deməli, dil 
vahidlərinin  kompleks  şəklində  öyrənilməsi  və  müvafiq  dil  və  nitq  bacarıqlarının  formalaş-
dırılması üçün mətn münbit təlim materialıdır və zəngin imkanlara malikdir. Təhlil göstərir ki
ənənəvi metodikada söz və cümlə nümunələri əsas təlim materialı kimi çıxış edirdisə, Kuri-
kulum islahatının tələblərinə uyğun olaraq həyata keçirilən Azərbaycan dili dərslərində mətn 
nümunələri  bu  funksiyanı  öz  üzərinə  götürmüş  olur.  Buna  görə  də  “Azərbaycan  dil”  fənn 
kurikulumunda  (proqramında)  bütün  məzmun  xətlərində  mətn  aparıcı  mövqedə  dayanır. 
Şagirdin  onunla  işləmək  bacarığı  həm  təhsilin  ibtidai,  ümumi  orta  və  tam  orta  təhsil  səviy-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin