ӘN YÜKSӘK NӘTİCӘ GÖSTӘRMİŞ GӘNCLӘRLӘ
MÜSAHİBӘLӘR
Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin təcrübəsi hər zaman
ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir. TQDK bunu nəzərə alaraq əvvəlki illərdə
olduğu kimi cari ildə də hər ixtisas qrupu üzrə imtahanların nəticələrini açıqladıqca yüksək nəticə
göstərən abituriyentlərin, eləcə də maksimal bal toplayanların sayı barədə də ictimaiyyətə geniş
məlumat verib. Bildirilib ki, qəbul imtahanlarında 15 nəfər maksimal nəticə göstərib. I ixtisas
qrupunda 7 nəfər, II ixtisas qrupunda 3 nəfər, III ixtisas qrupunda 3 nəfər, IV ixtisas qrupunda
2 nəfər 700 bal toplayıb.
Jurnalımız da öz ənənəsinə sadiq qalaraq ən yüksək nəticə əldə edən həmin abituriyent ləri
cəmiyyətə daha yaxından tanıtmaq, təcrübələrini öyrənmək və yaymaq məqsədilə onlar haqqında
məqalə və müsahibələr hazırlayıb. Həmin materialları sizə təqdim edirik.
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
14
– TQDK‐nın nəşr etdiyi jurnallar, müxtəlif test topluları və metodiki vəsaitlər abi‐
turiyentlərə yardımçı ola bilirmi?
– Bəli. Әminliklə deyə bilərəm ki , TQDK‐nın nəşr etdiyi vəsaitlər nəinki abituriyentlərə , həm
də şagird və valideynlərə çox kömək edir. Öz təcrübəmdən deyə bilərəm ki, hazırlıq dövrün ‐
də biliklərimi yalnız TQDK‐nın nəşr etdiyi testlərlə sınayırdım. Həmçinin “Abituriyent” jur‐
nalının müxtəlif saylarında təqdim olunmuş testlər, izah və tövsiyələrdən çox faydalan‐
mışam. Müəllimlərimiz də o vəsaitlərdən geniş istifadə edirdilər. Mən TQDK‐nın nəşr etdiyi
siniflər üzrə test kitabçalarına və ayrı‐ayrı fənlər üzrə test toplularına daxil olan bütün testləri
işləmişdim. Bu vəsaitlərin yüksək bal toplamağımda çox böyük rolu olub. Ona görə abi‐
turiyentlərə məsləhət görərdim ki, hazırlıq prosesində TQDK‐nın nəşr etdiyi vəsaitlərdən isti‐
fadə etsinlər.
– Qəbul imtahanlarının təşkili və imtahan suallarının məzmunu barədə nə deyə bilərsən?
– İmtahan çox yüksək səviyyədə təşkil olunmuşdu. İmtahan verdiyim binada abituriyentlərə
lazım olan bütün şərait yaradılmışdı. Nəzarətçilər də imtahanı yaxşı idarə edirdilər.
Sualların məzmunu ilə bağlı onu deyə bilərəm ki, suallar nə sadə, nə də çox çətin idi. Bütün
test sualları məktəb proqramı əsasında tərtib olunmuşdu. Proqramdankənar, dolaşıq suallara
rast gəlmədim. Ancaq imtahanla bağlı öz rəyimi də bildirmək istəyirəm. İctimaiyyət arasında
belə məlumat dolaşır ki, gələn ildən test blokuna bütün fənlərdən açıq tipli testlər salınacaq.
Fikrimcə, bu, müəyyən çətinliklər yarada bilər. Düzdür, açıq tipli testlərə münasibətim
yaxşıdır, ancaq imtahana bütün fənlərdən bu tipli testlərin salınması, məncə, onların həllinə
çox vaxt tələb edər.
Cavab kartının kodlaşdırılmasına əlavə vaxt ayrılsa, daha yaxşı olar. Çünki cavab kartının
doldurulması imtahanın ən çox diqqət tələb edən və vacib məqamlarından biridir.
– Səncə, abituriyentin ixtisas seçimində valideynlərin rolu neçə olmalıdır?
– Abituriyent oxumaq istədiyi ixtisası, əlbəttə, özü seçməlidir. Mən çox insanlar tanıyıram ki,
valideynin istəyi və təkidi ilə ixtisas seçib. Ancaq qəbul olduqdan sonra oxumaq və gələcəkdə
həmin ixtisas üzrə işləmək istəmir. Düzdür, əvvəllər mənim hansı peşəyə yiyələnməyim
barədə evdə fikir ayrılığı var idi. Atam mənim hər hansı bir texniki ixtisasa, anam isə ingilis
dili üzrə tərcüməçilik ixtisasına yiyələnməyimi istəyirdi. Sonda onlar bu seçimi mənim öz ixti‐
yarıma verdilər.Bütün valideynlərə məsləhət bilərdim ki, peşə seçimini övladlarının ixtiyarı‐
na versinlər. Çünki heç kim istəmədiyi ixtisas üzrə əsl mütəxəssis ola bilməz.
– Qohumlarının arasında yüksək bal toplayan varmı, yoxsa bu uğura ilk olaraq sən imza
atdın?
– Böyük bacım 670 balla Azərbaycan Tibb Universitetinə daxil olub. Bu, mənim üçün də bir
stimul oldu. Ondan sonra özümə daha çox inanmağa başladım və qarşıma məqsəd qoydum
ki, mən də yüksək nəticə əldə edəcəyəm.
Müsahibəni apardı: Taleh Məmmədkərimov
15
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
Arzu Әdalət qızı Həsənli Bərdə şəhəri, Akademik Zərifə Әliyeva adına
texniki fənlər təmayüllü məktəb‐liseyin məzunudur. I ixtisas qrupu üzrə
qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.
– Necə fikirləşirsən, qəbul imtahanında yüksək nəticə göstərmək üçün
xüsusi istedad lazımdır, yoxsa yaxşı oxumaq kifayətdir?
– Abituriyent yüksək nəticə göstərməyi qarşısına məqsəd qoyarsa və bu
istiqamətdə davamlı, sistemli çalışarsa, uğurlu nəticə əldə edə bilər. Xüsu ‐
si istedad nəticənin daha yüksək olmasını təmin edir. Gündəlik dərslərə mütəmadi olaraq
hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtlı‐vaxtında yerinə yetir‐
mək lazımdır. Mən öz işimi məhz bu şəkildə qurmuşdum. İbtidai siniflərdən başlayaraq
dərslərimi yaxşı oxuyurdum. Heç vaxt dərslərə məsuliyyətsiz yanaşmırdım. Yuxarı siniflərdə
oxuyanda qarşıma konkret məqsəd qoydum ki, yüksək balla ali məktəbə qəbul olmalıyam. Bu
məqsəd uğrunda yorulmadan çalışırdım. Bütün fikrimi dərslərə verirdim. Fikrimcə, yüksək
uğur qazanmaq üçün ibtidai siniflərdən başlayaraq yaxşı oxumaq, yuxarı siniflərdə isə sis‐
temli şəkildə hazırlaşmaq lazımdır.
– Niyə məhz bu ali məktəbi və bu ixtisası seçdin?
– Bakı Ali Neft Məktəbində oxumaq mənim böyük arzum idi. Bu ali təhsil ocağı yeni
yarananda artıq məndə orada oxumaq istəyi baş qaldırdı. Öyrənmişdim ki, bu ali məktəbdə
təhsil alan tələbələr üçün hər cür şərait yaradılıb. Rayondan gələn tələbələrin Bakıda qalması
üçün də şərait yaradılıb. BANM‐dəki keyfiyyətli, ingilisdilli, ödənişsiz təhsil imkanı,
tələbələrin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şərait, gələcəkdə tələbələrin işlə təmin
edilməsi, dərslərin nüfuzlu və peşəkar müəllimlər tərəfindən keçilməsi, bir sözlə, təhsil
müəssisəsi hər bir cəhətdən məni özünə cəlb edirdi. Onu da bilirdim ki, bu təhsil müəssisəs‐
inə qəbul olmaq üçün çox çalışmaq və yüksək bal toplamaq lazımdır. Bunun üçün də bütün
gücümlə çalışır dım. Bundan başqa, ölkəmizdə neft‐qaz sənayesinin əsas sənaye sahələrdən
biri olmasını və bu sahədə yüksəkixtisaslı mühəndislərə böyük tələbat olduğunu düşünüb
bu ixtisası seçdim.
– Gələcəkdə 700 bal toplamaq istəyən abituriyentlərə hansı məsləhətləri verərdin?
– İlk olaraq qarşılarına konkret məqsəd qoysunlar. Məqsədlərinə çatmaq üçün var gücləri ilə
çalışsınlar. İbtidai siniflərdən başlayaraq dərslərini yaxşı oxusunlar. Heç bir dərsi növbəti
günə saxlamasınlar. Sistemli şəkildə oxumaq lazımdır. Hər hansı bir dərsi “sabah oxuyaram”
deyib təxirə salırsansa, sonra müəyyən çətinliklərlə üzləşirsən. Çünki sabahın da öz dərsi var.
Məktəb proqramı bir zəncirin həlqələrinə bənzəyir. O həlqələrdən birini qırırsansa, demək,
bütün zənciri qırmış olursan. Dərsləri sadədən mürəkkəbə doğru oxumaq lazımdır. Yüksək
bal toplamaq istəyirsənsə, gərək bütün gücünü oxumağa verəsən.
– Qəbul imtahanı necə təşkil olunmuşdu?
– Çox yaxşı təşkil olunmuşdu. İmtahandan öncə qorxurdum ki, zalda müəyyən səs‐küy olar
və bu, mənə maneçilik törədər. Ancaq imtahan başlanandan sonra hər şeyin yüksək səviyyədə
təşkil olunduğunun şahidi oldum. Nəzarətçilər və imtahan rəhbəri imtahanın gedişinə çox
ciddi nəzarət edirdilər. Qısa desəm, TQDK‐nın imtahan təşkili təcrübəsi çox yüksək
səviyyədədir. Sualların məzmunu da yaxşı idi. Bütün suallar məktəb proqramına uyğun idi.
Düzdür, imtahandan əvvəl həyəcanlı idim. Öz gücümə arxayın olsam da müəyyən qədər
həyəcan var idi. Ancaq nəzarətçilərin mülayim, təmkinli davranışları sayəsində özümü ələ ala
bildim. Öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin. Məncə, bunun çox
köməyi oldu.
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
16
– Hazırlıq mərhələsində digər yoldaşlarından hansı xüsusiyyətlərinə görə fərqlənirdin?
– Düzünü desəm, mən tanıdığım bir çox abituriyentlər kimi hazırlıq vaxtı dərslərə həvəssiz
yanaşmırdım. İstirahətə və əyləncəyə, demək olar ki, vaxt ayırmırdım. Bütün vaxtımı dərslərə
həsr edir və sistemli şəkildə çalışırdım. Bildiyim mövzuları da tez‐tez təkrar edirdim ki,
möhkəmlənsin. Hətta onu da deyim ki, mən aşağı siniflərdən yaxşı oxuduğum üçün hazırlıq
prosesini çətinlik çəkmədən keçdim. Hazırlıqdan çıxıb evə gedəndə də yolda yoldaşlarımla
ancaq dərsdən danışırdım. Hazırlıqlara çox vaxt piyada gedirdim. Marşrutla və ya maşınla
getməyi sevmirdim.
– Qəbul imtahanına hazırlaşan gənclərə valideynlərinin dəstəyi necə olmalıdır?
– Ondan başlayım ki, bəzi valideynlər özlərinin həyata keçirə bilmədikləri arzularını övlad‐
larının üzərində həyata keçirməyə çalışırlar. Bu, çox pis haldır. Unutmaq olmaz ki , gənclərin
də öz arzu‐istəkləri, özlərinə məxsus istedad və qabiliyyətləri, maraq dairəsi var. Valideynlər
bunları nəzərə alınmalıdır. Bundan əlavə, valideynlər imtahana hazırlaşan övladlarını daha
da həvəsləndirməlidirlər. Bəzən abituriyent sınaq imtahanında az bal toplayanda valideynlər
onlara təzyiq edir və ya onların qarşısına konkret şərt qoyurlar. Bunların heç birinə yol ver‐
mək olmaz. Düzdür, abituriyenti nəzarətsiz buraxmaq da olmaz. Ancaq çox təzyiq etmək də
düzgün deyil. Valideynlər abituriyentlərə imtahanqabağı daha çox psixoloji dəstək vermə‐
lidirlər ki, onlar imtahanda həyəcanlanmasınlar. Bu baxımdan, valideynlərimin mənə çox
böyük dəstəyi olub.
Müsahibəni apardı: Taleh Məmmədkərimov
Әli Allahverdi oğlu Allahverdiyev Naxçıvan MR, Şərur rayonu Z. Hacıyev
adına Zeyvə kənd tam orta məktəbinin məzunudur. I ixtisas qrupu üzrə qəbul
imtahanında 700 bal toplayaraq “Qafqaz” Universitetinin “Mexanika
mühəndisliyi” ixtisasına qəbul olub.
– Әli, qəbul imtahanlarında 700 bal toplamaq, yəqin sənin təhsil sahəsində
ilk uğurun deyil.
– Elədir. Mən bir sıra beynəlxalq olimpiadaların qalibi olmuşam. Bir çox bilik
olimpiadalarında iştirak etmiş və qızıl, gümüş, bürünc medallar qazanmışam. Nigeriya
Federativ Respublikasında Asiya və Afrikanın 18 ölkəsindən gələn şagirdlər arasında
beynəlxalq fənn olimpiadası keçirilirdi. Yaxşı hazırlaşdığım üçün bütün suallara düzgün
cavab verdim və mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxdım. Bu, mənim ən
böyük arzum idi. Daha sonra isə Türkiyədə keçirilən riyaziyyat üzrə olimpiadalarda 2 qızıl, 2
bürünc medal qazanmışam. Respublika üzrə riyaziyyat olimpiadasının da iştirakçısı
olmuşam və gümüş medala layiq görülmüşəm. Bütün bu nailiyyətlər qəbul imtahanlarına
hazırlıq məsuliyyətimi artırmışdı.
– Bu gün abituriyentlərin bir çoxu imtahana hazırlaşmaq üçün repetitor yanına və ya hazır‐
lıq kurslarına gedir. Maraqlıdır, sən qəbul imtahanına hansı formada hazırlaşırdın?
– Mən heç bir hazırlıq kursuna və ya repetitor yanına getməmişəm. Buna ehtiyac duymur‐
dum. Ailəmizin maddi vəziyyəti də buna imkan vermirdi. Məktəbdə təhsil alanda humanitar
və texniki fənlər arasında heç bir fərq qoymurdum. Bütün fənləri bərabər səviyyədə oxusam
da, riyaziyyat və fizika fənlərini daha çox sevirdim. Xoşbəxtlikdən də I ixtisas qrupunda
17
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
riyaziy yat və fizika fənləri əsas fənlər kimi götürülür. Qeyd edim ki, həmin fənlərdən həllini
tapmaqda çətinlik çəkdiyim misal və məsələlərin üzərindən öyrənməmiş keçməzdim, bəzən
2‐3 gün vaxt sərf edib həllini tapırdım. Qarşılaşdığım çətin mövzuları həmişə fənn müəllim‐
lərimlə müzakirə edir, onların verdikləri izahatları diqqətlə dinləyir və təhlilini aparırdım. Bu,
mövzuları tam mənimsəməkdə mənə çox kömək edirdi.
Qəbul imtahanına TQDK‐nın qəbul proqramı əsasında hazırlaşırdım. Sınaq imtahanlarında
öz bilik səviyyəmi müəyyənləşdirirdim. Bu zaman hansı testdə səhv edirdimsə, mövzunu
yenidən oxuyurdum. Məktəbdənkənar hazırlıq üçün müəllim yanına getməyi vaxt itkisi
sayırdım. Elə indinin özündə də belə düşünürəm.
– Səncə qəbul imtahanına hazırlıq yalnız mütaliə, testlərlə işləmək və oxumaqdan ibarətdir?
– Yox, elə deməzdim. İmtahanın texniki, texnoloji tərəflərinə də hazır olmalısan. Bu, imtahana
hansı sənədləri aparmalısan, hansı əşyaları aparmaq olmaz, imtahan zalında davranış qay‐
daları, cavab kartının doldurulması qaydaları, ayrılmış vaxta qənaət deməkdir. İmtahanda
əsas məsələlərdən biri, bəlkə də birincisi vaxtın düzgün bölünməsidir. Bütün sualların cava ‐
bını bilə bilərsən, amma onları cavablandırmağı 3 saata sığışdırmağı da bacarmalısan. Bunun
üçün hazırlıq müddətində vaxtla işləməyi öyrənməlisən. İmtahan başa çatan kimi imtahan
sənədləri yığılır. İmtahan zamanı abituriyentlərin ən çox qarşılaşdığı problemlərdən biri də
düzgün cavabları bildikləri halda bunları cavab kartına səhv köçürmələridir.
– S ənə qəbul proqramından əlavə, TQDK‐nın daha hansı vəsaitlərinin köməyi olub?
– TQDK‐nın internet saytını və facebook sosial şəbəkəsindəki səhifəsini, demək olar ki, hər
gün vaxt tapıb izləyir, yeniliklərlə tanış olurdum. “Abituriyent” jurnalları, test topluları,
kurikulum əsasında qiymətləndirmə
vəsaitləri hazırlıq dövründə mənim stolüstü kitablarım
idi. Həmin vəsaitlər hazırlıq üçün dəyərli mənbələrdir. “Abituriyent” jurnalının 1‐ci sayında
verilən “Soruşun, cavab verək” layihəsindən qəbulla bağlı məni maraqlandıran bir çox sual‐
lara cavab tapdım.
– Qəbul olduğun ixtisası öz arzunla seçdin?
– Әlbəttə. Әgər abituriyent 700 bal toplayıbsa, onun seçdiyi ixtisas öz arzusu ilə reallaşır.
Uşaqlıqdan texniki avadanlıqlara, avtomobillərə maraq göstərirdim. Atamın avtomobili var
idi. Onun təmiri ilə nə vaxt məşğul olurdusa, mən atama kömək edirdim. Daha sonralar avto‐
mobilimizdə hər hansı problem yarananda atam onun təmirini mənə tapşırırdı. Beləcə, bu
sahəyə marağım getdikcə artırdı. İxtisas seçimi zamanı valideynlərimlə, müəllimlərimlə məs‐
ləhətləşdim və öz istəyimi bildirdim. Düzdür, müəllimlərimdən bəziləri “Kompüter elmləri”
ixtisasını məsləhət gördülər. Amma yekunda hamısı mənim istəyimi bəyəndi. Çalışacağam ki,
bu peşənin incəliklərinə daha dərindən yiyələnim. Gəncədə, Naxçıvanda avtomobil zavodları
var. Düzdür, respublikamızda avtomobil istehsalı əsas sahə deyil, ancaq bu sahədə peşəkar
mütəxəssislərə yenə də çox ehtiyac var. Bu sahədə yaxşı mütəxəssis olmaq üçün xarici dilləri
bilmək də vacibdir. Odur ki, hazırda ingilis dili biliyimi zənginləşdirməklə məşğulam.
Gələcəkdə təhsilimi Oksford Universitetində davam etdirmək niyyətindəyəm. Mexanika
sahəsinə dair biliklər həmin universitetdə yüksək səviyyədə tədris olunur.
Müsahibə zamanı Әlinin öz ailəsinə, valideynlərinə dərin məhəbbəti açıq‐aşkar hiss olunur‐
du. Hansı mövzudan danışırdıqsa, dərhal onları yada salır, valideynlərinin dəstəyini xatır‐
layır, qazandığı uğurlardan danışanda valideynlərinin buna necə sevindiklərini bildirir.
Әligilin ailəsində ali təhsil alan olmayıb, kiçik qardaşı isə Naxçıvan şəhərində kollecdə
oxuyur. Deyir ki, onun uğuru ailəsinin və ümumiyyətlə, nəslin ilk uğurudur. Atası bütün
arzularını onun üzərində kökləyib. Çalışacaq ki, atasının bütün ümidlərini doğrultsun. Әli
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
18
məktəbli uşaqlara bəzi tövsiyələrini də bildirdi: “Uşaqlar, ilk növbədə məktəbin nə olduğunu
anlamalıdırlar. Məktəb bilik verməklə yanaşı, şagirdə davranış qaydalarını, kollektivdə
münasibət qurmağı, tərbiyəli olmağı, dostluğu da öyrədir. Sinifdə uşaqlar arasında liderlik
daha çox dərslərinə fikir verən, yaxşı oxuyan, çalışqan uşaqlarda olmalıdır. Belə uşaqlar digər
şagirdləri də öz arxasınca aparır və bu zaman sinif intizamlı və yaxşı oxuyanlardan ibarət
olur. Bunun əksi olduqda isə vəziyyət çox acınacaqlı olur. Yaxşı olardı ki, uşaqlar pis
vərdişlərdən, mənasız yerə vaxt keçirməkdən uzaq dursunlar, müəllimlərin, valideynlərin
tövsiyələrinə əməl etsinlər, onların əziyyətini dəyərləndirsinlər”.
Әli bu keyfiyyətlərin gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün vacib şərt olduğunu
bildirdi: “Cəmiyyət həmişə sağlam, ziyalı, bacarıqlı gənclərə üstünlük verir. Odur ki, gənc ‐
lərimiz çalışmalıdırlar ki, gələcəyimizin sahibi olsunlar, sağlam, yetkin və vətənpərvər olsun‐
lar.”
Müsahibəni apardı: Emin Məmmədov
İsa Elşad oğlu Məmmədli Bakı şəhəri, 163 saylı tam orta məktəbin məzu nu ‐
dur. I ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft
Məktəbinin (BANM) “Neft‐qaz mühəndisliyi” ixtisasına qəbul olub.
– İsa, ali məktəbə hazırlığından danış. Necə hazırlaşırdın?
– 9‐cu sinifdən hazırlaşmağa başladım. Yadımdadır, ilk dəfə sınaq imtahanı‐
na elə 9‐cu sinifdə oxuyanda getdim, 136 bal topladım. 10‐cu sinifdən sistemli
olaraq bütün fənlərdən fərdi şəkildə müəllim yanına hazırlığa getdim. Fənlər
arasında fizika və riyaziyyata daha çox vaxt ayırırdım. Çünki fizika dərsliyində mövzu çox‐
dur, testlər isə mövzuları tam mənimsəyəndə asan olur. Riyaziyyatda isə əksinə, mövzular az,
testlər çətin olur. Ona görə də hər fənnə fərqli yanaşmaq lazımdır. Keçilən hər mövzunu
dərindən oxuyub təhlil edirdim və həmin mövzuya aid testləri işləyirdim. Bir səhvim çıxan‐
da belə, həmin mövzunu yenidən oxuyurdum. Dərslərimi əsasən, səhər saatlarında, necə
deyərlər, beynimin təmiz vaxtı oxuyur, testlərlə isə günün istənilən vaxtı məşğul olurdum.
Hazırlıq mərhələsində ən vacib şərt testlə işləmək vərdişinin olmasıdır. Məqsədi olan abi‐
turiyentin gərək boş vaxtı olmasın. Boş vaxt tapan kimi testlərlə işləsin. Bu, imtahanda adama
çox kömək edir. Testlərin bütün tipləri ilə tanış olmaq lazımdır. Çünki imtahanda qarşına elə
model test çıxar ki, onun həlli yolunu tapmaq kifayət qədər vaxt alar.
– Təcrübə göstərir ki, bütün fənləri aşağı siniflərdən başlayaraq oxumadan yüksək nəticə
göstərmək çətindir. Səndə necə oldu? Aşağı siniflərdən yaxşı oxumusan, yoxsa hazırlaşmağa
başlayandan sonra?
– Öz təcrübəmdən deyə bilərəm ki, aşağı siniflərdən başlayaraq bütün fənləri sistemli şəkildə
oxumadan qəbul imtahanlarında 600‐dən yuxarı nəticə göstərmək inandırıcı görünmür. Sirr
deyil ki, şagirdlərin bir çoxu aşağı siniflərdə dərslərə gündəlik hazırlaşmır. Bu da qəbul imta‐
hanlarına hazırlaşarkən müəyyən çətinliklər törədir. Sistemli və məqsədyönlü hazırlıq üçün
müəllimdən və valideyndən də çox şey asılı olur, çünki şagirdin düzgün istiqamət götürməsi
üçün onların dəstəyi vacibdir. Bu baxımdan, mən valideynlərimə, əsasən də atama borc lu ‐
yam. O, mənə həmişə deyirdi ki, yaxşı mütəxəssis kimi yetişmək üçün bütün elmlərdən məlu ‐
mat lı olmalısan. Məsələn, kimya fənnindən oxuyuruq ki, yüksək oktanlı benzin nədir, tərkibi
nələrdən ibarətdir, kim kəşf edib və s.
Amma tək kimyanı oxumaqla
yüksək oktanlı benzinin
sosial həyatımızdakı yerini, II Dünya müharibəsindəki əhəmiyyətini, beynəlxalq səviyyədə
19
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
ona olan tələbatı bilmək çətindir. Obyekt eyni olsa da, predmet fərqlidir. Hər bir fənnin özünə
aid mövzu dairəsi vardır. Mənə gəldikdə isə marağım texniki fənlərə olsa da, bütün fənləri
eyni səviyyədə oxuduğuma görə əlaçı olmuşam.
– Hazırlıq dövründə abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətini,
tətbiq etdiyi yenilikləri izləyir. Təbii ki, sən də belə abituriyentlərdənsən. TQDK‐nın abi‐
turiyentlərlə iş prinsipi haqqında nə deyə bilərsən?
– Qəbul qaydalarının, qəbul proqramlarının imtahanlara 5‐6 ay qalmış açıqlanması, model
testlərin təqdim olunması, imtahanlarda istifadə olunmuş testlərin məcmuələr şəklində nəşri
təqdirəlayiqdir. Səhv etmirəmsə, cari ilin yanvar ayında 2015‐ci ildə keçiriləcək imtahanların
tarixləri, ərizə qəbulunun vaxtı açıqlandı. Bu da çox əhəmiyyətlidir. Öncədən işlərini düzgün
qura bilir, prosesə hazır olursan. İxtisas seçiminə kömək üçün bal intervallarının, əvvəlki
illərin ixtisaslar üzrə keçid ballarının və ali məktəblərin reytinq göstəricilərinin açıqlanması,
ixtisas seçiminin qəbul imtahanlarından sonra aparılması abituriyentlərə ixtisas seçimi
zamanı çox kömək edir. Bacım bu ilin qəbul imtahanlarında 361 bal toplamışdı. O həmin nəşr‐
lərin köməyi ilə topladığı bala müvafiq düzgün ixtisas seçimi edə bildi və “Məktəbəqədər
təlim və tərbiyə” ixtisasına qəbul oldu.
– Təbrik edirik. Bacınız da bu il qəbul olub....
– Sağ olun. Sinif yoldaşı olmuşuq. O, III ixtisas qrupunu seçdi. Riyaziyyatdan nisbətən zəif idi.
Həmin fənni öyrənməkdə çətinlik çəkirdi. Ona görə də az bal topladı.
– Seçdiyin ixtisasın üstünə gələk. Niyə məhz neft sahəsinə və Bakı Ali Neft Məktəbinə üstün‐
lük verdin?
– Ölkəmiz neft ölkəsidir. Nəinki ölkəmizin, hətta dünya iqtisadiyyatının mühüm hissəsini neft
sahəsi təşkil edir. Ölkəmizin
neft sənayesində peşəkar mühəndislərə
ehtiyacı çoxdur. Bakı Ali
Neft Məktəbinin yaradılması buna sübutdur. Gələcək karyeram üçün bu sahəni daha məqbul
hesab etdim. Bakı Ali Neft Məktəbinə gəldikdə isə aldığım məlumata görə, orada tədris
ingilis
dilində aparılır, tədrisdə müasir texnologiyalar tətbiq olunur, təhsili başa vurduqdan sonra
məzunlar işlə təmin olunur, xarici universitet və şirkətlərlə geniş əlaqələri var. Bu göstəri‐
cilərinə görə seçimimdə bu ali məktəbə
üstünlük verdim.
Buranı seçməyə öz istəyimlə yanaşı,
ailə üzvlərimin və müəllimlərimin də dəstəyi az olmadı. İxtisas seçimi zamanı 15 ixtisas kodu
üçün yer verilsə belə, mən sadəcə arzuladığım ali məktəbin, yəni BANM‐in 3 ixtisas kodunu
yazmaqla kifayətləndim.
– Məktəblilərə nə məsləhət vermək istərdin?
– Hər şeyin əsasında elm, təhsil durur. Müasir dövrdə elm, bilik olmadan cəmiyyətdə normal
yer tutmaq çətindir. Məsləhət görərdim ki, dərslərini yaxşı oxusunlar, pis vərdişlərdən uzaq
olsunlar, vaxtlarını boş yerə sərf etməsinlər. Özlərini vaxta yox, vaxtı özlərinə tabe etdirsinlər.
Ölkəmizdə istedadlı gənclərə ehtiyacı böyükdür. Bütün sahələrdə istedadlı, bacarıqlı gənclər
irəli çəkilir. Bu gün yüzlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında oxuyur.
Yaradılmış belə imkanlardan istifadə edə bilmək üçün onlar hər cür imtahana hazır olmalıdır‐
lar. Bütün bu uğurların mənbəyi isə məktəb təhsilidir. Mən məktəblilərə aydın gələcək arzu‐
layıram.
İsanın tarix müəllimi, həm də atası Elşad müəllimin dediklərindən...
Bu il mənim iki övladım ali məktəbə qəbul olub. Bunun üçün normal, şəffaf imtahan şəraiti
yaratdığına görə TQDK‐ya təşəkkür edirəm. Gənclərimiz də yaradılmış bu imkandan uğurla
istifadə edir. İsanın qəbul imtahanındakı nəticəsi göstərdi ki, mən ona oxumağın, bilik əldə
|