Redaktorlar: prof



Yüklə 12.51 Mb.
Pdf просмотр
səhifə1/85
tarix26.05.2017
ölçüsü12.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   85
18861

Redaksiya heyəti:
Müəlliflər:
Redaktorlar:
prof.  M.T.Tağıyev (baş redaktor)
prof.  A.A.Axundov
p r o f  F.H.Hüseynov
dos.  İ.M.Aydmov
dos.  İ.M.Kərimov
dos.  R.İ.Qurbanova
p r o f  M.T.Tağıyev 
dos.  İ.M.Aydınov 
dos.  İ.M.Kərimov 
dos.  R.İ.Qurbanova 
dos.  O.M.HacəIiyev
b.e.i.  M.Z.Mövsümov
p r o f  M.T.Tağıyev 
dos.  İ.M.Aydınov 
dos.  İ.M.Kəriraov 
dos.  R.İ.Qurbanova
494.36139171-dc21
AZE
Azərbaycanca-rusca  lüğət.  Dörd  cilddə.  I  cild.  Bakı,  “Şərq-Qərb”,  2006, 
896  səh.
ISBN10 
9952-34-009-5 
ISBN13  978-9952-34-009-9
©   “ ŞƏ R Q -Q Ə RB”, 
2006
ÖN  SÖZ
Dördcildli  “Azərbaycanca-rusca lüğət” Bakı  Slavyan Universitetində  (keçmiş 
M.F.Axundov  adına Azərbaycan Pedaqoji  İnstitutunda)  prof.  M.T.Tağıyevin rəh- 
bərliyi və redaktəsi  ilə hazırlanmışdır.  1986-2000-ci  illərdə  çapdan çıxmış  (I  cild
-   1986,  II -   1989,  III -   1997  və  IV -  2000) bu lüğət Azərbaycanın elmi  ictimaiy- 
yətinin  çox  yüksək  rəyini  qazanmış  və  mədəni  həyatımızda  əlamətdar  hadisəyə 
çevrilmişdir. Bu, keçmiş SSRİ və postsovet məkanında nəşr olunmuş azərbaycanca- 
rusca,  türkcə-rusca  lüğətlər  içərisində  həcmcə  ən  böyük  və  mükəmməl  lüğətdir 
(75  minə  qədər  sözü  əhatə  edir).  О  həm  də  lüğət  məqalələrinin  daha  dolğun  və 
dəqiq  işlənməsinə  görə  də  mövcud  lüğətlərdən  əhəmiyyətli  dərəcədə  fərqlənir. 
Vaxtı ilə çapdan çıxmış və уa indi istifadə olunan eyni tipli lüğətlərdən bu lüğətin 
fərqi  bir  də  ondadır ki,  o,  izahlı-tərcümə  lüğətidir,  yəni  burada Azərbaycan  söz- 
lərinin təkcə rusca qarşılığı deyil, həm də  izahı verilir.
Bu lüğət onun yazılması üçün xüsusi olaraq Bakı Slavyan Universitetinin Lüğət 
mərkəzində  yaradılmış  kartoteka  əsasında  tərtib  edilmişdir.  Həmin  kartotekaya 
Azərbaycan  bədii  və  ictimai-siyasi  ədəbiyyatından,  orta  və  ali  məktəblər  üçün 
dərslik  və  dərs  vəsaitlərindən,  kütləvi  informasiya  vasitələrindən,  Azərbaycan 
dilinin  dialektologiyasına  dair tədqiqat  əsərlərindən  və  s.  mənbələrdən  seçmələr 
daxil  edilmişdir.  Yığılmış  material Lüğət mərkəzinin  əməkdaşları tərəfındən  sis- 
temləşdirilmişdir ki, bu işdə Q.M.Əliyevanın başçılığı  ilə çalışmış A.M.Cabbarov,
S.D.Məmmədova, L.S.Qocəliyeva və M.M.Abdullayevadan ibarət kiçik bir kollek- 
tivin əməyini xüsusilə qeyd etmək lazımdır. Lüğətin tərtibində Azərbaycan dilindən 
rus dilinə və ya əksinə, rus dilindən Azərbaycan dilinə tərcümə ədəbiyyatından və 
ikidilli terminoloji  lüğətlərdən də  geniş  istifadə  edilmişdir.
Lüğətin  əsasım  müasir  Azərbaycan  dilinin  ümumişlək  leksikası  təşkil  edir. 
Burada eləcə də klassik ədəbiyyatın oxunuşu üçün olduqca vacib olan ərəb və fars 
mənşəli  sözlər,  müasir yazıçıların  əsərlərində rast gəlinən və  danışıq dilində tez- 
tez işlədilən məhəlli və dialektlərarası  sözlər də öz əksini tapmışdır.
Lüğətdə elmi-texniki,  ictimai-siyasi terminologiya da geniş təmsil olunmuşdur. 
Burada Azərbaycan dilinin frazeologiyası  daha dolğun və  mükəmməl işlənmiş və 
əks  olunmuşdur.  Lüğətdə  bütün  törəmə  (düzəltmə)  sözlər  müstəqil  lüğət  məqa- 
lələri  şəklində verilmişdir.  Onun II cildinə qalın dilarxası samit olan “k” fonemilə 
başlanan sözlərin siyahısı  da əlavə edilmişdir.
Lüğətdə Azərbaycan sözünün semantik quruluşu və onun ayrıca məna və məna 
çalarları səviyyəsində tərcüməsi daha dəqiq verilmişdir. Burada аул-аул тэпа1алп 
nitqdə  işlənməsini göstərən əyani nümunələr də böyük yer tutur.  İllüstrativ mate-

rial  söz  birləşmələri  və ya tipik  sintaktik konstruksiyalar  şəklində  verilir ki, bu da 
rusdilli  oxucular  tərəfmdən  Azərbaycan  sözlərinin  dil  normalarma  uyğun  olaraq 
işlənməsinə  kömək edəcəkdir.
Məlum  olduğu  kimi,  Lüğətin  I  cildinin  işıq  üzü  görməsindən  keçən  müddət 
ərzində  Azərbaycan  dilində  Respublikamızın  ictimai-siyasi,  iqtisadi  və  mədəni 
həyatmda baş vermiş məlum köklü dəyişikliklərlə bağlı xeyli miqdarda yeni söz və 
ifadələr  əm ələ  gəlmişdir.  Onlar  artıq  bizim  həyatımıza  daxil  olmuş,  dilimizdə 
vətəndaşlıq hüququ qazanmış və kütləvi informasiya vasitələrində geniş işlənmək- 
dədir.  Redaktorlar  İ.M.Aydmov,  İ.M.Kərimov  və  R.İ.Qurbanova  tərəfındən belə 
söz və  ifadələr Lüğətin müvafiq cildlərinə daxil edilmişdir.  Bundan əlavə, dövrü- 
müzdə yeni leksikoloji məna kəsb etmiş müəyyən miqdarda sözlərə aid lüğət məqa- 
lələri yenidən işlənib təkmilləşdirilmişdir.
Lüğət BSU-nun dilçilik kafedralanmn birgə iclasında (rəyçilər: prof. H.N.Asla- 
nov,  prof.  İ.H.Həmidov,  prof.  L.M.Qranovskaya,  prof.  R.S.Mirzəyev,  dosentlər 
N.B.Ağayeva,  R.Ş.Bədəlbəyli,  Ə.Ə.Balakişiyev,  L.Ə.Cəfərova,  A.C.Əfəndiyeva, 
R.Z.Xudaverdiyeva,  A.İ.Kazımov,  B.B.Quliyev,  R.S.Məmmədov,  V.B.Nəsibov, 
baş müəllimlər D.M.Hüseynova, E.S.İslamova və b.), Universitetin Elmi Şurasmda 
(rəyçilər: dos. C.S.Əhmədov, dos. Ə.A.Musayev) və eləcə də AMEA Nəsimi adına 
Dilçilik İstitutunun Elmi Şurasmın iclasmda akad. M.Ş.Şirəliyevin sədrliyi ilə (rəy- 
çilər:  Lüğət mərkəzi bölməsi, rəhbər -  AMEA-nm müxbir üzvü Ə.Ə.Orucov, Rus 
dili bölməsi, rəhbər -  f.e.d.  A.Q.Ələkbərov) müzakirə  olunmuşdur.
Lüğətin latın variantmın onun orijinalı ilə tutuşdurulması və ilkin oxunuşu Lüğət 
mərkəzinin əməkdaşları prof. T.H.Şükürbəyli, baş elmi işçi M.Z.Mövsümov, kiçik 
elmi işçilər A.İ.Hüseynova, İ.Y.İsmayılova,  T.R.Bilalova,  laborant V.Ə.Hüseynova 
və  Universitetin  digər  əməkdaşlarmdan  prof.  R.M.Novruzov,  dosentlər 
Ş.Ə.Əhmədova,  F.Ə.Hüseynov,  R.İ.Qurbanova,  R.M.Tağıyeva,  A.M.Cabbarov, 
U.K.Alxasov,  S.A.Allahverdiyeva,  T.Z.Əzimova,  X.D.İsayev,  İ.M.Ağakərimov, 
baş  müəllimlər  N.D.Bəşirov,  F.S.Qocəliyeva,  R.A.Qulamova,  müəllimlərdən 
N.N.Bəşirova,  N.A.İbrahimova,  İ.R.Bağırova,  A.Q.Məmmədhəsənzadə  tərəfin- 
dən  yerinə  yetirilmişdir.  Göstərilən  bu  işlər f.e.d.  prof.  A.A.Hacıyevin  rəhbərliyi 
ilə həyata keçirilmişdir.
Lüğətin yekun  oxunuşu və  onun tam çapa hazırlanması  işi  dos.  İ.M.Aydınov, 
dos.  İ.M.Kərimov və baş elmi  işçi M.Z.Mövsümov tərəfındən görülmüşdür.
Müəlliflər  və  redaktorlar  bütün  rəyçilərə  və  Lüğətin  müzakirəsində  iştirak 
etmiş  həmkarlara,  kartotekanı  hazırlayanlara  və  ümumiyyətlə,  Lüğətin  yaranma- 
smda köməyini əsirgəməyənlərə öz dərin təşəkkürünü və minnətdarlığını bildirir.
Bakı Slavyan  Universiteti
BAŞREDAKTORDAN
1.  Böyük  rus-milli  və  milli-rus  lüğətlərinin  əhəmiyyəti  onların  fılologiya 
elmində  oynadığı  rolla məhdudlaşmır.  Onlar ikidilliliyin  inkişafma təkan  verir və 
buna  görə  də  belə  lüğətlərin  nəşri  adətən  böyük  ictimai  və  mədəni  əhəmiyyəti 
olan bir hadisə kimi qarşılamr.
İkidilli lüğətlərin əhəmiyyəti dilləri təqdim olunan millət və xalqlarm iqtisadi, 
siyasi və mədəni münasibət və əlaqələrindən çox asılıdır. Həmin xalqlar mənşəcə 
və  tarixən bir-birinə bağlı  deyillərsə,  lüğət əsasən dilçilikdə bir təcrübə  əhəmiy- 
yətinə malik olur və  ancaq mütəxəssislər üçün  sorğu vəsaiti vəzifəsini daşıyır.
İkidilli  lüğət  ancaq  о  zaman  əsl  ünsiyyət  vasitəsinə  çevrilir  ki,  onda  təqdim 
olunan dillərdə  danışan xalqları birgə tarixi talelər və dostluq bağlasın.
“Azərbaycanca-rusca lüğət” məhz bu tipli  lüğətlər sırasına daxildir.  O, Azər- 
baycan-rus  ikidilliliyinin  dərinləşməsinə  təkan  verəcək,  rus  və  digər  xalqların 
nümayəndələrinə  Azərbaycan  dilini,  azərbaycanlılara  isə  rus  dilini  öyrənməkdə 
kömək  edə  biləcək  əsas  sorğu  vəsaiti  olacaq  və  həmçinin  Azərbaycan-rus  dili 
əlaqələri,  elmi-texniki  tərəqqi,  geniş  informasiya  mübadiləsi,  orta  və  ali  təhsilin 
inkişafı, xalqlar arasında mədəni və ədəbi əlaqələrin güclənməsi və tərcümə işinin 
hərtərəfli  yayıldığı  bir  şəraitdə  geniş  oxucu  kütləsinin  getdikcə  artan  ehtiyacmı 
təmin edəcəkdir.
2. İşin hazırlıq dövründə bir sıra məsələləri həll etmək labüd idi. Bunlardan ən 
vacibi:  a) kartotekanın təşkili və bununla əlaqədar materialın toplanması üzrə  işin 
genişləndirilməsi  (yalnız  xüsusi  hazırlanmış  geniş  kartotekaya  əsaslanan  lüğət 
leksikoqrafık  məsələləri  müstəqil  həll  etmək  iddiasmda  ola  bilər);  b)  sözlüyün 
dəqiqləşdirilməsi;  c)  mənbələrin  müəyyən  edilməsi;  ç)  tərtib  prinsiplərinin  və 
onların  əsasında  lüğət  layihəsinin  işlənib  hazırlanması;  d)  tərtibçilər  üçün 
təlimatın hazırlanması;  e) lüğət məqalələrinin modellərinin yaradılması;  ə)  qram- 
matik,  üslubi  və  başqa işarələr  sisteminin  müəyyən edilməsi;  f)  Azərbaycan  söz- 
lərinin  lüğətdə  verilməsi,  onların nitq hissələrinə  görə  səciyyələnməsi,  rus  dilin- 
dəki  nitq  hissələri  ilə  uyğunlaşdırılması  üsullarınm  işlənib  dəqiqləşdirilməsi  və 
Azərbaycan  sözlərinin  qrammatik  xüsusiyyətlərinin  rus  dili  vasitəsilə  açılması 
metodlarının  təkmilləşdirilməsi;  g)  Azərbaycan  sözlərinin  semantik  quruluşunun 
və  lüğətin  rus  hissəsində  onun  əks  olunması  üsullannm  işlənib  hazırlanması; 
ğ)  illüstrativ  materialın  (nümunələrin)  tərkibinin  və  xüsusiyyətlərinin  müəyyən- 
ləşdirilməsi;  h)  lüğət məqalələrində frazeoloji vahidlərin və  qeyri-frazeoloji sabit 
birləşmələrin  yerinin  müəyyən  edilməsi;  x)  bu  mürəkkəb  və  çox  zəhmət  tələb 
edən işin öhdəsindən  gələ biləcək kadrların  seçilməsi və hazırlanması  idi.
Bu  lüğət mövcud azərbaycanca-rusca lüğətlərdən xeyli  fərqlənir.  Belə  ki:
1) 
Lüğətdə  Azərbaycan  dilinin  leksikası  daha  tam  şəkildə  verilmişdir.  Azər- 
baycan  dilinin  lüğət  tərkibinin  əhatəsinə  görə  bu  lüğət  əvvəlki  azərbaycanca-

rusca lüğətlərdən və eləcə də “Azərbaycan dilinin izahlı lüğəti”ndən (1966-1987) 
müqayisə  olunmaz  dərəcədə üstündür;
2)  Lüğətdə  müasir  elmi-texniki  və  ictimai-siyasi  terminologiya  geniş  əks 
olunmuşdur ki, bu da Respublikamızın  əldə  etdiyi  nailiyyətlərdən irəli gəlir;
3) Azərbaycan  sözlərinin  semantik quruluşu daha müfəssəl və dəqiq açılır;
4) sözlərin qrammatik, üslubi və başqa əlam ətləri haqqında daha tam məlumat 
verilir;
5)  sözlərin  tərcüməsi  semantik  vahidlər  səviyyəsində  daha  geniş  və  dəqiq 
verilir;
6) tipik sintaktik söz birləşmələri  daha  geniş  təmsil olunmuşdur;
7)  frazeoloji tərkib  daha tam  şəkildə  işlənmiş və  öz  əksini tapmışdır.
3.  Hər hansı bir lüğətin tərtibində kartoteka həlledici rol oynayır.  Kartotekasız 
lüğət müstəqil və prinsip etibarilə yeni ola bilməz. Buna görə də hazırlıq dövründə 
m ənbələr müəyyənləşdirilmiş, leksik materialın başdan-başa kartoçkalara köçürül- 
məsi  işi  təşkil  edilmiş  və  bu  m əqsədlə  XIX -XX  əsrlərdə  yazıb-yaratmış  şair və 
yazıçılann əsərləri,  həmçinin  ictimai-siyasi ədəbiyyat,  orta və  ali məktəblər üçün 
dərsliklər, tədris vəsaitləri, ümumi və xüsusi lüğətlər, Azərbaycan dilinin dialekto- 
logiyasına  aid  əsərlər və  ölkəmizdə  rus  və  Azərbaycan  dillərində  çıxan qəzet və 
jum al  materialları  kartoçkalara  köçürülmüşdür.  Beləliklə,  respublikada ən zəngin 
kartoteka yaradılmışdır.
4. Azərbaycanda ikidilli leksikoqrafıya müəyyən tarixə və ənənəyə əsasən bir 
istiqamətə malik olmuşdur ki, bu da rus-Azərbaycan lüğətlərinin yaradılmasıdır. Bu 
cəhətdən iki  lüğət diqqəti daha çox cəlb edir:  1928-1929-cu illərdə RAxundovun 
redaktəsi  ilə  çıxmış  ikicildli  “R us-türk  lüğəti”  və  1941-1946-cı  illərdə
H.Hüseynovun redaktəsi  ilə nəşr olunmuş  dördcildli  “Rusca-azərbaycanca lüğət” 
və  bu  lüğətin  sonralar  prof.  Ə.Orucov  tərəfındən  təkmilləşdirilmiş  və  redakto 
edilmiş ikicildli  (1956-1959), üçcildli (1971-1975) nəşri yüksək qiymətə layiqdir.
Rus-Azərbaycan  lüğətçiliyi  rus  leksikoqrafıyası  nailiyyətlərinin  bilavasitə 
təsiri  altında yaranmış və  inkişaf etmişdir.
Prof.  D.N.Uşakovun  redaktəsi  ilə  nəşr  olunmuş  “Rus  dilinin  izahlı  lüğəti” 
(1935-1940), “M üasirrus ədəbi dilinin lüğəti” (17 cildli,  1948-1965), “Rus dilinin 
lüğəti”  (4  cildli,  1956-1961)  kimi  sanballı  leksikoqrafıya  əsərlərinin  yaranması, 
eləcə  də  rus  dilçiliyində  rus  izahlı  lüğətlərinin  tərtibi  məsələlərinin  nəzəri  şərhi 
rusca-azərbaycanca  lüğətlərin  hazırlanmasma,  onlarm  elmi  səviyyəsinin  yüksəl- 
məsinə  öz səmərəli təsirini göstərmişdir.
Azərbaycan-rus  lüğətçiliyi  isə  həm praktiki,  həm  də  nəzəri  cəhətdən  lazımi 
dərəcədə  inkişaf  etməmişdi.  Mövcud  lüğətlər  dil  materiallarının  toplanmasında 
ilkin  nəticədir.  Bütün  bu  lüğətlər  kiçikhəcmli  olduğundan,  təbiidir  ki,  əhalinin 
müxtəlif təbəqələrinin  və  ayrı-ayrı  sahələrdə  çalışan  mütəxəssislərin  tələbatını 
ödəyə bilməzdi.
5. 
Sözlük  məsələsi  bu  lüğətin  qarşıya  qoyduğu  mümkün  qədər  etibarlı  lek- 
sik o q rafık  mənbə kimi  xidmət etmək vəzifəsinə uyğun həll edilmişdir.
Lüğətə  əsas  etibarilə  müasir  Azərbaycan  dilinin  ümumişlək  leksikası:  bədii, 
ictim ai-siyasi,  elmi-texniki  ədəbiyyatda,  eləcə  də  danışıq  dilində  işlənən  sözlər 
Lüğətdə  ərəb  və  fars  dillərindən  alınma  sözlərin bir  qismi  də  verilmişdir  ki, 
o n la r klassik Azərbaycan ədəbiyyatmda müəyyən yer tutur və onun mühüm üslub 
təbəq ələrin dən   birini  təşkil  edir.  Halbuki,  indiyədək  heç  bir  azərbaycanca-rusca 
so rğ u   kitabında  bu  qəbildən  olan  sözlər  verilməmişdi.  Bu  “Azərbaycanca-rusca 
lü ğ ə t” bizim dövrün lüğət tərkibini təşkil edən sözlərlə yanaşı,  1917-ci ildən əw əlk i 
«dəbiyyatda işlənmiş  sözləri  də qismən verməlidir.
Lüğətdə terminoloji leksikaya da geniş yer verilmişdir. Ə w əllər işlənmə sahəsi 
ınəhdud  olan  xüsusi  terminoloji  leksika  elmi-texniki  tərəqqi  dövründə  get-gedə 
aktivləşir və ümumi  dilə daxil olur.  Bu prosesə kütləvi informasiya vasitələri  olan 
Tadio,  televiziya,  məcmuələr,  eləcə  də ümumtəhsil,  texniki-peşə  məktəbləri,  tex- 
nikumlar, ali məktəblər, Azərbaycan Milli Elmlər Akademiyası, elmi-tədqiqat insti- 
tutları kömək edir.
Həm  quruluş,  həm  də  işlənmə  dairəsinə  görə  terminlər  nəinki  ümumxalq 
dilindən aralanmış, əksinə, onun vacib tərkib hissəsinə çevrilmişdir; bundan əlavə, 
terminlərin  çoxu  eyni  zamanda  bir  çox  elmlərə  mənsub  olub  m üxtəlif  yollarla 
ümumxalq dilində yayılır.
Terminoloji  leksikanın  lüğətdəki  yeri  məsələsi  ilə  əlaqədar olaraq,  Azərbay- 
canda  elmi  tərəqqinin,  elmi-texniki  nitqin  inkişafına  və  onun  fıınksional  sərhəd- 
lərinin genişlənməsinə göstərdiyi böyük və müsbət təsirini qeyd etməyi vacib hesab 
edirik.
Son dövrlərdə Azərbaycan dilində elmin ən yeni və klassik sahələri üzrə çoxlu 
miqdarda tədqiqat əsərləri,  dərsliklər və başqa vəsaitlər yazılmış,  alimlər tərəfın- 
dən  çoxlu  terminologiya  lüğətləri  tərtib  olunmuş  və  elmi  leksikoqrafıya  yaradıl- 
mış,  Azərbaycan  sözlərinin  böyük  bir  təbəqəsi  elmi  terminologiya  səviyyəsinə 
qaldırılmışdır və hazırda onun əsas  fondunu təşkil  edir.
Bununla  belə,  demək  olar  ki,  bütün  bu  lüğətlər  əslində  elm  və  texnikanm 
müəyyən  sahəsinin  nomenklaturasmdan  ibarətdir.  İndiyədək  uzaq  və  yaxın  elm 
sahələrinin materialları əlaqələndirilməmiş, qarşılıqlı surətdə nizama salınmamışdı. 
Bu terminoloji  lüğətlərin  böyük əksəriyyəti rusca-azərbaycancadır.
İlk dəfə olaraq m üxtəlif terminologiya lüğətlərinin materialları birləşdirilib sis- 
temə salınmış və müasir Azərbaycan dilinin çoxsahəli zəngin söz xəzinəsini  əhatə 
edən bu  lüğətin ümumi  sözlüyünə  daxil  edilmişdir.
Terminoloji sözlər bütün başqa sözlər kimi qrammatik cəhətdən səciyyələndi- 
rilmiş və  onların  elmin  hansı  sahəsinə  aid olması  dəqiq göstərilmişdir.
Terminlərin tərcüməsindən sonra mötərizədə məfhum, əşya, hadisə və s. haq- 
qında ilkin məlumatlar verilir.  Bu yenilik, bir tərəfdən, verilən terminin mənasımn

1 '
mk
 
u
  torofindon  mümkün  qodor  daha  asan  başa  düşülməsini  təmin etmək, digər 
loen  iso,  oksor  hallarda  tcrrninlərin  sonrakı  izahmı  verməyən,  yalnız  onların 
U'ksık  torciimosi  ilo  kifayətlonen  ikidilli  terminologiya lüğətlərindəki çatışmazlığı 
m üoyyon  derocodo  aradan  qaldırmaq  cəhdindən  irəli  gəlir.
•  ÜL'oto  m üoyyon  miqdarda  müasir  yazıçıların  əsərlərində  və  danışıq  dilində 
rast  golon  dialcktlorarası  vo  m əhəlli  sözlər də  daxil  edilmişdir.
*«örkamli  dilçi  alim  akad.  L.B.Şerba  “Rusca-fransızca  lüğət”in  ikinci nəşrinə 
gtrişdo  sözlük  m eseləsi  ilo  olaqodar olaraq  belə  yazmışdır:
“ No h a \ , t i ,   bı / ı l o 
(
y o u
ı  liiğotdo 
M.T.)  çox  şeyin  obyektiv  olaraq  artıq olma- 
s n u   oınin  olduğutna  baxmayaraq,  mon  bunu,  açığını  desək,  böyük  bəla  hesab 
etıniroın;  ogor  lüğotdo çox  şey  buraxılsaydı,  bu qat-qat pis olardı. Hər halda nəyin 
\acıb  
no 
in  1 ü/ıım su/   olması  haqqında  adi  mülahizələrin  son  dərəcə  sub- 
ycktivliyini  qcyd  etm əyi  vacib  hesab  edirəm ” .
Höyük  ikidilli  lüğətin  sözlüyü  çoxişlənən  sözlər  çərçivəsində  qalmamalıdır; 
ıkidilli  lügot  torcüm e  olunan  dilin  leksik  tərkibini  və  onun  elementlərinin  tərcü- 
mosini  ck)  oks  ctdirm elidir ki,  yaşından,  ixtisasmdan və  fəaliyyət sahəsindən asılı 
olm ayaraq,  oxucular ondan  ctibarlı  bir vəsait  kimi  istifadə  edə  bilsinlər.
6. 
Dördcildli  “Azorbaycanca-rusca  lüğət”  izahlı-tərcümə  lüğətidir.  Birtərəf- 
don, burada  Л /orbaycan sözləri  semantik quruluş komponentlərinə görə təhlil edi- 
lomk,  semantik  vahidlor səviyyəsində tərcümə edilir, digər tərəfdən isə, sözlərçox 
\ .ıxt  ı/ah olunur vo onlann əşya müvafıqliyi  dəqiqləşdirilir.  Terminlərə həsr edilmiş 
lügot  m oqaləlorindo əlavə  izah  m üəyyən yer tutur;  izah və  şərhlər milli mədəniy- 
> ot  vo  moiijotin spesifıkası  ilə əlaqədar sözlərin açılmasında əsas vasitəyə çevrilir.
Ç oxm ənalı  sözlərin  semantik  quruluşu  mümkün  qədər  tam  həcmdə  verilir. 
Sözlərin  m ənalan  müəyyən ardıcıllıqla bir-birindən fərqləndirilir, ayrı-ayrı seman­
tik  vahidlor  səviyyəsində  tərcüm ə  edilir.
Lüğətin  tərtibçiləri  Azərbaycan  sözlərinin  semantik  quruluşunun  açılması  və 
onun  kom ponentlərinin tərcüməsi zamanı bir çox çətinliklərlə qarşılaşmışlar ki, bu 
da, bir tərəfdən, Azərbaycan dilində tam dəyərli lüğətlərin olmamasından, digər tərəf- 
don  isə, odobi əsərlərin rus dilinə edilmiş tərcüməsinin səviyyəsindən irəli gəlirdi.
Belə  bir  hal  ayrı-ayrı  lüğət  məqalələrinin  elmi  səviyyəsinə  öz  təsirini  gös- 
torm oyə  bilməzdi.
A zərbaycan  Respublikasında rus  dili ana dili  ilə yanaşı  öyrənilməklə bərabər, 
həm   də  fəal  bir ünsiyyət vasitəsi  kimi  işlənir.  Rus və Azərbaycan xalqlarımn  icti­
m ai-siyasi.  iqtisadi  və  m ədəni  həyatınm  oxşarlığı  şəraitində  onların  dil  əlaqə- 
lərinin  daim  fəallaşması  nəticəsində  həmin  dillər ümumi  mənaya  malik və  üslub 
xüsusivyeti  eyni  olan söz, söz birləşm ələri və müxtəlif ifadələrlə zənginləşmişdir. 
Bclə sözlərin.  söz birləşm ələri və  ifadələrin əhatə dairəsi dillərin qarşılıqlı nüfiız- 
etm ə  və  zənginləşm ə  prosesinin  də  qohum  olmayan  dillərdə  yanaşı  işlənməsinin 
vcnı  formasını  göstərir.
7.  Bu  lüğətin  tərtibi  respublikada  fılologiya  elminin  ciddi  nailiyyətləri  sayə- 
sində  mümkün  olmuşdur.  Bununla  yanaşı,  Lüğət  bir  sıra  nəzəri  problemləri:  söz 
problemi,  sözün birliyi və ayrılığı,  onun forma və variantları,  leksik və qrammatik 
omonimiya,  sözün  semantik  quruluşu  və  onun  mənalar  sistemi,  sözlərin  və  m ə- 
naların üslubi differensiasiyası, işlənmə normaları və hətta müasir Azərbaycan dili­
nin əlifba, orfoqrafıya və orfoepiya problemlərini də ön plana çəkir. Lüğət üzərində 
aparılan  iş  göstərir ki,  rus və  Azərbaycan  dillərinin  leksika,  frazeologiya,  seman- 
tika,  sabit  sintaktik birləşmələr,  ayrı-ayrı  nitq hissələrinin  öyrənilməsi  sahəsində 
hələ  nə  qədər iş görülməlidir.
8.  Sözlərin bu lüğətdəki qrammatik xarakteristikası prinsipi Azərbaycan dilçi- 
liyində və Azərbaycan-rus lüğətlərində qəbul olunmuş prinsipdən bir qədər fərqli- 
dir. Bir sıra dilçilər belə zənn edirlər ki, Azərbaycan dilində söz müxtəlif mövqelərdə 
bir nitq hissəsi çərçivəsində  qalmaqda davam edir. M əsələn, belə hesab edirlər ki, 
ağır  daş və  daş  ev birləşmələrindəki  daş  sözü  hər  iki halda isim,  ağır  iş  və  ağır 
işləmək  birləşmələrində  isə  ağır  sözü  hər  iki  halda  sifətdir.  Öz  müddəalarmı 
əsaslandırmaq üçün onlar belə bir sübut gətirməyə çalışırlar ki, guya daş tipli  söz- 
lər  özlərinin bütün  mövqelərində  əşya  haqqında  təsəw ürlər,  ağır  tipli  sözlər  isə 
əşyanın parçalanmaz əlaməti haqqında təsəw ürlərlə bağlıdır.
Biz  sözün  varlığa  olan  münasibətini  bəsitləşdirən,  onun  təkcə  xarici  aləmlə 
yox, həm də təfəkkürlə bağlı olan mürəkkəb təbiətini inkar edən belə müddəalarla 
razılaşa bilmərik.
Hər hansı bir sözün bu və ya digər nitq hissəsinə aidiyyətini təyin edərkən biz 
birinci  növbədə  həmin  sözün  onu  leksik-semantik  və  morfoloji  cəhətdən  səciy- 
yələndirən sabit  sintaktik mövqeyinə  (mövqelərinə)  əsaslamrıq.
Ağır daş və daş ev kimi birləşmələrdə daş sözü bir araya sığa bilməyən iki tipik 
sintaktik mövqe tutur.  Əslində burada bir söz çərçivəsində  qrammatik omonimiya 
mövcuddur.  Birinci birləşmədə daş sözü ismin bütün əlamətlərinə malikdir:  ümu- 
miləşdirilmiş qrammatik əşya mənasmı  daşıyır, hallara və kəmiyyətə  görə dəyişir 
(ağır daş, ağır daşın, ağır daşa, ağır daşla və i.a., ağır daşlar, ağır daşların, ağır 
daşları və  s.).
İkinci birləşmədə isə daş sözü Azərbaycan dilindəki sifət kateqoriyasının bütün 
əlamətlərini özündə cəmləşdirir:  əşya əlamətinin ümumiləşdirilmiş qrammatik m ə- 
nasına malik olub, hallara və kəmiyyətə görə dəyişmir, isimdən ə w ə l gəlir, onunla 
yanaşma  əlaqəsi  ilə  birləşir və  atributiv  (təyinedici)  funksiya  daşıyır (daş  ev,  daş 
evin,  daş  evə,  daş evlər,  daş  evlərin və  s.)
Yuxarıda nəzərdən keçirilmiş birinci komponentləri  sifət mövqeyində işlənən 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə