Hər bir prosesə səbəb olan amillər həmin prosesin cəm halda məzmununu təşkil edən komponentlərin mahiyyətini üzərə çıxarır. Miqrasiya prosesləri də miqrasiyanın formalarını, mahiyyətini, məzmununu meydana gətirməkdədir. Prosesin forma və məzmununa sistemdaxili və sistemlərarası elementlər təsir edir. Bu elementlər təkanverici və cəzbedici olurlar.
Miqrasiyanı yaradan amilləri ümumi olaraq aşağıdaklar hesab etmək olar:
məcburi amillər (sosial, mədəni, hüquqi və siyasi resursların çatışmazlığı və qeyri-demokratik vəziyyətlər);
qeyri-məcburi amillər – daha yüksək həyat səviyyəsi axtarışı
Miqrasiya ümumi və xüsusi hallarda hərəkətlərin axınını yaratdığından özündə müxtəlif forma və məzmunları əks etdirir.
Miqrasiya məkan baxımından qitələrarası, onun tərkibi olaraq ölkələrarası (ölkə sərhədlərini keçməklə) və bir ölkə daxilində olur. Burada miqrasiyanın coğrafi məzmunundan və səbəblərindən irəli gələrək bir tipi kimi məkan forması meydana gəlir. Miqrasiyanın məkan forması, eləcə də onun digər məzmun və formaları (bu formalar artıq peşə fəaliyyəti ilə əlaqədar da yaranır) başlıca olaraq miqrasiya proseslərinin bütün dünyanın əhatə etməsi ilə və iqtisadiyyat və sosial sahələri əhatə etməklə əlaqədar meydana gəlir. Hətta onu da qeyd etmək olar ki, miqrasiyanın məkan forması içərisində makro miqyasda Avro-Asiya miqrasiyası, Afro-Asiya miqrasiyası, Avro-Amerika miqrasiyası, Afro-Amerika miqrasiyası, Asiya-Amerika miqrasiyası, Avro-Avstraliya miqrasiyası meydana gəlmişdir. Bu baxımdan da miqrasiyanın məkan üzrə miqyas ölçülərinə görə forması yaranır: makromiqrasiya və mikromiqrasiya. Coğrafi məkan üzrə makromiqrasiyaya qitələrararası, regionlararası, ölkərlərarası miqrasiyanı aid etmək olar. Coğrafi məkan üzrə mikromiqrasiyaya isə ölkədaxili miqrasiyanı aid etmək olar.
Miqrasiya proseslərinin tərkibi baxımından da miqrasiyanın makro və mikro formasını göstərmək olar. Bu baxımdan miqrasiyanın xalqların kütləvi köçünü (xalqların böyük bir hissəsinin və ya da tam hamısının) təşkil edən makro formasını, eləcə də fərdi əsaslı mikro formasını qeyd etmək olar. Burada makro ilə mikro arasında ortalıq həcmə malik olan miqrasiya proseslərini də qeyd etmək mümkündür. Belə ki, urbanizasiya, ruralizasiya, sərmayələrin (transmilli korporasiyaların) meydana gətirdiyi miqrasiyanı tərkib baxımından orta həcmli miqrasiya kimi qəbul etmək olar. Bununla yanaşı, ailələrin, elm və təhsil adamlarının, turistlərin miqrasiyasının isə fərdi əsaslara söykənən mikro forması mövcud olur. Ezamiyyətlə əlaqədar olaraq da miqrasiya mövcud olur və bu, zamanlı miqrasiyanı meydana gətirir.
Zaman (müddət) etibarilə miqrasiya müvəqqəti (müəyyən müddət üçün) və daimi xarakterə malik olur. Daimi miqrasiya prosesləri sonda bir çox hallarda vətəndaşlığı qəbul etmə ilə nəticələnir.
Miqrasiyanın tiplərini: formalarını aşağıdakı şəkildə ümumiləşdirmək olar:
Zamana görə forma alan miqrasiya
müvəqqəti miqrasiya;
mövsümi miqrasiya-turistik miqrasiya və kənd təsərrüfatı işçilərinin miqrasiyası;
uzun və qısa müddətli miqrasiya;
daimi miqrasiya – bu naturalizasiya ilə nəticələnə bilir;
məcburi miqrasiya – bu, daha çox müharibələrin nəticələri olaraq meydana gəlir
qaçqınlılıq və məcburi köçkünlülüklə nəticələnir.
Məzmununa görə ümumən növlərə ayrılan miqrasiya: sosial, elmi, siyasi, hümanitar miqarsiya, dünyəvi miqarsiya.
Miqarsiyanın növlərinə tərkib məzmunu baxımından həmçinin aşağıdakıları aid etmək olar:
sosial-maddi –iqtisadi miqrasiya – əmək miqrasiyası;