Referat elmi rəhbər: Kazımova Xəyalə Tələbə: Atakişiyeva Xəyalə Bakı-2023 plan


Maliyyənin mahiyyəti, funksiyaları və predmeti



Yüklə 60,15 Kb.
səhifə3/4
tarix21.12.2023
ölçüsü60,15 Kb.
#188888
növüReferat
1   2   3   4
Atakişiyeva Xəyalə 221S Maliyyə

3. Maliyyənin mahiyyəti, funksiyaları və predmeti
Maliyyə tarixi kateqoriyadır. O, cəmiyyətin siniflərə ayrılması və dövlətin yaranması ilə eyni zamanda meydana gəlmişdir. Lakin iqtisadi kateqoriya kimi maliyyə münasibətləri XIII-XV əsrlərdə İtaliyanın böyük ticarət mərkəzlərində meydana gəlmişdir. Maliyyə sözü latın sözü olub (Finansio) – yəni pul ödənişi (pul tədiyəsi) sözündən əmələ gəlmişdir.
Maliyyənin predmeti –ÜDM və milli gəlirin bölgüsü və yenidən bölgüsü, təsərrüfatların və dövlətin pul vəsaiti fondlarının və gəlirlərinin yaradılması, istifadəsi prosesində yaranan iqtisadi münasibətlər sisteminin məcmusudur.
Cəmiyyətdə baş verən bütün iqtisadi proseslər, müəssisələrin bir-biri ilə qarşılıqlı iqtisadi əlaqələri, dövlətlə müəssisələr, dövlətlə əhali arasındakı iqtisadi əlaqələr pul vasitəsilə həyata keçirilir. Çünki pul əmtəə istehsalı və mübadiləsi prosesində bütün əmtəələr üçün ekvivalent rolu oynayır. Yəni müəssisələrin istehsal etdiyi bütün məhsullar pul vasitəsilə alınır və satılır.
Çox zaman maliyyəni pul anlayışı ilə eyniləşdirirlər. Maliyyə pul vasitəsilə təzahür etdiyinə görə o heç də pul adlandırıla bilməz. Maliyyə münasibətləri pul münasibətləri vasitəsilə baş verməsinə baxmayaraq, pul münasibətlərinə nisbətən daha məhduddur. Pul münasibətləri daha geniş anlayışdır. Çünki o, bütün alqı-satqı münasibətlərini, eləcə də maliyyə münasibətlərini əhatə edir. Lakin maliyyə münasibətləri yalnız Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi 11 nəticəsində yaranan, məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul münasibətləri sistemini əhatə edir.
Vətəndaşlar arasında, vətəndaşlar ilə ticarət təşkilatları arasında əmələ gələn münasibətləri maliyyəyə aid etmək olmaz. Ona görə ki, dövlət burada pul münasibətlərini mülki-hüquqi metodlarla tənzimləyir.
Beləliklə, maliyyə həmişə pul münasibətləri formasında təzahür edir, lakin istənilən pul münasibəti həmişə maliyyə münasibəti deyildir.
Biz qeyd etdik ki, maliyyənin meydana gəlməsi və inkişafı bilavasitə dövlətin meydana gəlməsi ilə əlaqədardır. Çünki Məcmu ictimai məhsulun bölgüsü elə təşkil edilir ki, onun bir hissəsi dövlətin saxlanılması və dövlətin funksiyalarının həyata keçirilməsi üçün istifadə edilir. Bazar iqtisadiyyatı şəraititndə maliyyənin bölgü kateqoriyası kimi rolu daha da artır. Belə ki, maliyyə mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin, birliklərin, təşkilatların pul vəsaiti fondlarının yaradılmasında və istifadə olunmasında iştirak edir.
Maliyyə - geniş təkrar istehsalın davam etdirilməsi, ümumdövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi üçün ÜDM və MG-in bölgüsü və yenidən bölgüsü vasitəsilə həm dövlətin, həm də təsərrüfat subyektlərinin məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi zamanı yaranan iqtisadi münasibətlər sistemindən ibarətdir.
Maliyyənin mahiyyəti onun ifadə etdiyi funksiyalarda daha aydın görünür. Maliyyənin əsasən 2 funksiyası vardır: bölgü və nəzarət. Maliyyənin bölgü funksiyası ÜDM və milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir. Bölgü obyekti kimi Milli Gəlir, bölgü subyekti kimi isə dövlət, müəssisələr, əhali çıxış edir. Bölgü prosesi ilkin bölgü və yenidən bölgü mərhələlərindən ibarətdir. İlkin bölgü müəssisələr səviyyəsində müxtəlif istiqamətlərə bölüşdürülür.
Milli gəlirin ilkin bölgüsündən alınan pul vəsaiti iqtisadiyyatın aparıcı sahələrinin inkişafı, müdafiə qabiliyyətinin təmin edilməsi, əhalinin maddi və mədəni tələbatlarının ödənilməsi üçün kifayər etmir. Ona görə də bölgü prosesi yenidən bölgü şəklində davam etdirilir.
Milli gəlirin yenidən bölgüsü istiqamətləri aşağıdakılardır:
1.Sahələrarası yenidənbölgü;
2.Ərazilərarası yenidənbölgü;
3.Təsərrüfatlararası yenidənbölgü;
4.Dövlətlərarası yenidənbölgü.
Maliyyənin nəzarət funksiyası bölgü və yenidənbölgü münasibətlərini, pul fondlarının yaradılması və istifadəsini əhatə edir.Maliyyə nəzarəti maddi istehsalı, qeyri-istehsal sahələrini, dövlət büdcəsinin yaradılmasını və istifadəsini əhatə edir. Maliyyə nəzarətinin mühüm vəzifələri – maliyyə məsələlərinə dair dövlət qanunlarına əməl edilməsi, büdcə sistemi, vergi xidməti, banklar, digər müəssisə və təşkilatlar qarşısındakı öhdəliklərin vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir.


Yüklə 60,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin