Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi ölkəmizdəki mehmanxana biznesinin mövcud vəziyyətini öyrənmək, inkişaf potensialını müəyyənləşdirmək və dövlətin bu sahədə fəaliyyətini tənzimləyən mexanizmləri müəyyənləşdirməkdir. Mehmanxana biznesində nəzərdə tutulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:
Azərbaycanda mehmanxana biznesində fəaliyyətin mövcud vəziyyətinin təhlili;
Mehmanxana sahəsində dövlət siyasətinin və proqramlarının öyrənilməsi;
Azərbaycanda mehmanxana biznesinin beynəlxalq aləmdəki rolu, əlaqələri və təcrübəsinin öyrənilməsi;
Mehmanxana biznesinin fəaliyyətini inkişaf etdirmə yollarının təyin edilməsi;
Azərbaycanda mehmanxana biznesini beynəlxalq təcrübəyə istiqamətləndirmək.