Referat Fakültə: İnzibati İdarəetmə İxtisas: İqtisadiyyat Qrup: İ191 Fənn: Ətraf mühit İqtisadiyyatı


Tullantılar necə idarə olunmalı və hansı qabaqlayıcı tədbirlər gorülməlidi



Yüklə 33,38 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü33,38 Kb.
#44304
növüReferat
1   2   3   4
5.Cəbiyev Əsəd

Tullantılar necə idarə olunmalı və hansı qabaqlayıcı tədbirlər gorülməlidi

Tullantı problemi muasir dovrun belə desək ən boyuk qlobal problemlərindən biridi.Artiq bütün dünya çalışır ki,tullantı problemıni həll etsin.Lakin bu helə də asan bir iş deyil.Tullantılarla mubarizə aparmaq üçün ilk növbədə tullantı mənbələri aşkar edilməlidi.Daha sonra isə həmin mənbələr araşdırılmalı və qabaqlayıcı tədbirlər həyata keçirilməlidi.Bildiyimiz kimi tullantılar iki yolla yarana bilər.Təbii ki istehsalat və əlbəttə də ki məişətdə yaranan tullantılar.İstehsalatda yaranan tullantılar dedikdə istehsal və ya işlərin yerinə yetirilməsi zamanı əmələ gələn və ilkin istehlak xususiyyətlərini tam və ya qismən itirən xammal,material,maddə,,əşya və digər məhsullarin qaliqları,istehsala yararlı olmayan və oz istifadə olunma xususiyyətlərinə gorə texnoloji prosesə daxil olmayan ,yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur.Bəs məişət tullantıları nədir? Məişət tullantısı deyəndə isə əhalinin yaşadıgı ərazidə istifadə etdiyi əşyalar nəzərdə tutulur. Tullantıların idarə olunması sistemi dedikdə qısaca anlamaq olar ki,onların toplanması, daşınması, emalı, təkrar emal və ya tullantıların, ya da nəzarət üçün tədbirlər toplusudur. Burada tullantıların ümumiyyətlə insan fəaliyyəti nəticəsində yaranan tullantılar başa düşülür.Tullantıların idarə edilməsi tullantıların təkrar istifadə mümkünlüyü ilə bağlı iqtisadi səbəblərdən biri , insan sağlamlığı, ətraf mühit, tullantıların zərərli təsirlərini azaltmaq məqsədi daşıyır. Onun sayəsində,hazırda olan tullantılardan xammal kimi istifadə edilməsi , emal maddələrin atılması sahələrinin müxtəlif üsullarının işlənib hazırlanması və gələcəkdə istifadəsi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, şəhər və kənd, yaşayış və sənaye sahələrində tullantıların idarə olunması kimi müxtəlif fikirlər var.İstərdim ki tullantıların idarə olunması prosesini qisaca olsa da sizlərə soyləyim.Hər gun hər evdən bir neçə kq ağırlığında tullantı çıxır və belə desək bu tullantılar həyətdəki tullantı konteynerlərinə atılır.Nəticə etibarı ilə goruruk ki,əhalinin də tullantınin bir yerə toplanmasında rolu var.Yəni ən azindan zibillər çeşidlənməsə də,toplu şəkildə həyətdəki konteynerlərə atılir.Bu bir tərəfdən sevindirici hal kimi nəzərə alına bilər.Hətta bu onu gostərir ki,əhalinin köməyi ilə gələcək zamanlarda zibillərin çeşidlənərək toplanması mumkundu.Toplanma prosesindən sonra artiq bu tullantılar zibil poliqonlarına daşınmalıdı.Bunu isə artıq zibil maşınları həyata keçirir.Maşınlar zibilləri toplayir və poliqonlara daşıyır.Burada isə tullantıların artıq çeşidlənməsinə başlanılır.Çeşidləmə zamanı burada təkrar emala yararlı tullantılar ayrılır.Qalan tullantılar isə oz novbəsində çeşidlənir yəni kağız tullantılar bir,şüşə tullantılar bir, polietilen tullantılar bir çeşidləmə aparılır.

Bu proseslərdə tullantı içərisində təhlukəli tullantılar da ola bilər.Bu tullantılar adətən sənayedə əmələ gələn tullantılara aid edilir.Onlar da oz novbəsində çeşidlənir. Belə çeşidləmə tullantıları 2ci dəfə istifadə etməyə imkan verir. Çeşidləmə nəticəsində qiymətli materialların zibilxanalarda çuruməsi və yanmasının qarşısını almağa imkan verir ki,bu da ətraf muhitə zərərli təsiri azaldır. Bəzi tullantilar var ki,onlar ikinci,ucuncu və s.emala məruz qala bilərlər.Bəzi kənd təsərrufatı və məişət tullantıları belə tərzdə istifadə edə bilərlər.Məsələn,xlorvinil,polietilen,polipropilen,akkumlyatorları çeşidlənə bilmir.Sökulmə və ayrilma tələb edən əşyaların emalı da çetinliklə bağlidi. Tullantıların çeşidlənməsi muxtəlif tipli zibilin bir birinə qarışmaması və ətraf muhitin çirklənməməsi məqsədi ilə aparılır.Bəli bu prosesdən sonra artıq zərərsizləşdirmə aparılır.Bu nə üçün lazımdı? Ətraf muhitə və insanın saglamlıgına təsirini azaltmaq məqsədi ilə tullantiların xususi qurğularda emalı prosesidi.Daha sonra tullantıların basdırılması ,yandırılması və s kimi işlər aparılır.Beləliklə belə nəticəyə gəlmək olar ki,tulantılar emal edildikdən sonra istifadəyə yararlı və yararsız tullantılar əldə olunur.Bunlardan da ozu ozluyundə istifadə olunur.Bəs biz hansı qabaqlayıcı tədbirlər həyata keçirə bilərik? Bunun üçün bayaq yuxarida qisaca da olsa qeyd etdim ki,ilk novbədə əhalini maarifləndirmək lazımdır.Yəni hal hazirda insanların bu haqqda məlumatinin olub olmamasını yoxlasaq ,təbii ki demək olar anlayışları olmayacaq ya da az da olsa bilən olacaq.Bu bəyənilməz haldı.

Dövlət ozudə çalışmalıdı ki,əhalini məlumatlandırsın.Cəmiyyətdə muxtəlif tədbirlər,konfranslar keçirtsin.Artıq demək olar ki,butun dunya həyacan təbliği çalır.Mən hesab edirəm ki,əgər dovlət istəsə cəmiyyət içərisində elə bir maarifləndirmə apara bilərik ki,insanlar buna həvəslə yanaşa bilərlər.Bu həm insanlara maddi cəhətdən komək ,həm də ətraf muhitin təmiz qalmasına komək olardı.Misal olaraq demək istəyirəm ki,İsveçrədə hətta çay paketləri ayrıca konteynerlərə atılır.Kağız və sap, kiçik metal braket və bitki materialı hər biri oz konteynerinə atılmalıdı.Hətta burada bu proses elə əhatə olunmuşdu ki,İsveçrə və Almaniyada bu prosesin aparılmasına duzgun riayət olmadan təsəvvur etmək olmur.Burada hətta vasvası nəzarətçilər tez -tez muşahidə kameralarından izləyirlər gorək kimsə qaydaları pozmur.Əgər qayda pozuntusu olsa,mutləq həmin şəxs cəzalandırılır.Başqa bir şey Yaponiyada hazirda 20 ixtisaslaşdirılmiş kohnə texnikanı utilizə edən zavod vardır.Zavod işin səmərəliyi və yuksək potensiallığı ilə kohnə əşyaları təkrar emal edir və yeni materiallar əldə edir.Bizdə çalışmalıyıq ki,bizdə də belə zavodlar olsun.İnaniram ki,hamımız bir olsaq ,bu işin üstəsindən gələ bilərik.




Yüklə 33,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin