Referat Kurs: 1 Qrup: 1022a elmi rəhbər: Nəbiyeva Cəmalə Tələbə: Qasımova Aişə Plan Plan


Misal üçün, inkrementdən istifadə edərək x-in qiymətin 1 vahid artırmaq istəsək, aşağıdakı kimi yaza bilərik



Yüklə 387,41 Kb.
səhifə6/8
tarix17.12.2022
ölçüsü387,41 Kb.
#75979
növüReferat
1   2   3   4   5   6   7   8
dəyişənlər slide

Misal üçün, inkrementdən istifadə edərək x-in qiymətin 1 vahid artırmaq istəsək, aşağıdakı kimi yaza bilərik.

X++; və ya ++x;

Eyni qayda ilə dekrement x-in qiymətini 1 vahid azaldır, aşağıdakı kimi:

x--; və ya –x;

Bəs toplama, çıxma işarələrinin dəyişəndən əvvəl və ya sonra olmasının fərqi varmı? Əgər bu operatorun məqsədi sadəcə qiyməti dəyişməkdirsə, onda işarəni sağda və ya solda yazmağın fərqi yoxdur. Lakin əgər inkrement və ya dekrement hansısa ifadənin daxilindədirsə, onda sağ-solun fərqi var. Belə ki, işarə solda olanda ifadədə dəyişənin ilkin qiyməti, sağda olanda isə, 1 vahid dəyişdirilmiş yeni qiyməti hesablanır.

Indi isə bir az daha maraqlı, interaktiv proqramlar tərtibi ilə məşğul olaq. Baxdığımız proqramlarda biz hesab əməlləri üçün əvvəlcədən təyin olunmuş qiymətlərdən istifadə etdik, indi isə elə proqramlar yazaq ki, dəyişənlərin qiymətlərinin istifadəçi tərəfindən daxil edilməsi mümkün olsun. C++ dilində istifadəçinin daxil etdiyi məlumatı proqramdakı dəyişənlərə mənimsətmək üçün əsasən std::cin funksiyasından istifadə olunur.

Std::cin funksiyası barədə Əlavə A-da geniş izah verilir.

Tutaq ki, biz proqramda int tipli x dəyişəni elan etmişik.

İnt x;

Əgər biz istəyiriksə x dəyişəninin yaddaş sahəsinə (qısa olaraq “x dəyişəninə” deyəcəyik) istifadəçi tərəfindən daxil olunan qiymət yazaq, onda proqrama aşağıdakı sətri yerləşdirməliyik.

Std::cin>>x;

Bütün bu dediklərimizi proqram nümunəsində test edək. Elə bir sadə proqram tərtib edək ki, istifadəçidən hər hansı ədəd daxil etməsini istəsin, daha sonra isə bu ədədin kvadratını ekranda çap eləsin.

Proqramda şərhlər

Proqramda şərhlər

C dilində yazılmış hər hansı proqramı şərhsiz təsəvvür etmək olmaz. Şərh (comment, statement... ) proqramın bu və ya digər hissəsinin hansı iş gördüyünü bildirmək üçün proqramın mətn koduna əlavə olunur. Şərhlər ancaq proqramın işini başa düşmək istəyənlər üçündür. Proqramın real yerinə yetirilən koduna şəhrlərin heç bir aidiyyəti yoxdur. Belə ki, kompilyator proqramı kompilyasiya edərkən, birinci gordüyü iş şərhləri proqram kodundan silməkdir. Proqramda şərh elan etmək üçün /* və */ -dən istifadə olunur.


Yüklə 387,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin