Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları


Müəssisənin təşkili və idarə edilməsinin hüquqi basazı



Yüklə 165,5 Kb.
səhifə2/2
tarix06.02.2017
ölçüsü165,5 Kb.
#7738
növüReferat
1   2

3.Müəssisənin təşkili və idarə edilməsinin hüquqi basazı.

Ölkədə kiçik biznesin inkişafı normativ-hüquqi və maliyyə şəraitinin yaradılması ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə əlaqədər əsas məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və onun əsas müddəalarını konkretləşdirən qanunvericilik aktlarında əks olunmuşdur. Son vaxtlar kiçik sahibkarlığın inkişafı sahəsindəki siyasət əhəmiyyətli dərəcədə dəyişilmişdir. Cəmiyyətin iqtisadi həyatının xüsusi sferası kimi kiçik sahibkarlığın təşəkkülü və inkişafı problemlərinin həllinə ayrı-ayrı, pərakəndə tədbirlər kompleks yanaşmalarla əvəz olunmuşdur.Azərbaycanda kiçik sahibkarlığa dövlət səviyyəsində nəzarət əsasən İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixlifərmanı ilə təsdiq edilmmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Haqqında Əsasnamə”yə uyğun həyata keçirir. əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Nazirliyin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə təmin edir;

- Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf proqnozlarını işləyib hazırlayır;

- makroiqtisadi proqnozlaşdırılmasını həyata keçirir, dövlət büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;

- ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;

- Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

- ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

- ölkədə regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri aidiyyəti dövlət

orqanlarını cəlb etməklə hazırlayır və həyata keçirilməsini təmin edir;

- Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi,

qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə

işləyib hazırlayır və səlahiyyətləri daxilində həyata keçirir;

- Nazirliyin fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirir;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər

Nazirliyin mərkəzi aparatı və Nazirliyin tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələri və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və onun tabeliyində olan qurumlar vasitəsilə həyata keçirir.

Kiçik biznes subyektlərinin fəaliyyətinin hüquqi bazasını aşağıdakı qanunlar toplusu müəyyən edir:



  1. Azərbaycan Respubliksaının Konstitusiyası;

  2. Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu;

  3. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasınını Qanunu;

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

  5. Azərabaycan Respubliksaının Mülki Məcəlləsi;

  6. Səhmdar cəmiyyəti haqqında Azərbaycan Respubliksaının Qanunu;

  7. Milli Məcləsin normativ-hüquqi aktları və s.

Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formalarının, onların yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini əhatə edir. Qanun 1994-cü il 1 iyulda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən təsdiqlənmişdir, 8 fəsil və 42 maddədən ibarətdir. Qanunun 3-cü fəsli(13-21-ci maddələr) müəssisələrin yaradılması, ləğvi və yenidən təşkil edilməsinin yollarını özündə əks etdirir.müəssisə yaradılarkən ilk olaraq onun təsisçisi müəyyən edilir. Müəssisələr yardılarkən təsisçilər, habelə təsisçi ilə müəssisə arasındakı qarşılıqlı münasibətləri tənzimləmək üçün təsis müqaviləsi tərtib olunur. Sonra müəssisənin nizamnaməsi formalaşdırılır. Maddə 16-da göstərildiyi kimi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hər bir müəssisə nizamnamə əsasında fəaliyyət göstərir. Bundan sonra müəssisələr dövlət qeydiyyatından keçirlər. Maddə 18-də göstərilir ki, dövlət qeydiyyatından keçməyən müəssisələrin fəaliyyəti qadağandır. Eyni maddədə müəssisənin dövlət qeydiyyatından keçməsi üçün təsisçinin aşağıdakı sənədləri təqdim etməli olduğu göstərilir:

    • Təsisçinin ərizəsi,

    • Müəssisənin nizamnaməsi,

    • Müəssisənin yaradılması haqda qərar və ya təsis müqaviləsi,

    • Qeydiyyat rösumunun ödənilməsi haqda sənəd.

Müəssisələrin dövlət qeydiyyatını həyata keçirən dövlət orqanına bu sənədlər təqdim edildikdən ən geci 15 gün müddətində müəssisə dövlət qeydiyyatına alınmalıdır. Qəbul edilmiş qərar haqqında ərizəçiyə ən gec 5 gün müddətində yazılı məlumat verilir.müəssisənin nizamnaməsində dəyişikliklər edildikdə və ya onun təşkilati-hüquqi forması dəyişdirildikdə müəssisə yenidən dövlət qeydiyyatından keşməlidir. Müəssisənin dövlət qeydiyyatına görə təsisçidən Azərbaycan respubliksaının qanunvericiliyi ilə müəyyən olunan məbləğdə dövlət büdcəsinə köçürülən rüsum tutulur. Maddə 19-a əsasən müəssisə aşağıdakı hallarda ləğv olunur:

    1. Iflas elan olunduqda,

    2. Qanunvericilikdə nəzərdə tutlmuş tələblərə riayət edilməməsinə görə müəssisənin fəliyyəti qadağan olunduqda və qərarla müəyyən edilmiş müddətdə həmin tələblərə riayət olunması təmin edilmədikdə və ya fəaliyyət növü dəyişdirildikdə,

    3. Müəssisə yaratmaq barəsində təsis aktları arbitraj məhkəməsinin qəraraı ilə qanunsuz sayıldıqda,

    4. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan digər hallarda.

4-cü fəsildə müəssisə və dövlət arasındakı münasibətlər əks etdirlib. Bundan başqa adı çəkilən qanunda müəssisələrin növləri və yəşkilati-hüquqi formaları, müəssisənin əmlakı, müəssisənin idarə edilməsi, müəssisənin təsərrüfat, iqtisadi və sosial fəaliyyəti, müəssisənin məsuliyyəti və onun fəaliyyətinə nəzarət və s. müddəalar da öz əksini tapmışdır.

Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasınını Qanunu Azərbaycan Respubliksaında sahibkarlıq fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin müəyyənləşdirir. Qanun 1992-ci il 15 dekabrda qəbul olunmuşdur, 4 bölmə və 17 maddədən ibarətdir. Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsiplərinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir. Qanunun 3-cü bülməsi(maddə 9-15) bütövlükdə sahibkarlığın dövlət tərəfindən tənzimlənməsinə həsr edilmişdir.

Maddə 10 – sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyatını onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanı həyata keçirir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu Azərbaycan respublikası üzrə onların mövcudluğu və fəaliyyəti haqqında məlumatların toplanması və sistemləşdirilməasindən ibarətdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınamsı üçün onlar notarial qaydada təsdiq edilmiş ərizələrində soyadını, adını, ata adını, anadan olduğu vaxtı və yeri, şəxsiyyətinin təsdiq edən sənəd haqqında məlumatları, yaşadığı yeri, ümumi şəkildə sahibkarlıq fəaliyyətinin növünü göstərməlidirlər. Sənədlər təqdim edildikdən sonra müvafiq dövlət orqanı 5 gün müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmaları haqda müvafiq sənəd verir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu zamanı dövlət rüsumu alınmır.

4-cü bölmədə isə sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi öz əksini tapmışdır.

Maddə 16 – sahibkarlıq fəaliyyətinin dayandırılması haqda qərarısahibkarın özü qəbul edə bilər.antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barədə təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.

Maddə 17 – sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə qərarı müliyyətçi(sahibkar) özü və ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

Kiçik və orta sahibkarlığın inlişaf proqramında dövlət himayəsinin aşağıdakı istiqamətləri göstərilmişdir:


    • Kiçik sahibkarlığın inkişafının və himayəsinin normativ-hüquqi bazasının formalaşdırılması;

    • Maliyyə kredit və investisiya dəstəyi;

    • Istehsalat və innovasiya dəstəyi. Yeni iş yerlərinin yaradılması;

    • Kiçik sahibkarlığın inkişafı və dəstəyi infrastrukturunun formalaşdırılması;

    • Informasiya təminatı;

    • Elmi-metodik və kadr təminatı;

    • Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik;

    • Dövlət və ictimai himayədarlıq sisteminin yaradılması.

Kiçik sahibkarlığın normativ-hüquqi bazasının yaradılması kiçik sahibkarlıq subyektlərinin iqtisadi azadlığını, təminatını və hüququnu təmin edən, təsərrüfat subyektləri, tərəfdaşlar istehlakçılar, büdcə təşkilatları qarşısında onların vəzifə və məsuliyyətlərini müəyyənləşdirən məcburi və vacib şərti sayılır. Hüquqi mühit kiçik sahibkarlığın inkişafı üzrə iqtisadi, maliyyə, material və başqa stimullar formalaşdirir, sahibkarlıq subyektlərinin axrici ətraf mühitdən, o cümlədən müxtəlif səviyyələrdə icra orqanlarının qeuri-qanuni hərəkətlərindən mühafizə tədbirlərini müəyyənləşdirir. Normativ hüquqi bazanın formalaşması kiçik sahibkarlıq qarşısında duran çoxlu probləmləri sahibkarlıq subyekti qeydiyyata alındığı andan başlayaraq fəaliyyət növünün lisenziyalaşdırılması, ləğv və iflas prosedurası qurtarana qədər həll etməyə imkan verir.Azərbaycanda uğurlu fəaliyyət göstərmək istəyən firma və təşkilatlar aşağıda adları çəkilən qurumlarla sıx əaqədə olmalı, onların vasitəsilə Azərbaycan iqtisadi mühiti barədə dolğun məlumatlanmalıdırlar:Ticarət-Sənaye Palatası (TSP) - Azərbaycanda biznesin bütün növlərinin inkişafına yardım məqsədi gğdən, qanunvericilik təşəbbüsü hüququna malik olan qeyri-kommersiya ictimai təşkilatdır. Palatadakı bir sıra şö’bələr mə`lumatın alınması üçün faydalı ola bilər: məsləhət, təşkilati-metodik, tərcümə şöbələri, patent və əmtəə işarələrinin müdafiəsi qrupu. Palataya müraciət edərək müntəzəm mə`lumat almaq üçün şirkət onun üzvü olmalıdır. Palatanın şö’bələri digər dövlətlərin palatalarından, Azərbaycanda biznes etməyə maraqlı olan assosiasiya və şirkətlərdən mə`lumat alır. Bundan əlavə, TSP sıx əlaqələri olduğu bir sıra ölkələrdə biznes-direktoriyalara malikdir. Palatanın üzvü olduqda siz poçtla, elektron poçtla və faksla mə`lumat ala bilərsiniz. Daim yadda saxlamaq lazımdır ki, Ticarət Sənaye Palatasının digər ölkələrdəki hörməti ən’ənəvi olaraq çox yüksəkdir və Azərbaycan TSP-ə müraciətiniz sizin sorğunuza yüksək nüfuz gətirə bilər.

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu - qeyri-kommersiya ictimai təşkilatıdır. O, sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı üçün əlverişli olan hüquqi bazanın yaradılmasına yardım edir. Fond yeni başlayan biznesmenlər üçün məsləhət mərkəzinə malikdir, perspektiv investisiya layihələrinin hazırlanmasına yardım edir, biznesin bir sıra məsələləri üzrə tədris aparır, yeni başlayan biznesmenlərə kömək üçün ədəbiyyat nəşr edir.

KOSIA-SMEDA. Kiçik və orta sahibkarlığın inkişaf agentliyi (Small & Middle Enterrrises Develorment Agency) - Avropa İttifaqının TACIS proqramı çərçivəsində maliyyələşdirilən xeyriyyə cəmiyyətidir, onun məqsədi Azərbaycanda kiçik və orta biznesin inkişafına yardımdır. Agentlikdə mə`lumat almaq üçün sərfəli olan bir sıra qruplar vardır: mə`lumat qrupu (BBC), məsləhət qrupu, biznes-planların hazırlanması və tədris qrupu. Avropanın müxtəlif ölkələrindən olan yüksək səviyyəli ekspertlərlə görüşlər də mümkündür. Agentlik Azərbaycanda bizneslə məşğul olmağa maraqlı olan şirkətlərdən mə`lumat alır. Bundan əlavə, SMEDA bir sıra ölkələrdə biznes-direktoriyalara malikdir və bir çox Avropa dövlətlərindən poçt, elektron poçt və faks vasitəsilə mə`lumat ala bilir.

Məsləhət qrupları. Çox güman ki, Price Waterhouse, Ernst & Üoung, AYG Investment, Deloitte & Touche konsaltinqləri ilə danışıqlar əlavə mə`lumat gətirməyəcək. Buna görə dğnyada məşhur olan bu konsaltinq nəhənglərini günahlandırmaq lazım deyil. Onların hər biri Azərbaycanda öz dar sahələrində çalışırlar və müəyyən vaxta qədər həmin sahəni genişləndirməkdə maraqlı deyil. Çoxları dövlət sifarişlərini yerinə yetirir. Bununla belə, əgər sizə ixtisaslı işçilər lazımdırsa Price Waterhouse müraciət edə bilərsiniz. Burada pulunu üdəməklə sizə müvafiq işçilər seçə bilərlər.

Kiçik sahibkarlıq subyektlərinə dövlət tərəfindən xüsusi münasibət göstərilir, yəni onun inkişafına dövlət büdcəsindən, Sahibkarlığa Kömək Dövlət Fondundan və Dövlət Neft Fondundan vəsait ayrılır. Respublika səviyyəsində kiçik sahibkarlığa dövlət istehsalat-texniki himayədarlığının aşağıdakı istiqamətlərdə davam etdirilməsi planlaşdırılır:


  • Kiçik müəssisələrin müasir avadanlıq və texnikalarla silahlandırılması;

  • Yerlərdə və regionlarda subpodrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması;

  • Maşın və avadanlıqların lizinq sisteminin təşkili;

  • Kiçik müəssisələrə yeni txnologiyaların, “nou-hau” verilməsinin təşkili;

  • Kiçik sahibkarlığa himayədarlıq tədbirləri sistemində texniki məsləhətlər institutunun yaradılması;

  • Sahibkarlıq fəaliyyəti üçün kadrların hazırlanması sistemində istehsal proseslərinin idarə olunmasının əsaslarının öyrənilməsi.

Kiçik saibkarlığa himayədarlıq infrastruktur elementləri yaradılıb. “Kiçik biznesə himayədarlıq regional agentlik şəbəkəsi” yaradılmışdır ki, bu, ölkə iqtisadiyyatına xarici investisiyaların fəallığı ilə bağlıdır. Kiçik sahibkarlığa himayədarlıqda ticarət-sənaye palatası əhmiyyətli rol oynayır. Infrasturkturların yaradılması kiçik sahibkarlıq subyektlərinə aşağıdakı xidmətləri göstərməlidir: maariflənmə, konsaltinq, sığorta marketinq, informasiya, texniki- texnoloji, maliyyə və s. Bununla əlaqədar infrastruktur obyektlərinin yaradılması prosesi davam etdirilməli, yəni sahibkarlığa kömək mərkəzləri və agentlikləri, diller mərkəzləri, informasiya, məsləhət və tədris mərkəzləri, lizinq şirkətləri yaradılamsı istiqamətində işlər görülməlidir.

Kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın bu sferasında məşğul olanların sosial müdafiəsi problemləri ilə əlaqədardır. Iri müəssisələrdən fərqli olaraq kiçik biznesin subyektlərinin əksəriyyətində, xüsusilə fəaliyyətə başladıqları ilk dövrlərdə lazımı maliyyə vəsaiti və xüsusi sosial infrastrukturu olmur, istehsal-texniki silahlanma səviyyəsi aşağı olur, əməyin mühafizəsi və texniki təhlükəsizliyi məsələsi həll edilmir. Dövlət proqramında kiçik müəssisələrin işçilərinin dövlət pensiya, sosial, tibbi sığorta sisteminin islahatı nəzərdə tutulur. Sahibkarların təhlükəsizliyini və kiçik müəssisələrdə işıəyənlərin sosial müdafiəsini möhkəmləndirmək üçün müvafiq qanunvericilik bazasının formalaşdırılması, kiçik sahibkarlıq obyektlərinin qorunun saxlanmasını təmin edən firma şəbəkəsinin genişləndirilməsi üzrə işi davam etdirmək lazımdır. Hazırkı vaxtda kiçik sahibkarlıq subyektlərinin maliyyə dəstəyi mexanizmi əsasən formalaşıb. Mövcud qanunvericiliyə uyğun olaraq kiçik müəssisələr müəyyən vergi güzəştlərindən isteifadə edirlər, onlar üçün sadələşdirilmiş vergi güzəşti tətbiq olunur. Kiçik müəssisələrin vergi qanunvericiliyində nəzərdə tutulan aşağıdakı güzəştlərdən istifadə etmək imkanı vardır:



    • Vergilərdən azad olunma və ya vergi dərəcələrinin aşağı salınması;

    • Vergilərin ödənilməsində möhlət;

    • Sürətli amortizasiyadan istifadə etmək imkanı.

Hazırkı vaxtda kiçik sahibkarlığa dövlət dəstəyi ilə yanaşı qeyri-dövlət infrastrukturları da formalaşmışdır. Sahibkarlığın inkişafı dövründə ölkədə kiçik biznesə yardım edən, dəstəkləyən qeyri-dövlət strukturları yaradılıb, hansı ki, kiçik sahibkarlığın formalaşmasına daha əhəmiyyətli təsir göstərirlər. Onlardan əsasları aşağıdakılardır:

  1. Kiçik və orta biznesə kömək agentliyi. Agentlik geniş aspektli xidmətlər, o cümlədən iqtisadi, maliyyə, vergi, investisiya, xarici iqtisadi əlaqələr, gömrük siyasəti məsələləri üzrə fəaliyyət göstərir.

  2. Texniki Park Assosiasiyası kiçik sahibkarlığa innovasiya fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, elmtutumlu yüksək texnoloji islahatların yaradılması və sair məsələlərdə yaxından kömək edir.

Bütün qeyri-kommersiya təşkilatlarının fəaliyyəti kiçik sahibkarlığın uğurlu inkişafına və ölkə iqtisadiyyatındakı müvcud problemlərin həllinə yönəlmişdir. Kiçik müəssisələr bazarda yeni yaranan məhsula tələbata uyğun olaraq öz fəaliyyətlərini quraraq bazarın daxili dəyişikliklərinə tez reaksiya göstərirlər. Bu müəssisələr bazarda tələbat geniş olan məhsulu qısa müddətdə özününküləşdirməyi bacarırlar. Məsələn, Yaponiyada kiçik müəssisələr təcrübə istehsalını həftə ərzində təşkil edib həyata keçirə bilirlər. Halbuki bunu böyük müəssisələrdə etmək çox böyek vaxt itkisinə səbəb olardı. Kiçik müəssisələr həm də yerli istehlak bazarlarında geniş tələbat olan son məhsul istehsalı üzrə ixtisaslaşdırılmış olurlar. Bura əsasən tez xarab olan yeyinti məhsulları, zərgərlik məhsulları, geyim, ayaqqabı və s. daxil edilir.

Kiçik biznesin qurulmasında informasiya əsas amildir. Yetərincə dolğun informasiyanın olmaması kiçik biznes subyektlərinə bazarda lazımınca çıxış etməyə imkan vermir. Şirkətin mə`lumat tə’minatı dedikdə, şirkətin fəaliyyəti üçün zəruri olan mə`lumatın bütün mənbələrinin külliyyatı və onun alınması nəzərdə



4.Müəssisələrin quruluşu və onu müəyyən edən amillər.

Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, əsasən, müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi ilə həyata keçirilir. Müəssisədə – qarşıya qoyulmuş məqsədlərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənilməsinin texniki, iqtisadi, maliyyə və s. məsələləri həll edilir.Qeyd etmək lazımdır ki, müasir dövrün təsərrüfat praktikasında və iqtisadi ədəbiyyatda "firma" (italyan sözü olub «imza» mənasını verir) və "müəssisə" məfhumlarından geniş istifadə edilir və bəzən də onlar sinonim kimi qəbul olunurlar.


«Firma» ilə «müəssisə»nin sinonim kimi qəbul edilməsinin əsas səbəbi bir çox hallarda onun (firmanın) bir müəssisədən ibarət olmasıdır. Lakin firma – özündə eyni və ya müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir. Müəssisənin firma adı alması üçün onun vasitəçilərlə deyil, özünün birbaşa bazara çıxışı əsas şərtdir.
Firmalar istehsalla yanaşı digər başqa sahələrdə də – ticarət, nəqliyyat, bank, auditor və s. yaranır və müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
İstehsal müəssisələrinin birləşmə formalarına görə firmaların aşağıdakı növləri fəaliyyət göstərirlər.
1. Məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələri birləşdirməklə yaradılan və fəaliyyət göstərən firmalar (bir vaxtlar Bakı Kamvol və Zərif mahud kombinatlarının birləşdirilməsi əsasında «Şəfəq» firması fəaliyyət göstərmişdir).
2. Təkrar istehsalın müxtəlif mərhələlərinə mənsub müəssisələrin birliyi. Məsələn, dəmir filizi hasil və emal edən, çuqun, polad və prokat (yayma polad) istehsal edən metallurgiya firmaları.
3. Müxtəlif sahələrin müəssisələrini özündə birləşdirən firmalar. Buna misal olaraq telefon və teleqraf avadanlıqları, çörək-bulka məmulatları, tədris materialı istehsallarını, otellərin istismarını və sığorta xidmətini özündə birləşdirən ABŞ-ın məşhur konqlomerat (mexanki və ya qaydasız qarışıq) «İTT» firmasını göstərmək olar.
Firma müəyyən mülkiyyətə və hüquqi şəxs səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət olan, məhsulun istehsalı və satışını idarə edən təşkilati-tə-sərrüfat vahididir. Firma, müəssisədən fərqli olaraq bazarın ilkin həlqəsidir və bazarda qiymət siyasətini məhz o həyata keçirir, rəqabət mübarizəsini aparır, mənfəətin bölüşdürülməsində iştirak edir. Firmaya daxil olan müəssisələrin idarə olunması, onların inkişaf istiqamətləri onun (firmanın) idarəetmə orqanları tərəfindən həyata keçirilir.Müəssisə isə, əvvəllər qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının ilkin həlqəsi olub, müəyyən mülkiyyətə və kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal-təsərrüfat vahididir.
Müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin istehsal-texniki vəhdətliyi ya buraxılan məhsulların iqtisadi təyinatının ümumiliyi, ya da onların konstruktiv quruluşları və hazırlanması tex-nologiyalarının oxşarlığı ilə şərtlənir. Bu, birincisi, istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi bir prosesin tərkib hissəsi olmasına əsaslanır. İkincisi, həmin vəhdətlik əmək vasitələri və əmək predmetlərinin müəyyən sisteminə söykənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerci axınlarının kəmiyyət asılılığına və hər bir müəssisə tərkibində nisbətən sabit məkan bağlılığına malik olurlar. Üçüncüsü, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan köməkçi və xidmətedici bölmələrin mövcudluğuna və əlbəttə, müəssisənin müəyyən əraziyə malik ol-masına əsaslanır.Təşkilati vəhdətlik idarəetmənin, perspektiv, cari və operativ planların, uçot və hesabatın vahid sisteminin, vahid Nizamnamənin mövcudluğu ilə müəyyən olunur və bütün müəssisələr özlərinin ni-zamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda onların özləri tərəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilir.
İqtisadi vəhdətlik isə öz əksini müəssisənin qarşısında duran iqtisadi və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində tapır. İqtisadi vəhdətlik material-enerci resurslarının və maliyyə vəsaitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə planında) təsbit edilir.
Müəssisənin hüquqi şəxs səlahiyyətlərinə malik olması o deməkdir ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaşma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarə-lər, həmçinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər.
Müəssisə hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçılarının iradələri ilə üst-üstə düşməyən, müstəqil iradəyə və işti-rakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır.
Müəssisə onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır:
– təsisçilərin pul və maddi payları;
– məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər;
– qiymətli kağızların satışından əldə edilən gəlirlər;
– bank kreditləri və digər kreditlər;
– kapital qoyuluşu və büdcədən dotasiyalar;
– hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər;
– digər mənbələrdən daxil olan vəsaitlər.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məhdud miqdarda istehsal resurslarından istifadəyə dair qərarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik prinsipinə cavab verməli, müəssisənin fəaliyyətinə təsir göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlərə uyğun olmalıdır.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar qərarların qəbul edilməsində üç amilin nəzərə alınması zəruridir:
a) məqsədlər (məqsədlər sistemi);
b) alternativlər (seçim imkanları);
c) xarici mühitin şərtləri.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin qarşısında duran məqsədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edilən son nəticələri özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə – fikrin məhdud mənasında – müəssisənin yaradılmasının əsas məqsədi onun təsisçilərinin maddi maraqlarıdır, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu isə mənfəətin maksimumlaşdırılması ilə bağlı olduğundan, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılmasına yönəldilir. Elə buna görə də mənfəətin mak-simumlaşdırılması xüsusi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir».
Əsas məqsədlə əlaqədar müəssisələrin qarşısında konkret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər:
– ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək;
– buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaşdırmaq və onun rəqabətqabiliyyətini artırmaq, yeni növ məhsulların hazırlanmasını və mənimsənilməsini təmin etmək;
– əmək məhsulldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
– elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib hazırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək;
– istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqtisadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək;
– müəssisənin rentabelli işləməsinə, material-enerci, əmək və maliyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmətin) maya dəyərinin aşağı salınmasına nail olmaq;
– əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən olan məsələlərin həlli üçün tədbirlər işləyib hazırlamaq və bunları realizə etmək və s.

Alternativlər - qərar qəbul edən şəxsin qarşıya qoyulmuş məqsədləri reallaşdırmaq üçün sərbəst şəkildə seçə bildiyi, bir-birindən asılı olmayan tədbirlər variantlarını (problemin həlli variantlarını) əks etdirir. Müəssisənin seçim imkanlarını, əsasən, onun daxili mühiti müəyyən edir.


Müəssisənin daxili mühitini onun istehsal potensialı müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün müəssisənin sərəncamında olan resursların məcmu-sudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin onların müvafiq nisbətdə qarşılıqlı inteqrasiyası müəssisənin istehsal imkanını müəyyən edir.
Müəssisənin istehsal potensialının əsas màùiyyÿti yeni məhsulların yaradılması ilÿ müÿyyÿn îlunur, onun elementləri isə hazırlanan məhsulun tələblərinə məqsədəuyğun şəkildə uyğunlaşdırılma-lıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə yetirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan məhsulun parametrlərinə uyğun gəlsin və bununla müəyyən edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qarşısında qoyulan tələblərlə müəyyən edilir və onun səfərbərlik səviyyəsini xarakterizə edir. Müəssisənin daxili mühitini kadrlar, istehsal vasitələri, informasiya və maliyyə vəsaitləri təşkil edir. Müəssisədə informasiya öz tərkibinə görə kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. Kommersiya informasiyası məhsulun reallaşdırılması və istehsal xərclərinə aid olan mə-lumatları əks etdirirsə, texniki informasiya məhsulun xarakteristikası və onun istehsalı texnologiyası haqqında məlumatlar toplusudur. Operativ informasiyaya gəlincə isə, onun əsasında istehsal heyətinə tapşırıqlar verilir, onları iş yerləri üzrə bölüşdürür, istehsal prosesinin gedişinə nəzarət, uçot və tənzimləmə kimi funksiyaları həyata keçirirlər.
Müəssisə müəyyən xarici mühitdə fəaliyyət göstərir ki, bu mühit də onun işinin səmərəliliyinə və məqsədəuyğunluğuna bilavasitə təsir göstərir. Xarici mühitə məhsulun istehlakçıları, ekoloci du-rum, sosial vəziyyət, təchizatçılar, dövlət orqanları və müəssisənin yerləşdiyi ərazidə məskunlaşmış əhali aid edilir. Müəssisə özünün texniki-texnoloci və iqtisadi inkişafının ən vacib və strateci məq-sədlərini işləyib hazırlayarkən, bu məqsədlərin xarici mühit tərəfindən necə qəbul olunacağını əvvəlcədən müəyyən etməlidir; bu məsələdə xarici mühit amili mütləq nəzərə alınmalıdır.

Ədəbiyyat siyahısı:


  • Yahudov X.M. “Müəssisənin iqtisadiyyatı”. Bakı, Çıraq, 2005




  • İsgəndərov R.Ə. “Müəssisənin maliyyəsi”. Bakı, 2007




  • Qasımov F.H və.b. “Sahibkarlığın əsasları”. Bakı, MAA nəşriyyatı, 2008; Hüseynov T. “Müəssisənin iqtisadiyyatı”. Bakı, 2008




  • Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və Beynəlxalq iqtisadi münasıbətlər.Bakı,1999




  • Süleymanov N.M. İqtisadi tarix (dərs vəsaiti)-Bakı, Elm, 1999






Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin