Referat Mövzusu : Antisovet üsyanları Təhsilin səviyyəsi: Bakalavr


I Fəsil Azərbaycanda sovet rejimi



Yüklə 25,35 Kb.
səhifə2/3
tarix02.12.2022
ölçüsü25,35 Kb.
#71985
növüReferat
1   2   3
Şəfiyev Ramil Tarix

I Fəsil
Azərbaycanda sovet rejimi
1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goyçayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dekreti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi. 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Fövqəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu.1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndərilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar "Azneft") təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi. 1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbaycandan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I Sovetlər qurultayı Azərbaycan SSR-in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) seçildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağamalıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icraedici hakimiyyət orqanı - Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər.1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdi. 1921-ci ildə "Müsavat", "İttihad", "Əhrar" partiyalarının qanundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə artırdı. 


Yüklə 25,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin