İqtisadi amillər:
kollektivin ümumi nəticəsinə görə mükafatlandırılması;
ayrılıqda hər bir işçi üçün fərdi qaydada pul və digər maliyyə resursları ilə mükafatlandırılması və s.
işçilərin istirahət hüquqlarının yüksək təminatı;
sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması;
təhsil və ixtisas səviyyəsinin, müasir bilik və bacarıqların artırılmasının stimullaşdırılması və dəstəklənməsi.
Qeyd etmək lazımdır ki, əmək məhsuldarlığının yüksəldilməsinin ehtiyatları tükənməzdir, bu və ya digər formada və müəyyən kəmiyyət nisbətində təkrar olunur. Bu, bilavasitə, elmi və texnoloji yeniliklərin rasional səviyyədə tətbiqinin fasiləsizliyi ilə bağlıdır. Elə bu səbəbdən də yeni texnika və texnologiyaların əsaslandırılmış tətbiqi istehsalın inkişafı və əmək məhsuldarlığının dinamika və səviyyəsinin artırılmasının həlledici amili hesab olunur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, yeni maşın və mexanizmlərin,istehsal avadanlıqlarının tətbiqi, mütərəqqi material növlərinin istifadəyə verilməsi, yeni texnoloji istehsal üsul və qaydaların tətbiq edilməsi - bütün bunlar istehsalın səmərəli inkişafı və məhsul istehsalında əmək tutumunun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması üçün ciddi əsasdır.
Qeyd olunan zəruri tədbirlərin həyata keçirilməsinin səmərəliliyi isə, ilk növbədə, işçilərin ixtisas səviyyəsini, yeni bilik və bacarlqlarını artırmadan mümkün deyil.
Əmək məhsuldarlığına təsir edən amilləri və onun yüksəldilməsi ehtiyatlarını müəyyənləşdirən zaman iş vaxtından istifadə səviyyəsinin təhlilinin də xüsusi əhəmiyyəti qeyd edilməlidir. Məhsuldarlığın artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri də, əlbəttə ki, iş vaxtı itkilərinin azaldılması və minimuma endirilməsidir.
İş vaxtı itkiləri iki istiqamət üzrə təsnifatlaşdırılır: bütün günü və növbədaxili iş vaxtı itkiləri.
Dostları ilə paylaş: |