Нарисовать таблицу (Draw Table) – Таблицы и границы (Tables and Borders) panelindən istifadə edərək cədvəl çəkmək üçündür.
Вставить (Insert) menyunun bölmələrinə uyğun olaraq cədvəl (Таблица (Table)), sətir (Строки (Rows)), sütun (Столбцы (Columns)) və xana (Ячейки (Cells)) daxil etmək üçün istifadə edilir. Alətlər paneli vasitəsilə cədvəl daxil etmək üçün düyməsindən, Excel cədvəli daxil etmək üçün isə düyməsindən istifadə olunur.
Удалить (Delete) – menyunun bölmələrinə uyğun olaraq cədvəl (Таблица (Table)), sətir (Строки (Rows)), sütun (Столбцы (Columns)) və xanaların (Ячейки (Cells)) silinməsi üçün istifadə edilir.
Qeyd edək ki, cədvəlin içindəki məlumatların silinməsi üçün klaviaturadan Del, sətir, sütun, xana və cədvəlin silinməsi üçün isə onları qeyd edib, Backspace düyməsini basmaq lazımdır.
Выделить (Select) kursorun olduğu sətrin, sütunun, xananın, cədvəlin seçilməsi üçün nəzərdə tutulmuşdur.
Объединить ячейки (Merge Cells) əmri cədvəlin qeyd olunmuş bir neçə xanasını birləşdirmək üçündür.
Разбить ячейки (Split Cells) əmri cədvəlin qeyd olunmuş bir və ya bir neçə xanasını bir neçə xanaya bölmək üçündür.
Разбить таблицу (Split Table) cədvəlin iki cədvələ bölünməsini təmin edir.
Автоформат таблицы (Table Autoformat) – hazır cədvəl formatlarının cədvələ tətbiq edilməsi üçündür.
Автоподбор (Autofit) – cədvəldəki informasiyaya görə cədvəlin sütunlarının eni, pəncərənin eninə görə cədvəlin eni, sətir və sütunların ölçülərinin eyniləşdirilməsi və s. aiddir.
Заголовки (Heading Rows Repeat) – çoxsəhifəli cədvəllərdə birinci sətir başlıq kimi seçilir və başlıq bütün səhifələrdə cədvəlin birinci sətri kimi əks olunur.
Преобразовать (Convert) – cədvəli mətnə, mətni isə cədvələ keçirmək üçün istifadə edilir.
Сортировка (Sort) – cədvəldəki informasiyanı sütun boyu əlifba sırasına görə, artma və azalmaya görə çeşidləməyə imkan verir.
Формула (Formula) əmrini yerinə yetirməklə açılan dialoq pəncərəsində müxtəlif funksiya və düsturları daxil edərək hesablamalar aparmaq mümkündür.
Отображать/Скрыть сетку (Show/Hide Gridlines) – cədvəlin çapda görünməsi nəzərdə tutulmayan xətlərini gizlətməyə və ya ekranda əks etdirməyə imkan verir.
Свойства таблицы (Table Properties) – cədvəlin sətir və sütunlarının ölçülərini əl ilə daxil etmək, mövqeyini təmin etmək və s. bu kimi parametrlərini təyin etmək üçün istifadə olunur.
Nəticə
Müasir informasiya texnologiyalarının əsasını təşkil edən kompüter texnikası insan fəaliyyətinin bütün sahələrinə nüfuz edərək insanların yaradıcılıq imkanlarını əhəmiyyətli dərəcədə artırır.Müasir dövrdə istifadə olunan programlardan biri olan Microsoft Word - güclü mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür.
İstifadə olunan ədəbiyyat
1.Qasımov V.Ə., Məmmədova A.G. İnformatika və kompüter texnikası. Tədris proqramı. Bakı. MTN Akademiyası. 2004, - 12 s.
2.Əmirov Z.M. Microsoft Office Word 2003 sisteminin əsasları. Dərs vəsaiti. Bakı, MTN Akademiyasının nəşriyyatı. 2008, - 194.
3.İNFORMATİKA + Video Dərslər Sübhan Musayev
Dostları ilə paylaş: |