Referatın adı: Doza haqqında anlayış,dərman maddələrinin təkrari qəbulu və onun əhəmiyyəti



Yüklə 15,29 Kb.
tarix01.01.2017
ölçüsü15,29 Kb.
#4131
növüReferat
Universitet: Azərbaycan Tibb Universiteti

Fakültə:

Qrup:

Tələbə:

Fənn: Farmakologiya

Referatın adı: Doza haqqında anlayış,dərman maddələrinin təkrari qəbulu və onun əhəmiyyəti.



Doza haqqında anlayış,dərman maddələrinin təkrari qəbulu və onun əhəmiyyəti.

Dərmanların təhlükəsiz,effektiv və səmərəli istifadəsi ilk növbədə dəqiq dozalanmanın aparılmasını tələb edir.Dozalanma ,böyük adamlarda bir qayda olaraq standart bədən çəkisinə (70 kq hesab olunur) görə aparılır.Bu cür dozalanma prinsipi çəki artıqlığı,xüsusən də patoloji dərəcədə kök olan şəxslərdə optimal effektin alınmasına təminat vermir.Odur ki,bu şəxslərə dərman maddəsi bir dəfəyə təyin olunduqda və ya qısa kursla verildikdə dərmanın miqdarı xəstənin həqiqi bədən çəkisinə görə deyil,yağsız bədən çəkisinə görə hesablanmalıdır.İnsanın yağsız bədəd çəkisi aşağıdakı şəkildə hesablanır:

İBÇ = ( 1 – yağ fraksiyası ) x HBÇ

Düsturda verilmiş yağ fraksiyası aşağıdakı formulla hesablanır:

YF x 100 = 90 – 0,8 ( boy,sm – bel çevrəsi,sm )

Dərman müalicəsinin müddəti uzanarsa və ya preparatın lipofilliyi yüksəkdirsə dozalanma həqiqi bədən çəkisinə görə hesablanmalıdır.

Bütün hallarda yüksək müalicəvi effektə təminat olması üçün,təyin olunan dərman maddəsinin müvafiq şəxs üçün fərdi istifadə dozası (FİD) müəyyənləşdirilməlidir.Dərman maddələrinin fərdi istifadə dozaları aşağıdakı üsulla hesablanır:

FİD x 70 = DİD x HBÇ ( və ya İBÇ )

Dərman maddəsinin istifadə dozası 140 mq-dırsa,çəkisi 100 kq olan xəstəyə onu 200 mq,50 kq olan xəstəyə isə 100 mq dozada təyin etmək lazımdır.

Xarakter və gedişindən asılı olmayaraq,xüsusən,orqanik patologiyalar zamanı müalicəvi effekt almaq üçün,istifadə olunan dərman preparatları orqanizmə təkrari olaraq yeridilir.Təkrari qəbulda dərman maddələrinin təsir effekti arta və ya azala bilər.Effektin yüksəlməsinə dərman maddələrinin sensibilizəedici və ya kumulyativ (orqanizmə toplanması) təsir xüsusiyyətləri səbəb olur.Birinci halda qəbul olunan dərman maddəsinə qarşı orqanizmin həssaslığı artdığından effektin qüvvətlənməsi halı müşahidə edilir.Odur ki, arzuolunan terapevtik effektin saxlanması üçün aparılan müalicə müvafiq preparatın istifadə dozasının getdikcə azaldılaraq tədricən kəsilməsi prinsipinə əsaslanır.Bəzən sensibilizasiya halının intensivlik və xarakteri müvafiq preparatların ilkin qəbul dozaları fonunda belə qeyri-spesifik və toksiski effektlərin meydana çıxması baxımından orqanizm üçün çox ciddi təhlükə törədə bilər.Bu halda,dərman maddələrinin qəbulu dərhal dayandırılmalı,lazım gəldikdə isə detoksikasiya tədbirləri həyata keçirilməlidir.

Kumulyativ təsirin iki növü vardır.Maddi kumulyasiya – yəni maddələrin özünün orqanizmdə toplanması (məs. ürək qlikozidləri,yuxugətirici maddələr) və funksional kumulyasiya.Sonuncuda orqanizmdə maddənin yox,onun effekti toplanır (məs. etanol və MAO-nun inhibatorları).

Bəzi dərman maddələri (hipotenziv preparatlar,işlədici maddələr,narkotik analgetiklər və s.) uzun müddət qəbul etdikdə ilkin doza effektinin getdikcə azalması və hətta itməsi halı müşahidə oluna bilir.Buna tolerantlıq deyilir.Odur ki,tolerantlıq halı baş verdikdə əvvəlki effekti almaq üçün dərmanın dozasının getdikcə artırılması lazım gəlir (məsələn, opioid analgetiklərin mütəmadi qəbulu zamanı onların ağrıkəsici təsirinin zəifləməməsi üçün dozalarını getdikcə artırmaq lazımdır).Eyni qrupdan olan bir dərman maddəsinə qarşı tolerantlıq yarandıqda,bu qrupun digər nümayəndələrinə qarşı da tolerantlıq baş verir.Buna çarpaz tolerantlıq deyilir.

Bəzi şəxslərdə əvvəllər qəbu etmədiyi dərman maddəsinin ilkin dozasına belə tolerantlıq müşahidə edilə bilər.Buna fərdi tolerantlıq deyilir.

Tolerantlıq başvermə mexanizminə görə 2 qrupa ayrılır

1.Farmakokinetik və ya biokimyəvi tolerantlıq.

2.Farmakodinamik və ya hüceyrə tipli tolerantlıq.



Tolerantlıq çox sürətlə baş verərsə, buna taxifilaksiya deyilir.İn vivo təcrübələrində aqonist təsirli dərman maddələrinin təyini zamanı sürətlə meydana çıxan tolerantlıq,yəni kəskin tolerantlıq,taxifilaksiya adlanır.Desensiblizasiya-in vitro (izolə olunmuş orqanlarda) təcrübələrində aqonist maddələrin təsirindən 1 saniyədən 1 neçə saata qədər davam edən qısa müddət içərisində hədəf hüceyrələrin verdiyi reaksiyanın ( dolayısı desək,dərmanın effektinin ) azalmasını ifadə edir.
Yüklə 15,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin