Rəhim Əliyev



Yüklə 2.86 Kb.
PDF просмотр
səhifə1/39
tarix10.07.2017
ölçüsü2.86 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   39

 
1
 
 
 
CƏFƏR  CABBARLI  FONDU 
 
 
 
 
Rəhim Əliyev 
 
 
 
 
 
ƏDƏBİYYAT 
NƏZƏRİYYƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – Mütərcim – 2008 

 
2
 
 
Kitab C.Cabbarlı fondu Böyük Elmi Şurasının  
21.09.2008 tarixli qərarı ilə çap olunur. 
 
 
 
 
Redaktoru:                          filologiya elmləri doktoru  Nazif Qəhrəmanlı 
 
Üz qabığının tərtibatçısı:    Asim Mövsüm oğlu Məmmədzadə 
 
 
 
 
 
 
 
Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008. – 360 səh. 
 
 
 
 
Tənqidçi Rəhim  Əliyevin bu kitabı onun Mədəniyyət və  İncəsənət 
Universitetində dediyi mühazirələr  əsasında hazırlanmışdır.  Əsərdə marksist 
nəzəriyyə ehkamlarından imtina edilir, klassik filologiyanın və semiotikanın elmi 
prinsipləri  əsas götürülür. Kitabın orijinal cəhəti nəzəriyyə kursuna ədəbi  əsərin 
təqdimi ilə yanaşı, sözün, obrazın, mifin, yazı dilinin nə  mətn nəzəriyyəsinin, 
dilin mənşəyinin izahı ilə bağlı problemlərin də daxil edilməsidir. Əsər tələbələr
müəllimlər, filosof və dilçilər, nəzəriyyəni öyrənənlər və sevənlər üçün nəzərdə 
tutulmuşdur. 
 
 
 
 
 
Ə
08
46
026
4603000000

 
 
 
© R.Əliyеv, 2008 
 

 
3
 
İÇİNDƏKİLƏR 
  
Müəllifdən................................................................................................
....

Ədəbiyyat nəzəriyyəsinin predmeti və başqa fənlərlə əlaqəsi.......
...
...
...
.
...
11 
 
I FƏSİL 
ƏDƏBİYYAT HAQDA ELMİN QISA TARİXİ.......................
...
.....
...
.15  
1.1. Ədəbiyyatşünaslığın yaranma tarixi...................................................15 
1.1.1. Praktik ədəbiyyatşünaslıq................................................................15 
1.1.2. Nəzəri ədəbiyyatşünaslığın yaranması........................................
.....
16 
1.2. Ədəbi şərh problemi və onun janrları .....................................
....
...
.....
17 
1.3. Ədəbi mətnlərin şərhi (anlama) və qiymətləndirməsi tarixi...............22 
1.3.1. Mətn bilgisinin fərdiliyi və şərh problemi.......................................22 
1.3.2. Ədəbi mətnlərin ictimai dünyagörüşləri baxımında şərhi  
problemi.....................................................................................................23 
1.3.3. Monoteist kanonizasiya ədəbi mətnlərin ilk sosial şərhi  
forması kimi...............................................................................................25 
1.3.4. Missionerlik dini mətnlərin ümumbəşəri sosial utopiya  
kimi şərhidir...............................................................................................26  
1.3.5. Dərsliklər və müasir təhsil sosial dünyagörüşünün konkret 
mərhələsinin kanonizasiyası kimi..............................................................27 
1.3.6. Ədəbiyyatşünas konkret təhsil kanonları ilə bağlı  
dünyagörüşünün və aktual şərh terminologiyasının daşıyıcısı kimi..........29 
1.4. Ədəbi şərhin dindən ayrılması. Maarifçi şərhin qısa tarixi..............
...
30 
1.4.1. Ədəbi şərhin dindən ayrılması.........................................................30 
1.4.2. İntibah .............................................................................................31 
1.4.3. Maarifçilik epoxası ............................................................
...
..
...
...
..
.32 
1.4.4. Maarifçi ədəbi şərh kanonları və onların əsas tarixi formaları  
(ədəbi epoxalar).........................................................................................36 
1.4.5. Klassisizm epoxası.........................................................................
..
36 
1.4.6. Sentimentalizm..........................................................................
..
..
...
39 
1.4.7. Millətçilik və romantik ədəbi millətçilik.........................................40 
1.4.8. Romantizm epoxası.......................................................................
...
42 
1.4.9. Maarifçi realizm...........................................................................
....
44 
1.4.10. İslam maarifçiliyi...........................................................................45  
1.5. Tənqidi realizm epoxası......................................................................47 
1.6. XIX-XX əsrdə realizmin inkişafı və tipləri.................................
...
..
...
48  
1.6.1. Naturalizm....................................................................................
....
48  
1.6.2. Simvolizm. Magik, fantastik və mistik realizm...............................50 

 
4
1.6.3. Sosialist realizmi və rəsmi ədəbiyyat anlayışı.................................52 
1.7. Ədəbi şərhin elmi məktəbləri...........................................................
...
55 
1.7.1. Mifoloji məktəb. Komparativizm................................
...
......
...
.......
..
55 
1.7.2. Bioqrafik məktəb.............................................................................59  
1.7.3. Mədəni-tarixi məktəb...................................................................
...
.60 
1.7.4. Ədəbiyyatşünaslıqda sosiologizm və estetçilik....................
...
....
....
.61  
1.7.5. Marksist məktəb..........................................................................
....
.64 
1.7.6. Psixoloji məktəb..............................................................................68  
1.7.7. Freydist məktəb...............................................................................71 
1.7.8. Strukturalizm...................................................................................76 
 
II FƏSİL 
SÖZÜN, MİFİN VƏ YAZI DİLİNİN ORTAQ MƏNŞƏYİ 
Dil nədir? .................................................................................................83 
2.1. Sözün tarixçəsi. İnstinktiv və sosial söz..................................
...
....
....
.83  
2.2. Təfəkkürün sözü identifikasiya xassəsi və şifahi ləhcələrin  
mənşəyi......................................................................................................91 
2.3. Söz yazısının mənşəyi və qısa tarixi...................................................95  
2.4. İbtidai söz yazısının və şifahi nitq qabiliyyətinin qarşılıqlı  
təsiri haqqında........................................................................................
...
.98 
2.5. Yazılı söz şifahi sözün identikliyinin əsası və təminatı kimi........
...
.105 
 
Kitab dili 
2.6. Sosial, dini və ədəbi tərəqqidə fonetik yazının rolu......................
....
109 
2.7. Yazılı dil və mətn anlayışı................................................................114 
2.8. Söz-işarəsinin yaddaşı sistemləşdirmə potensialı. Əzbər (yazılı)  
söz sıralarının yaddaşda dünyanın virtual obrazını yaratmaq xassəsi.
.....
119 
2.9. Söz-mif. Onun mifliyi və mistikliyi, obyektliyi və subyektliyi........122  
2.10. Fonetik dil söz, güc və varis hakimiyyətinin mənbəyi kimi...........130 
2.11. Qədim dillər və xalqlar haqda........................ .............................
...
113 
2.12. Mətnlərin kanonikləşdirilməsi anlayışı. Mətn mədəniyyətinin 
vahidliyi və fasiləsizliyi...........................................................................140 
2.13. Monoteizm və qədim ədəbi dillər. Fars dili problemi.................
....
146 
2.14. Klassik Azərbaycan ədəbi dili........................................................152 
2.15. Qədim və milli ədəbi dillər appozisiyası. Milli kilsə anlayışı.
...
.
....
155 
 
III FƏSİL  
DÜNYANIN ƏDƏBİ SÖZ VƏ MƏTNLƏ FƏRDİ QAVRAYIŞI.....158 
3.1. İşarə, söz və obrazı qavrayışın identifikasiya fərdiliyi............
....
..
....
158 
3.2. Fərdi bədii söz və onun bədii qıcıqlandırıcılıq imkanları.................162 

 
5
3.3. Söz – mİf və ilk ədəbi obraz kimi......................... ...........................165 
3.3.1. Birinci mif. Totem ata, başçı, pəhləvan döyüşçü, qələbə gətirən  
hərb Allahı mifi....................................................................................
....
166 
3.3.2. Birinci mif dində. Qoruyucu və hərbi qələbə gətirən Allaha  
qurbankəsmə mifologiyası .............................. .......................................169 
3.3.3. İkinci mif. Ana, qida, məhsuldarlıq, doğulma, yaranma,  
astronomik təqvim və səbəbiyyət mifi.....................................................171 
3.3.4. Üçüncü mif. Ölüm – itməyən hərəkət-iradə, əbədi ruh mifi.....
....
.174 
3.3.5. Söz işarənin fərdi yaddaşda mifləşmə və mistikləşmə  
xassəsi. İtməyən ruh mifologiyası.......................................................
....
.177 
3.4. Fərdi ədəbi yaradıcılıq mifyaratmanın üçüncü mərhələsi kimi...
......
184 
 
IV FƏSİL  
ƏDƏBİYYAT NƏDİR? ONUN PREDMETİ VƏ TARİXİ  
FUNKSİYALARI................................................................................
...
189 
4.1. Dünyanın ədəbi təsviri ilk yazılı mətnlərlə başlanır.........................189  
4.2. Kanonik mətnlər müasir mətn mədəniyyətinin və ədəbi  
mətnin ilk formasıdır.......................................................................
...
...
...
190 
4.3. Müqəddəs mətnlərin çoxfunksiyalılığı.............................................194 
4.4. İntibah dövrünə qədər dini müəllif yaradıcılığı anlayışı..............
....
.196  
4.5. Fərdi müəllif yaradıcılığı anlayışı. Kütləvi müəllifliyin peşəyə 
və biznesə çevrilməsi...............................................................................200 
4.6. Müəllif yaradıcılığı və folklorun mənşəyi...............................
...
..
....
.202 
4.7. Ədəbiyyatın predmeti....................................................................
....
205 
4.7.1. Allah mifləri dini ədəbiyyatın predmeti kimi................ ...............205 
4.7.2. Fərdi müəllif mifləri dünyəvi ədəbiyyatın predmeti kimi......
....
.
...
208 
4.8. Ədəbiyyatın funksiyaları..............................................................
...
..211 
 
V FƏSİL 
ƏDƏBİ ƏSƏR DÜNYANIN HADİSƏVİ OBRAZI KİMİ.............
....
214 
5.1. Ədəbi söz..........................................................................................214 
5.1.1. Sözün obrazlıq xassəsi və ədəbi növlər.........................................214 
5.1.2. Müəllif sözü...................................................................................219 
5.1.3 Qəhrəmanların dili ilə müəllif sözü. Dialoq və replika..........
...
..
...
.222 
5.1.4. Ədəbi mətnin dil xüsusiyyətləri.....................................................228 
5.2. Ədəbi obraz....................................................................................
...
238 
5.2.1. Ədəbi obraz söz sırası kimi.......................................................
....
.238 
5.2.2. Ədəbi obrazın konkretlik iddiası və onun şərtiliyi.....................
...
.240 
5.2.3. Ədəbi obrazın məkan və zaman hüdudsuzluğu.....................
....
.
....
243 
5.3. Ədəbi obrazın dünyanı göstərən növləri...........................................248 

 
6
5.3.1. İnsan obrazı...............................................................................
..
..
.
249 
5.3.2. Dünyanı obyekt kimi göstərən obrazlar.........................................251 
5.3.3. Dünyanı proses kimi göstərən obrazlar...................... ...........
...
..
...
253 
5.3.4. Müəllif və obraz. Tendensiyasına görə ədəbi obrazın növləri.......256 
5.4. Ədəbi əsər obraz sırası kimi.......................................................
....
.
..
260 
5.4.1. Ədəbi əsərin obraz təbiəti və bütövlüyü anlayışı...........................260 
5.4.2. Ədəbi əsərin obraz sırası kimi qurulması. Süjet və kompozisiya..263 
5.5. Ədəbi əsərin tarixiliyi. Növlər və janrlar .........................................268  
5.5.1. Lirik növ və onun mənşəyi....................................................
...
..
....
268 
5.5.2. Lirik təhkiyənin əsas əlamətləri.....................................................271 
5.5.3. Heca vəzni və onun əsas lirik şəkilləri ......................................
....
276  
5.5.4. Əruz vəzni və onun əsas variantları...............................................281 
5.5.5. Müasir poeziyada formanın şərtiliyi..............................................286 
5.5.6. Epik növün tarixində mətnbilmə yaddaşının rolu: folklor  
və janr anlayışı.........................................................................................288 
5.5.7. Epik təhkiyənin tarixi. Yazılı və şifahi ədəbi mətnlərin  
müstəqil təkamül yolu...........................................................................
...
293 
5.5.8. Epik təhkiyə formaları və onların ümumi mifik  
mərasim mənşəyi.....................................................................................298 
5.5.9. Mərasim və dram, onun janrları.................................................
....
302 
 
VI FƏSİL 
ƏDƏBİ ƏSƏRİN YARADILMASI VƏ ƏDƏBİ PROSESƏ  
DAXİL OLMASI........................................................................
....
....
....
312 
6.1. Kitab, nitq və fərdi mətnyaratmanın ayrılmazlığı........................
...
..312 
6.2. Mətnyaratma və ədəbi mətnyaratmada kod və variant 
münasibətləri.......................................................................................
.....
318 
6.3. Ədəbi mətnin və kitabın kodluğu..................................................
....
322 
6.4. Ədəbi əsərin yaradılması prosesində kitabın, mətnin və nitqin 
variantlığı ................................................................................................325 
6.5. Ədəbi variantyaratmanın üsulları...................................................
...
331 
6.6. Ədəbi variantyaratmanın tarixi-psixoloji mərhələləri...................
....
336 
6.7. Yaradıcı şəxsiyyət. Ədəbi mətnyaratmanın fərdi xüsusiyyətləri...
.
..342 
6.8. Ədəbi variantyaratmanın milli fərdiliyi............................................346 
6.9. Ədəbi əsərin yaradılmasının tarixi konkretliyi və bədiiliyi anlayışı.349 
6.10. Ədəbi mühit, ədəbi proses və dünya ədəbi prosesi.........................354 
 
 

 
7
MÜƏLLİFDƏN 
 
İki il əvvəl dostlardan biri mənə Mədəniyyət və İncəsənət Universi-
tetində ədəbiyyat nəzəriyyəsindən mühazirə deməyi təklif etdi. Bu təklif-
dən oxucunun əlində tutduğu bu kitab yarandı. Ona görə bu təklifi edənlə-
rə öz minnətdarlığımı bildirirəm. Cavanlıqda nəzəriyyə ilə həmişə imkan 
daxilində, yaxşı kitablar düşdükcə  məşğul olurdum. Amma yaşlaşdıqca 
ədəbiyyata dair öz qənaətlərin sabitləşir və başqa nəzəriyyəçilər adama bir 
qədər darıxdırıcı görünür. 
Mühazirələr məni nəzəriyyəyə qaytardı. Bütün kursu demək sistem-
li bir plan-proqram tərtibini tələb edirdi. Onu hazırlayandan sonra 2006-cı 
ilin noyabrından kitabı yazmağa başladım. Amma başlayandan bir şey mənə 
aydın idi: mən dərslik yazmırdım.  Ədəbiyyatın nə olduğu barədə öz əsərimi 
yazırdım. Həm də mühazirələr üçün düzəltdiyim plan əsasında yazırdım.  
Nəticəsi ortadadır.  
Bu kitaba ənənəvi  ədəbiyyat nəzəriyyəsi dərsliklərinə daxil olma-
yan problemlər daxil oldu. Ənənəvi dərsliklər əsasən ədəbi əsərin tarixini 
əks edən terminləri sistemləşdirirdi. Bu kitabda isə elmi struktur başqadır. 
Dilin mənşəyi, yazılı dil nəzəriyyəsi, yazılı mətn mədəniyyətinin vahidliyi 
və s. Bur sözlə bu kitab dərslik deyil, nəzəriyyəni sevənlər və öyrənənlər 
üçündür. Mən ədəbiyyatın nəzəriyyəsini bütün fasiləsiz yazılı mətn mədə-
niyyətindən, onun tarixi təkamülündən ayırmadım.  Əslində bu mümkün 
də deyil. 
Bu kitabın nəzəri əsasları sözün və dilin işarəvi təbiəti haqqında se-
miotikanın adi müddəalarına  əsaslanır. Ona görə onun adına “semiotik” 
sözünü əlavə etmədim. Strukturalistlərin axetip, metadil, obrazın quruluşu 
kimi təqdim etdikləri hadisələrin hamısını mən sözün və obrazın tarixiliyi 
prizmasından izah etmişəm. Müxtəlif milli ədəbiyyatlarda təkrarlanan və 
bir-birinə bənzəyən hadisələrin hamısını mən ya tarixi əlaqələrin nəticəsi, 
ya da ədəbi inkişafın təkrarlanan milli variantları sayıram. Bu əlaqələrin 
bir kökü də yazılı fonetik dillərin və mətn mədəniyyətinin müştərək tarixi 
ilə bağlıdır. Biz obrazların milli variantlarının yazı  mədəniyyətinin təka-
mül tarixi ilə bağlılığını görməyə bilərik. Amma nəzərə almalıyıq ki, bu 
bağlılıq həmişə vardır. Hələ Avropa maarifçiləri fonetik yazıya əsaslanan 
Qərb və Şərq sivilizasiyasını müxtəlif qütblər kimi təqdim ediblər. Lakin 
bu qədim tarixi olan uydurma mifdir. Fonetik yazı  mədəniyyəti və onun 
bazasında yaranmış  ədəbi mədəniyyət öz kökləri cəhətdən bir mədəniy-
yətdir: bu kök fonetik yazıdır. 
Ədəbiyyatın təbiəti sözün təbiətindən və xassələrindən ayrılmazdır. 
Söz nədir, o necə yaranıb? Söz yazıdan yaranıb və yazıdan  əvvəl ortada 

 
8
ola bilməzdi.  Ənənəvi dilçilik sözü mənaların, məfhumların və  şeylərin 
işarəsi, adı sayırdı. Lakin belə deyildir. Əvvəla, sözlərin mətn ənənəsindən 
kənarda heç bir mənası yoxdur. Söz – məna kodları mətndə olan və mətn-
də açıla bilən bir işarədir. Sözü forma kimi, qrafik işarə sırası kimi bilmək 
onun mənayaratma funksiyasını bilməklə nəticələnmir. 
İkinci tərəfdən sözlər  şeylərin işarəsi deyildir. Şeylər konkretdir. 
Sözün, hətta şəxs adlarının da konkret ünvanı yoxdur. Bir adı bir sinifdə 
belə bir necə adam daşıyır. Bəs sözlər şeylərin işarəsi deyilsə nəyin işarə-
sidir? Sözün işarə etdiyi predmet maddi dünyada yoxdur, ancaq dil daşıyı-
cılarının yaddaşındadır. Sözlər ancaq yaddaşdakı yazılı işarələrin, şəkillə-
rin və digər maddi işarənin adıdır. Yəni söz işarənin işarəsidir, ikinci siqnal 
sistemidir. Təsviri, maddi və nəhayət qrafik yazıdan əvvəl heç bir söz və heç bir 
dil ola bilməzdi. İbtidai insan fonetik sözün nə olduğunu, söz ünsiyyətinin nə 
olduğunu bilmədən yazıl işarələrdən azı yüz min il istifadə edib. 
Yalnız yazı işarələrinə verilən ad kimi fonetik səs qovuşuqlarından 
istifadə ediləndə söz ortaya çıxıb və ondan digər işarələrdən biri kimi və 
bu işarələrlə bir sırada istifadə olunmağa başlayıb. Sözün mənşəyinin heç 
bir digər ağlabatan izahı mümkün deyil. Yazı işarələrinə fonetik işarələrin 
ad kimi verilməsi və onlardan istifadənin genişlənməsi söz ünsiyyətinə 
doğru ilk addımlar olmuşdur. Yazılı işarələrdən istifadə artdıqca, insan on-
ları yadda saxlayıb tanımağa öyrəndikcə bu işarələrin -- ikinci sıra fonetik 
işarə-adlarının da sayı artıb və onlardan şifahi istifadə edənlər bir sinif, pe-
şə adamları kimi meydana çıxıblar. Sözdən istifadə ilə qədim adamlar qul-
dara çevriliblər, mülkiyyətçi ola biliblər və böyük hakimiyyət qazanıblar. 
Məhz söz dilindən istifadə edənlər yer kürəsindəki insan sürülərinə nisbə-
tən ilk sivil adamlar idi, müasir mənada insanlar idilər. 
İnsanlıq  şüurunun mənbəyi və ayrılmaz atributu söz ünsiyyətini 
bilmək idi. Xalqlar dil ünsiyyətini növbə ilə son 15-18 min ildə öyrəniblər. 
Ondan əvvəl isə insan deyildilər. 
Sözün digər saysız –hesabsız işarələrdən iki əsas fərqi var: birinci, 
sözün digər işarələrə xas olmayan məxsusi maddi forması var: o, ani 
olaraq səslənib itən səs qovuşuğudur (siqnalıdır). Sözün əsas unikallığı da 
budur. Dikər maddi işarələrdən fərqli olaraq söz işarəsini gəzdirmək üçün 
maddi qabığa və qaba ehtiyac yoxdur. Söz işarəsinin məkanı yaddaşdır.  
İkincisi, söz həm də qrafik yazı  işarəsinin işarəsidir. Sözün işarə 
kimi heç bir konkret maddi obyekti yoxdur. Sözlərin bildirdiyi obyektlər 
insanların yaddaşında olan fərdi psixi obraz-işarələrdir. Ona görə sözün 
maddi dünyaya aidiyyəti yoxdur. Maddiyyata aid olan fərdi yaddaşdakı 
obrazlardır. Yaddaş obrazları dünyaya aiddir, mütləq konkret şeylərlə 
bağlıdır, qavrayış  vərdişinin nəticəsidir. Söz obrazın predmeti isə yalnız 

 
9
fərdi psixi fakt kimi mövcud ola bilən, tək-tək başlarda olan yaddaş obraz-
ları, bu obrazların müxtəlif növləri və kombinasiyalarıdır. Ona görə sözün 
ənənəvi formulundan: işarə edilən və işarə edən formulundan imtina edil-
məlidir. Əslində heç bir söz üçün konkret, bir nüsxəli işarəedilən, obyekt 
göstərmək olmaz. Çünki belə sözün mətndə işlətmək üçün mənası olmur. 
Lakin söz adi qrafik işarənin yox, görmə ilə çoxlu adamın öz yadda-
şında identifikasiya edilə bildiyi işarələrin işarəsidir. Yazıdan istifadə in-
sanlarda  şeylərin qrafik obraz-işarələrini tanımaq qabiliyyəti yaratmışdı. 
Bu birinci siqnal sistemi idi: eyni cinsli şeylər çoxluğunu onların qrafik 
maddi şəkil-işarəsi vasitəsi ilə tanımaq qabiliyyəti. Söz və söz identifika-
siyası bu birinci qabiliyyət yüksək dərəcədə inkişaf etdikdən sonra insan 
yaddaşının vərdişlərindən biri kimi formalaşıb. 
Söz həm sosial, həm də psixi hadisə kimi formalaşıb. Sözün so-
siallığı onun təyinatca çox adamın istifadəsi yolu ilə meydana çıxmasıdır. 
Sözün psixoloji təbiətli olması onun hər fərdin başında onun öz məxsusi 
fərdi vərdişi kimi yaranmasıdır. Sözün bu ikili təbiəti insanların sözbilmə 
yaddaşında və vərdişlərində böyük fərqlər yaradır və bu fərqlər nəticəsin-
də yazılan və tələffüz olunan hər bir söz cırası və mətn variant olur. Söz 
sırasının variantlığı bir tərəfdən onun kollektiv istifadədə olan işarə sırası 
təbiətində olmağıdır.  İkinci tərəfdən isə  hər bir yazılı  və  şifahi mətn va-
riantı fərdi psixi fəaliyyətin məhsulu kimi bir nüsxəli, orijinal və unikaldır. 
Beləliklə  mətndə ola bilən orijinallıq və  bədiilik, yəni bir nüsxəlilik 
əlamətləri mətn yaratma aləti olan başların və fərdi yaddaşların bir nüsxəli 
olmasındandır. Hər bir mətnin variantlığı isə onun yaddaşlara məlun olan 
mətnlərin – şərti işarələr sırasının operativ kombinasiyası olmasıdır. 
Hələ  tələbəlik illərində iki məsələ  məni ayrı-ayrılıqda düşündü-
rürdü. Birinci, dilin mənşəyi idi və bu barədə tələbə referatı da yazmışdım. 
Sonralar uşaqlarımın dilaçma prosesini gündəliklərimdə qeyd edirdim. 
İkinci məsələ isə eyni fikirlərin dildə müxtəlif variantlarda öz əksini tap-
ması, lakin buna adilik kimi diqqət yetirilməməyi idi. Bu kitabı yazanda 
mən dəfələrlə dilin mənşəyi ilə bağlı  məsələləri  şərh edirəm və  hətta 
müəyyən təkrarlara yol verdiyimi də hiss edirəm. Kitabın sonuncu “Ədəbi 
əsərin yaradılması” fəslini yazanda isə mən ikinci məsələnin də cavabını 
özüm üçün aydınlaşdırdığımı hiss etdim. 
Dilin mənşəyini  şərh edəndə  mən bütün hallarda olduğu kimi 
Ç.Darvinin təkamül nəzəriyyəsi mövqeyindəyəm. Dilin yaranma tarixini 
anlamaq üçün yazını və insanın şifahi ünsiyyət vərdişini bir-birindən ayır-
maq lazımdır. Yazı, dövlət, xüsusi mülkiyyət, quldarlıq hüququ fonetik 
yazıdan və şifahi danışıq vərdişlərindən azı yüz min əvvəl mövcud idi. Si-
vilizasiyanın əsasları – əkinçilik, dəniz ovçuluğu, monoqam ailə, təqvimi 

 
10
bilmə fonetik yazıdan və şifahi danışıqdan çox-çox qədimdir. Sonuncula-
rın tarixi isə beş-səkkiz min ildən artıq deyildir. Şifahi danışığın mənşəyini 
fonetik yazı ilə ayrılmaz şəkildə araşdıranda bu barədə aydınlıq hasil olur.  
Bu kitabda heç bir polemika, kimisə təkzib etmək, kiməsə əsaslan-
maq təşəbbüsü yoxdur. Bu kitab da ədəbiyyatın və yazılı dilin əsaslarını 
öz gördüyüm kimi şərh etməkdir. Bu da bir variantdır. Ona qiymət vermək 
isə elmin inkişafı ilə bağlı bir məsələdir. Ədəbiyyat elminin, idrak nəzə-
riyyəsinin, dilin təbiəti barədə elmin gələcək inkişafı bu kitabda yazılan-
ları təsdiq edə bilər. Amma inkar etməsi də istisna olunmur. Çünki elmi 
məktəblərin tərəqqisi və taleyi elmin özündən çox elmdən kənar amillərlə 
müəyyən olunur. 
 
Bakı, 02.09. 2008 
 
 
 
 
 
 

 
11
 
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə