Rəhim Əliyev



Yüklə 2.86 Kb.

səhifə14/39
tarix10.07.2017
ölçüsü2.86 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 
 
2.9. Söz-mif. Onun mifliyi və mistikliyi
 obyektliyi və subyektliyi 
 
Sözün və ondan doğan digər söz sıralarının işarəvi təbiəti adamların 
ondan istifadəsi zamanı paradoksal bir vəziyyət yaradır: insanlar əzbər 
bildikləri söz sıralarından və söz birləşmələrindən istifadə edərkən həmin 
sözləri, cümlələri özlərinə məxsus sayırlar. Heç kəs danışanda uşaqlıqdan 

 
123
öyrəndiyi sözlərdən avtomatik istifadə etdiyini, bütün danışdıqlarının 
variant olduğunu, təkrar olduğunu nəinki hiss etmir, hətta danışığı  və 
yazını öz yaradıcılığı, öz şəxsiyyətinin funksiyası sayır. Söz adamların 
ağzından çıxan kimi sanki müstəqil bir həyat və sosial status qazanır: onu 
söyləyən də ona öz iradəsini ifadə edən fakt kimi inanır. Eşidənlər də 
həmin sözü azı hərfi mənada və operativ nəticə verməli olan bir informasi-
ya kimi qəbul edirlər. Şifahi söz söylənən kimi yox olur, amma insanlar, 
məsələn hərbi qulluqçular, onu fakt kimi qəbul edir, ona şübhəsiz yanaşır 
və icra edirlər. Bu icra bəzən ölümə getmək əmri də ola bilər. 
Başqa bir misal: cavan oğlan istədiyi qıza yüz illərlə təkrar olunan 
sözlərlə eşq elan edir və bu halda deyir: “Mən cəni sevirəm”. Qız da bu 
sözlərə inanır, onları oğlanın iradəsinin ifadəsi kimi qəbul edir və heç şüb-
hələnmir ki, minlərlə adam onlardan da əvvəl bu sözlərdən istifadə edib və 
əslinə qalanda bu sözlərin səmimiliyinə şübhə etmək üçün böyük əsaslar 
vardır. Lakin adamlar sözlə belə eşq elan edilməsini adətən səmimi qəbul 
edirlər, ona səmimi də inanırlar.  
Üçüncü bir misal: müasir adamların da böyük bir hissəsi fiziki 
qanunları yaxşı bilsələr də, ruha, cinə, şeytana, damdabacaya və s. mistik 
şeylərə inanırlar. Bu inam nəyə  əsaslanır? Həmin adamlar sadəcə olaraq 
bu barədə uşaqlıqdan dəfələrlə eşidiblər və ya oxuyublar. Amma heç bir 
zaman onlara cin və  şeytan kimi mistik
6
 məfhumların arxasında real 
nəyinsə mövcudluğu sübut olunmayıb. Amma insanlar onlara inanırlar. 
Misallardan nəticə kimi deyə bilərik: mif (yunanca – söz, söhbət) – fərdi 
düşüncənin sözlərə və mətnlərə dəlil-sübutsuz inanmaq xassəsidir. Məsə-
lən, ədəbi və estetik qavrayış bütünlüklə söz və mətnlərə ( görümlü obraz-
lara) insan düşüncəsinin təbii bir inamı üzərində qurulur. Bir hekayəni 
oxuyan oxucu kitabı  əlinə alan kimi həmin  əsərə mif kimi yanaşır, ilk 
cümlədən orada yazılanları şərti də olsa, bir reallıq kimi qəbul edir. Bun-
suz ədəbi qavrayış, estetik hadisə yarana bilməz. Əslində, ədəbi və ümu-
miyyətlə, incəsənət  əsərləri ilə insanların təması  və ünsiyyəti, kontaktı 
fərdin düşüncəsinin təbii və  fərdi mifdüzəltmə ehtiyacına  əsaslanır. 
Yəni istənilən əsəri oxumaq, bədii əsərlə təmasa girmək fərdi düşüncənin 
onu sərti və gerçək bir reallıq kimi qəbul etmək və  həm də  həmişə 
könüllü,  şüurlu qəbul etmək hazırlığı ilə müşayiət olunur. Mifin insan 
təbiətindəki psixoloji əsası elə budur, fərdi düşüncənin, iradənin söz və 
mətnlərə dəlil-sübutsuz inanmaq xassəsinə əsaslanır. İnsanın belə inanmaq 
xassəsinin iki əsası vardır: 
                                                 
6
 Mistika deyəndə biz maddi mövcudluğu görünməmiş və sübut olunmamış dini və ədəbi 
məfhumları nəzərdə tuturuq. 

 
124
1.  İşarə  və  işarə  sırası olan söz və  mətnlərin yaddaşa siqnal kimi 
daxil olması ilə insan iradəsinə avtomatik təsir göstərmək, iradi köklü 
hərəkət və proseslərə nail olmaq xassəsidir.  İnsanın bu xüsusiyyəti onda 
dilin formalaşması, təkamülü boyu yaranmışdır və  təfəkkürdən, sözlə 
ünsiyyət vərdişlərindən ayrılmazdır. Bunu sözün insan iradəsinə avtoma-
tik təsiri də adlandırmaq olar. Dil vərdişlərinin təkamülü prosesində 
insanlar söz işarələrinə avtomatik reaksiya verməyi öyrənmişlər. Fərdin 
şifahi və yazılı  mətnoxuma qabiliyyəti bu avtomatizmə  əsaslanır.  Əgər 
insan eşitdiklərinin doğru-dürüstlüyünə  şübhə etsəydi digər adamların 
danışığını başa düşməzdi,  şübhələr ünsiyyət prosesinə mane olardı. Ona 
görə indi insanlar eşitdiklərini qavradıqdan sonra tənqidi süzgəcdən keçirə 
bilirlər. Halbuki qarşı tərəfin sözləri və mətni qavrandıqda həmin an insan 
iradəsində öz nəticələrini doğurur və qoyur. 
Şübhə etmirik ki, dil yaradıcılığının ilkin mərhələlərində insanlar 
sözlərin hamısını obyekt sayır, insana bənzədir və hərəkət qabiliyyəti olan 
real şeylər kimi qəbul edirdilər. Sözlər və şeylər ayrılmaz sayılırdı, eyni-
ləşdirilirdi, sözlər də maddi şeylər sırasına qoyulurdu və bu təsəvvür artıq 
Platonun ideyalar nəzəriyyəsində  fəlsəfiləşmişdi. Bütün bəşər tarixində 
sözlərin maddi şeylərlə eyniləşdirilməsi mif və allah quruculuğunun 
əsas mənbəyi olub. Yazı yaranandan sonra isə yazılı mətnlərdə yazılan mə-
lumatları da mif kimi, müstəqil iradəli maddi təbiətli hadisələr kimi qəbul 
edirdilər. Bu sözün, mətnin mistikləşdirilməsi idi, fetişləşdirilməsi idi. 
Bütün bütpərəst xalqlar və  mədəniyyətlər yazılı  mətnləri həqiqət 
kimi, reallığın bir variantı kimi qəbul edirdilər. Sayırdılar: mətnlərdə  nə 
yazılıbsa, hamısı real olaraq mövcuddur və ya keçmişdə olub və ya ola-
caqdır. Bu sözün obyektliyi, maddiliyi, real şeyliyi təsəvvürünün davamı 
idi. Sözün belə obyekt kimi təsəvvür edilməsinin sadə səbəbi vardı: ibtidai 
insanın psixikasında obyektdən başqa digər  şeylərin qavrayışı üçün hələ 
potensial orqan ( ikinci siqnal sistemi) yox idi. 
İlkin ibtidai mif də elə budur, yəni sözlə adlandırılanların insan 
sürüsü üzvünün biri kimi hərəkət qabiliyyətli obyekt sırasından birisi 
sayılması təsəvvürüdür. Nə qədər ki. insanlar sözdən qarışıq işarəli yazıda 
istifadə edirdilər və xalis fonetik söz yazısı yox idi, o zamana qədər miflə-
rin də ancaq obyektlik xassəsi və təsəvvürü vardı. Fonetik yazıdan istifadə 
isə insanların ikinci siqnal sistemini yaratdı. İkinci siqnal sistemi insanla-
rın başında şifahi və yazılı mətnlərə uyğun ikinci virtual dünya mənzərəsi 
yaradırdı. İnsanın da, mifin də subyektliyi burda – insanın fantaziyasında 
və başında yarandı. 
Sözün obyekt kimi təsəvvür edilməsinə uyqun ikinci paradoks ya-
randı: söz subyekt kimi qəbul edilməyə başladı. Bu insanın subyektliyinin 

 
125
dərk etməsinin nəticəsi idi, insanın öz inkişafının nəticəsi idi. İbtidai in-
sanlar sadə bir şeyi: ata və analarının seksual kontaktının nəticəsində do-
ğulduğunu dərk etmişdir.  İlk subyekt insanların öz əcdadları, ata-anaları 
idi. Elə buna görə də bütün xalqların mifologiyasının əsası erkək və dişi 
başlanğıcın cütləşməsindən dünyanın, şeylərin, hətta bütlərin və yarımallahların 
yaranmasından ibarətdir. Biz bunu şəcərə mifi adlandırardıq.  Şəcərə mifi 
mövcud subyektlərin doğulma və yaranış  səbəbini, ilkin səbəbini axtarır və 
tapır. Bütün monoteist dinlərə şəcərə mifi yunan yazılı mətnlərindən keçmişdir 
və onların mənşəyi də yazının mənşəyinə uyğun olaraq birdir. 
Sözün subyektliyi ilk dəfə Platonun elmi-dini kitablarında öz ifadə-
sini tapdı. Sonralar xristianlıqda söz ilk subyekt olan allahla eyniləşdi. 
İslamda isə dünya ilk subyektin “OL” cümləsindən ibarət bir əmrindən 
yarandı. Marksistlər qədin yunan mifologiyasını az qala materializmin si-
noniminə çevirmişdilər. Bu yanlışlıq idi. Çünki indi yunan ədəbi mətnləri 
sayılan mətnlərin hamısı bütpərəst mərasim mətnləridir və onların müəllif-
lərini də  qədim yunanlar alim, təbiətşünas kimi yox, ayrı-ayrı allahlarla 
ünsiyyət saxlayan, onların gücünün şərhçisi olan kahinlər sayılırdı. Qədim 
Yunanıstanda kahinlik institutunun varlığı haqqında sovet dərsliklərində 
heç nə deyilmirdi. Çünki bütpərəstlik ateizmin bir forması sayılırdı. 
Ona görə  də  qədim yunanlar üçün onların  ədəbiyyatı, Esxilin və 
Evripidin əsərləri ədəbiyyat – bədii uydurma deyildi, əksinə olmuş hadisə-
lərin, olmuş faktların təkrarı idi. Aristoteldə gördüyümüz təqlid nəzəriy-
yəsi də buradan doğur: insan olmuş hadisəni yamsılaya bilər. Ona görə də 
təqlid nəzəriyyəsinin özü də mifik hadisələrin təsvirini real faktlara və ha-
disələrə təqlid kimi qəbul edirdi. Aristotelin təqlid anlayışının əsil mənası 
belədir. Müasir oxucu da hekayə oxuyanda onu eynilə belə qəbul edir. Bu 
müasir  ədəbiyyatın da öz mifoloji təbiətində sadiq olaraq qalması 
deməkdir. 
Deməli ilk mif və ilk söz eyniyyət idi. Söz-ad maddi obyektlərdən 
biri idi. İnsanın ən yaxşı təsəvvür etdiyi maddi şey isə onun öz ətrafındakı 
adamlar, onun yaxınları idi. Ona görə deyə bilərik ki, dünyanı fonetik səsli 
sözlərlə adlandırma prosesində yaranan hər bir növbəti söz dilyaratmanın 
ilk mərhələsində mif idi. Alleqoriya və  təmsillər də  əslində  mənşəcə 
abstraksiya kimi yox, mif kimi yaranıb. Bibliyadakı təmsillər və alleqoriya 
yaradıcılığın deyil, sözlərin mifik subyektliyinə inamı əks edən təsəvvür-
lərin mətnləşməsi kimi yaranıb. Yəni müasir oxucunun onları oxuma pro-
sesində qəbul etdiyi baxımda yaranıb. 
Yazının subyektləşdirilməsi və mifik reallıq kimi qəbul edilməsi si-
vilizasiyanın tərəqqisinə mane olan böyük əngəllərdən biri olub. Bu təsəv-
vürün nəticəsi kimi yazı bilən, onu yazan və oxuyan adamlar gələcəyi xə-

 
126
bər verənlər kimi qəbul olunurdu. Onlara kahinlər deyirdilər və ibtidai cə-
miyyətlərdə onların yazdıqlarını, sonra isə dediklərinin də real həyat pro-
sesinin ssenarisi kimi qəbul edirdilər. Aclıq, quraqlıq, yanğınlar və s. bəd-
bəxt hadisələr olanda onlar günahkar sayılır və məhv edilirdilər. Bu sivi-
lizasiyanın tərəqqisini yubadırdı. Çünki insanlar hələ obrazla şeyi, sözlə 
onun obyektini, yazı  və  təqlidlə real hadisəni fərqləndirə bilmirdilər. Bu 
ilk mərhələdə güman ki, ad sözlərin mifləşdirilməsi hələ qorxu və sitayişlə 
müşayiət olunmayıb. Bu ancaq sözü maddi obyekt və subyekt kimi 
təsəvvür etmək idi və dünyanın izah edilməsi ilə prinsipial bağlılığı yox 
idi, çünki hərəkət və canlılıq haqda hələ insanda təsəvvürün özü yox idi.  
Lakin söz adların artması  və  şeyləri yazıda görsətmək bacarığı 
yaranmaqla vəziyyət dəyişdi. Bəşəriyyət dilin timsalında müasir təfəkkürü 
yaradırdı, amma onu anlamır və ondan, onun söz və obraz sırasından qor-
xurdu. Bu qorxu sözün və  yazının mistikləşdirilməsi sayıla bilər və bu 
hadisə mifləşdirmədən çox-çox sonralara, monoteizm uğrunda mübarizə 
dövrünə, yazının daha geniş yayıldığı dövrlərə aiddir. Bu mərhələdə söz 
maddi yox, insan kimi hərəkət və iradə qabiliyyətli subyektlərə və obraz-
lara çevrilir. Belə obrazlar artıq dünyanı izah etməyin bir şəkli olur. Bütün 
bütlər, allahlar və dinlər insanların öz yaddaşlarında yaratdıqları söz-mif-
lərdən və söz obrazlardan qorxmasından yaranıb. Bu qorxunun əsası isə 
mifik obrazı insanın ətini yeyən özünəbənzər insan və heyvanlar kimi 
təsəvvür edilməsi və onlarla eyniləşdirilməsi idi. Real təbii qüvvədən 
qorxunun insanın başında yaranmış obrazdan qorxu variantı da yarandı. 
Beləliklə söz obrazın iki səviyyəsini fərqləndirməklə biz mif 
anlayışının iki mənasını fərqləndirə bilərik. 
1.a. Mif-sözün və söz sıralarının maddi dünyanın, obyekt və subyekti, bir 
şəkli və davamı kimi təsəvvür olunması (qorxusuz və pərəstişsiz). 
b. Mif-sözün və yazının doğurduğu obrazların insana və heyvana 
oxşadılması, hərəkət və iradə qabiliyyətli subyekt kimi təsəvvür edilməsi 
və bunun qorxu və pərəstişlə müşayiət olunması. 
Sivilizasiyanın indiki mərhələsində  də  hələ adamlar dil sferasında 
yaranan obrazların böyük bir qismini reallıq kimi qəbul edir, bu barədə 
müzakirələr aparır və bu söz obrazlardan qorxurlar. Təsadüfi deyil ki. di-
lin və təfəkkürün mexanizmini açan ikinci siqnal sistemi haqqında nəzə-
riyyə və dilin işarəviliyi anlayışı ancaq XIX əsrin sonlarında meydana çıx-
mışdır. 
2. İnsan iradəsinin və düşüncəsinin söz və obraz qıcıqlandırıcıları-
nın təsiri ilə yaddaş da əvvəllər daxil olmuş obrazların emosional variant-
larını düzəltməyə  təbii meylliliyi. İnsanın yaradıcılığa meylini, xəyalpə-
rəstliyini, yuxunu, narkotik və spirtli içkilərdən istifadəsini də bu xüsusiy-

 
127
yətlə əlaqələndirmək olar. Bu halların hamısında insanın real dünyanı qav-
rayışı adi halda olduğundan fərqlənir, lakin insanlar bu sərti təzəliyə 
meyillidirlər, onun içində yaşamaq illüziyasına məmnuniyyətlə daxil olur-
lar. Fərdi müfyaradıcılığın söz və digər obrazlarla bağlı halları isə  ədəbi 
mifyaratmaya aiddir və bu barədə yaradıcılıq prosesi fəslində  də  bəhs 
ediləcəkdir. 
Burada isə insana xas mətnyaratmanın və mifyaratmanın ikili təbiə-
tini qeyd etmək vacibdir. Dünyanı göstərən, işarə edən mif həm də daim 
onun ikinci ideal variantını yaradırdı. İzah etmə ilə obrazyaratma vəhdətdə 
idi, pulun iki üzü idi. Mifin dünyanı izahetməsi baxımından dinlər 
yarandı, başqa sözlə, çoxsaylı bütlər və miflər  əvvəlcə yaxşı  və pislərə, 
sonra isə güclü və zəiflərə, axırda isə mütləq və qeyri-mütləqlərə bölündü. 
Çoxsaylı mif-subyektlərin güclü və zəif nüsxələri həqiqi və yalan nüsxələr 
probleminə çevrildi. Zəif bütlərə əvvəllər şübhə, sonra isə inkar peyğəm-
bərlər hərəkatını yaratdı. Sonra isə dinin əsas problemi ortaya gəldi: həqiqi 
və saxta miflər və onların hansına iman gətirmək, hansına etiqad etmək 
məsələsi.  İnsanlar və peyğəmbərlər  əvvəlcə miflərin bir hissəsinin real 
subyektliyinə  və gücünə  şübhə etdilər, sonra isə bir bütdən (hərb allahı) 
başqa hamısının.  İslamın qələbəsi bədəvi  ərəblər arasında yayılmış büt-
lərin məhv edilməsi ilə müşayiət olundu. Bütlərə qarşı bu mübarizə 
əslində mifik bütlərin subyektliyinin inkarı idi, onların mistikadan təmiz 
adi adlar kimi təsəvvür olunması dövrü idi. Bu bəşəriyyətin dilyaratma 
tarixində yeni mərhələ idi, islamda buna cahiliyyə dövrünün bitməsi 
deyirlər. Bu, mifin dünyanı izahetmə tərəfinin nəticəsi idi. 
Lakin cahiliyyə dövrünün bitməsi ilə insanın sözə, sözlə yaradılan 
dünyanın müxtəlif obrazlarına və obraz sıralarına inamı qaldı. Çünki bu 
inam mətnoxumanın və söz-obrazları qavramanın təbii əsası idi. Bu əsas 
insanların dünyanın mətnlərdəki obrazına münasibətdə  həmişəlik qaldı. 
Müasir incəsənət üçün dünyanın ideal obraz mənzərəsinin, obraz sıraları-
nın yaradılması həm idraki və həm də estetik və bədii-ədəbi fəaliyyətdir.  
Mifin dünyanı izahetməyə paralel onun ideal obrazını yaratma tərəfi 
isə yazı  və  mətn mədəniyyətini yaratdı. Dilin müasir səviyyəyə  qədər 
təkmilləşməsinə gətirib çıxardı. Kitab mədəniyyətinin içində ədəbi mətn-
yaratma və ya ədəbi yaradıcılıq bir kitab sənəti kimi yaşayıb indiki 
vəziyyətə  gəldi. Elm və ədəbiyyat dünyanın insan başında ideal obrazını 
yaratmağın iki ayrılmaz üsulu oldu. 
Sözlər ibtidai abstraksiyalar idi. Amma söz dili yaranan kimi insan-
lar dünya barədə biliklərini birinci siqnal sisteminə məxsus konkret obraz-
lar əsasında izah etməyə başladılar. Mifdə dünyanın bildirilməsi (təsviri) 
işarə baxımından ikinci siqnal sistemi əsasında, yəni sözlər vasitəsi ilə 

 
128
aparılır. Lakin bildirilən şeylər və hadisələr konkret obrazlar əsasında və 
timsalında təqdim olunur, yəni birinci siqnal sisteminin təsəvvürləri 
əsasında aparılır. Bu bir tərəfdən ibtidai sözlərin hələ konkret həyat 
təsəvvürləri (canlı obrazlar) ilə ayrılmaz olduğunu göstərir. O biri tərəfdən 
isə insanların birinci siqnal sistemini daha səhih sayması ilə bağlıdır. 
Mİf ilkin suallarla bağlı idi və  hələ ibtidai insanlar doğulma və 
ölümü, yad və qohumu, təbiət hadisələrinin səbəblərini bizim mif adlan-
dırdığımız izah-düşüncə üsulu ilə  təsəvvür etməyə çalışırdılar. Ona görə 
mif dünyanın izahı kimi elm, sübutsuz izah kimi fəlsəfə, arqumentlərin 
mistikliyinə görə din idi. Mif həm də ədəbiyyat idi, çünki dünyanın fərdi 
obrazlara  əsaslanan obrazını yaradırdı  və bu yaradıcılıq bütün hallarda 
dünyanı təsvir və izah etmək üsulu idi və indi belə olaraq qalır. Qədim in-
san səbəb-nəticə əlaqələrində ancaq insan iradəsindən, onun hərəkət qabi-
liyyətindən çıxış edirdi. Məsələn, yağışın səbəbini təsəvvür edə bilmirdi-
lər, ona görə onu da hansısa fərdi iradə kimi təsəvvür edirdilər: sayırdılar 
ki, yağış yağmırsa, demək bunu istəmir. Yağış allahı yağışı öz iradəsi ilə 
yağdıran insandan başqa bir şey deyildi. Dəniz, torpaq, günəş Allahları da 
insan kimi iradəsi və öz istəyi ilə  qərar vermək qabiliyyəti olan insanlar 
idi. Mifdə insan iradəsinin məntiqi hər  şeyə köçürülür. Allahlara qurban 
verilirdi, çünki onların da aclıqdan azğınlaşdığı təsəvvür olunurdu. 
Qədim insanlar bir-birinin ətini də yeyirdilər.  İnsanların qurban 
verilməsi mərasimi də bunun qalığıdır.  İbtidan müharibələrin qalibləri 
əsirləri yeyirdilər. Bu da Allahlara köçürülüb və onlara güclülər və qalib-
lər kimi insan qurbanları göndərilirdi ki, onları yeyib yerdə qalan insanlara 
qarşı mərhəmətli olsunlar. Axı ən qədin müharibələr aclıq və yemək prob-
lemi ilə bağlı idi və bu məsələni həll edirdi. Əgər yağış allahı  qəddarlıq 
edirdisə, yağış yollamırdısa, sayırdılar ki, müharibə edib məğlubları yeyən 
insanlar kimi, yağış allahı da acdır, ət (qurban) tələb edir. 
Mif haqlı olaraq ədəbiyyata aid edilir və onun rüşeymi sayılır. 
Mifin fəlsəfə və din olması düzgün olduğu kimi, onun ədəbiyyat sayılması 
da düzgündür. Ədəbiyyat bir növ ibtidai mif yaradıcılığının – dünyanı izah 
etmək, söz-obrazda bildirmək sənətinin davamadır.  
Ədəbiyyatda mifdən iki fundamental keyfiyyət qalmaqdadır. Bun-
lardan birincisi dünyanın ədəbiyyatda yaradılan obrazının insanlar tərəfin-
dən mistik şəkildə, din kimi dəlil-sübutsuz ciddi qəbul edilməsi, qavran-
masıdır. Bu, dünyanın dini səkildə izah edilməsinin bir şəklidir və insan 
şüurunda bunun üçün əsasların varlığını təsdiq edir. Müəyyən hadisə  və 
obraza dini məntiqlə, sübut istəmədən, şübhə etmədən inanmaq təfək-
kürün fundamental prinsipidir.  İkinci siqnal sistemi, sözlərlə  təsvirə 
inanmaq bu prinsipə  əsaslanır.  İnsanlar sözlə adlandırılan, identifikasiya 

 
129
edilən  şeylərin düzgünlüyünə inanır. Məsələn, itlərin çoxlu növləri və 
cinsləri vardır: amma biz itlər haqda kitab oxuyanda heç vaxt görmədi-
yimiz it şəkillərindəki obrazların it olduğunu sübutsuz olaraq qəbul edirik. 
Bu, sözlər vasitəsi ilə  əşya, hadisə  və  məfhumların tanınmasının, identi-
fikasiyasının mistikliyindən doğur. 
Romanda və dastandakı  bədii obrazların oxucu tərəfindən  şərti bir 
reallıq kimi qəbul edilməsi də buna əsaslanır. Bu, dildə, yəni ikinci siqnal 
sistemində mistik bir şərtilik olmasından gəlir. Hətta elə adamlar var ki, 
oxuduğu, televiziyada gördüyü hər şeyi həqiqət kimi qəbul edir. İncəsənət 
və  ədəbiyyata adamların meylində bu mistisizmin əlamətləri vardır. Mif 
mistisizmi sübutsuz inamdır, yəni demək olar ki, insanların obyektiv 
olaraq mövcud olmayanları həqiqət kimi qəbul etməyə meylliliyidir. 
Bu meylliliyin səbəbi nədir? Yəqin odur ki, ikinci siqnal sistemində 
və onun vasitəsi ilə yaradılan obrazlar insanlarda real şey və hadisələrin 
yaratdığı emosional təəssüratları yarada bilir. Mif və  ədəbiyyat həm də 
insanın sublimasiyaya meylidir, çünki sublimativ və ya mistik aləm, yəni 
dünyanın dil vasitəsi ilə yaradılan virtual obrazları  və bildirilmələri 
insanların yoxsul emosional daxili həyatını yeni yaşantılarla zənginləşdi-
rir. Bu yaşantıların mistik, sublimativ xarakteri insan üçün, elə müasir 
insan üçün də fərqsizdir. Hətta biz görürük ki, kino və televiziya, kompü-
ter formasında insanları sublimativ yaşantılara və yaşamaya meylliliyi 
artır. Bu mənada, dediyimiz sənət növlərinin funksiyası qədim cəmiyyət-
lərdə dinin daşıdığı mistik funksiyanı da ehtiva edir. 
Beləliklə müasir ədəbiyyat və incəsənət iki ayrılmaz başlanğıcın 
vəhdətidir: insan həyatının müəyyən həqiqətlərini birinci siqnal sisteminə 
xas görümlü obrazlarda (bilik və informasiya kimi) bildirmək, ikinci isə 
bu şərti izahatda yaranan dünya obrazını mistik həqiqət kimi qəbil etmək, 
bu obrazı izləmə prosesində onu emosional həqiqət kimi sublimativ və 
mistik səkildə yaşamaq. Bu mif və ədəbiyyatın idraki və əyləndirici funk-
siyalarının ayrılmazlığıdır. Ədəbiyyat bütün hallarda mifdir, həqiqətin 
sublimasiyasıdır və mistikadır, eyni dərəcədə  ədəbiyyat dünyanı  və 
müəllifin öz ekzistensiyasını şərh etməkdir, fərdi miflərdir. Sübutsuz, 
insan həqiqətinin variantıdır. 
Mifin dünyanı izah etmə funksiyasının davamı  mənasında  ədəbiy-
yat da elmdir. Lakin ədəbiyyat elmi konkret biliyə, obrazın fərdiliyinə 
əsaslanır, fərdi təcrübənin həqiqət sublimasiyasıdır. Müasir elm də dünya-
nı izah edir, lakin bunu terminlər, mücərrəd məfhumlarla edir. Elmin 
mifdən fərqi bir də onun həqiqəti bilmə iddiasıdır. Mifdə və ədəbiyyatda 
isə həqiqət – iddiasızdır, şüurlu olaraq şərti, sublimativ və mistikdir. Hər-
çənd ki, müəyyən dövrlərdə elmin nailiyyətlərini bədii şəkildə ifadə etmək 

 
130
təşəbbüsləri də olmuşdur. Bunun ifrat şəkli sovet ədəbiyyatında olmuşdur: 
partiya ədəbiyyatdan mümkün qədər xalis bədii həqiqət tələb edirdi. Bu, 
ədəbiyyatın təbiətinə zidd tələb idi, çünki mifin və  ədəbiyyatın  əsil 
predmeti faktın və fərdiliyin həqiqətidir. 
Lakin mifdə və incəsənətdə dünya haqqında həqiqətlərin elmdən az 
olduğunu iddia etmək olmaz. Mif və ədəbiyyat həqiqət iddiasından təmiz-
dir, çünki həm də  fərdi dindir, ona ehkamlar kimi inanırlar.  İnsanın bu 
inama, fərdi dinə ehtiyacı var. O biri tərəfdən ədəbiyyatın əsası olan fər-
di faktın həqiqət daşıyıcısı olmaq baxımından öz unikallığı var. Ayrı-
canın unikallığı ideyası Hegel fəlsəfəsinin əsaslarından biri olmuşdur. 
Ona görə, sənətin ancaq gözəllik yaradılmasından ibarət olması 
təsəvvürü, estetik və modernizm mifin və  ədəbiyyatın fundamental prin-
siplərini təhrif etməkdir və burada biz bu mövzunu davam etdirmək istə-
mirik. 
 
 
2.10. Fonetik dil söz, güc və varis  
hakimiyyətinin mənbəyi kimi 
 
İbtidai cəmiyyətdə seçmə insanların işarə, şifahi söz və yazı dilin-
dən qarışıq istifadə edə bilməsi (məsələn, musiqi alətində çalmaq bacarığı 
kimi) ən qədim zamanlardan digər insanlara mistik bir şey kimi görünür, 
onları qoxudurdu. Bu qorxu isə informasiya daşıyıcısı olan yazının mexa-
nizmini anlamamaqdan və fetişləşdirməkdən doğurdu. Nəticədə hər hansı 
dildən, istər işarə dili olsun, istər söz dilli olsun, istifadə bacarığı digər 
insanlar tərəfindən mistik keyfiyyət kimi qəbul edilir, yazını oxuya bilən-
lərlə digərləri arasında məsafə, qorxu və pərəstiş və  nəhayət, hakimiyyət 
yaradırdı. Yazı  mətnlərinin mistik şəkildə  qəbul olunması çox qədimlər-
dən məlumdur. Məsələn, hələ  təxminən beş min il bundan əvvəl qədim 
Misirlilərin günəş Allahı olan Totu yazının, saymanın, elm və  sənətlərin 
yaradıcısı hesab edilirdi. 
Yazını bacaran adamların və yazılı  mətnlərin fetişləşdirilməsi 
monoteizmə  qədər mövcud olmuş bütün cəmiyyətlər üçün səciyyəvi 
olmuşdur. Yazılı  mətnə belə münasibət monoteizmin qələbəsinə  gətirib 
çıxaran mühüm şərtlərdən idi. Yazılı mətnlərin mistik, səmavi mənşəli şey 
kimi qəbul edilməsi hakimiyyət yaratmaqda maraqlı olanların hamısı 
tərəfindən istifadə edilmiş və monoteist kanonizasiya şəklində tamamlan-
mışdır. Mətnlərin və kitabların, onlarda əks edilən qaydaların Allaha isnad 
edilməsi insanların  ən qədimlərdən mütləq və  ədalətli hakimiyyət yarat-

 
131
maq istəklərinin ifadəsi idi. Mətnlərin mistik səbəblərlə bağlanması 
dindarların, kahinlərin arzusundan yox, qədim insanların sadəlövh düşün-
cəsindən gəlirdi. Kahinlər isə bundan əvvəlcə şəxsi hakimiyyət, sonra isə 
mütləq dünyəvi və mənəvi hakimiyyət yaratmaq üçün istifadə etdilər. 
Qədim insanlar arasında  şamanların, kahinlərin, söz ustası olan 
nəğməçi  şairlərin  şəxsiyyəti mistik keyfiyyətlərin daşıyıcısı kimi qəbul 
edilir, ikincilərin kor-təbii hakimiyyəti yaranırdı. Bu, söz hakimiyyəti idi. 
Həm də bu hakimiyyət indi də qalır. Söz sahibi olan şairlər, yazıcılar, 
televiziya aparıcıları, tamadalar, mühazirə oxuyan alimlər, mahnı oxuyan 
müğənnilər cəmiyyətdə bu gün də gözə görünməyən bir hakimiyyət 
daşıyıcıları kimi qəbul olunur. Mətbuat haqqında dördüncü hakimiyyət 
epiteti də ellik, kütləlik söz demək səlahiyyətindən doğur. 
Dilə yaxşı yiyələnmiş olmaq ən qədimlərdən hakimiyyət yaratmış-
dır. Şamanların, kahinlərin, şairlərin, hətta peyğəmbərlərin hakimiyyəti də 
buna  əsaslanır. Məhəmməd peyğəmbər buna parlaq misal ola bilər. O, 
savadsız olsa da, Allahdan ona gözəl, ritmik nəsr üslubunda nazil olan 
ayələrin köməyi ilə özünün peyğəmbər kimi qəbul olunmasına nail olmuş-
du. Bu da qədim cəmiyyətlərdə dilə yaxşı yiyələnmə nəticəsində hakimiy-
yət yaranmasının mümkünlüyünü və  hətta geniş yayıldığını göstərir. 
Mistik, demaqoqik söz Adolf Hitler kimi diktatorların da hakimiyyət əldə 
etməsində mühüm rol oynamışdır. 
Böyüklü-kiçikli bütün cəmiyyət və kollektivlərdə idarəedici söz 
anlayışından və hakimiyyətindən qədimlərdə də istifadə olunurdu. Orduda 
söz deyən adam komandirdir. Hərbi kollektivdə sözün əhəmiyyəti o qədər 
böyükdür ki, orada işlənən rəsmi sözlər müvafiq intizam, daxili xidmət və 
döyüş nizamnamələri ilə tənzimlənir. İstənilən təşkilat və qurumda idarə-
edici sözün sahibləri rəis və direktor adlanır ki, hər ikisinin mənası sərən-
cam verən deməkdir. 
Dünyanın bütün parlamentlərində digərlərinə  rəsmən söz verən 
adamlar sədr ya spiker adlanır. Sonuncu sözün mənası danışan deməkdir, 
daha doğrusu, qanunla danışmaq səlahiyyətini daşıyan deməkdir.  İstəni-
ləm məclis və  cəmiyyətdə  rəhbər, idarəedici söz demək üçün xüsusi 
adamlar seçilir. Hər bir yığıncağın sədri olur ki, bu da söz hakimiyyətini 
həyata keçirən adamdır. Hətta  şənlik məclislərində  də tamada, stolun 
səlahiyyətli söz sahibi seçilir, adamlar ancaq ondan söz ala bilirlər. 
Dildən istifadə bacarığı  ən qədim vaxtlardan istedad sayılır və 
hakimiyyət yaradır. Dini hakimiyyət bunun ən yüksək formasıdır. Müasir 
cəmiyyətdə də danışmaq və yazmaq bacarığı hakimiyyət mənbəyi olaraq 
qalır. Hətta hərbi kollektivlərdə də yaxşı nitq bacarığı, hökmlü səsi olanlar 
uğurlu karyeraya malik olurlar. 

 
132
Elmdə isə yazılı  mətn kultu hakimdir. Bəşərin  ən ağıllı adamları 
qədim kitabların müəllifləri sayılır.  İndi də alimləri yazılı  əsərlərinin 
sayına görə səciyyələndirirlər. Elmi dərəcə almaq üçün danışıqdan başqa, 
elmi əsərlər yazmaq qabiliyyəti əsas götürülür. Dünyanın məşhur müasir 
jurnalist, yazıçı,  şair və alimləri bu gün də yazdıqları  əsərlərlə nüfuz və 
mənəvi hakimiyyət qazanırlar. Deməli, dilə  və yazılı dilə sahib olmaq 
qabiliyyəti bu gün də elitar bir insan keyfiyyəti sayılır və v ən qədimlərdə 
olduğu kimi hakimiyyət yaradır. 
Bütün peyğəmbərlərin bioqrafiyasında təbliğat dövrü – Allahdan 
onlara verilmiş dini yaymaq dövrü müşahidə olunur. Musa, İsa Məsih, 
Məhəmməd də öz dinini söz vasitəsi ilə yaymışdır.  İncildə  İsa Məsih – 
Allahın sözü adlandırılır. İnsanlar arasında hətta Allahın özünün hakimiy-
yəti də söz vasitəsi ilə, Allahın kitabları şəklində endirilmişdir. On hökm-
lük ilk daş kitabənin Musa peyğəmbərə verildiyi haqda ayrıca mif vardır. 
Bütün bunlar fonetik dilin sivilizasiya tarixində misilsiz əhəmiyyətini 
təsdiqləyir. 
Əslində dünyəvi hakimiyyətin, güc hakimiyyətinin dövlətə çevril-
məsi də fonetik dil sayəsində olmuşdur.  İbtidai insan sürülərində güc 
hakimiyyəti iki halda üzə çıxırdı. Birinci kollektiv qidalanma vaxtı güclü-
lər (pəhləvanlar)birinci olurdular. İkinci isə, cinslər arası seçmə zamanı 
dişiləri mayalandırmaq hüququ güclülərdə olurdu. Bu hakimiyyət bir sürü 
daxilində idi və dövlətin ünsürü sayıla bilməz. 
Dövlətin rüşeymi fərdlər arası toqquşma nəticəsində yarana bilməz-
di. Bunun üçün tayfaların müharibəsi lazım idi. Bu müharibələr isə o za-
man ancaq qida mənbələrinin bölünməsi üçün ola bilərdi. Çox güman ki, 
ilk tayfa müharibələri xroniki aclıq dövrlərində, miqrasiya prosesində baş 
vermiş və məğlub tayfalarının ətinin yeyilməsi ilə nəticələnmişdir. Müha-
ribə, qul, mülkiyyət hüququ da elə buradan yaranmışdır. Döyüşdə məğlub 
olan güclü tərəfin mülkiyyəti olurdu. Beləliklə, mülkiyyətin mənbəyi 
müharibə, onun predmeti isə vuruşanlar idi, yəni  əsir düşən insanlar idi. 
Qədimlərdən əsirlərin özlərini yeyir, arvad-uşaqlarını yemirdilər və onlar 
tayfa pəhləvanlarının hərəmxanasına daxil olurdular. İnsanın mülkiyyətə 
çevrilməsi, qul hüququ da belə ortaya çıxırdı. 
Tayfa başçıları  pəhləvanlar qocalıb sıradan çıxırdılar. Təbii seçmə 
nəticəsində yeniləri ortaya gəlirdi və tayfada qadınları mayalandırmaq işi 
ilə bu tək-tək pəhləvanlar məşğul olurdu. Bu hal heyvan sürülərində 
asanlıqla qəbul olunduğu kimi, çox güman ki, ibtidai insan sürülərində də 
bütün qadınları  pəhləvanların – tayfanın  ən güclü və döyüşkən kişisi) 
mayalandırması qaydası asanlıqla qəbul olunurdu. Qədim insan sürülərin-
də totemizm hadisəsi də az qala dini bir norma kimi qəbul olunmuşdur. 

 
133
Totem həm də  əcdad atanın konkret və vahid bir şəxs kimi təsəvvür 
edilməsi idi. Bu da qədim insan sürülərində  təbii seçmə qanununun 
hökmran olduğunu və tayfa qadınlarını bir pəhləvan atanın mayalandır-
dığını və erkəklərlə dişilər arasında nizamsız seksual əlaqənin olmadığını 
təsdiq edir. Folklordakı müsbət pəhləvan surəti də bunun qalığıdır: fiziki 
cəhətdən hamıdan güclü olmaq sosial dəyər idi. Müharibələrdə ordudan 
qabaq pəhləvanların döyüşməsi  ənənəsi də buradan gəlirdi. Hərbi 
demokratiya deyilən şey də elə bununla bağlıdır və bu Orta əsrlərə qədər 
əksər cəmiyyətlərdə hakimiyyət yaradıcılığının  əsas forması olmuşdur. 
Yəni tayfa və sürü daxilində hakimiyyət hüququ qadınları  təkbaşına 
mayalandırmaq hüququ ilə eyniyyət təşkil edirdi (Monoqam ailə çox 
güman ki, qullara məxsus kollektivlərdə  və  cəmiyyətlərdə meydana çıx-
mışdır. Bunu İbrahim kimi qədim peyğəmbərlərin də həm əsas arvadları, 
həm də hərəmxanası olması təsdiq edir). 
Lakin ən qədim zamanlardan söz hakimiyyəti güc hakimiyyətindən 
davamlı  və sabit olmuşdur. Belə ki, pəhləvanların oğlanları mütləq pəh-
ləvan ola bilmirdi və atalarının yerini tuta bilmirdilər. Lakin kahinlər 
yazının sirlərini öz varislərinə ötürə bilirdilər. Ona görə hakimiyyətdə 
varislik prinsipi söz hakimiyyəti sayəsində meydana gəlmiş  və dünyəvi 
hakimiyyətin də irsi ötürülməsi prinsipi söz hakimiyyətindən alınmadır. 


1   ...   10   11   12   13   14   15   16   17   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə