Rəhim Əliyev



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə15/39
tarix10.07.2017
ölçüsü2.35 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
 
2.11. Qədim dillər və xalqlar haqda 
 
Qədim yazılı dillər. Başlıqdan göründüyü kimi, biz dilləri xalqlar-
dan  əvvələ qoymuşuq. Bu o deməkdir ki, dillər xalqlardan əvvəl forma-
laşıb və biz irəlidə bu barədə müəyyən qeydlər demişik. Hər xalq özünə 
dil yarada bilməzdi, çünki indiki xalqların çoxu sivilizasiyanın yaranması 
prosesində bilavasitə  iştirak etməyib və bu prosesə sonradan qoşulublar. 
Lakin romantizm erasından başlayaraq xalqlar tarixin subyekti kimi qəbul 
olunur və onlar öz dillərinin yaradıcısı hesab edilir. Lakin bu belə deyildir. 
Dillərin yaranması  qədim quldar dövlətlərində yazıda fonetik söz işarə-
sinin tətbiqindən doğmuşdur. Misir, Şumer, Babil və başqa dövlət-siviliza-
siyaların etnik-milli mənsubiyyəti yox idi və ola da bilməzdi, çünki o 
zaman qullar əsas kütlə idi, onların isə etnik mənsubiyyəti sosial bir fərq 
kimi hələ mövcud deyildi. Ona görə  də bu gün qədim mədəniyyətləri: 
Şumer, Misir, Babil, Yunan və s. mədəniyyətləri milli baxımdan lokallaş-
dırmaq cəhdlərinin elmlə heç bir əlaqəsi yoxdur və bunu ancaq məişət 
millətçiliyinin bir şəkli saymaq olar. 

 
134
Qədim dillərin hamısı söz yazısından istifadənin nəticələri olan 
tarixi epizodlar idi. Yazıdan istifadə  mədəniyyəti isə  tək-tək sənətkarlar, 
maarifçilərlə bağlı idi və bu peşədə etnik mənsubiyyət yox idi. Sosial söz 
yazısının dünyada iki variantı var: biri Uzaq şərqdəki fonetik sözü səslərə 
parçalamadan onu bütövlükdə heroqliflə  işarə edən yazıdır. Bu yazı 
ancaq sözləri görmə ilə identifikasiyaya əsaslanır, eşitmə ilə identifikasiya 
ilə isə heroqlif-sözlər dolayısı ilə, ancaq şifahi nitqdə bağlı olur. 
İkinci yazı növü isə Yaxın  Şərqdə yaranan və elmdə finikiyalılara 
aid edilən fonetik yazıya  əsaslanan sistemidir. Fonetik yazıda  söz—bir 
neçə fonemlik səs sırası sayılır  və belə sözü tanıma görmə  və  eşitmə 
qabiliyyəti ilə bir-birini tamamlayır. Bunun nəticəsi olaraq bu yazı siste-
mindən doğmuş hind-Avropa dilləri arasındakı leksik yaxınlıq indiyə 
qədər aşkar şəkildə qalmışdır. Lakin heroqlifik yazıda səs identifikasiyası-
nın yazı ilə birbaşa bağlı olmaması bir kökdən olan yazı sistemlərini və 
şifahi dilləri bir-birindən uzaqlaşdırmış  və dialektlər arasında tanınmaz 
yadlaşma yaratmışdır. Hind-Avropa dillərində dialektləşmə belə  dərin 
getməmişdir. 
Bu iki yazı sistemini ən qədimlərdən  yazının bir-birindən ayrı 
olan iki müstəqil sivilizasiya ocaqlarında yaranmasının nəticəsidir. 
Fonemlərdən istifadə ilə bağlı yazının bizə məlum tarixi formaları barədə 
nə qədər fərqli elmi təsəvvürlər yayılmış olsa da, onlar bir kökdəndir. Ona 
görə Yaxın  Şərqdəki qədim yazı  mədəniyyətlərini, Misir, Akkad və 
Suriya, hətta Yunan mədəniyyətlərini bir-birindən ayrı  və müstəqil 
mədəniyyətlər kimi təqdim etmək  ənənəsi böyük bir səhvdir və dillərin, 
təfəkkürün inkişaf tarixini düzgün təsəvvür etməyə mane olur. Ən azı yazı 
sisteminin vahidliyi, söz yaradıcılığının və bazasının ümumiliyi ilə bu 
yazılı  mədəniyyətlər ayrılmazdır. Leksik bazanın eyniliyi bütün hind-
Avropa dillərində isimlərin 60-80 faiz eyniyyəti ilə nəticələnib. Məhz bu 
isimlər yazılı dilin söz bazasının ən qədim hissəsidir. 
Qədim  ədəbi dillər.  Qədim  ədəbi dillər haqqında danışmaq çox 
çətindir. Çünki bu ədəbi dilləri bilən tək-tək mütəxəssislər olub. Onlara da 
ancaq bu mütəxəssislərdən biri tənqidi yanaşa bilərdi. Bu da çox az baş 
verib, çünki qədim dil mütəxəssislərini adətən onların bir-iki tələbəsi 
davam etdirib və onlar öz elmi məktəblərinə tənqidi münasibətdə olmayıb-
lar. Ümumilikdə isə  qədim dil mütəxəssislərini iki qrupa bölmək olar: 
onların bir hissəsi ayrı-ayrı qədim dilləri müxtəlif mədəniyyətlərə məxsus 
sayırdılar. İkinci qrup alimlər isə həmişə qədim ədəbi dillər arasında ox-
şarlığa diqqəti cəlb etmişlər. Bu sonuncular qədim dilləri yaxşı bilirdilər. 
Qədim dillərdən danışanda adətən sami, İran və yunan dillərini və onların 
ləhcələrini müxtəlif dillər kimi təqdim edirlər. 

 
135
Lakin bu əsassızdır. Məsələn, mütəxəssislər qədim Suriya dilini di-
gər sami dillərdən kəskin şəkildə ayırırlar, xüsusilə yəhudi dilləri haqqın-
da xüsusi şəcərə düzəldirlər. Eyni zamanda qeyd edilir ki, İsa Məsihin za-
manında Fələstində Suriya dilində danışırdılar. Bunun mənası odur ki, hə-
min dövrdə yazılı  ləhcə Suriya ləhcəsi idi və qalan çoxsaylı  ləhcələr isə 
(onların adlarının çoxu tayfa adlarıdır) onun şifahi ləhcələri idi. Amma 
əsas həqiqət odur ki, həm yazılı və həm də şifahi variantda bu dillər vahid 
yazılı dilin ləhcələri idi. Əhmənilər imperiyasının da Suriya dilindən 
istifadə etdiyi deyilir. Əslində yenə  də söhbət o zaman tərəqqi etmiş 
qədim Suriya yazı dillindən gedir. Və  həm  İran dilləri, həm də yunan 
dilləri bu yazılı dilin ləhcələri idi. Qədim dillər barədə kitablarda çoxsaylı 
qədim sami dilin adını tapmaq olar: akkad, ərəb, ivrit, qədim yəhudi, 
malta, moabit, Samariya, sokotriya, uqarit, Finikiya və s. Əslində bunlar 
bir yazının dialektləridir. Lakin bu dilin ləhcədə olan hər növbəti yazı 
materialının tapılması  və onların oxunuşundakı  çətinliklər yeni dillər 
barədə söhbətlərə  və elmi müzakirələrə çevrilib. Bu qədim dilləri yanlış 
təsəvvürdən doğur, o biri tərəfdən isə dilləri pis bilən mütəxəssislər tapılan 
mətnləri oxuya bilmirdilər. 
Bu çətinlik 1) fonem sisteminin o zaman zəif inkişafı, 2) sözlərin 
bir qayda olaraq ləhcə variantında yazılması, 3) orfoqrafiyanın yoxluğu ilə 
bağlı idi. Ona görə qədimdə də mətnləri əzbərləmək qayda idi, hətta Qura-
nı əzbər yadda saxlayan ravilərin varlığı məlumdur. Əzbərləmə – mətnin 
oxunması problemini həll edirdi, mətnin identik qavrayışını təmin edirdi. 
Ona görə qədim yazılı dillərə, hətta müqəddəs kitabların dilinə belə ədəbi 
dil demək bir şərtilikdir. Qədim mətnlərin oxunması problemi məhz bu 
xüsusiyyətdən gəlir. Tarixdə ərəb lüğətçiliyi deyilən hadisənin özü qədim 
mətnləri oxuma problemi ilə, başqa sözlə  qədim yazılarda yazılı sözün 
özünün identikliyinin hələ problem olduğunu əks edir. Bu lüğətlər Qura-
nın birmənalı başa düşülməsi niyyəti ilə yaradılırdı. 
Ona görə  qədim mətnlərdəki sözləri müasir identik sözlə tam 
eyniləşdirmək olmaz. Müasir ədəbi dillər identik orfoqrafik sözə əsaslanır, 
qədim yazılı mətnlərdə isə sözün qrafik şəkli ilə onun tələffüzü arasında 
tam eyniyyət yoxdur, böyük şərtiliklər vardır. Ona görə tapılan qədim 
yazıların oxunması zamanı sözün mənasını onun səslənmə variantından 
çox, yazı  şəklinə görə identifikasiya etmək lazımdır. Eyni əlifbada yazı-
lan, lakin sözləri çətin oxunan, çətin tanınan mətnlərə yeni bir dil kimi 
yanaşmağa başlayıblar. Beləcə  qədin yazının hər ləhcə variantına onu 
daşıyan tayfanın adı ilə xüsusi ad verib və nəticədə hind-Avropa dillərini 
tarixi və xəritəsi psevdoelmi dumana bürünüb. 

 
136
Adi fakt isə belədir ki, İran və Azərbaycan, Xəzər ətrafı yəhudilər 
indi də İran dillərinin bir dialektində danışır. Burada heç bir möcüzə yox-
dur: onlar qədim Suriya dilinin dialektində danışırlar və tarixi baxımdan 
bütün  İran dilləri Suriya yazısından törəmişlər. Qədim mətnləri oxuyan 
alimlər qədim mətnlərin dilinə müasir ədəbi dillərin məntiqini tətbiq 
ediblər. Halbuki bu məntiq qədim dövrlərdə yox idi. Qədimlərdə yazının 
az yayılması  ədəbi dillərin sürətli dialektləşməsini  şərtləndirirdi. Bunu 
müasir elm üçün təsəvvür etmək çətindir. Amma yuxarıda dedik ki qədim-
lərin özündə  də yazılı  mətnləri oxumaq problemi var idi. Bu problem 
müasir orfoqrafiya və sinif-dərs sisteminə qədər davam edib. Bu problem 
savadla yox, şifahi ləhcələrin inkişafı ilə bağlı idi. Bu inkişaf – ləhcələşmə 
yazılı sözü identifikasiyaya maneçilik dərəcəsində sürətlə gedirdi. Bir-iki 
nəsil sonra yazıları oxumaq problem olurdu: çünki şifahi sözlə yazılı 
mətndəki söz arasında uçurum çox tez yaranırdı. 
O biri tərəfdən, qədim dillərdə sözlərin  əksəriyyəti bir hecalı idi, 
ikidən artıq hecalı sözlər adətən sözlərin birləşməsindən yaranırdı. Sami 
dillərdə saitlər guya yazılmır. Bunun mənası o deyil ki, guya saitlər var 
idi, amma Suriya əlifbasında onları qeydə almadılar. Sadəcə qədim sami 
əlifbaları yaranan vaxtlarda saitlər aydın tələffüz məxrəci kimi yox idi və 
yazıda da onlar nəzərə alınmırdı, saitlər sözlərin eşitmə yolu ilə tanınma-
sında xüsusi rol oynamırdı. Qədim Suriya, yəhudi və  ərəb mətnlərinin, 
məsələn, Quranın özünün oxunuşu hələ  də mübahisə doğurur. Çünki bu 
qədim mətnlərin yazıldığı vaxtlarda sözlərin necə  səsləndiyini aydınlaş-
dıra bilmərik. Müasir boğaz iki min əvvəlki tələffüzü bərpa edə bilməz. 
Müasir fonetik yazının timsalı olan yunan yazısı alimlər tərəfindən 
y. e. ə. 6-7 əsrlərdəki vəziyyətdə heca yazısı adlandırılır.  Əslində isə 
qovuşuq samitlərin çoxluğundan və saitlərin hələ intonasiyadan ayrılmadı-
ğı mərhələdən söhbət gedir. Qədim Suriyalı və israillilərin istifadə etdiyi 
əlifba da yarandığı dövrün normativ fonetik yazısıdır. Lakin əlifba yara-
nandan sonrakı  əsrlərdə dillərin fonetik bazası  şifahi danışığın təsirilə 
sürətlə inkişaf etdi. Amma əlifba qədim variantında qaldı. Ona görə qədim 
mətnlər heca yazısı kimi görünür. Halbuki onların ilk yazıldığı dövrdə 
indiki hecalar indiki aydınlıqla mövcud deyildi. 
Saitlərə gəlincə, onlar sonralar danışıqda intonasiyanın və sintaksi-
sin inkişafından törəyib. Qədim dillərdə ümumiyyətlə indiki uzun saitlər 
yox idi. Onların qısa qarşılığı isə samitlərdən fərqlənmirdi. Təsadüfi deyil 
ki, yazısı nisbətən cavan olan dillərin  əksəriyyətində saitlər qısadır. O 
cümlədən türk dillərində belədir. Lakin yazı ilə, xüsusilə əruz vəznli poe-
ziya dili ilə türk dillərinə və Azərbaycan dilinə da çoxlu uzun saitlər daxil 

 
137
olub. Lakin bu saitlər bizim dilimizdə qanunları yox, istisnaları, alınmaları 
təşkil edir. 
Şəkilçi və kök yazısı deyəndə elə çıxır və başa düşülür ki, o zaman 
guya sözlərin kökü və şəkilçisi və hecaları indiki mənada var idi və bir-
birindən ayrılmışdı. Halbuki belə deyildir. Qrammatik kateqoriyalar 
fonetik yazının təkmilləşməsi prosesində sabitləşmişdir və onların yazıdan 
əvvəl varlığını güman etmək elə yumurtanın toyuqdan əvvəl yarandığını 
iddia etmək deməkdir. Alimlər bəzən işarə yazısını  şəkil, söz, kök və 
şəkilçi yazıları kimi təsnif edirlər. Bizcə, bu təsnifatlar qeyri-dəqiqdir, 
çünki sözlərin o dövrdəki səslənmə özəlliyini təhrif edir. Yazının tarixi, 
ilk növbədə, şəkil-işarə və fonetik yazı kimi iki mərhələyə bölünə bilər. 
Ümumiyyətlə, qədim mətnləri oxuyarkən sözləri yazı  şəklinə görə 
identifikasiya etmək daha doğrudur. Onların qədim tələffüz variantını 
identifikasiya etmək mistik bir işdir, çünki həmin mətnlərin yazıldığı 
dövrdə identik tələffüzün özü yox idi və ya şərti idi. Qədim sözləri tələffü-
zə görə identifikasiya təşəbbüsləri  ən çox tarixi milli ünvanla müasirləş-
dirmək təşəbbüsləri ilə bağlıdır. 
Qədim dillərdə sözlər çox az olmuşdur, bunun səbəbi yazıdan məh-
dud dairədə istifadə idi. Söz yaradıcılığı formalarının zənginləşməsi yazı-
nın kütləvi yayılması və çap maşınının tətbiqi ilə bağlıdır. Qədim dillərin 
tərəqqisi isə xalqların istedadından deyil, iri imperiyalarda fonetik yazıdan 
geniş istifadə ilə bağlı idi. Ona görə  qədim dilləri xalqların istedadı ilə 
bağlayan nəzəriyyə  əsassızdır. Bu nəzəriyyədən doğan nəticə: guya hər 
xalqın bir dil yaratması təsəvvürü də tarixilik və təkamül prinsipinə zidd 
bir cəfəngiyatdır. Qədim dillərin müəllifi qədim quldarlıq dövlətləridir. 
Sözdən, söz-əmrdən istifadə quldarlıq aləti idi və etnik və dövlət sərhədi 
tanımamışdır. Qədim dünyada heç bir xalqın irsi axtarıla bilməz. Yeganə 
mədəniyyət yaradan amil isə hakimiyyət və dövlət, müharibə və quldarlıq 
hüququ olmuşdur. 
Şifahi dillərin yaranması  və yayılması. Biz artıq qədim dillərin 
yazı  mədəniyyətinin nəticəsi olaraq sivilizasiyanın davamlı olduğu 
yerlərdə  tərəqqi etdiyini dedik. Lakin yazı  işarəsi və fonetik söz işarəsi 
meydana çıxmaqla geniş yayılmağa başladı. Bunun səbəbi insanların yazı-
ya qədər şərti işarələrdən geniş istifadə etməsi və işarə ünsiyyəti vərdişlə-
rinin varlığı idi. İkinci səbəb fonetik söz işarəsinin maddi formadan, 
çəkidən məhrumluğu idi. Fonetik söz işarəsini daşımağa, ötürməyə, digər 
adamlara çatdırmağa maddi qabıq lazım deyildi: fonetik söz yadda qalır 
və təbii orqan olan qulaqla identifikasiya edirdi. Bu fonetik söz işarəsinin 
ibtidai insanların istifadə etdiyi digər maddi işarələrdən inqilabi üstünlüyü 
idi. Yazının əzbər formasından istifadə inqilabi nəticə verirdi, xüsusilə di-

 
138
gər insanları idarə etməkdə, onlara təsir etməkdə, onlardan məqsədli istifa-
dədə. Bu insanın məhsuldar qüvvə olmaq potensialını kökündən artırdı. 
Qul hüququ adamların tapdığı ilk özü işləyən mexanizm idi. Danışıq şab-
lonlarının və mətnlərinin əzbər yayılmasının əsas stimulu bu idi. Əmr for-
masında olan adi sözlər və söz birləşmələrindən istifadə qul əməyindən 
istifadəyə yol açdı. Digər adamı istismar etmək üçün onun iradəsini idarə 
edən alət lazın idi: birinci alət əmr cümlələri, ikinci isə şallaq oldu. 
İşarə yazısı  nəticəsində bir sıra mühüm qeyri-maddi məfhumlar 
yaranmışdır: bunlar say sistemi, təqvimi, astronomik və dənizçiliyə, əkin-
çilik və ovçuluğa aid simvol və sözlər idi. Bu biliklərin varlığı yazılı dillə-
rin  şifahi variantının yayılmasını maraqlı edən mühüm səbəb idi. Qədim 
dünyada ada cəmiyyətlər çox sabit olmuş və mədəni tərəqqidə əsas rol oy-
namışdır. Bunlar əsasən Aralıq dənizində yerləşən adalar idi. Krit, Uqarit, 
Finikiya və Yunan yazısı ada şəhərlərin mədəniyyətinə aiddir. Dağıdıcı 
müharibələrin azlığı nəticəsində bu adalarda dənizçilik, riyaziyyat və yazı 
da inkişaf edə bilmişdir. Çox güman ki, finikiyalılar və yunanlar qohum 
tayfalardır və onlar fonem yazısını yaratmışlar.  
Qədim tayfalar arasında yazı özü əzbər söz materialından çətin 
yayılırdı. Ona görə tarixən söz dilinin şifahi yayılması onun yazı ilə birgə 
yayılmasından fəal getmişdir. Yazının şifahi dildən doğması təsəvvürünün 
kökü də buradadır. Şifahi söz və mətnin daha sürətli yayılmasının səbəblə-
rindən biri yazı bilən xalqların bu bilgi sayəsində böyük hərbi üstünlük 
qazanması və yazısız, yəni bar-bar xalqları müharibələr nəticəsində istila 
etməsi idi. Bu istilanın nəticəsi olaraq yazı dilinin, primitiv səviyyədə olsa 
da, şifahi variantının bar-bar (yəni sözlə danışa bilməyən) tayfalar arasın-
da yayılması olurdu. Ordu yaradan xalqlar yazı sayəsində orduda əmr 
cümlələrindən və  hərbi mənalı komandalardan, xəritələrdən,  əvvəlcədən 
hazırlanan silahlardan geniş istifadə edirdilər. Bu hərbi idarəçiliyin gü-
cünü artırırdı. 
Bütün bunlar fonetik sözün və mətnin inkişafı və yayılması ilə bağlı 
yeni vəziyyət yaratdı: yazısız yayılan şifahi dil ünsürləri identifikasiya, 
şifahi sözü tanıma problemi ilə üzləşdi. Yazının yoxluğu sözlərin iden-
tikliyini bir-iki nəsil sonra aradan qaldırır və sözlər yeni şəkillərə düşürdü-
lər. Kollektiv və tayfa üzvlərinin sözü eşidib tanıması problemi kəskinlə-
şirdi. Bu, ləhcələri yaradırdı. Ləhcə anlayışı qədimdən vardı və tərcümə-
çilər ləhcənin şərhçisi sayılırdı. Qədim dillərdə tərcüməçi digər dili yox, 
çətin sözləri izah edən mənasına gəlirdi. Lakin ləhcələrin uzaqlaşması 
yüzlərlə  şifahi dillərin yaranması ilə  nəticələndi. Amma ilkin söz 
bazasının ümumiliyi qaldı: bu bazanı öyrənmə sayəsində dilçilikdə hind-
Avropa dilləri ailəsi nəzəriyyəsi meydana çıxdı. 

 
139
Elmə 6 mindən çox dil məlumdur və onların hər birinin ilkin yazılı 
söz kökü olmuşdur. Yalnız iki yazı sistemi sivilizasiya yaradıcı  nəticə 
vermişdir: sarı irqlilərin yaratdığı heroqlif yazısı  və  ağ irqlilərin Aralıq 
dənizi  ətrafında yaratdığı fonetik yazı. Elmə digər yazı faktları da 
məlumdur. Bunlara mədəni dövriyyəyə düşə bilməyən yazılar demək olar, 
amma bir şərtlə ki, onların əsas iki yazı sistemi ilə əlaqəsi istisna edilsə. 
İki mədəni yazı sisteminin mədəni dövriyyədən çıxıb itməməyinin 
əsas səbəbi  əvvəlcə bütpərəst, sonra isə monoteist dinlərin yaranması 
olmuşdur. Həm Suriya, həm Yunan yazısının bizə məlum olan tarixi büt-
Allahlar, sonra ilə  tək allahların tarixi ilə bağlıdır. Lakin bəşəriyyətin 
allahquruculuğu da həmişə yazı ilə bağlıdır və ondan ayrılmazdır. Bütün 
müasir sivilizasiya yazılı  mətnlərin müqəddəsləşdirilməsindən doğmuş-
dur. Müqəddəslik anlayışı mətn və kitab mədəniyyətinin fasiləsizliyini və 
dini baxımdan da mifoloji baza ümumiliyini təmin etmişdir.  
Şifahi dillərin yaranması prosesi sivilizasiyanın əsil tarixidir. Lakin 
bu məsələ tarixçilik və dilçilikdə ən az öyrənilmişdir. Əsil tarix də məhz 
sivilizasiyanın tarixidir. Qədim tarixin xalqların tarixi kimi təsəvvür 
edilməsi adi bir mifdir. 
Beləliklə, qədin xalqların dillərindən danışmaq  əsassızdır. Qədim 
dillərin hamısı yazıyacan eyni səviyyəli, eyni miqdar söz bazasına malik 
olmuşlar. Qədim dillər yalnız şəhər dövlətlərdə müxtəlif tayfalara məxsus 
insanların toplanmasından, tayfa dillərinin bir-birinə qarışması nəticəsində 
lüğət ehtiyatının inkişafına səbəb olmuşdur.  Şəhər dövlətlərin böyüməsi, 
qulların sayının artması qeyri-etnik kollektiv dil yaradıcılığı üçün böyük 
imkanlar açırdı.  İndi bizdə  qədim dilləri xalqlarla bağlamaq  ənənəsi 
vardır: lakin qədim dillər qədim quldar dövlətlərin yaratdığı böyük, etnik 
cəhətdən  əlvan insan toplularının nəticəsidir. Qulların isə milliyyəti yox 
idi, qədim hərbi hüquq onları ev heyvanlarından fərqləndirmirdi. 
Qədim xalqlar haqda təsəvvürlər elmdə iki mənbədən yaranmışdır: 
1. Qədim söz yazısından istifadə edən quldar imperiya ərazilə-
rin sakinləri  bu adı almışlar. Lakin onlar əslində etnik cəhətdən qohum 
deyildilər. Qədim Akkad, Şumer, Misir, yunan, Roma, İsrail insanları qo-
hum deyildilər. Ancaq yazıya məxsus maarif sistemindən və  mətn 
mədəniyyətindən istifadə edirdilər. 
2. Yazı dilinin əzbər, şifahi formasından istifadə edən və yazısı 
olmayan xalqlar. Onlar  əslində danışdıqları dillərin yaradıcısı deyillər. 
Onlar bu dilləri qədimdən dünyanı istila etmiş yazısı olan imperiya dövlət-
lərin əhalisindən və ordusundan alırdılar. Belə xalqın etnik qohumluğun-
dan şərti olaraq danışmaq olar. Lakin onlar etnik mənşəcə  həmişə onları 
istila edən və onlara yazılı dilin şifahi variantını ötürən dövlətin insanları 

 
140
ilə həm də qan qarışığına malik olurlar. Ona görə yazısız şifahi dilli xalq-
ları hibrid xalqlar saymaq olar. Şifahi dilləri mənimsəmək onların birin-
ci mədəni-etnik hibridləşməsidir. Lakin hər xalqın tarixində ikinci mə-
dəni-etnik hibridləşmə  də mütləq olur: bu isə onların yazını  və mono-
teizmi aldıqları imperiya-dövlətlərin əhalisi ilə qaynayıb-qarışmasıdır. 
Sonradan sənaye inqilabları dövründə formalaşan bütün yeni xalq-
lar mənşəcə hibrid xalqlardır. Lakin ingilislər, ispanlar, italyanlar, fran-
sızlar kimi sənaye inqilablarının subyektinə çevrilən imperiyaların əhalisi 
millətlər adlanmağa başladı. Avropa millətləri mənşəcə hibrid, əməldə isə 
müəyyən imperiya halına düşən və yazılı dildən etnik alət kimi istifadə 
edən xalqlardır. Milli dillər dövlət sərhədi ərazisində etnik alət kimi işlə-
nən dillər deməkdir. Romantik nəzəriyyəçilər bu dilləri xalqların ruhunun 
məhsulu adlandırdı. Bu romantik uydurma idi. 
Milli dillərə qədər işlənən qədim yazılı dillərin dövlət sərhədi yox 
idi. Dil o zamanlar bəşəri alətlik keyfiyyətini saxlayırdı. Lakin dillərin 
dünya istilaları nəticəsində şifahi variantda yayılması sosial dilin bəşərilik 
və etnik əlamətdən təmizlik potensialını heçə endirdi. 
Yazını və danışıq dilini yaradan və yaşadan əsas amil iri imperiya 
dövlətləri olaraq qalır. Milli dilə çevrilmiş ingilis dilini dünyaya yayan və 
onu qeyri-rəsmi dünya elm və informasiya dili edən  əsas yenə Britaniya 
imperiyasının sərhədsizliyi idi. Paradoksal olsa da, ilk milli dillərdən olan 
ingilis dili hazırda qədim  ədəbi dillər kimi dövlət sərhədləri nəzərə alın-
madan çoxlu tayfalar və dövlətlər tərəfindən istifadə edilir. 
 
 
2.12. Mətnlərin kanonikləşdirilməsi anlayışı.  
Mətn mədəniyyətinin vahidliyi və fasiləsizliyi 
 
Müasir dillərin əsil tarixi söz yazısının tarixidir. Dilçilik də bir elmə 
çevrilmək üçün XVIII əsrdən mətnləri öyrənməyə başlamışdır. Çünki 
mətnlərdən kənarda heç bir maddi dil yoxdur, sadəcə adamların danışa və 
yaza bilmək potensialı vardır. Danışığın özü də maddiləşən anda itən 
şifahi səs prosesidir. Çünki tərəqqi etmiş danışıq dillərinin hamısının əsası 
yazılı dillər və mətnlərdir. Ona görə biz yazının tarixindən danışırıqsa, elə 
dillərin yaranma tarixindən danışırıq. Dilçilik mətnləri öyrənməklə həqiqi 
elmə çevrildiyi kimi, dilin mənşəyi haqqında nəzəriyyə də elmi bünövrəyə 
oturmaq üçün mətn mədəniyyətinə və onların tarixinə əsaslanmalıdır. 
Yazılı  mətnlərin tarixi iki mərhələyə bölünə bilər. Birinci kanonik 
mətnlər yaranana qədərki yazılar, ikinci isə kanonik mətnlər yaranandan 
sonra yaranan mətnlər. 

 
141
Kanonikləşməyə qədərki mətnlər bizə çox az gəlib çıxıbdır. Bun-
ların əksəriyyəti pəhləvan-hökmdarlar haqqında yazılmış və müxtəlif löv-
hələr üzərində bizə çatmış yazı  mətnləridir. Bu mətnlərin  əksəriyyəti 
hökmdarların ölümü münasibəti ilə onların məzarları üzərində yazılmışdır. 
Məzarlar ölülərin evləri idi, qədim insanlar fiziki ölümə – insan iradəsinin 
həmişəlik yox olmasına inanmırdılar, bunu başa düşmürdülər. Ona görə 
hörmətli ölülər üçün qəbir evi tikirdilər ki, gələcəkdə onlar öz evlərinə qayıt-
sınlar (dirilsinlər). Bu iradənin, hərəkət qabiliyyətinin ölməzliyinə inam idi.  
Qəbirüstü abidələrdəki yazılar çox məhduddur. Ona görə ki, kano-
nikləşməyə qədər olan mətnlərin hamısı itib batmışdır. Bunun bir səbəbi 
müharibələr nəticəsində sivilizasiyaların məhv edilməsidir.  İkinci səbəb 
isə hər dövlətdə, hər hökmdarın yanında öz yazı sisteminə malik kahinlə-
rin fəaliyyət göstərməsi idi. Bir ölkənin kahini o biri dövlətin kahininin 
yazısını oxuya bilmirdi. Təsadüfi deyil ki, indiyə qədər tapılan qədim yazı 
mətnləri XIX-XX əsrlərdə bir-bir və çox böyük çətinliklə şifrələnib oxun-
muşdur. Şübhəsiz ki, bu oxuma zamanı həmin mətnlərin dili müasirləşdi-
rilmişdir. 4-6 min il bundan əvvəl insanların istifadə etdikləri məfhumlar 
bildirdiyi obyektlər cəhətdən müasir dilə uyğun olsa da, məntiq və  məz-
mun baxımından müasir təfəkkürdən fərqlənirdi. Həmin yazıların dildən 
dilə  tərcüməsi zamanı bu müasirləşdirmə  həmin mətnləri  əslindən çox 
uzaqlaşdırmışdır. Bizə  ən yaxın olan yunan fəlsəfi mətnlərinin özünün 
XIX və XX əsrlərdə müasir termin və məfhumlara uyğunlaşdırılaraq oxu-
nuşu Hegel, A.Losev kimi mütəxəssislərin prinsipial etirazlarına səbəb 
olurdu. Əslində bu o deməkdir ki, müasir terminologiya mücərrədləşərək 
antik mətnlərin dilindəki məntiq konkretliyindən çox uzaqlaşmış və əslin-
də keçmişi anlamaq yolunda həqiqi bir dil baryeri və maneəsi yaratmışdır. 
Kanonik mətnlərə qədər həqiqi maarif yarana bilmir. Məğlub tayfa 
öz məğlubiyyətini öz müharibə bütünün zəifliyi kimi qəbul edir və qalib 
tərəfin müharibə allahına sitayişə başlayırdı. Digər tərəfdən hökmdarlar 
məğlub ediləndə onların dövlətindəki yazı (mühasibat və dəftərxana) sis-
temi də dağılıb gedir, öz yerini qalib tərəfin “yazı”sına və kahinlərinə ve-
rirdi. Bu mədəni yaddaşın yaşamasına və fasiləsizliyinə imkan vermirdi. 
Mədəni yaddaşın yarana bilməsi üçün müəyyən  ərazidə ümumişlək yazı 
ənənəsi və bunun bazasında dil ənənəsinin yaranması və sabitləşməsi zə-
rurəti var idi. Bütpərəstlik dövründəki yazı Allahlar, əcdadlar və pəhləvan-
lar haqqında,  əkinçilik və  dənizçiliyin sirləri və s. barədə  məlumatları 
ötürmək ehtiyacını ödəyirdi. Bunun nəticəsində tayfa allahlarına xidmət 
edən kahinlər ortaya gəlir, onların fəaliyyəti nəticəsində isə insan iradəsin-
dən yüksək olan allahların gücü haqqında təsəvvürlər möhkəmlənirdi. Mi-
fik dövrdə insan iradəsinə oxşayan və onun mütləq forması kimi təsəvvür 

 
142
olunan allahlarla adi adamlar arasında informasiya mübadiləsi aparan ka-
hinlər təqribən peyğəmbərlərə – insanlığın ilkin maarifçilərinə çevrildilər. 
Peyğəmbərlər tayfa allahlarının yer üzündə səlahiyyətli adamları kimi qə-
bul olunurdu. Allahların əmrlərini dəqiqliklə bilib saxlamaq və icra etmək 
üçün Allahın iradəsini əks edən əmrlər şifahi formada çox çətinliklə təbliğ 
olunurdu, çünki insanların istifadə etdiyi dilin imkanları məhdud idi, iden-
tik şifahi dil yox idi. Bunsuz Vahid Allah ehkamı birmənalı təbliğ oluna 
bilməzdi.  
Tayfa allahları ilə Vahid Allahın paralel tanınması prosesi uzun 
tarixi dövr olub və Bibliyada və Quranda da əksini tapıbdır. Adətən qalib 
tərəfin allahı müharibədən sonra məğlublar üçün də müqəddəs və mistik 
bir qorxu mənbəyi olurdu. Sonralar isə hər yerdə hər halda eyni cür qəbil 
və icra edilmək üçün Allahların əmrləri xüsusi adamlar tərəfindən əzbərlə-
nib dəyişməz saxlanmağa, sonra isə daş və gil lövhələr üzərinə yazılmağa 
başladı. Məsələn, ehkama görə, Musa Peyğəmbərə Allahın ilk on bəndli 
əmrləri (qanunları) Sina dağında daş üzərində yazılmış halda verilmişdir. 
Burada yazılı sözün hakimiyyət yaratma effektindən istifadə  cəhdi göz 
qabağındadır. 
Lakin maarifçi kahinlərin peyğəmbərlərə çevrilməsinə  qədər də 
qədim  şəhər dövlətlərdə yazıdan istifadə edilirdi: xüsusi mülkiyyət və 
qullar yaranandan sonra uçot ehtiyacı yaranmışdı. Lakin peyğəmbərlərə 
qədər hər kahinin yazı sistemi çox fərqli idi, işarələrin yazılışında 
unifikasiya kifayət səviyyədə deyildi. Allahların hamısı yerli və tayfa 
xarakteri daşıyırdı. Ən böyük allahlar isə müharibə allahları, pəhləvanlıq, 
döyüşçülük ruhunu təmsil edənlər idi. Bu da ondan doğurdu ki, qədim 
dünyada müharibələr yeganə hüquq mənbəyi idi. Döyüşdə məğlub olanlar 
hər şeylərini itirirdilər və qul olurdular. Pəhləvan və döyüşçüləri isə  əsir 
düşəndə belə öldürürdülər. Ona görə hərb allahları ən yüksək statusa ma-
lik idilər: ən böyük hüquq – əsirləri öldürmək, yoxsa yaşatmaq problemi 
onlardan asılı sayılırdı. 
Təkallahlığın  əvvəli sayılan yəhudi tayfa allahı Yaxve də qonşu 
tayfadan yəhudilərə keçmiş hərb allahı idi. O, sonralar bütün yəhudilərin 
allahı adlanmağa başladı. Yəhudi allahı Yaxvenin himayədarı olmaqla 
yəhudi kahinləri öz ölkəsində hakimiyyətin də sahibi olurdular. Etnik 
dinin mənası və məntiqi belə idi. Güman ki, sonralar yəhudilərin Misirdən 
çıxışı adlanan hadisə Misirdən müəyyən maarifçilərin Mesopotamiya ova-
lığındakı iqtisadi çiçəklənmə zonasına, Fələstinə gəlməsindən ibarət olub. 
Sonralar qədim sözlərin mənası  təhrif edilərək bu hadisə etnik bir köç 
kimi qələmə verilməyə başlayıb. İlk dəfə Fələstin maarifçi peyğəmbərləri 
Vahid Allah barədə ehkamları və əhvalatları yazıya almağa başlayıblar və 

 
143
bu, bəşəriyyətin sonrakı tərəqqisində yeni era açıb. Bibliyada bir tayfa, bir 
Allah prinsipi qalıb gəldi. Buna analogiya ilə bütün tayfaların (insanların) 
vahid Allahı anlayışı meydana çıxdı. Aleksandr Makedonskinin dünyanı 
fəth etməsi və qədim İranın paytaxtında özünün dünyanın yeni Allahı kimi 
taxta çıxması üçün parad təşkil etməsi bu anlayışa təkan verdi. Aleksandr 
bütün dünyanı fəth etdiyi üçün insanların və yer üzünün ən böyük hərb al-
lahı kimi tanınmalı idi. Bu Aleksandrdan əvvəl də belə idi: bütpərəst tay-
falar müharibədə qələbə və məğlubiyyəti müharibə Allahlarına aid sayır-
dılar. Aleksandrın istilalarından sonra o, bütləşdirildi və  nəticədə dünya-
nın yeni və vahid Allahı problemi aktuallaşdı və təkallahlıq uğrunda mü-
barizələr dünyada və Fələstindəki dini dairələrdə yeni qüvvə ilə başlandı. 
Bütün qədim dövlətlərdə olduğu kimi, Fələstin ərazisində də kahin-
lərlə hökmdarlar çox hallarda eyni adamlar olurdu. Məsələn, İbrahim pey-
ğəmbər belə idi. Məhəmməd peyğəmbərin xəlifəlik statusu da qədim yə-
hudi ənənəsinin davamı idi: o, həm peyğəmbər, həm də ordunun və müsəl-
man icmasının hökmdarı, dünyəvi rəhbəri idi. 
Ən qədim dövlətlərin vətəni olan Suriyada yazı ənənəsi onlara ya-
xın qonşu olan ada sivilizasiyalarla bağlı idi. Buradakı dövlət çevrilişləri 
nəticəsində Bibliyada gördüyümüz kahin çarlar bir-birini əvəz edirdi. 
Sonralar vaxtı ilə hakimiyyətdə olmuş  əcdadlar, kahin nəsilləri öz tərəf-
darlarının və qohumlarının hakimiyyət dövrü haqqında müsbət planda 
mətnlər yazmağa başladılar. Kahin çarların ədaləti haqqında yazılar təqri-
bən kanonikləşib peyğəmbərlər haqda mətnlərə çevrildi. 
Qədim yəhudilərin müqəddəs mətnlərində  əsas prinsip müqəddəs 
şəcərədir, hüquqların--hakimiyyət və peyğəmbərlik hüquqlarının belə 
irsən keçməsidir. Bu problemin mühüm və aparıcı yer tutması  qədim 
yəhudi mətnlərinin arxasında müxtəlif kahin tayfa və məktəblərinin siyasi 
rəqabəti idi. Bibliya tarixçiləri qədim  İudeyada kanonik kitaba düşən 
mətnlərdən  əlavə  də müxtəlif peyğəmbər mətnlərinin olduğunu qeyd 
edirlər, onların bir çoxunun mətnləri bizim dövrə qədər gəlib çatmışdır.  
Çox güman ki, Suriya və Fələstində y.e.ə. 9-4 əsrlərdə olmuş hökm-
darlıq quruluşu dini və dünyəvi hakimiyyətin bir əldə birləşməsi, çox 
zaman isə hakimiyyətin dini rəhbərlərdə olması ilə seçilmişdir. Bibliya 
süjetlərində hökmdar çarlarla pəhləvanların müxtəlif adamlar olması  və 
döyüşlər zamanı bundan doğan konfliktlər geniş  təhlil olunmuşdur. Çox 
güman ki, qədim yəhudi peyğəmbərləri hərəkatı və onların hakimiyyətinin 
qorunması çağırışları  Fələstində başlanan hərbi demokratiyaya keçidə 
müqavimətlə bağlıdır. Yazılı  mətnlərin hamısının  əsas mənası müəyyən 
ailələrin və tayfaların hakimiyyətə sahiblik hüququnun əsaslan-
dırılmasıdır. Şəcərələr də burada əsas dəlil kimi istifadə olunur və qədim 

 
144
yəhudi peyğəmbərlərin hamısının Nuh peyğəmbərdən törəmə olduğu 
göstərilir. Şiəlikdə də eyni prinsip etnik anlayış olmadan işləyir. 
Fələstində qədim peyğəmbər mətnlərinin kanonikləşməsində siyasi 
mülahizələr – hakimiyyət və mülkiyyət maraqları əsas rol oynamışdır. Ka-
hinlər öz hakimiyyət hüququnu əsaslandıran mətnləri qoruyur, təkmilləş-
dirir, onların peyğəmbərlərinin kultunu yaradır, sonda isə daha nüfuzlu 


Поделитесь с Вашими друзьями:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə