Rəhim Əliyev



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə39/39
tarix10.07.2017
ölçüsü2.35 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
6.10. Ədəbi mühit, ədəbi proses  
və dünya ədəbi prosesi 
 
Dərnək və jurnal mühiti. Ədəbi əsər yaranandan sonra ilk addım 
olaraq öz kiçik ədəbi mühitinə daxil olur. Bu mühitdə  ədəbi  əsərlər və 
onların müəllifləri haqqında şifahi və qeyri-rəsmi rəylər formalaşır. Cavan 
müəllifin  əsəri birinci müəllifin məxsus olduğu  ədəbi dərnəkdə, və ya 
yaxın yaradıcı dostları arasında oxunur. Dram əsəri üçün bu mühit teatr da 
ola bilər. Təcrübəli yazıçının  əsəri isə  ədəbi jurnal, almanax və ya 
nəşriyyatların portfelinə daxil olur. Bu birinci mühit ədəbi əsərin və onun 
müəllifinin taleyində çox böyük rol oynayır. Bu rol əsər haqda yaranan ilk 
rəylərlə bağlı olur. Bu rəylər rəsmiləşib mətn şəklində qalmır, lakin ədəbi 
prosesə  məxsus yazılı  mətbu rəylərin ortaya gəlməsinə çox zaman 
həlledici təsir göstərir. 
Çox hallarda əsərlərin taleyi bu ilkin ədəbi mühitdə yaranan rəylərlə 
bağlı olur və onların davamı kimi ictimai rəyə daxil olur. Dar ədəbi 
mühitin yaratdığı rəylər bir sıra amillərin təsiri ilə yaranır. 
1.  Əsərin bir variant kimi orijinallığı onun taleyində  əsas rol 
oynayır. Hər bir iri əsər variant olduğundan  ədəbi mühitdə olan digər 
yaradıcı adamlar, jurnal redaksiyalarının əməkdaşları, dərnək üzvlər və s. 
yaradıcı adamlar təzə əsərdə olan orijinal cəhətləri də, orada mövzu, süjet, 
qəhrəman və s kodlarından gələn təsirləri də hiss edirlər.  
a) Bir qayda olaraq əsərlərin bəyənilməsində oxucunun öz ədəbi 
yaddaşından uzaqlıq prinsipi mühüm rol oynayır. Rəyçilər özlərinin 
yaddaşı üçün uzaq olan şeyləri daha yüksək, daha orijinal bir hal kimi 
qiymətləndirirlər.  
b) Orijinallıq qiymətinə təsir edən ikinci prinsip rəyçinin öz yaddaşı 
üçün aktual və qiymətli olan mətn epizodlarının çoxluğudur. Müəlliflərin 
yaradıcılığında mühüm rol oynayan kompleks və  dəyərlər, maraq və 
ambisiyalar onun qiymətləndirici kimi çıxış etdiyi vəziyyətlərdə də yaxşı 
və pis rəyinin yaranmasında mühüm rol oynayır. 
c) Müəllif  şəxsiyyətinə  rəyçilərin, mühit yoldaşlarının münasibəti 
də müsbət rəylərin yaranmasında kömək edir. Dərnək üzvləri, redaksiya 

 
355
işçiləri adətən dostluq edirlər, bu prosesdə müəllifin şəxsiyyətinin müsbət 
xüsusiyyətləri: dostlara qayğı  və  həssaslıq, xeyirxahlıq, savad, onları 
dinləmək bacarığı, dözümlülük, onlarla içki məclislərində  iştirak və s. 
mühüm rol oynayır. Ona görə  bəzi yaradıcı adamlar ilk addımlarından 
ədəbi mühitdə öz obrazlarını yaratmağa, bilərəkdən olduğundan daha 
müsbət imic yaratmağa can atırlar. 
Sovet vaxtı milli respublikalardan gəlib Moskvada kitab buraxma-
ğın əsas şərti paytaxt redaksiyalarının əməkdaşları ilə dostluq münasibəti 
yaratmaq, onlara hədiyyələr, spirtli içkilər yollamaq, onları restoranlara 
dəvət etmək kimi amillər idi. Belə imkanları olan təsadüfi adamların də 
Moskvada istənilən sayda kitabları  çıxırdı. Ümumi kasıblıq yazıçının və 
sovet nəşriyyat işçisinin taleyində və ədəbi rəqabətdə əsas amillərdən idi. 
Cavan müəlliflərin ədəbi mühitdəki populyarlığında onların dərnəklərinin 
rəhbərləri, əsərlərinə rəy verən ilk yaşlı yazıçılar əsas rol oynayır. Onların 
cavan müəllif və onun əsəri barədə yaydıqları şifahi rəylər müəlliflərin və 
əsərlərin populyarlaşmasına səbəb ola bilir. Çox zaman nüfuzlu bir 
yazıçının rəyi cavan müəllifin etiraf və qəbul edilməsi üçün kifayət edir. 
Ümumən, hər bir işdə olduğu kimi, müəllif karyerasında da ətraf 
adamlarla, xüsusilə asılılığı olduğu adamlarla münasibətlər yaratmaq və 
bunlardan istifadə etmək bacarığı əsas rol oynayır. 
Lakin sivil qərbi Avropa mühitində müəlliflərin və əsərlərin taleyini 
naşirlər və onların kommersiya – çap edilən əsərdən pul qazanmaq müla-
hizələri oynayır. Orada ancaq satıla biləm  əsərlər çap olunur. Bu, ideal 
norma olmasa da, nisbətən ədalətlidir. Azad ölkələrdə dövlət ədəbiyyatın 
və kitab çapının gedişi ilə bağlı  məsələlərə qarışmır. Amma birpartiyalı, 
qeyri demokratik ölkələrdə yazıçı kimi populyar olmaq hakimiyyətə 
yaxınlığın bir forması olur. Böyük sayılan sovet yazıçılarının hamısı 
partiya və dövlət aparatında vəzifələr tutan adamlar idi. 
Əsil siyasi azadlıqların olmadığı ölkələrdə biznes sahəsində qazanı-
lan pullardan ədəbi mühitdə populyar olmaq üçün, şair və yazıçı kimi 
tanınmaq üçün istifadə olunur. Bunun effekti həmin cəmiyyətlərdə kasıblı-
ğın səviyyəsi ilə bağlıdır. Dövlətlərin  ədəbi həyatda iştirakı, Yazıçılar 
İttifaqı kimi antidemokratik, ədəbiyyatın ideallarına düşmən qurumları 
büdcədən maliyyələşdirməsi ölkə ziyalılarının kasıblığının nəticəsi kimi 
mümkün olur. 
 Əsərin milli ədəbi prosesə daxil olması daha mürəkkəb prosesdir. 
Biz milli ədəbi proses deyərkən  əsərin özünün və onun barədə  rəylərin 
rəsmi mətbuat mətnlərinə çevrilməsini nəzərdə tuturuq. Ədəbi proses 
rəsmi bir yerdir, mətn mühitinə girməkdir. Mətn mühiti isə çoxnüsxəli 
olduğundan müəllifi və əsəri rəsmi ədəbi dövriyyəyə daxil edir. Dövriyyə-

 
356
də olan əsərlərin qiymətləndirilməsi subyektiv bir proses olduğundan və 
müxtəlif fərdi rəylərdən ibarət olduğundan çoxlu çap olunma nəticəsində 
istedadsız, təsadüfi adamlar da mətbuatda geniş təmsil oluna və populyar-
laşa bilirlər. Məsələn, saraylarda, qeyri-demokratik rejimlərdə, sovet ədə-
biyyatında rəsmi vəzifəli adamlar yazıçı kimi populyar olur və öz dövr-
lərində böyük hörmətə malik idilər. Lakin zaman dəyişəndən və 
yeniləşəndən sonra bu adamlar unudulur.  
Ona görə  də  ədəbi prosesə girmək hələ yaxşı yazıçı kimi etiraf 
edilməyə bərabər deyildir. Amma çoxlu çap olunmaq müəyyən müəlliflə-
rin populyarlığını təmin edə bilir. Çap prosesi əsasən maddi imkanlar və 
mülahizələrlə bağlı olur. Amma ədəbi tənqiddə qiymətlər almaq çap pro-
sesindən qat-qat mürəkkəbdir. Əlbəttə, kasıb ölkələrdə bu proses də kom-
mersiya əsasında həll edilir. Sovet vaxtı ədəbi tənqid doxsan faiz vəzifəli 
yazıçıların ambisiyalarına xidmət edən bir sahə idi. Saxta ədəbiyyat 
məmurları özlərinə uyğun sayda tənqidçilər də yaradırdılar. 
 Amma azad ölkələrdə və cəmiyyətlərdə istedadsız yazıcıların özləri 
barədə müsbət imic yaratması mümkün deyildir. Azərbaycanda 1988-ci 
ildən yaranan azad mətbuatda bu yoxdur. Amma sovet dövründən qalma 
“Ədəbiyyat qəzeti”ndə bu, 1988-2008-ci illərdə  də davam edir. Bunun 
səbəbi həmin qəzetin büdcə puluna çıxması  və dövlət orqanı olan və 
büdcə pulu ilə fəaliyyət göstərən “Yazıçılar Birliyi”nin sovet ənənələrini 
davam etdirməsi ilə bağlıdır. Ölkə kasıb olduğundan ədəbiyyat məmurla-
rını tərifləmək istəyən adamlar da kifayət qədər tapılır. Lakin bu müvəq-
qəti bir haldır: azad mətbuat muzdlu ədəbi tənqidi ifşa edir və onun heçli-
yini inandırıcı şəkildə göstərir. Qeyri-demokratik ölkələrdə ədəbi mühitin 
yanlış təsəvvür və qiymətləri də tənqiddə əksini tapa bilir. Lakin bir qayda 
olaraq ədəbiyyata gələn yeni nəsillər bu qiymətləri rədd və təshih edirlər. 
Sovet vaxtı dərsliklərə salınan bir sıra yazıçılar bu gün qəbul edilmir. Belə 
saf-çürük prosesi fasiləsiz olaraq davam edir. 
Ədəbi əsərin və müəllifin ədəbi prosesə daxil olmasının böyük mə-
nəvi və maddi təsiri olur, ilk növbədə, müəllifin özü üçün. Yaradıcılıq 
ağır,  əzablı prosesdir. Müəllifin bu ağırlığa dözməsi üçün onun öz əsəri 
barədə müsbət rəylər eşitməsinin mühüm əhəmiyyəti vardır. İdeal hallarda 
yaxşı tənqidçilərin və təhlilçilərin rəyləri müəlliflərin yaradıcılıq inkişafın-
da da müsbət rol oynaya bilir. Digər tərəfdən çap olunmaq yazıçını 
populyarlaşdırır və onun kitablarının daha yaxşı satılması ilə  nəticələnir. 
Bu isə müəllifin maddi vəziyyətinin yaxşılaşması üçün çox vacibdir. 
Maddi şəraitini təmin edə bilməyən yazıçılar adətən ömrü boyu məhsuldar 
yaradıcılıqla məşğul ola bilmirlər, müxtəlif peşələrə əl atmalı olurlar. 

 
357
Lakin  ədəbi prosesə daxil olmaq və ya çap olunmaq tanınmaq və 
sevilmək üçün mütləq meyar deyildir. Məsələn, M.F.Axundov, C.Cabbarlı 
kimi ədiblər öz sağlıqlarında dram əsərlərinin çapını görməyiblər. Amma 
bu gün onlar Azərbaycan  ədəbiyyatı tarixində  şərəfli yer tuturlar. Böyük 
yazıçıların az bir qismi öz zamanında çox populyar olmuşdur. Bir qayda olaraq 
yazıçılara həqiqi şöhrət onlara sonrakı ikinci və üçüncü ədəbi nəsillər zamanı 
gəlir. Öz sağlığında şöhrət tapanların əksəriyyəti isə unudulub gedir. 
Adətən yeni dərnək və cərəyanların öz manifestçiləri və tənqidçiləri 
olur. Belə hallarda ədəbi manifestlərin müəllifləri və  şərhçiləri olan 
tənqidçilər əsərlərin və cərəyanların yayılmasında və populyarlaşmasında 
əsərdən daha artıq rol oynaya bilirlər. Bu, daha çox modernist cərəyanlara 
məxsus müəlliflərlə baş verə bilir. Ümumən,  ədəbi mühit və  dərnəklərlə 
ədəbi tənqidin münasibətləri və qarşılıqlı təsiri mürəkkəb bir problemdir. 
Bir sıra hallarda əsərlərin populyarlığı cərəyanların və tənqidi məktəblərin 
yaranmasına səbəb olur, digər hallarda isə  əksinə olur. Məsələn, 
C.Cabbarlının “Sevil” əsəri müsəlman türk xalqlarının ədəbiyyatında həm 
ədəbi əsər və həm də ədəbi-sosial bir manifest rolu oynamış və müsəlman 
qadının azadlığı mövzusunda ədəbi bir cərəyan yaratmışdır. 
3.  Ədəbi  əsərin beynəlxalq  ədəbi prosesə daxil olması dünya 
ədəbiyyatı anlayışı ilə bağlıdır. Hələ V.Höte dünya ədəbiyyatı anlayışın-
dan bəhs etmişdir. Bu maarifçiliyin və romantizmin ədəbi bir mərhələ 
kimi bütün Qərbi Avropa ədəbiyyatlarında təkrarının aydınlaşması ilə 
daha çox bağlı idi. XIX-XX əsrlərdə Avropa vahid bir iqtisadi orqanizm 
kimi birləşdi, dünya bazarı formalaşdı. Bütün bunlar Qərbin ingilis, fran-
sız, alman, İtalyan və  İspan dillərində yaranan ədəbi mədəniyyətdə 
müştərək xüsusiyyətlərin formalaşması ilə  nəticələndi və  nəticədə dünya 
ədəbi prosesi anlayışı elmdə daha da möhkəmləndi. 
Ədəbi əsərin dünya ədəbi prosesinə daxil olması onun tərcüməsi və 
qabaqcıl ölkələrdə populyarlaşması  nəticəsində baş verir. Lakin bu 
yaradıcılıq mühiti üçün nadir hallardan sayılır. Həm də  əsərlərin dünya 
dillərində yayılması adətən müəlliflərin dünyadan köçməsindən çox-çox 
sonra baş verir. Bir romanın beş-on dilə tərcüməsi onun hələ dünya ədə-
biyyatı faktına çevrilməsinin təsdiqi sayıla bilməz. Belə faktı adətən çoxlu 
milli təhsil sistemlərindəki tədris proqramlarına düşən əsərlər yaradır. 
Tarixi baxımdan dünya ədəbi prosesini bir necə  mərhələdə izah 
etmək olar: 
1. Müqəddəs mətnlərin tərcüməsi vasitəsi ilə vahid və fasiləsiz mətn 
mədəniyyətinin yaranması. 

 
358
2. Yazılı cavan ədəbi dillərin inkişafı ilə  ədəbi janrların, formala-
rım, mövzu və süjetlərin milli ədəbi dillərə  təbdil edilməsi və bunların 
milli variant və ənənələrinin yaranması. 
3. İntibah, maarifçilik, romantizm, realizm, modernizm kimi ədəbi-tarixi 
mərhələlərin cavan milli dillərdə yaranan ədəbiyyatlarda təkrarlanması. 
4. Onlarla milli dillərin yaranmasından sonra qədim mətn mədəniy-
yətlərinə  məxsus nümunələrin cavan milli dillərə  tərcüməsi, qədim 
dillərdə olan ədəbi nümunələrin cavan dillərə gətirilməsi. 
5. XX əsrdə cavan milli mədəniyyətlərin tərcümə yolu ilə vahid 
dünya ədəbi mədəniyyətinə daxil olması prosesi. 
 Dünya  ədəbi prosesinin yaranmasını yuxarıdakı beş  mərhələ kimi 
təsəvvür etmək olar. Maraqlıdır ki, qədim dillər tayfa və ləhcələri tək-tək 
qədim  ədəbi dillər  ətrafında toplayırdısa, indi yazılı  mədəniyyətin çoxlu 
dillərdə variantlarının yaranması prosesi gedir. Lakin kompüterin yaran-
ması və geniş yayılması perspektivdə yenidən dünya mətn mədəniyyətinin 
vahid bir dil əsasında birləşməsinə doğru aparır. Bəlkə bu təbii bir 
prosesdir. Çünki dünya ədəbi prosesi, sadələşdirilmiş  şəkildə deyəndə, 
qədim mətnlərdən yeni cavan ədəbi mətnlərin doğması prosesidir.  
 XIX  əsrdə dünya ədəbiyyatını  və vahid siyasi prosesini yaradan 
dünya bazarı idi. İndi isə bu prosesin əsasında daha çox dünyanı 
birləşdirən elektron informasiya vasitələridir.  İnternet və qlanas faktiki 
olaraq dünyanın siyasi sərhədlərini  şərtiləşdirir. XIX əsrdən başlayaraq 
iqtisadi və siyasi cəhətdən yüksələn Avropanın  ədəbiyyatları öz ümumi 
ədəbi mədəniyyətlərini janrlar, süjetlər, mövzular və s şəklində digər 
xalqların dillərində yayırlar. Bu yolla dünya ədəbi prosesinin yaranmasın-
da tərcümə və təbdil əsas rol oynayır. 
 Sovet elmində kiçik və cavan ədəbiyyatların da qədim və qabaqcıl 
ədəbiyyatlara əks təsirindən danışılırdı. Lakin qədim və qabaqcıl ədəbiy-
yatlara təsir qaydadan çox istisnadır. Həm də belə  təsir cavan ədəbiyyat 
nümayəndələrinin ingilis və rus dili kimi yüksək inkişaf etmiş dillərində 
yazan Ç.Aytmatov tipli yazıçıların yaradıcılığı ilə ortaya çıxır. Belə 
yazıçıların milli ədəbiyyatlara aidiyyəti isə mübahisəlidir. Hazırda İngiltə-
rə, ABŞ, Avstraliya, Hindistan, Afrika və  ərəb ölkələrində ingilisdilli 
ədəbiyyatlar inkişaf edir. Bu ədəbiyyatlardakı ümumilik, ilk növbədə, 
milli sərhədi və siması olmayan vahid ingilisdilli ədəbi mətn mədəniyyə-
tinin ortada olduğunu təsdiq etməkdədir. 
 XVIII-XIX  əsrlərdə eyni ədəbi mərhələlərin müxtəlif xalqların 
ədəbiyyatlarında özünü göstərməsi həmin əsrlərə qədər fərqlənirdi. İngilis 
ədəbiyyatında XVIII əsrdə özünü göstərən romantizm Azərbaycan 
ədəbiyyatında XX əsrin  əvvəllərində meydana çıxdı. Lakin indi ədəbi 

 
359
cərəyan və  mərhələlər milli ədəbiyyatlara daha tez yayılır. Bunun əsas 
səbəbi milli dillərə  tərcümələrin daha intensiv olması, həcmcə genişlən-
məsidir. Elmdə dünya ədəbiyyatından geniş bəhs edilməsinə baxmayaraq 
bu anlayış  şərti xarakter daşıyır. Onun əsas məzmunu qədim və  mədəni 
ədəbi mətn mədəniyyətlərinin təsiri ilə cavan mətn mədəniyyətlərinin 
yaranmasından ibarətdir. 
 Əslində bütüm dillərdə olan ədəbiyyatlar vahid janr, süjet, mövzu 
kodları  əsasında inkişaf edir, yeni milli dillərdə variantlar yaranır. Buna 
son zamanlar təhsilin beynəlmiləlləşməsi nəticəsində  ədəbi nəzəriyyə  və 
məktəblərin yayılması yolu ilə daha da intensivləşmiş ədəbi əlaqələrdə də 
görmək olar. Rəqəmli internet və televiziya, kino, informasiya kanalları 
artıq dünyanı informasiya baxımından birləşdirmişdir. Lakin bu milli 
dilləri və cavan dövlətlərdə ortaya çıxan bayat məişət millətçiliyinin siyasi 
amil kimi belə davam etməsinin qarşısını ala bilmir. Üçüncü dünya 
ölkələrində yaranan yeni-yeni “milli” dövlətlər dünyada gedən ədəbi mər-
kəzəqaçma tendensiyasının qarşısını ala bilməyəcəkdir. Xüsusilə maşın 
tərcüməsinin ortaya gəlməsi fövqəlmilli dünya ədəbi prosesinə tərəf təka-
mülü gücləndirir. 
 
10.2006 – 08.2008. 

 
360
 
 
 
 
 
 
 
 
 
 
Kitаb 
«Mütərcim» Nəşriyyаt-Pоliqrаfiyа Mərkəzində  
səhifələnib və çап оlunub. 
 
 
 
Nəşriyyаtın dirеktоru:  Tеlmаn Cəfərоv 
Nəşriyyаt rеdаktоru: Nigаr Rəhimоvа 
Оpеrаtоr: Vəfа Əhmədоvа 
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanıb: 12.11.2008.  
Format: 60х84 1/16. Qarnitur: Times. Həcmi: 22,5 ç.v. 
Tiraj: 500 nüsxə. Sifariş № 112. Qiyməti müqavilə ilə. 
 

Mütərcim
“ Nəşriyyat-Poliqrafiya Mərkəzi 
Bakl şəh., Rəsul Rza küç., 125 
Tel./faks: 596 21 44 
e-mail:
 
mutarcim
@mail.ru
  



Поделитесь с Вашими друзьями:
1   ...   31   32   33   34   35   36   37   38   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə