Rektor xaricdə təhsil alan həkimlərə müraciət etdi Rektor xaricdə



Yüklə 285.29 Kb.
PDF просмотр
səhifə1/3
tarix19.07.2017
ölçüsü285.29 Kb.
  1   2   3

Rektor xaricdə 

təhsil alan 

həkimlərə 

müraciət etdi

Rektor xaricdə 

təhsil alan 

həkimlərə 

müraciət etdi

Azərbaycan Tibb 

Universiteti ilə Türkiyənin 

Medicabil xəstəxanası 

arasında memorandum 

imzalanıb

Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 04 (1644) 28 fevral 2017 - ci il                                    Qiyməti 50 qəpik



Yeni doktorant və dissertantlarla görüş

Xocalı 

Soyqırımının 

25 illiyinə 

həsr 

olunmuş 

tədbir

 “Kök hüceyrələrinin müasir kliniki tətbiq sahəsi” 

mövzusunda konfrans

ATU-nun Həmkarlar İttifaqı 

Komitəsi (HİK) Tədris Stomatoloji 

Klinikada növbəti yığıncağını 

keçirib

Tibb Universitetində YAP-ın 

hesabat-seçki yığıncağı

Türkiyəli professorlar-

la orqan köçürülməsi 

mövzusunda 

müzakirələr aparıldı

İmtahan sessiyasının yekunları müzakirə olundu

BU  SAYIMIZDA 

3

2

 

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

XX əsrdə bəşər tarixinə Xocalı soyqı-

rımı kimi daxil olan qanlı faciənin 25-ci 

ildönümü  ilə  əlaqədar  fevralın  26-da 

Bakıda ümumxalq yürüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyev 

və Birinci vitse-prezident xanım Mehri-

ban Əliyeva yürüşdə iştirak ediblər.

Paytaxtın Azadlıq meydanından baş-

layan  və  40  mindən  çox  insanın  iş-

tirak  etdiyi  ümumxalq  yürüşünün 

məqsədi Xocalı soyqırımı qurbanlarının 

xatirəsini ehtiramla yad etmək, erməni 

faşistləri  tərəfindən  insanlığa  qarşı 

törədilmiş  bu  vəhşi  cinayəti  yenidən 

dünya ictimaiyyətinin diqqətinə çatdır-

maqdır.

Ön sırasında Prezident İlham Əliyevin 



və Birinci vitse-prezident xanım Meh-

riban  Əliyevanın  olduqları  yürüş  işti-

rakçıları  Xocalı  soyqırımı  qurbanları-

nın  xatirəsinə  Bakının  Xətai  rayonun-

da  ucaldılmış  abidəyə  doğru  hərəkətə 

başladılar.

Ümumxalq  yürüşünün  iştirakçıla-

rı  əllərində  qanlı  qırğının  günahsız 

qurbanlarının  -  xüsusi  qəddarlıqla 

qətlə  yetirilmiş  uşaqların,  qadınların 

və  qocaların  portretləri,  25  il  bundan 

əvvəl  törədilmiş  hadisələrin  dəhşətli 

səhnələrini  əks  etdirən  fotoşəkillər, 

faciənin  təqsirkarlarından  cavab  tələb 

etmək,  onları  cəzalandırmaq,  bu  soy-

qırımına  beynəlxalq  səviyyədə  siyasi-

hüquqi qiymət vermək barədə çağırış-

lar  və  soyqırımı  qurbanlarının  adları, 

soyadlarının əks olunduğu Azərbaycan, 

rus, ingilis, fransız dillərində plakatlar 

və transparantlar tutmuşdular. Marşrut 

boyunca yolların kənarlarındakı moni-

torlarda, binaların fasadlarında və bal-

konlarında  “Dünya  Xocalı  soyqırımını 

tanımalıdır!”,  “Xocalıya  ədalət!”,  “Xo-

calını unutmayın!”, “Rədd olsun erməni 

faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, 

“Cinayətkarlar cəzasız qalmayacaqlar!”, 

“Xocalı soyqırımı – 25 il” və s. çağırışlar 

və şüarlar nümayiş etdirilirdi.

Xocalı 

soyqırımı 



qurbanlarının 

abidəsinin  ətrafında  fəxri  qarovul 

dəstəsi və tər çiçəklər düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırı-

mı abidəsinin önünə əklil qoydu, faciə 

qurbanlarının  xatirəsini  ehtiramla  yad 

etdi.

Birinci  vitse-prezident  xanım  Mehri-



ban Əliyeva, Baş nazir Artur Rasi-zadə, 

Milli Məclisin sədri Oqtay Əsədov, Pre-

zident  Administrasiyasının  rəhbəri 

Ramiz  Mehdiyev,  Heydər  Əliyev  Fon-

dunun  vitse-prezidenti  Leyla  Əliyeva, 

Arzu  Əliyeva,  Heydər  Əliyev  abidənin 

önünə  tər  güllər  qoydular.Dövlət  və 

hökumət  rəsmiləri,  Milli  Məclisin  de-

putatları, nazirlər, komitə və şirkətlərin 

rəhbərləri, 

diplomatik 

korpusun 

nümayəndələri,  dini  konfessiyaların 

başçıları, habelə qırğından xilas ola bil-

miş Xocalı sakinləri də abidənin önünə 

güllər düzdülər.



Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər

4

4

6

5

4

6

6

http://w w w.amu.edu.az

28 fevral 2017-ci il

2

Sonra ATU-nun tədris və müalicə 



işləri üzrə prorektoru, professor Sabir 

Əliyev    “2016- 2017-ci tədris ilinin pa-

yız semestrinin imtahan sessiyasının 

yekunları və yaz semestrində tədris 

prosesinin daha da yaxşılaşdırılması 

işində universitet kollektivinin vəzi-

fələri” barədə hesabatı dinlənildi.

Azərbaycan  Prezidentinin  14  iyun 

2016-cı  il  tarixli  sərəncamı  ilə  “Elm 

haqqında”  Azərbaycan  Respublikası 

Qanununun qəbul edildiyini önə çəkən 

məruzəçi  ölkədə  elmin  inkişafının  hü-

quqi  əsaslarını  müəyyən  edən  bu  qa-

nunun elmin maliyyələşdirilməsi mexa-

nizmlərini,  əldə  edilən  nailiyyətlərin 

stimullaşdırılması 

və 

onlardan 



istifadənin  təşkilati-hüquqi  əsaslarını 

müəyyən etdiyini söylədi.

Sözünə  davam  edən  S.Əliyev  bildirdi 

ki,  cari  tədris  ilinin  payız  semestrinin 

imtahan  sessiyasının  obyektivlik,  aş-

karlıq  və  şəffaf  şəkildə  keçirilməsi  ilə 

bağlı ənənəvi olaraq professor-müəllim 

heyəti  ilə  tələbələrin  birgə  yığıncaqları 

keçirilmiş  və  bu  yığıncaqlarda  qarşıda 

duran  və  həlli  vacib  bütün  məsələlər 

operativ  qaydada  həll  edilmişdir.  Ka-

fedralarda  ayrı-ayrı  fənlərdən  test 

bankının  yaradılması  istiqamətində  də 

xeyli  iş  görülmüşdür.  Universitetin  me-

todik  və  innovasiya  şöbəsi  tərəfindən 

test  tərtibinə  cəlb  olunan  professor-

müəllim heyəti ilə seminarlar keçirilmiş, 

tərtib  olunmuş  testlərin  texniki,  meto-

diki  ekspertizası  aparılmış,  fənlər  üzrə 

ekspertlər  müəyyən  edilmiş  və  onların 

iştirakı  ilə  suallar  sonuncu  dəfə  yoxla-

nılaraq  test  bankına  yerləşdirilmişdir: 

“Cari  tədris  ilindən  başlayaraq  I  kursa 

qəbul olunmuş tələbələrin kompyuterlə 

test  üsulu  ilə  imtahanların  aparılma-

sı  məsələsinə  hörmətli  rektorumuz 

professor  G.Gəraybəylinin  təşəbbüsü 

ilə  yenidən  baxılmış,  bu  sahə  ilə 

məşğul  olan  aparıcı  mütəxəssislərlə 

məsləhətləşmələr nəticəsində imtahan-

lar digər kurslardakı qaydalardan fərqli 

olmuşdur.  I  kurs  tələbələri  yeni  “MO-

ODLE”  proqramı  vasitəsilə  imtahan 

vermişlər.  Bu  proqram  hazırda  dünya-

nın 200-dən çox unversitetində istifadə 

olunur  və  tələbələrin  biliyininin  daha 

obyektiv  qiymətləndirilməsində  geniş 

imkanlar yaradır. Digər kurslardan fərqli 

olaraq I kurs tələbələrinin biliyi bir saat 

vaxt ərzində 25 sualla yoxlanmışdır. Hər 

bir doğru cavab 2 balla qiymətləndirilir.

İmtahan  sessiyasının  nəticələrini 

diqqətə  çatdıran  prorektor  bildirdi  ki,  

klassik  qaydada  imtahan  verən  hərbi 

tibb  məktəbinin  tələbələri  132  halda 

imtahanda iştirak etmiş, 4-3% halda im-

tahana  gəlməmişdir:  “Klassik  qaydada 

aparılan imtahanın nəticələrinə görə 32 

(24,2%) halda «əla»,  72 (54,5%)-yaxşı, 

21 (15,9%)  halda «kafi», 3 (2,2%) halda 

«qeyri-kafi» qeyd edilmişdir. 

Kredit sistemi ilə təhsil alan tələbələr 

43353 (keçən il 44036) halda imtahan-

da iştirak etmişdir.

Lakin sessiya müddətində imtahan ve-

r məli olan 6201 tələbədən yalnız 4855 

nəfəri imtahanda  iştirak etmişdir. 1346 

nəfər  bu  və  ya  digər  səbəbdən  payız 

semestrinin  imtahan  sessiyasında  iş-

tirak  etməmişdir  ki,  bu  da  tələbələrin 

21,7%-dən çoxunu təşkil edir. 

İmtahan sessiyasını 4475 nəfər tələbə 

müvəffəqiyyətlə  başa  vurmuşdur.  On-

lardan  900  nəfər  (18,5%)  sessiyanı 

«əla»  qiymətlərlə,  1864  nəfər  (38,4%) 

«əla» və «yaxşı» qiymətlərlə, 1711 nəfər 

(35,2%)  qarışıq  qiymətlərlə  bitiriblər. 

Sessiyanın nəticələrinə görə 380 nəfər 

(7,8%) tələbənin akademik borcu qalıb. 

Onlardan  282  nəfərin  yalnız  1  fəndən, 

51 nəfərin 2 fəndən, 47 nəfərin 3 fəndən 

akademik borcu qalmışdır. 

Universitet  üzrə  mütləq  mənimsəmə 

göstə ricisi 92,1% (keçən il 94,4%), key-

fiy yət göstəricisi 56,9% (keçən il 59,7) 

olub.    

Payız  semestrinin  imtahan  sessi-

yasının  nəticələrinə  görə  universitet 

üzrə əlaçılar 18,5% (keçən ilin müvafiq 

dövründə 17%), akademik borcu qalan-

lar isə 7,8% (5,5%) olmuşdur.   

Kredit sistemi ilə 135 fənn üzrə imta-

han  verilmişdir  ki,  onların  78-də  «qey-

ri-kafi» qiymət qeyd olunmamışdır. Uni-

versitet üzrə 202 tələbə appelyasiyaya 

ərizə  ilə  müraciət  etmişdir.  Onlardan 

178 şikayət əsaslı, qalanları isə əsassız 

olmuşdur.

Payız  semestrinin  imtahan  sessi-

yasının  nəticələrini  ilkin  araşdırdıqda 

tələbələrin gündəlik fəaliyyətindən əldə 

etdiyi bal və test üsulu ilə aparılan im-

tahanların  birgə  nəticəsinə  əsasən 

kəmiyyət və keyfiyyət göstəriciləri cüzi 

miqdarda  aşağı  olsa  da,  92,1%  və 

56,9% (keçən il 94,4% və 59,7%), «əla» 

qiymətlər xeyli yüksək - 18,5% (keçən il 

17%) olmuşdur.” 

İmtahan  sessiyasının  nəticələrinə 

əsas lanan    S.Əliyev  çıxışının  sonunda 

qeyd  etdi  ki,  dekanlıq  və  kafedraların  

bu sahədə görəcəyi işlər çoxdur və uni-

versitet  kollektivi  qarşıdakı  semestrdə 

gənc nəslin  tərbiyəsində və təhsilində 

əlindən gələni etməyə çalışacaqdır. 

Məruzə ətrafında çıxış edən professor-

lar Arif Əfəndiyev, Əlihüseyin Hidayətov, 

Canbaxış  Nəcəfov  və  Musa  Qəniyev 

qarşıda  duran  problemlərin  həlli  yolla-

rından söhbət açdılar, çalışdıqları kafed-

ralarda  bu  istiqamətdə  aparılan  işlərin 

kəmiyyət  və  keyfiyyət  göstəriciləri 

haqqında  ümumi  məlumat  verdilər. 

Natiqlər test sisteminin gələcəkdə daha 

da  təkmilləşdirilməsi  məqsədilə  daha 

səylə çalı şa caqlarını dilə gətirdilər. Çı-

xışlarda  vur ğulandı  ki,  mövcud  çatış-

mazlıqların  ara dan  qaldırılması  üçün 

tədrisə nəzarət gücləndirilməlidir. Onlar  

gələcəkdə daha yüksək nəticələrə nail 

olmaq üçün bir sıra təklif və rəylərini də 

irəli sürdülər.   

Müzakirələrə  yekun  vuran  G.Gəray-

bəyli məruzəni zəngin və əhatəli  hesab 

edərək  müsbət  qiymətləndirdi.  Qeyd 

etdi ki, bir iclasda bütün bu məsələləri 

həll  etmək  mümkün  deyil  və  burada 

qaldırılan  məsələləri  gündəlik  işimizlə  

həyata  keçirməliyik.  Bu  il  ilk  dəfə  I 

kursda  aparılan  imtahanların  digər 

kurslardkı  qaydalardan  fərqli  olduğunu 

bir  daha  diqqətə  çatdıran  rektor  dedi 

ki,  gələcəkdə  bu  sistemin  daha  da 

təkmilləşdirilməsi  istiqamətində  işlər 

davam etdirilməlidir. O, vurğuladı ki, bu 

sistemin  dəyişməsində  əsas  məqsəd 

mövcud  problemlərdən  uzaqlaşmaq-

dır:  “Sistemin  incəlikləri  barədə  Sa-

bir  müəllim  ətraflı  məlumat  verdi.  Onu 

qeyd  edim  ki,  bunu  hazırlayıb  həyata 

keçirən  ekspertlər  Tibb  Universitetinə 

aid  olmayan  mütəxəssislərdir.  İmta-

han  testlərini  də  əməkdaşlarımız  ha-

zırlamır,  yalnız  proqramlar  kafedralar-

dan  götürülür.  Kafedralarda  gündəlik  

qiymətləndirmə işi də problemsiz deyil. 

Avropada qiymətləndirmə məsələsi ka-

fedralarda həll olunmur. Kafedra yalnız 

tədrislə  məşğul  olur,  tələbəni  öyrədir. 

Bu  biliyi  yoxlamaq  isə  başqa  bir  quru-

mun işidir. Mən hesab edirəm ki, artıq 

bu istiqamətdə işlər başlanılıb və biz də 

bu  yolla  getməliyik.  İmtahanda  iştirak 

etmək  məsələsi  böyük  problemlərdən 

biridir.  Bununla  bağlı  Rektorluq  Şura-

sı  ciddi  məşğuldur.  Xəstəlik  haqqında 

tələbə  poliklinikasından  verilən  saxta 

sənədlərin sayı azalıb. Xarici tələbələrə 

diqqət  və  qayğı  daha  da  artırılmalıdır. 

Çünki  onlarda  haqqımızda  mənfi  rəyi 

formalaşdırmaq lazım deyil.

Biz  öncədən  bilməliyik  ki,  VI  kursa 

buraxılan  tələbələr  nə  istəyir.  Əvvəlki 

sistem  ilə  bu  günkü  sistem  arasında 

çox  böyük  fərq  var.    Əvvəlki  sistemdə 

VI  kursda  oxuyan  tələbələr  hər  bir  ix-

tisasdan  1  il  internatura  keçib,  həkim 

olurdu.  İndi  isə  rezidentura  sistemidir. 

Rezidentura  həkimin  sırf  ixtisas  alma-

sına  imkan  yaradan  sistemdir.  Sadəcə 

olaraq  rezidentura  sistemi  hələ  də 

təkmilləşdirilməlidir.  Ona  görə  biz  öz 

proqramlarımıza yeni baxışla yanaşma-

layıq. 


Artıq  VI  kurs  tələbəsindən  həkimdən 

tələb etdiyimizi tələb etməməliyik. Çün-

ki  rezidentura  müddətində  onun  pata-

logiyanı  dərindən  öyrənmək  imkanları 

olacaq. Burada fikirlər səsləndi ki, 1100 

testi  əzbərləmək  çətindir.  Niyə  proses 

zamanı  tələbələr  bu  testlərin  böyük 

hissəsini  həll  edə  bilmirlər.  Tələbələr 

kütləvi  şəkildə  imtahanlara  girmirlər. 

Maraqlıdır,  5-6 gün onlara nə verir?

Ya bu dövrdə onlar testləri əldə edirlər, 

ya da nədənsə istifadə edib imtahanla-

ra girmirlər. 

İmtahanda iştirak vacib məsələdir.

Bunun  hüquqi  və  maliyyə  tərəfi  var. 

Yenə deyirəm o insanlara saatlar veri-

lir. Hesab edirəm ki, biz gələcəkdə bu 

məsələ ilə məşğul olub maliyyə itkisinin 

qarşısını ala biləcəyik.

Sonra  universitetimizin  əməkdaşları, 

AMEA-nın  müxbir  üzvləri,  profes-

sorlar  Sudeyif  İmamverdiyev  və 

Nuru  Bayramovun  AMEA-nın  həqiqi 

üzvlüyünə,  professor  Əlişir  Musaye-

vin  isə  AMEA-nın  müxbir  üzvlüyünə 

namizədliklərini  dəstəkləyən  elmi  şura 

ümumi cərrahiyyə kafedrasının profes-

soru Çərkəz Cəfərovu həmin kafedraya 

məsləhətçi-professor seçdi. 

  Müxtəlif  məsələləri  nəzərə  çatdır-

maqla  çıxışını  davam  edən  universite-

tin  rəhbəri  yeni  yaranan  şöbə  haqqın-

da  məlumat  verərək  bildirdi  ki,  təhsilin 

keyfiyyəti dövlətin bu günkü tələblərinə 

uyğun  yaradıcı  düşüncəyə  malik,  tib-

bin  ayrı-ayrı  sahələri  üzrə  inkişafını 

planlaşdıra,  onu  reallaşdıra  və  inkişaf 

etdirə bilən, gələcəkdə yüksək ixtisas-

lı  mütəxəssis  kimi  fəaliyyət  göstərə 

biləcək  həkim  və  əczaçı  kadrların 

səmərəli  hazırlanma  sisteminin  yara-

dılması  və  təşkilindən  ibarətdir.  Bunun 

üçün  də  “tədris-metodik  və  innovasiya 

şöbəsi”  adının    “təhsilin  keyfiyyətinin 

təminatı və innovasiya şöbəsi” kimi ad-

landırılması günün tələbidir.  

Sonra  adı  çəkilən  şöbənin  müdi-

ri,  professor  Akif  Qurbanov  təhsilin 

keyfiyyətinin  təminatı    haqqında  hazır-

lanmış 7 bənddən ibarət bəyannaməni 

şura  üzvlərinin  nəzərinə  çatdırdı  və 

bəyannamə yekdilliklə qəbul olundu.   

Sonda ATU-nun yeni gerbini və loqo-

sunu  təsdiqləyən  elmi  şura  müsabiqə 

məsələlərini həll etməklə öz işini başa 

çatdırdı.  

 

Mənsur ƏLƏKBƏRLİ

Fotolar Cənnətalı Çingizindir

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A

İmtahan sessiyasının yekunları müzakirə olundu

F

evralın 27-də Böyük Elmi 

Şuranın növbəti iclası keçirildi. 

İclasa sədrlik edən ATU- nun rektoru, 

professor Gəray Gəraybəyli gündəliyə 

keçməzdən öncə ölkə prezidenti 

cənab İlham Əliyevin fevralın 21-

də Mehriban xanım Əliyevanın 

Azərbaycan Respublikasının Birinci 

vitse-prezidenti təyin edilməsi haq-

qında imzaladığı sərəncamı diqqətə 

çatdırdı və bu  münasibətlə universitet 

icti 

maiyyətinin adından  Mehriban 

xanım Əliyevaya təbrik məktubu ün-

vanlandığını bildirdi. Rektor qeyd 

etdi ki, Mehriban xanım Əliyevanın 

bu mühüm vəzifəyə təyin olunması 

xal 

qımızın və dövlətimizin daha da 

in kişafı naminə, respblikamızın istər 

daxili və xarici siyasətində, istərsə də 

mədəni-ictimai və sosial həyatında 

daha böyük əzmkarlıqla fəaliyyət 

gös 

tərməsinə şərait yaradır. Onun 

səhiy yə sahəsinə göstərdiyi diqqət və 

qayğıdan bəhs edən rektor dedi ki, tibb 

ictimaiyyəti  bu təyinatı daha böyük 

sevinclə qarşılayır  və  Mehriban xanım 

Əliyevaya   gələcək işlərində uğurlar 

arzulayır.


28 fevral 2017-ci il

http://w w w.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

ATU-nun  rektoru,  profes-

sor  Gəray  Gəraybəyli  Xoca-

lı  faciəsi  haqqında  qısa  tarixi 

arayış  səsləndirdi.  Qeyd  etdi 

ki,  1992-ci  il  fevralın  25-dən 

26-na keçən gecə Ermənistan 

silahlı  qüvvələri  tərəfindən 

Rusiyanın  366-cı  motoatı-

cı  alayının  iştirakı  ilə  Xocalı 

şəhərində  soyqırım  törədilib. 

63 nəfəri uşaq, 106 nəfəri qa-

dın,  70  nəfəri  qoca  olmaqla, 

613  nəfər  şəhid  olub,  8  ailə 

tamamilə məhv edilib: “25 uşaq 

hər  iki  valideynini,  130  nəfər 

valideyinlərindən  birini  itirib. 

Bu,  ermənilərin  həyata  keçir-

diyi yeganə cinayət deyil. Tarix 

boyunca  ermənilərin  “böyük 

Ermənistan”  xülyası  ucbatın-

dan  azərbaycanlılara  qarşı 

müxtəlif  vaxtlarda  soyqırım 

siyasəti  reallaşdırılıb.  Bu  qey-

ri-insani  siyasət  nəticəsində 

həmvətənlilərimiz    öz  yaşa-

dıqları  yerlərdən  didərgin  sa-

lınaraq  çox  pis  vəziyyətlərə 

düşüblər”.

Xocalı  soyqırımına  ilk  dəfə 

hüquqi  qiymətin  ümum-

milli  lider  Heydər  Əliyev 

tərəfindən  verildiyini  xatır-

ladan    G.Gəraybəyli  son  illər 

“Xocalıya  ədalət”  kampaniyası 

çərçivəsində bu hadisənin ta-

nınması  istiqamətində  güc-

lü  işlər  görüldüyünü  bildir-

di:  “Bu  kampaniya  sayəsində 

ermənilərin vəhşiliyi barəsində 

dünyanın  bir  çox  ölkələrində 

məlumatlar  var.  Bir  çox 

ölkələrin  parlamentləri  Xocalı 

soyqırmını tanıyan qətnamələr 

qəbul ediblər. Soyqırımının il-

dönümü Azərbaycanla yanaşı, 

xarici ölkələrdə də qeyd edilir”.

Rektor  G.Gəraybəyli  yaxın 

illədə  Azərbaycanın  öz  tor-

paqlarını geri qaytaracağını və 

bundan  sonra  yalnız  zəfərləri 

qeyd edəcəyimizdən əminliyini 

bildirdi.  

  İnsan  anatomiyası  kafedra-

sının professoru, Xocalı sakini 

Mübariz  Allahverdiyev  soy-

qırım  zamanı  valideynlərinin 

hər  ikisini  itirənlərin  indi 

əvvəlki illərdən daha çox fərqli 

dünyagörüşünə  malik  olduq-

larını  bildirdi:  “Bu  25  nəfər 

həmin  vaxt  körpə  idilər.  Ha-

zırda  bu  uşaqlar  təkcə  fiziki 

cəhətdən deyil,  idrak cəhətdən 

də  böyüyüb,  kamilləşiblər. 

Onlar  özlərini  –  “25-lər”  ad-

landırırlar və ermənilərə qarşı 

aparılan  ideoloji  mübarizədə 

fəallıq  göstərirlər  ki,  bu  da, 

mənim  zənnimcə,  çox  nik-

bin  əlamətlərin  nəticəsidir. 

“25-lər”in  mübariz  çıxışlarını, 

Vətənə ürəkdən, candan bağ-

lı  olduqlarını  görəndə  xeyli 

təsəlli tapmaq olur”. 

M.Allahverdiyev 

Xoca-

lı  sakinləri  arasında  gələcəyə 



ümid  və  inam  bəsləyən  belə 

bir  gəncliyin  yetişməsindən 

qürur duyduğunu bildirdi.

Daha sonra Həmkarlar İttifaqı 

Komitəsinin sədri, dosent Ca-

hangir Qasımov və II müalicə-

profilaktika fakültəsinin V kurs 

tələbəsi, Prezident təqaüdçüsü 

Xatın Məmmədova Xocalı faci-

əsi  iə  bağlı  fikirlərini  açıq-

ladılar,  ermənilərin  işğalçı-

lıq  siyasəti  və  vəhşi  əməlləri 

barədə  həqi qətlərin  dünyaya 

çatdırılması  naminə  gənclərin 

görə  biləcəyi  işlərlə  bağlı 

təkliflərini səsləndirdilər. 



Xocalı Soyqırımının 25 illiyinə 

həsr olunmuş tədbir



İnsanlığa sığmayan vəhşilik, qəddarlıq 



rəmzi, bəşəriyyəti silkələyən cinayət





Azərbaycan Tibb Universitetində Xocalı 

soy 

qırımının 25 illiyinə həsr olunmuş 

toplantıda həmin gecə baş verənlər məhz bu 

cür qiymətləndirildi.

Azərbaycan Tibb Univer sitetin-

təhsil alan əcnəbi tələbələr 

Azvision.az saytının hazırladığı 

“Xocalıya ədalət” rubrikası üçün 

video çarxın çəkilişlərində iştirak 

ediblər. Burada xarici tələbələrin 

hər biri öz dilində Xocalıya ədalət 

tələb etməklə, Azərbaycan xalqının 

üzləşdiyi bu dəhşətli cinayətin 

dünyada tanınmasına öz töhfələrini 

veriblər.

Xocalı faciəsinin baş verməsindən 

25 il ötür. Ermənilərin Xocalıda 

törətdiyi soyqırım nəticəsində 613 

azərbaycanlı milli mənsubiyyətinə görə 

vəhşicəsinə qətlə yetirilib. Xocalıda 

487 nəfər şikəst edilib, 1275 nəfər girov 

götürülərək amansız işgənclərə məruz 

qalıb. Girov götürülənlərdən 150 nəfərin, 

o cümlədən 68 qadının və 26 uşağın 

taleyi bu günədək məlum deyil. Xocalı 

soyqırımı zamanı 8 ailə tamamilə məhv 

edilib, 25 uşaq hər iki valideynini, 130 

uşaq isə valideynlərindən birini itirib. 

Əsrin faciəsindən 25 il keçsə də, Xocalı 

dəhşətləri unudulmur. Artıq dünyanın 

bir çox dövlətləri soyqırımı tanıyaraq 

“Xocalıya ədalət” istəyir.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə