Nə etməli? Reklamlar bir növ hər bir xalqın dil və yazı mədəniyyətinin göstəricisidir. Heç şübhəsiz, ilk növbədə ədəbi dil normaları gözlənilməlidir.
Bunun üçün “dil mütəxəssisləri reklam müəssisələri ilə müntəzəm əlaqə qurmalı, reklam agentləri ilə məsləhətləşmələr aparmalı, heç olmasa, reklamlar hazırlanarkən üslubi formalardan, qanunauyğunluqlardan (trop və sintaktik fiqurlardan, metafora və metonimiyalardan, perifrazlardan) istifadə etmə yollarını öyrətməlidirlər.
Reklam mətnləri obrazlı, aforistik, aydın olmalıdır; lakonik, sintaktik üzvlənmə pozulmamalıdır, söz birləşmələrinin əlaqəsi bu baxımdan pozulur... Reklam mətnlərinin təşkili mexanizmi ölkədə zəifdir. Belə mətnlərin strukturu, məna və üslubi keyfiyyətləri düzgün əksini tapmalıdır. Dilçilik İnstitutunun müvafiq şöbələrində təkcə praktik işlər yox, reklam mətnləri linqvistik tədqiqatların obyekti olduğu üçün həmin istiqamətdə araşdırmalar aparılmalıdır. Həmin araşdırmalarda reklam mətnlərinin kütlələrə təsir imkanları, qeyri-verbal vasitələri, eləcə də funksional-üslubi xüsusiyyətləri öyrənilməlidir”