Rentgen kabinetinin istismarına icazə verən
sanitariya-epidemioloji rəyin verilməsi üzrə
İNZİBATİ REQLAMENT
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və rəyin verilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi;
1.3.2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci hissəsi;
1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.22-ci bəndi.
Dostları ilə paylaş: |