RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də



Yüklə 322,35 Kb.
səhifə81/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   ...   130
Qanunlar — копия

digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.
M a d d ə 1 7 . Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi
şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi
Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.
M a d d ə 1 8 . Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.
I I I f ə s i l

YEKUN MÜDDƏALARI


M a d d ə 1 9 . Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 2 0 . Qanunun qüvvəyə minməsi
20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
20.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.

Məhkəmələr və hakimlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
Bu Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdir.
BİRİNCİ BÖLMƏ

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin