Research papers


Qəzənfər Musa oğlu Əliyev



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə187/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   183   184   185   186   187   188   189   190   ...   246
elmi-eserler-2022-2-cap

Qəzənfər Musa oğlu Əliyev
 
154 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
isə sarkodinlərin inkişafında əcdadlarına əsas 
olan əlamətləri təkrar etməsi kimi qəbul olunur. 
Sarkodinlər qədim heterotrof qamçılılardan törə-
mişdir, ona görə onları heyvanlar aləminin nəsil 
ağacının kökündə qoymaq lazımdır. Lakin onu 
da şagirdlərə çatdırmaq lazımdır ki, qamçılıların 
qamçısının elektron mikroskopik quruluşu göstə-
rir ki, onlar bakteriyalara yaxın deyillər, daha 
doğrusu mürəkkəb quruluşu var. 
İstər birhüceyrəlilər, istərsə də çoxhücey-
rəlilərin öz başlanğıcını məhz qamçılılardan al-
ması məsələsi elmi cəhətdən çox maraqlıdır və 
tədqiq olunması vacibdir. Onurğasızların birinin 
digərindən başlanğıc götürməsi dərslikdə fakt-
larla verilib, əlavə şərhə ehtiyac yoxdur. 
“Xordalı heyvanların mənşəyi və təkamü-
lü”.
Qeyd edək ki, xordalı heyvanların mənşəyi 
və təkamülü mövzusu geniş və mürəkkəb möv-
zulardandır. Ona görə müəllim əvvəlki dərslərin 
elementlərindən istifadə etməli, siniflər arasın-
dakı keçid forma təşkil edən heyvanlardan bir 
qədər ətraflı danışmalıdır. 
Paleontoloji məlumatlara görə 500 milyon il 
bundan qabaq meydana çıxmış, həlqəvi qurdlara 
çox oxşar olan heyvanlar neştərçənin əcdadı olub-
lar. Tarixi inkişaf nəticəsində onlardan dəyirmi-
ağızlılar formalaşıblar. Güman edilir ki, digər – 
nisbətən fəal həyat tərzinə malik olan heyvanlar 
isə qədim qığırdaqlı, onlardan müasir qığırdaqlı və 
sümüklü balıqlar öz başlanğıcını alıblar. 
Onurğalı, heyvanların su mühitindən qu-
ruya çıxmasını göstərən heyvan formasına əyani 
misal olaraq pəncəüzgəcli balığı göstərmək olar. 
Bu zaman müəllim həmin balığın şəklini, sudan 
çıxardıqda necə hərəkət etməsini və tənəffüs 
məsələlərinə toxunmalı, onlardan paleozoy era-
sının devon dövründə ilk suda-quruda yaşayan-
ların – başızirehlilərin əmələ gəlməsini şagirdlə-
rə izah etməlidir. 
İlk sürünənlər – katilozavrlar isə başızi-
rehlərdən (steqozavrlardan) başlanğıc götürüb-
lər. Bunlar Permdə geniş yayılmışdır, Riasda qı-
rılıblar, yerlərini qədim sürünənlər – dinozavr-
lar, brontozavrlar və s. tutublar. Onlar da öz 
növbəsində mezozoy erasının axırlarında məhv 
olublar və müasir sürünənlərin əmələ gəlməsinə 
zəmin yaradıblar. 
Quşlar və məməlilər öz başlanğıclarını qə-
dim sürünənlərdən alıblar. Müəllim hər bir ke-
çid forma haqqında danışarkən o heyvanın or-
qan və sistemlərində gedən mürəkkəbləşməni, 
mühitə uyğunlaşmasını, təbii mübarizədə əhə-
miyyətini və s. əlamətlərini ətraflı danışmalıdır. 
Məsələn, qan-damar sistemindən danışarkən 
neştərçədə ürəyin olmamasını vurğulamalı, ba-
lıqlarda iki kameralı, suda-quruda yaşayanlar və 
sürünənlərdə (timsahlar müstəsnalıq təşkil edir) 
üç kameralı, quşlarda və məməlilərdə isə dörd 
kameralı ürəyin əmələ gəlməsini qeyd etməklə 
onurğalılarda ürəyin sadədən mürəkkəbə doğru 
inkişaf etməsini, arterial qanla venoz qanın han-
sı heyvanlarda qarışmasını, hansılarda isə qarış-
mamasını göstərməlidir. 
Yuxarıda qeyd edildiyi və göstərildiyi di-
gər məlumatları şagirdlərə çatdırdıqdan sonra 
müəllim dərsi yekunlaşdırmalıdır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin