Research papers


Bu baxımdan mimika, intona- siya, kinesika, proksimika



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə81/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   77   78   79   80   81   82   83   84   ...   246
elmi-eserler-2022-2-cap

 
Bu baxımdan mimika, intona-
siya, kinesika, proksimika
 
tipləri xüsusi olaraq 
qeyd olunur.
 
Ünsiyyət prosesində müəyyən çətinliklər 
müşahidə olunur. Onlar adətən sosial və psixo-
loji xarakter daşıyır. Bu çətinliklər şəxsin müəy-
yən fərdi – psixoloji xüsusiyyətlərindən irəli gə-
lir. Tədqiqatçıların fikrincə, ünsiyyət prosesində 
əmələ gələn çətinlikləri aradan qaldırmaq üçün 
adamlarda ünsiyyət vərdişlərini aşılamaq və ün-
siyyət mədəniyyətini artırmaq lazımdır. Müasir 
dövrdə ünsiyyət vərdişlərini aşılamağın təsirli 
vasitəsi kimi sosial-psixoloji treninqdən istifadə 
olunur. Sosial-psixoloji treninq prosesində baş-
lıca vasitə kimi müxtəlif modifikasiyalarda tət-
biq edilən qrup diskussiyasından və rollu oyun-
lardan istifadə olunur. Ünsiyyət prosesində in-
sanlar bir-birinə müxtəlif yollarla psixoloji təsir 
göstərirlər (5, s. 99). 
Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzi-
fələrə görə onun informasiya mübadiləsi, başqa 
adamın davranışını tənzim etmək, şəxsiyyətlər-
arası anlama kimi növləri ayırd edilir. Tərəf mü-


Gülnarə Həmzəbəyovna Əlixanova 
66 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
qabilliyin xarakterinə və müəllimin ünsiyyətdə-
ki mövqeyinə görə də pedaqoji ünsiyyətin növ-
lərini müəyyənləşdirmək mümkündür. Pedaqoji 
ünsiyyət öz məzmununa və müəllimin şagirdə 
müraciət tərzinə görə təşkiledici, qiymətləndiri-
ci, intizam yaradan pedaqoji ünsiyyət növlərinə 
aid edilir. Müəllimlə şagirdlərin qarşılıqlı ünsiy-
yəti nə qədər səmərəli olarsa, kollektivin idarə 
olunması, onun üzvlərinin tərbiyə işinin təşkili 
də bir o qədər səmərəli olacaqdır. 
Pedaqoji
 
ünsiyyət zamanı müəllimin tutdu-
ğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir. 
Müхtəlif üsluba malik olan kommunikativ qarşı-
lıqlı təsir müəllimin dərsdə şagirdlərlə ünsiyyə-
tində bir sıra davranış modelinin meydana gəl-
məsinə səbəb olur (4.s.121). L.D. Stolyarenko 
şərti olaraq bu modellərə aşağıdakıları aid edir: 
1. Diktator modeli (“Monblan”).

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin