Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5430
1   2   3   4   5   6   7   8   9   10   11

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?

Yeni  dərs  ilinin  başlaması  ilə  bərabər  paytaxtımızda  kirayə

bazarı  daha  da  canlanır.  Bəs  kirayə  ev  axtaranlar  nələri

bilməlidirlər?  Mənzili  kirayə  götürərkən  yazılı  müqavilə

bağlamaq lazımdırmı?

Bununla bağlı suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq

məsləhətçisi, vəkil Dünyamin Novruzov aydınlıq gətirib.

“Təcrübə  göstərir  ki,  əksər  hallarda  mənzili  kirayəyə

götürərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər.

Lakin  bu  hal  sonradan  hər  iki  tərəf  üçün  müəyyən

problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, (A)

kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki,

bu vəziyyətdə kirayəçi çətin vəziyyətdə qalar. Çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq

elə də asan deyil. (B) Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada

artırdığını bildirə bilər. (C) Kirayəçi mənzilə və ya qonşulara zərər vurduğu halda tərəflər arasında

müqavilənin  olması  kirayəyə  verənin  ona  dəymiş  zərəri  məhkəmə qaydasında  tələb  etməsinə

kömək edəcəkdir.” – deyə vəkil bildirib.

Hüquqşünas  eyni  zamanda  bildirib  ki,  qeyd  olunanlar  müqavilə  bağlanmasının  zəruriliyini

şərtləndirən  faktiki  amillərdir.  Qüvvədə  olan  mülki  qanunvericiliyin  tələbinə  görə  daşınmaz

əmlakın  dövlət  reyestri  obyektlərinə  dair  sərəncam  verilməsi  haqqında  müqavilələr  notariat

qaydasında təsdiqlənməlidir. Əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa,

ondan  həmin  hüquq  da  dövlət  qeydiyyatına  alınmalıdır.  (“Daşınmaz əmlakın  dövlət  reyestri

haqqında” qanunun 19.1‐ci maddəsi).

Mənbə: http://news.milli.az/society/305350.html

Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir

“Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi”  ictimai  birliyi  Azərbaycan

Respublikasının  Prezidenti  yanında  Qeyri‐Hökümət  Təşkilatlarına

Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Virtual Hüquqi

Klinika”  adlı    layihəsi  başa  çatmışdır.  Layihənin  əsas  məqsədi

Azərbaycan  Respublikası  vətəndaşlarının  virtual  ortamda  peşəkar

hüquqşünaslar  tərəfindən  pulsuz  hüquqi  yardım  almalarına  şərait

yaradılmasından ibarət idi.

İctimai birliyin rəhbərliyi layihə ilə bağlı öz fikirlərini bölüşmüşdür:

“Əvvəla,  bildirmək  istəyirik  ki,  belə  bir  layihə  ilə  vətəndaşlarımıza,

xüsusilə  də  aztəminatlı  insanlara  heç  bir  təmənna  olmadan hüquqi

yardım göstərilməsi, bir insan və hüquqşünas kimi bizi çox sevindirir.

Bu  layihəmizin  reallaşmasına  dəstək  olduqlarına  görə  Azərbaycan  Respublikasının  Prezidenti

yanında Qeyri‐Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığımızı bildiririk. Qısaca

qeyd etməliyik ki, layihə ərzində ümümilikdə, vətəndaşlar tərəfindən göndərilmiş 207 sual peşəkar

hüquqşünaslar tərəfindən virtual ortamda aydın və dolğun şəkildə cavablandırılmışdır. Sevindirici

haldır ki, təxmin olunduğu kimi, suallar təkcə paytaxt Bakıdan yox, ölkəmizin bir çox regionlarında,

hətta xarici ölkələrdə yaşayan (Türkiyə və Rusiya) vətəndaşlarımız tərəfindən də göndərilmişdir.”

Mərkəzdən eyni zamanda bildirilib ki, layihə çərçivəsində əvvəlcədən nəzərdə tutulmasa da 50‐ə

yaxın vətəndaşa telefon vasitəsilə (İctimai Birliyin telefonlarına gələn zənglər)  hüquqi məsləhət

verilmişdir. Əsasən, bölgələrdən zəng vuran vətəndaşlar, layihədən xəbərdar olsalar da internetə

çıxışları  olmadığı  üçün,  ya  da  internetdən  istifadə  etmə  bacarıqları  olmadığı  üçün  zəng  etməli

olmuşlar. Bu vətəndaşların əksəriyyəti yaşlı insanlar olmuşlar.

Mənbə:http://qafqazinfo.az/xeber­250­dn­artq­vtndaa­pulsuz­huquqi­yardm­gostrilib.html


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Beynəlxalq mətbuat səhifələrindən

Ofşor şirkətlər barədə bilməli olduğunuz 5 fakt

“Ofşor” anlayışı tez‐tez bizlərə rast gəlsə də,

çox  insanlar  bu  haqda  mücərrəd  anlayışa

malikdirlər.  KİV‐lər  ənənəvi  olaraq  ofşor

şirkətləri mənfi obraz kimi təsvir etsələr də,

internetdə  yüzlərlə  şübhəli  vasitəçilər

bununla bağlı öz xidmətlərini təklif edirlər.

“Bakı Hüquq Mərkəzi” (BHM) hüquq şirkəti

(www.bhm.az) ofşorla bağlı populyar mifləri

dağıtmaq  və  onun  biznesdə  necə  istifadə

edilə biləcəyini göstərmək üçün, infoqrafika

və əsas məsələlərlə bağlı məqalə hazırlayıb.



1. “Ofşor” , “Ofşor şirkət” – bu nədir?

“Ofşor” –  xaricdə  biznesin  qurulması  və

qeydiyyatı üçün nəzərdə tutulmuş ele bir iqtisadi zonadır ki (Britaniya Virgin Adaları, Beliz və s.)

, orada biznesin qurulması üçün əlverişli hüquqi və vergi şərtləri mövcuddur.  “Ofşor” və “azvergili”

zonaları  fərqləndirmək  lazımdır.  Belə  ki,  birinci  zonada  xarici  şirkətlər  üçün  vergilər  nəzərdə

tutulmayıb, ikincidə (Niderland, Estoniya) isə vergi dərəcələri sadəcə aşağıdır.

Müvafiq olaraq, “ofşor şirkət” – ofşor zonada qeydiyyatdan keçmiş xarici şirkətdir. Onun vasitəsilə

müqavilələr  bağlamaq,  müəyyən  malların  alqı‐satqısını  həyata  keçirmək  və  mülkiyyətə  sahib

olmaq  mümkündür.  Belə  şirkətlər  qeydiyyatdan  keçdiyi  ölkədə  vergiyə  cəlb  olunmurlar,  lakin

“təxmin edilir” ki, onlar faktiki fəaliyyət göstərdiyi ölkələrdə vergi ödəyirlər.



2. Nə üçün bu əlverişli və sərfəlidir?

Ofşorun əsas üstünlüyü ‐ əlverişli vergi mühitinin olmasıdır. Bir qayda olaraq, ofşor şirkətlər gəlir

vergisi, ƏDV, satışla bağlı vergilər və sosial ödənişlərdən azaddırlar. Sahibkarlar bundan istifadə

edərək şəxsi əmlak və gəlir vergilərini də optimallaşdıra bilərlər.

Ofşor zonada şirkəti qeydiyyat keçirmək tez, asan və ucuz başa gəlir. Adətən, bu 48 saat vaxt tələb

edir, inzibati tələblər minimaldır, nizamnamə kapitalı isə tənzimlənmir. Əlverişli vergi mühitinə

görə mühasibatlıq işləri də çox sadədir: şirkətlər üçün ƏDV ödəmək, illik hesabatlar təqdim etmək

lazım  deyil.  Eyni  zamanda  audit  də  keçirilmir.  Onlar  həmçinin  dövlət  tərəfindən  məhdudiyyət

olmadan bütün dünya üzrə investisiya qoymaqda sərbəstdirlər.

Ofşorun daha bir əhəmiyyətli üstünlüyü var – məxfilik (konfidesiallıq): təsisçilərin və səhmdarların

şəxsi məlumatları şirkətin reyestrində əks olunmur. Məxfiliyin qorunması ilə bağlı əlavə tədbir

kimi şirkətlər “nominal direktorlar” və “etibarlı mülkiyyətçilər” tərəfindən qeydiyyatdan keçirilə

və idarə oluna bilərlər. Lakin, digər dövlətlər ofşor şirkətin sahibkarları barədə məlumatlar tələb

edə bilərlər. Bu yalnız “kifayət qədər əsaslar” olduqda baş verə bilər , uzun və bürokratik cəhətdən

mürəkkəb bir prosedurdur.

3. Çətinliklər və məhdudiyyətlər.

Medalların  həmişə  iki  üzü  olur  və  ofşorun  heç  də  yalnız  müsbət  tərəfləri  olmur.  Elə  həmin  o

məxfiliyə görə, investorlara ofşor şirkətin real dəyərini müəyyən etmək olduqca çətin olur və bu

amil biznesin maliyyələşdirilməsi və qiymətləndirilməsini çətinləşdirir. Bundan başqa, şirkətin

sahibinə mülkiyyət hüququnu təsdiq etmək və kredit almaq asan olmur.

İkinci mühüm məhdudiyyət aktivlərinin bölüşdürülməsi aiddir: ofşor zonada şirkətin gəliri vergiyə

­  56 ­


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

ABŞ  və  bir  sıra  digər  dövlətlər  öz ərazisində  ofşor  şirkətlərin  müəyyən  əməliyyat  keçirməyini

qanunla məhdudlaşdırır ki, bu da kredit, investisiya və vergi hesabatı məsələləri ilə bağlı çətinliklər

yaradır. Lakin, praktikada belə hallara nadir hallarda rast gəlinir.

Məhdudiyyətlərlə  bağlı  siyahıda  işgüzar  reputasiyanı  da  göstərmək  olar  KİV‐lərdə  yayımlanan

bəzi xəbərlərə və bir sıra gurultulu qalmaqallara görə, ofşor şirkətlər tez‐tez etibarsız kimi qələmə

verilir və hesab edilir ki, belə şirkətlər vergilərdən yayınmaq və mülkiyyəti gizlətmək məqsədi ilə

yaradılır.



4. Ofşor zonaların perspektivləri.

Dünyanın  böyük  iqtisadi  mərkəzləri  (ABŞ,  Avropa  Birliyi) bu  yaxınlarda  kifayət  qədər  “şəffaf”

olmayan  ofşor  zonalarla  bağlı  böhranın  səbəblərini  araşdırdı  və  bəzi  tədbirlər  gördü.  2009‐cu

ildən onlar, ancaq əsaslı şübhələr olduqda ofşor şirkətlərdən vergi məlumatları istəyə bilərlər.

Gələcəkdə  isə,  zərurət  olarsa  ofşor  bankların  qarşısında  öz  müştəriləri  haqqında  məlumatları

açıqlamaq öhdəliyi qoyula bilər. Bu tədbirlərin məqsədi yalnız o maliyyə mərkəzlərini qorumaqdır,

hansı ki, fəaliyyətləri kifayət qədər şəffafdır və əməkdaşlığa hazırdırlar.

5. Necə qeydiyyata almaq və ya ləğv etmək?

Ofşor zonada şirkəti müstəqil yolla və ya vasitəçi (məsələn, “Bakı Hüquq Mərkəzi” hüquq şirkəti)

vasitəsilə  açmaq  olar.  Sənədlərdən  yalnız  pasportun  təsdiq  edilmiş  surəti  lazımdır.  Bir  qayda

olaraq,  bütün  bu  prosedur  48  saatdan  çox  çəkmir.  Azərbaycan  və  Avropadan  fərqli  olaraq,

nizamnamə kapitalının həcmi heç nə ilə tənzimlənmir. Ona görə yalnız qeydiyyat xərci (1000$‐

2000$) və ərazidən asılı olaraq şirkətin saxlanılması dəyəri ödənilir. Şirkəti ləvğ etmək də asandır:

əgər heç bir borc yoxdursa, 2‐3 iş günü kifayətdir.

Sonda ofşorla bağlı bəzi statistik məlumatları nəzərinizə çatdırırıq.

TOP 10 – populyar ofşor zonalar

                  Ölkə (Ərazi)   

 

 

1 illik xərc ($)

Britaniya Virgin Adaları   

 

 

700



Beliz   

 

 



 

 

 



 

 

590



Honkonq   

 

 



 

 

 



 

480


Seyşel Adaları 

 

 



 

 

 



635

Dominik   

 

 

 



 

 

 



450

Sent‐Kits və Nevis 

 

 

 



 

850


Anqilya 

 

 



 

 

 



 

 

650



 Kayman Adaları   

 

 



 

 

1150



Kosta­Rika 

 

 



 

 

 



 

750


 Baham Adaları

 

1150



Ofşor şirkətlər nə ilə məşğul olurlar?

Daşınmaz əmlak   

 

 

79 %



İnvestisiyalar və maliyyə 

61 %


Bank xidmətləri   

 

 



57 %

Kommunal xidmətlər 

 

49 %


Telekommunikasiya   

 

44 %



Pərakəndə ticarət 

 

 



43 %

Proqram təminatı 

 

 

42 %



Neft və qaz 

 

 



 

 

41 %



Maşınqayırma

 

38 %



Turizm 

 

 



 

 

 



36 %

Mənbə: www.lawreform.az

­  57 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Dünyada 10 ən kriminal rayon

1. Mərkəzi park, San‐Pedro‐Sula, Honduras.

Bu  şəhər  dünyanın ən  təhlükəli  şəhəri  –  “dünyanın  ölüm

paytaxtı” adlanır.  Bu şəhər sanki narkotik alverçiləri arasında

olan  döyüş  meydanıdır.  Burada  yerləşən  binaların

əksəriyyətini  güllə  izləri  bəzəyir.  Pəncərədən  ətrafa

boylanmaq , həyətə baxmaq çox təhlükəlidir. Bu şəhərdə atəş

səsləri hətta turustik rayonlarda da eşidilir. Mərkəzi parkda

gəzmək  isə  heç  kəsə  məsləhət  görülmür.  Çünki,  burada  sıx

ağacların olması bir çox cinayətlərin gizlin törədilməsinə şərait yaradır. 100000 əhalisi olan bu

şəhərdə 2013‐cü ildə 169 qətl hadisəsi qeydə alınıb.



2. La­Laxa, Akapulko, Meksika.

Günəşli  Akapulko  şəhərində  əsas  qayda  odur  ki,  sənə  yaxınlaşan

insanın  nə  təklif  etməsindən  asılı  olmayaraq,  ondan  bir  bəhanə

gətirərək  uzaqlaşmaq  lazımdır.  Sadəcə  “Asta  la  vista”  demək  və

dərhal gözdən itmək lazımdır. Bu şəhərdə də təxminən 100000 əhali

olmasına  baxmayaraq,  keçən  il  123  qətl  hadisəsi  baş  vermişdir.

Akapulko  şəhərinin  La‐laxa  rayonu  xüsusiə  təhlükəlidir.  Belə  ki,

yerli  polislərin  dediklərinə  görə,  burada  cinayətkarlıq təkcə

narkotik  alveri  ilə  kifayətlənmir.  Xüsusilə  son  zamanlar

cinayətkarlar varlı biznesmenləri oğurlayaraq onları yaxınlarına pul

qarşılığında qaytarırlar.

3. Benedito Bentes, Maseyo, Braziliya.

Braziliyanın  Maseyo  şəhəri  öz  otlaqları,  çoxsaylı  şəkər qamışı

plantasiyaları və çox növlü cinayətləri ilə tanınır. Burada hər 100000

nəfərə təxminən 130 ölüm faktı qeydə alınır. Bu şəhərin ən təhlükəli

rayonu isə Benedito Bentesdir. Bu əraziyə demək olar ki, polislər və

xüsusi mühafizəçilər tərəfindən nəzarət yoxdur.



4. Dyumeyn Strit, Nyu‐Orlean, Luiziana ştatı, ABŞ.

Dyumeyn  Stritin  sakinləri  söyləyirlər  ki,  bu  rayonda  heç  vaxt

sakitlik  olmayıb.  Xüsusilə  “Katrina”  qasırğasının  gəlişi  ilə  bu

ərazidə narkotik alverçilərinin, avtomobil oğrularının və s. sahələr

üzrə cinayətkarların sayı qat‐qat artıb.

5. Denhem Taun, Kinqston, Yamayka.

Kinqston şəhərinin qərbində yerləşən Denhem Taun şəhərin ən kriminal

rayonlarından hesab olunur. Belə ki, burada hər 100000 nəfərə 50 qətl

hadisəsi qeydə alınır. Rayonun əksər hissəsi alçaq, etibarsız və yoxsul

yaşayış evlərindən ibarətdir.

­  58 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

6. Kollec‐roud, Ferbanks, Alyaska ştatı, ABŞ.

ABŞ  zorlama  cinayətlərinin  törədilmə  sayına  görə  bir  çox  ölkələri

qabaqlayır.  Bu  cinayətlərin  ən  çox  törədildiyi  3  şəhərdən  biri  də

Ferbanks şəhəridir.  Belə  ki,  burada  hər  100000  nəfərdən  191‐i  bu

cinayətin qurbanı olur.

7. Nyanqa, Keyptaun, CAR.

Cənubi Afrika Respublikasının rəsmi danışıq dillərindən olan kosa

dilində bu rayonu adı “ay” mənasını verir. Nyanqa – Keyptaunun ən

köhnə  rayonlarından  hesab  olunur  və  onun  sakinləri  əsasən

qaradərililərdir.  Bura  həmçinin  Keyptaunun  ən  kasıb  və  kriminal

ərazilərindən  hesab  olunur.  Təsadüfi  deyil  ki,  Nyanqanı  CAR‐ın

“qətllər paytaxtı” adlandırırlar.

8. Via‐Del‐Tritone, Roma, İtaliya.

Romada qətl və oğurluq halları digər böyük şəhərlərə

nisbətdə  o  qədər  də  çox  deyildir.  Narkotik  ticarəti

burada  o  qədər  də  inkişaf  etməyib,  eyni  zamanda

mafioz  qruplaşmaların  fəaliyyətləri  də  İtaliyanın

digər  regionlarına  baxdıqda   burada  zəifdir.  Lakin,

İtaliya  bankların  qarət  olunmasına  görə  Avropada

liderdir. Belə ki, Avropa Birliyinə daxil olan ölkələrdə

bank  qarətlərinin  statistikasına  nəzər  saldıqda,

İtaliyanın payına bu cinayətlərin 42 %‐i düşür. Təkcə

Via‐Del‐Tritone rayonunda onlarla bank yerləşir.

9. Vera Kruz, Modesto, Kaliforniya ştatı, ABŞ.

Modesto – xüsusilə sürücülər üçün cəhənnəmi andırır. Amerika

Milli cinayətkarlıqla mübarizə bürosunda reytinqə görə ən çox

yol  qəzaları  burada  baş  verir.  Ümumiyyətlə,  bu  şəhərdə  şəxsi

həyat  və  mülkiyyət  əleyhinə  çoxlu  cinayətlər  baş  verir.  Son

zamanlarda,  xüsusilə  qrup  halında  törədilən  cinayətlərin  sayı

artmışdır.  Odur  ki,  təkcə  sürücülər  üçün  yox,  eyni  zamanda

piyadalar və turistlər üçün bura təhlükəli ərazi hesab edilir.



10. Metropoliten, Dehli, Hindistan.

Amerikalı  jurnalistlərin  hazırladığı  “Risklər

xəritəsi”nə  əsasən,  adam  oğurluğu  cinayətinin

statistikasına  görə  Hindistan  Meksikadan  sonra

ikinci yeri tutur. Məsələn, 2011‐ci ildə 8000 belə

faktdan 3000‐dən çoxu Dehlidə baş vermişdi. Bu

şəhərdə tez‐tez qətl və zorlama cinayətlərinə də

rast gəlinir. Yerli polis orqanları xəbərdarlıq edir

ki, Dehlidə ən təhlükəli ərazilər metro stansiyalarının ətraflarıdır.

­  59 ­



­  60 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

“Sualınıza vəkil cavab versin!” rubrikası

*

Sual 1. Atamın vəfatından sonra ona məxsus mənzil



mənə  və  3  qardaşıma  keçmişdir.  Lakin  mərhumun

bir  şəxsə  pul  borcu  da  vardı.  Qardaşlarımdan  ikisi

ölkədə  olmadığından  həmin  şəxs  borcun  hamısını

yalnız məndən və digər qardaşımdan tələb edir. Bu,

nə qədər haqlıdır? Mən və ölkədə yaşayan qardaşım

borcun hamısını ödəməliyikmi?

Cavab.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin

(bundan  sonra  ‐  MM)  500.1‐ci  maddəsinə  görə,  əgər

öhdəliyin  icrası  bir  neçə  şəxsə  onlardan  hər  birini

öhdəliyin  tam  icrasında  iştirak etməyə  borclu  edən  şəkildə  həvalə  edilirsə,  kreditor  isə  yalnız

birdəfəlik  icranı  tələb  etmək  hüququna  malikdirsə,  onlar  birgə  borclulardır.  MM‐in  500.2‐ci

maddəsinə görə, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə

əsasən  əmələ  gəlir.  MM‐in  1306.1‐ci  maddəsinə  görə,  vərəsələr  miras  qoyanın  kreditorlarının

mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi

tam ödəməyə borcludurlar.

Göründüyü kimi, MM‐in 1306.1‐ci maddəsi vərəsələrin birgə borclu kimi çıxış etməsini təsbit edir.

MM‐in  500.1‐ci  maddəsi  isə  birgə  borclu  anlayışını  müəyyənləşdirərkən  birgə  borcluların  hər

birinin  öhdəliyin  qismən  deyil,  tam  icrasında  iştirak  etmək  öhdəliyi  daşıdığını  vurğulayır.  Bu

baxımdan, kreditorun (yəni konkret halda, borc verənin) borcun hamısını vərəsələrdən birindən

və  ya  bir  neçəsindən  tələb  etmək  hüququ  vardır.  Bu  həm  də  kreditorun  haqlı  mənafelərinin

müdafiəsi  baxımından əhəmiyyət  kəsb  edir.  Çünki  kreditorun  üzərinə  vərəsələrdən  hər  birini

ayrılıqda müəyyənləşdirib borcun qismən (yəni onlarn mirasdakı payına uyğun hissədə) icrasını

tələb etmək kimi əlavə yükün qoyulması ədalətli olmazdı.

Beləliklə, kreditorun tələbi MM‐in 500 və 1306.1‐ci maddələrinə əsaslanmaqla tamamilə haqlıdır.

Siz  və  qardaşınız  həmin  borcu  ödədikdən  sonra  digər  vərəsələrdən  onların əvəzinə  ödəmiş

olduğunuz borcu reqres qaydasında geri tələb etmək hüququna maliksiniz (MM, 509.1‐ci maddə).



Sual 2. Yol qəzası nəticəsində mənə məxsus maşına zərər dəymişdir. Avtomobilimi könüllü

şəkildə sığortalatdırmışdım. Bilmək istəyirəm, maşınıma dəyən zərərin müəyyənləşdirilməsi

necə olacaq?

Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925‐ci maddəsi sığorta hadisəsi nəticəsində

dəymiş  zərərin  miqdarının  müəyyənləşdirilməsi  qaydasını  müəyyənləşdirir.  Həmin  maddənin

tələbinə  görə,  zərəri sığortalının,  sığorta  olunanın  və  ya  faydalanan  şəxsin,  yaxud  onların

nümayəndəsinin  təqdim  etdiyi  sığorta  tələbi  əsasında  mümkün  olan ən  qısa  müddət  ərzində

sığortaçı  müəyyən  edir.  Sığortaçı  dəymiş  zərəri  müxtəlif  üsullarla,  o  cümlədən  zərər  dəymiş

predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə,

sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta

fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10‐cu maddəsinin tələbini nəzərə

almaqla  nümayəndəsi  kimi  təyin  etdiyi  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  müvafiq

şəxs  vasitəsilə  qiymətləndirir.  Zərərin  sığortaçı  tərəfindən  qiymətləndirilməsi,  habelə  miqdarı

barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta

fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  10.10‐cu  maddəsinin  tələbi  nəzərə

alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.


­  61 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Beləliklə,  zərərin  miqdarını  müəyyələşdirmək  hüququ  sığortaçıya  məxsusdur.  Əgər  Siz

sığortaçının  qiymətləndirməsi  ilə  razı  olmasanız,  onda  qiymətləndirmə  müstəqil  ekspert

tərəfindən aparılacaqdır. Əgər tərəflər arasında razılıq əldə edilməzsə, onda mübahisə məhkəmə

qaydasında həll edilməli olacaqdır. Məhkəmə təcrübəsi göstərir ki, bir qayda olaraq məhkəmələr

bu cür işlərdə ekspertiza təyin etməklə dəymiş zərərin miqdarını müəyyənləşdirirlər.



Sual 3. Atamdan miras qalmış əmlak mənim və iki qardaşımın ümumi mülkiyyətindədir. İndi

bizim  aramızda  mülklə  bağlı  mübahisə  var  və  baxılmaqdadır.  Mən  həmin  evə  baxış

keçirilməsini tələb edə bilərəm?

Cavab.  Azərbaycan  Respublikası  Mülki  prosessual  məcəlləsinin  (bundan  sonra  ‐  MPM)  91‐ci

maddəsinə görə, xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş

üçün əhəmiyyətli  olan  halların  müəyyən  edilmə  vasitəsi  ola  bilən  əşyalar  maddi  sübutlardır.

MPM­in 202.1­ci maddəsinə görə, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi

və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində

müayinə aparılması haqqında qərardad çıxarır. MPM‐in 202.2‐ci maddəsinə görə, işdə iştirak edən

şəxslər  və  nümayəndələr  yerində  müayinənin  vaxtı və  yeri  haqqında  xəbərdar  edilirlər,  lakin

onların  gəlməməsi  müayinənin  aparılmasına  mane  olmur.  Zəruri  hallarda  ekspertlər,

mütəxəssislər və şahidlər də çağırılır. MPM‐in 202.3‐cü maddəsinə görə, müayinənin nəticələri

məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar,

sxemlər,  çertyojlar,  hesablamalar,  sənədlərin  surətləri,  müayinə  zamanı  çəkilmiş  videoyazılar,

yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola

əlavə edilir.

Göründüyü kimi, Siz məhkəmədən mübahisəli evə yerində baxış keçirməsini tələb edə bilərsiniz.

Bu məsələyə məhkəmə tərəfindən müvafiq qərardadın qəbulu ilə münasibət bildiriləcəkdir.

Sual 4. Mülkiyyətimdə olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişəm. Lakin bu zaman

zəruri  icazələri  almamışam.  Məhkəmə  qərarı  ilə  həmin  evi  sənədləşdirmək  istəyirəm.

Məhkəməyə  müraciət  edərək  həmin  fərdi  yaşayış  evinə mülkiyyət  hüququ  üzrə  daşınmaz

əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən

edilməsini tələb edə bilərəm?


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin