Rəsmi nəşr Official publication



Yüklə 12.58 Mb.
PDF просмотр
səhifə110/115
tarix07.12.2016
ölçüsü12.58 Mb.
1   ...   107   108   109   110   111   112   113   114   115

ƏMƏK EHTİYATLARI VƏ ƏHALİNİN MƏŞĞULLUĞU 

 

Əmək ehtiyatları anlayışı altında əhalinin işləmək qabiliyyəti olan hissəsi başa 

düşülür. Onların tərkibinə  təkcə iqtisadi cəhətdən fəal  əhali deyil, həm də hazırda 

işləməyən və  iş axtarmayan əmək qabiliyyətli  şəxslərin digər kateqoriyaları, o 

cümlədən istehsalatdan ayrılmaqla təhsil alanlar daxil edilir. 

İqtisadi cəhətdən fəal  əhali bütün işləyənlərin və  işsizlərin məcmusunu  əks 

etdirir.  

İqtisadiyyatda məşğullara muzdla işləyənlər (daimi, müvəqqəti, mövsümi, 

təsadüfi və ya birdəfəlik iş olmasından asılı olmayaraq), habelə muzdsuz işləyənlər 

aid edilir. 



Muzdla işləyənlər istənilən mülkiyyət formasında olan müəssisənin 

(idarənin, təşkilatın) rəhbəri və ya ayrıca  şəxslə  fəaliyyətinin  şərtləri barədə yazılı 

əmək müqaviləsi, kontrakt bağlamış  və ya şifahi razılaşma  əldə edilmiş, bunun 

əsasında pul və ya natura şəklində mükafat alan şəxsləri özündə birləşdirən çoxsaylı 

işçilər qrupudur. 

Muzdsuz işləyənlər müstəqil olaraq özlərini işlə  təmin edən  şəxslərdir. 

Həmişə muzdlu işçilərin əməyindən istifadə edən işverənlər; fərdi əsasda işləyənlər, 

əməyi ödənilməyən ailə işçiləri onlara aid edilir. 

Zərərli  əmək  şəraitində çalışan işçilərin sayına heç olmasa bir istehsal 

amilinin kimyəvi maddələrin, sənaye tozunun yol verilən qatılıq həddindən, 

sanitariya-gigiyena normaları müəyyənləşdirilmiş elementin yol verilən səviyyədən 

artıq olduğu (səs-küy, titrəmə, havanın tozla, qazla dolu olması və s.) iş yerlərində 

işləyən işçilər daxil edilir. 

Zərərli və başqa  əlverişsiz iş  şəraitində  işləməyə görə güzəşt və 

kompensasiyalar tə’yin edilmiş işçilərin sayına əlavə məzuniyyətlər, qısaldılmış iş 

günü, pulsuz müalicə-profilaktika yeməkləri, pulsuz süd və buna oxşar digər qida 

məhsulları, artırılmış tarif məvacibləri (maaşları),  əmək  şəraitinə  və intensivliyinə 

görə  əlavə ödəmə, güzəştli  şərtlərlə dövlət pensiyası almaq hüququ verilən işçilər 

daxil edilir. 

Bütövlükdə, iqtisadiyyat və sahələr üzrə  orta aylıq nominal əmək haqqı 

hesablanmış  əmək haqqı fondunun (vergilər çıxılmamaqla) orta kəmiyyətlərin 

hesablanması üçün qəbul edilmiş  işçilərin sayına bölünməsi ilə müəyyən edilir. 

Əmək haqqı fondu qanunvericiliyə müvafiq olaraq işlənmiş  və  işlənməmiş vaxta 

(hər il verilən məzuniyyət, bayram günləri və s.) görə işçilərə verilən pul məbləğləri 

də daxil edilməklə, maliyyələşdirmə mənbəyindən asılı olmayaraq pul və ya natura 

şəklində hesablanmış bütün qazanc növlərini, habelə müxtəlif mükafatları, əlavələri, 

artırmaları  və s. əhatə edir. Sosial sığorta fondundan alınan müavinət  əmək haqqı 

fonduna daxil edilmir. Orta əmək haqqı hesablanarkən muzdsuz işləyənlər 

(işverənlər; fərdi əsasda işləyən şəxslər; haqqı ödənilməyən ailə işçiləri) məşğulların 

sayında uçota alınmırlar. 



Statistical yearbook of Azerbaijan 

758


LABOUR RESOURCES AND EMPLOYMENT 

 

‘Labour resources’ are the part of the population with the capacity to work. 

Not only the economically active population, but also the currently unemployed 

population and other categories of persons not seeking a job are included in this 

category. 

Economically active population is the total of all employed and unemployed 

persons. ‘Employed in the economy’ comprises employees (constant, temporary, 

seasonal, casual or one-time), and also own account workers. 

‘Employees’ are all persons who have signed a labour contract in writing 

about their terms of their employment with the head of an enterprise of any type of 

ownership or who have reached an oral agreement with an employer, and who 

receive a compensation in money or in kind. 

Own account workers are those who provide themselves with employment 

inependetly of others. This includes employers, self-employed persons, and 

contributing family workers. 

Workers employed in harmful conditions are those who work in places 

where at least one production factor is dangerous: chemical substances, industrial 

dust over the legally allowed density, or another factor which is at a level higher 

than legally allowed (such as noise, vibration, and high vapour concentrations). 

The number of persons provided with privileges and compensation for work 

in harmful and other non-favourable conditions comprises those who are entitled 

to  additional holidays, a shortened working day, free medical-prophylactic meals 

or free milk, increased tariff allowances (wages), additional payments for labour 

conditions and state pensions on privileged terms. 

General average nominal wages and salaries are defined by dividing the 

wage and salary fund (excluding taxes) by the number of employees. Data on the 

production value of livestock products have been defined on the basis of reports of 

agricultural enterprises and a pilot survey of farmer households. Allowances from 

Social Security funds are not included in the wage and salary fund. In the 

calculation of average wages and salaries, own account workers are not included.  

  

  

Azərbaycanın statistik göstəriciləri 

759


EV TƏSƏRRÜFATLARININ BÜDCƏSİ 

 

Bu bölmə ev təsərrüfatları büdcələrinin seçmə  tədqiqatının  əsasında ev 

təsərrüfatlarının gəlirləri, xərcləri və istehlakı barədə  əsas göstəriciləri  əhatə 

edir. 

Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin həyat səviyyəsinin 

dövlət tərəfindən statistik müşahidə metodudur və “Azəbaycanda statistik işlərin 

reqlamenti”nə uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır. 

Ev təsərrüfatları büdcələrinin seçmə  tədqiqatı  əhalinin müxtəlif qrup və 

təbəqələrinin həyat səviyyəsi haqqında iqtisadi-statistik məlumatlar almaq üçün 

keçirilir. Onun məlumatlarından  İstehlak Qiymətləri  İndeksinin hesablanmasında, 

Milli Hesablar Sisteminin aparılmasında,  əhalinin həyat səviyyəsində baş verən 

dəyişikliklərin təhlil edilməsi və əhalinin sosial müdafiəsi üçün tədbirlər sisteminin 

hazırlanmasında geniş istifadə olunur. 

Azərbaycanda ev təsərrüfatları büdcələri tədqiqatının böyük tarixi təcrübəsi 

var.  İlk tədqiqatlar XIX əsrin sonunda və XX əsrin  əvvəllərində Bakı neftçilərinin 

ailələrində aparılmışdır. Hazırda mövcud olan ev təsərrüfatlarının seçmə tədqiqatının 

metodoloji şəbəkəsi 50-ci illərin əvvəllərində yaradılmışdır. İlk vaxtlar 600-dək ev 

təsərrüfatlarında, 1969-cu ildən isə 1150 ev təsərrüfatında tədqiqat aparılmışdır. 

Reprezentativliyi (təmsilliliyi) və  məlumatların düzgünlüyünü təmin etmək 

məqsədilə 1988-ci ildən tədqiq olunan ev təsərrüfatlarının sayı 1625-ə çatdırılmışdır. 

Ölkəmizdə aparılan iqtisadi islahatlarla bağlı yeni təsərrüfatçılıq formaları yaranmış 

və bununla bağlı əhalinin yeni sosial-iqtisadi qrupları əmələ gəlmişdir. Əhalinin bu 

qruplarını  tədqiq etmək üçün 2000-ci ilin iyulundan yeni tədqiqat forması  tətbiq 

edilmiş  və  tədqiq olunan ev təsərrüfatlarının sayı bütün iqtisadi zonaları  əhatə 

etməklə 2200-ə çatdırılmışdır. Tədqiqat ev təsərrüfatı üzvlərinin bilavasitə sorğusu 

və gündəlik gəlirlər və xərclər barədə yazıların aparılması qaydası ilə keçirilir. 



Ev təsərrüfatlarının pul gəlirlərinə – əmək gəlirləri, pensiyalar, 

müavinətlər, təqaüdlər və digər sosial transfertlər, kənd təsərrüfatı  məhsullarının 

satışından  əldə olunan gəlirlər, mülkiyyətdən  əldə olunan gəlirlər, qiymətli 

kağızların faizləri, dividendlər, sahibkarlıq fəaliyyəti ilə  məşğul olan şəxslərin 

gəlirləri, xarici valyutaların satışından  əldə olunan gəlirlər və ailə üzvlərinin digər 

gəlirləri daxildir. Natura şəklində daxil olmuş  ərzaq məhsullarının, yardım və 

güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir. 

Ev təsərrüfatlarının istehlak xərcləri – ərzağa, qeyri-ərzaq məhsullarına, 

alkoqollu içkilərin alınmasına, xidmətlərin ödənilməsinə çəkilən xərcləri əhatə edir. 

Ev təsərrüfatlarının vergi, rüsum, ödəmə, borc, aliment, qohumlara yardım, cərimə, 

kreditlərin ödənilməsi və s. istehlaka aid olmayan xərclər istehlak xərclərinə aid 

edilmir. 


Statistical yearbook of Azerbaijan 

760


Ev təsərrüfatlarının pul xərcləri  ev təsərrüfatı üzvlərinin tədqiqatda iştirak 

etdiyi dövr ərzində  çəkdiyi cəmi faktiki xərcləri özündə  əks etdirir. İnvestisiyalar, 

xarici valyuta və qiymətli kağızların alınmasına çəkilən xərclər və banklara qoyulan 

vəsaitlər pul xərclərinin tərkibinə daxil edilmir.  



Əhalinin hər nəfərinə düşən orta pul gəlirlərinin ölçüsünə görə bölgüsü - 

verilmiş müəyyən intervallar üzrə  hər nəfərə düşən pul gəlirlərinin ölçüsünə görə 

əhalinin sayını (xüsusi çəkisini) və  əhalinin maddi vəziyyətinin ölçüsünə görə 

təbəqələşməsini səciyyələndirir. 



Ev təsərrüfatlarında  ərzağın dəyəri    ev təsərrüfatlarında istehlak üçün 

alınmış  ərzaq məhsullarının alınmasına və evdən kənarda qidalanmaya çəkilən pul 

xərclərindən, eləcə  də natura şəklində daxil olmuş  ərzaq məhsullarının dəyərindən 

ibarətdir.  



Ev təsərrüfatlarının son istehlak xərcləri - istehlak xərclərindən, natura 

şəklində daxil olmuş  ərzaq məhsullarının, yardım və güzəştlərin dəyərindən 

ibarətdir. Satın alınmış  ərzaq məhsullarından ev təsərrüfatı daxilində istifadə 

edilmək üçün nəzərdə tutulmayanların dəyəri son istehlak xərclərinə daxil edilmir.  



Ev təsərrüfatlarının sərəncamda qalan gəlirləri  ev təsərrüfatında xərcləri 

təmin etmək və əmanətlər yaratmaq üçün pul vəsaitlərinin, eləcə də natura şəklində 

daxil olmuş  ərzaq məhsullarının, yardım və güzəştlərin dəyərinin cəmindən 

ibarətdir. Ssuda və kreditlərin,  əvvəl yığılmış pul kütləsinin və ev təsərrüfatlarının 

ümumi gəlirinin cəmi kimi hesablanır (tədqiqat müddətində ev təsərrüfatının təmin 

olunmuş xərcləri ölçüsündə). 



Əhalinin pul gəlirlərinin alıcılıq qabiliyyəti - əhalinin hər nəfərə düşən orta 

aylıq pul gəlirinin malla ekvivalenti, yəni alınması mümkün olan hər bir məhsulun 

ayrılıqda kiloqramla miqdarı. 

Kvintil (20%) qrupları üzrə göstəricilər alınarkən ev təsərrüfatlarının hər 

nəfərə sərəncamda qalan gəlirləri artan qaydada düzülərək ev təsərrüfatlarının sayına 

görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman birinci kvintilə  ən az gəlirləri 

olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür. Desil (10%) 



qrupları eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil və 

müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.  

Təqdim olunan yekunlarda əhatə olunmuş göstəricilərin  əksəriyyəti 

beynəlxalq standartlara uyğunlaşdırılaraq Azərbaycanda ilk dəfə tətbiq olunmuşdur. 

Eyni zamanda göstəricilər ilk dəfə olaraq yüksək analitik keyfiyyətə malik olan 

SPSS proqram paketindən istifadə  əsasında işlənərək yekun cədvəlləri alınmışdır. 

Tədqiqatda bütün seçmə müşahidələrə xas olan bəzi göstəricilərin baş  məcmudan 

orta məntiqi kənarlaşması mövcuddur. Eyni zamanda bəzi göstəricilərin statistik 

cəhətdən çatışmazlığı halları mövcuddur.  

 

 


Azərbaycanın statistik göstəriciləri 

761


BUDGET OF HOUSEHOLDS 

 

This section comprises indicators on income, expenditure and consumption 

of households on the basis of the results of a sample survey of households. 

A sample survey of households’ income and expenditure is a method of 

statistical observation of the living standards of the population and is carried out by 

bodies of state statistics in accordance with the “Rules of statistical work in 

Azerbaijan”. The survey is carried out to obtain economic and social information on 

the living-standards of different strata and groups of the population. This 

information is widely used for the calculation of Consumer Price Indices, for the 

National Accounts, and for analyzing changes in the living standards of the 

population and the preparation of Social protection policies. 

There is a big historical experience conducting households’ budget surveys in 

Azerbaijan. The first one was carried out at the end of the XIXth century and the 

beginning of the XXth century among families of Baku oil workers. The 

methodological network of the current sample survey of households was set up in 

the beginning of the 1950ies. The survey was initially carried out among 600 

households and since 1969 in 1150 households. To achieve better representativity 

the number of households was enlarged to 1625 in 1988. As a result of economic 

reforms being carried out in the country new socio-economic groups have emerged. 

In order to survey these groups of the population a new survey form was introduced 

in July 2000 and the number of households covered by the survey reached 2200. 

The survey is carried out by questioning the members of households and by 

asking them to keep record of their daily income and expenditure. 

Money income of households includes labour income of all categories, 

pensions, allowances, benefits, and other social transfers, income from sale of 

agricultural products, income received from ownership, bonds, dividends, income of 

persons engaged in commercial activity, income from sale of foreign currency and 

other income of family members. 

Consumption expenditures of households are expenditures for food, 

alcoholic drinks and rendered services. Consumption expenditures do not include 

household taxes, payments related to debts, financial assistance to relatives, fines, 

consumption on credit and others. 

Cash disbursement of households reflects all actual expenses of household 

members during the survey. Investments, expenses for purchasing foreign currencies 

and securities, and money deposits are not included.  

Food product value in households includes purchasing of food for 

consumption in the household and expenses for food outside the house, and value of 

food received in kind. 

Statistical yearbook of Azerbaijan 

762


Final consumption expenditures of households include consumption 

expenditures, food received in kind, supports and value terms of preference. The 

value of food that is not meant for use within the household, is not included in final 

consumption expenditures. 

Disposable income of households: includes the total value of financial means, 

i.e. the total income of households, including loans and credits.  

Purchasing power of money income of the population refers to the amount of 

goods and services that can be purchased with this income. 

Indicators of household income are broken down by 20% groups (quintiles).  

5 groups of equal size were created, each representing 20% of households. The 

households with the lowest incomes represent the first quintile and the household 

with the highest incomes the fifth quintile. Similarly, 10% groups (deciles) have been 

created.  

 

ƏHALİNİN MƏNZİL ŞƏRAİTİ 

   


Yaşaış evlərinin ümumi sahəsi – mənzillərin yaşayış  və yardımçı sahələri,  

eləcə  də lodciyaların, balkonların, aynabəndlərin, terras və anbar sahələrinin 

cəmidir. Yardımçı sahələrə mətbəxtlər, mənzildaxili dəhlizlər, vanna və duş otaqları, 

ayaqyolu, anbar və ya təsərrüfat şkafları daxildir. 



Mənzillər – digər qonşu otaqlardan qapı yeri olmayan, divarlarla yaxud 

arakəsmələrlə ayrılmış daimi yaşayış üçün nəzərdə tutulmuş və avadanlıqlarla təchiz 

olunmuş binadır. Mənzilin mətbəxt, vanna (duş) otaqları üçün nəzərdə tutulmuş 

ayrı-ayrı otaqlar, habelə ümumi dəhlizə  çıxışı  və ya bilavasitə küçəyə  çıxışı 

olmalıdır. Mənzil bir və bir neçə otaqdan ibarət ola bilər.  

Dəyər ifadəsində hesabatların keçən ilin müvafiq dövrü üzrə  məlumatları 

müqayisəli qiymətlərlə göstərilir. 

Mənzil fondu – bu fonda icra hakimiyyətinin,  idarə və təşkilatların, ictimai 

təşkilatların, mənzil və  mənzil-tikinti kooperativlərinin və  vətəndaşların  şəxsi 

mülkiyyətində olan mənzillər daxil edilir. Buraya həcminin qeyri-yaşayış 

binalarındakı (uşaq evlərində, uşaq bağçalarında, səhiyyə  və  təhsil obyektlərində) 

yaşayış üçün nəzərdə tutulmuş mənzillər də daxil edilir.  

Mənzil fondunun abadlığı – abadlıq növlərinin bütün kompleksi ilə, yəni su 

kəməri ilə, qazla, kanalizasiya ilə, mərkəzləşdirilmiş istiliklə, hamamxana (duş) ilə, 

isti su təminatı ilə  təchiz olunmuş, yaşayış sahəsinin kəmiyyəti ilə ölçülən mənzil 

fondunun keyfiyyətidir.  



Mənzillərin özəlləşdirilməsi – könüllülük  əsasında vətəndaşlara pulsuz 

verilmiş yaşadıqları  mənzillər; növbədə olanlara və digər  şəxslərə auksionlarla 

satılmış yeni tikilmiş  məskunlaşmamış  mənzillər,  əsaslı tikintiyə  və ya bərpaya 

ehtiyacı olan əhaliyə satılmış binalardakı mənzillər. 



Azərbaycanın statistik göstəriciləri 

763


Mənzil  şəraitinin yaxşılaşdırılması  –  mənzil almış  və  mənzil  şəraitini 

yaxşılaşdırmış növbədə olan və ya olmayan ailələrin sayı, həm cəmi, həm də ayrı-

ayrı güzəştli kateqoriyalar üzrə aparılır.  

Ailələr yeni tikilmiş,  əsaslı tikintisi, bərpası bitmiş, vətəndaşların və ya ailə 

üzvlərinin köçməsi hesabına (kommunal mənzillərdə) boşalmış evlərdən mənzil 

alırlar.    



 

LIVING CONDITIONS 

    

Living space of dwellings is the total living and support space of dwellings, 

including lounges, balconies, verandas, terraces, kitchen, intra-dwelling corridors, 

bath and shower rooms, toilet, sheds and other storage space.  

Dwellings are buildings supplied with facilities designed for permanent 

living, separated by walls or partitions. Dwellings should have a separate room for 

kitchen use, a bath (shower) and an exit to a common corridor or directly to the 

street. Dwellings consist of several rooms.  

Value information on the corresponding period of previous years is given in 

constant (comparable) prices. 

Dwelling fund: includes dwellings owned by executive authorities, 

departments and organizations, and dwellings owned by private citizens. It also 

includes dwellings in non-residential buildings (children homes, kindergartens, and 

health and education facilities).  

Dwelling improvements: the quality of dwellings is measured as the 

coefficient of living space provided with home improvements, i.e. piped water, gas, 

sewage, central heating, baths (showers), and hot water. 

Privatization of dwellings: dwellings given to citizens free of charge, newly 

constructed unoccupied dwellings given to persons for temporary use and dwellings 

in buildings in need of repair.  

 

Statistical yearbook of Azerbaijan 

764


TƏHSİL VƏ MƏDƏNİYYƏT 

 

Məktəbəqədər tədris müəssisələrində  müxtəlif yönümlü məktəbəqədər 

tədrisin ümumtəhsil proqramlarından istifadə edilir, iki aylıq körpələrdən tutmuş 6 

yaşadək olan uşaqlara qulluq və nəzarət edilməsi, onların sağlamlığı, tərbiyyəsi və 

təhsili təmin edilir. 



Uşaqların məktəbəqədər müəssisələr ilə  əhatə olunması anlayışı 

məktəbəqədər müəssisələrə gedən uşaqların sayının, demoqrafiya statistikasının 

məlumatlarına görə, məktəbdə təhsil alan 6 yaşlı uşaqların sayına təshih edilmiş 1-

5 yaşında olan uşaqların sayına nisbəti ilə müəyyənləşdirilir. 



Ümumtəhsil məktəblərinə  ibtidai, əsas və orta (tam) məktəblər, eləcə  də 

sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblər aid edilir. 



Qeyri-dövlət  ali və orta ixtisas təhsili müəssisələrinin sayında dövlət 

lisenziyasına malik olan ali məktəblər və texnikumlar uçota alınır. 



Klub müəssisələrinin sayına klublar, saraylar və  mədəniyyət evləri, 

yaradıcı  işçi evləri, müəllim, həkim, aqranom, alimlər, turist, gənclər, musiqi 

mədəniyyəti, texniki yaradıcılıq evləri və əhalinin müəyyən peşə, milli, cins-yaş və 

digər social-demoqrafik kateqoriyalarının mədəni marağına yönəldilmiş başqa 

asudə vaxt müəssisələri aid edilir.    

 

 

EDUCATION AND CULTURE 

 

Pre-school education institutions use general education programs, and 

provide other care for children from 2 months to 7 year old. 

Attendance of children to pre-school establishments is defined as the ratio of 

the number of children attending pre-school institutions to the number of children 

from 1- 6 years old, corrected for the number of 6 year old children attending other 

schools.  

General education schools are primary, main and secondary schools, and 

schools for children with physical and mental defects. 

The number of non-state higher and secondary education establishments 

includes technical schools and high schools with a state license. 

The number of club institutions comprises clubs, palaces and culture houses, 

creative workers’ homes, youth music clubs and other institutions for leisure 

purposes of people of different professions, nationality, sex, age and other socio-

demographic categories.  

1   ...   107   108   109   110   111   112   113   114   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə